QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə51/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   47   48   49   50   51   52   53   54   ...   94

 
115 
Beləliklə,  ilkin  genofondun  təxminən  50%-i  sonrakı  nəsillərdə  təzələnmir,  bu  hadisənin  əksər  hissəsi 
genetik cəhətdən asılı olur.  
Bütün  digər  növlər  kimi  insan  da  mühitdən  asılı  olduğu  kimi,  özü  də  mühitə  təsir  göstərir.  Heyvandan 
fərqli olaraq insan zehni inkişafa (intellektə) malikdir. Onun intellekti mühüm faktor sayılan qida məhsullarının 
çatışmazlığını  kənd  təsərrüfatı  –  maldarlıq  və  əkinçilikdən  istifadə  etməklə  tənzimləməkdir.  Bu,  təxminən  10 
min il əvvəl baş vermişdir. İnsan özünün müstəqil (xüsusi) ekoloji sistemini qurmağa başladı.  
İnsanın  düşüncə  qabiliyyəti,  lazımi  əmək  alətlərini  yaratması  müvəqqəti  də  olsa,  adi  abiotik  və  biotik 
faktorların təsirinin qarşısını almaqda ona köməklik göstərdi. B.Nebel (1993, I cild) qeyd edir ki, bu təsirlərin 
qarşısının alınmasında insan aşağıdakılara nail olmuşdur:  
1) Bol ərzaq məhsulu əldə etmək; 
2) Su anbarları yaradaraq, onun suyunu yaşayış məntəqələrinə və tarlalara çıxarmaq; 
3) Yırtıcı və bir sıra xəstəliktörədən orqanizmlərə qarşı vasitələr yaratmaq;  
4) Yaşayış yeri tikməklə onu öz istəyinə uyğun qızdırmaq və ya soyutmaq üsullarını öyrənmək; 
5) Digər növlərlə rəqib mübarizəsində qalib çıxmaq.  
İnsan limiti təyin edilmiş (həddini aşmış) faktorların təsirinin qarşısını almağı öyrənsə də, ona 100% qalib 
gəlməyə qadir deyildir. Y.Odum (1975) qeyd edir ki, insan öz mənzilini, öz iş yerini kondensionerləşmiş hava 
ilə təchiz edə bilər, lakin özünün iqlimdən asılı olmadığını zənn edə bilməz, əks halda kondensionerləşdirilmiş 
hava ilə tarlalarını, ev heyvanlarını və s.-ni də kondensionerləşmiş hava ilə təchiz edə bilərdi. Deməli, insan 
hələ də iqlim hadisələrindən – isti və soyuqdan, quraqlıq və yağışdan və digər hadisələrdən asılı olaraq qalır.  
Beləliklə, insan sosial varlıq olsa da, əslində təbiət həmişə onun varlıq faktoru olaraq qalacaq və insanı 
əhatə edən mühitin ayrılmaz hissəsini təşkil edəcəkdir. Bura həmçinin insanın yaratdığı süni mühit və ictimai 
əlaqələr də daxildir.  Süni məskunlaşma mühiti də insana təsir göstərir,  yaxud burada əks əlaqə yaranır,  bu 
əlaqə insan populyasiyalarında baş verən həm bioloji, həm də sosial proseslərə təsir edir.  
 
8.3. İnsan populyasiyası 
İnsan  populyasiyası,  yaxud  xüsusi  növün  populyasiyası  –  Homo  sapiyens,  heyvan  populyasiyalarının 
xassələrinə  malikdir,  lakin  süni  mühitin,  sosial-iqtisadi  şəraitin  və  sairə  faktorların,  yəni  sosiumun  (bu 
faktorların  cəmi  sosium  adlanır)  təsiri  nəticəsində  bu  xassələrin  təzahürünün  forma  və  xarakteri  olduqca 
fərqlənir.  
Yer  üzərində  bütün  insanlar  bəşəriyyət  populyasiyası  sistemini  əmələ  gətirir.  Bu  populyasiyanın 
artması  təbii  resurslar,  həyat  şəraiti  sosial-iqtisadi  və  genetik  mexanizmlərlə  məhdudlaşır  (Reymers, 1994). 
İnsan bu məhdudlaşdırıcı faktorların  əhəmiyyətini artıq kifayət qədər dərk edir.  Sosial-iqtisadi  faktorlar artıq 
müəyyən dərəcədə nizamlayıcı kimi görünsə də, bu faktorlara hələ ki, az əhəmiyyət verilir. Bu baxımdan, əgər 
insan həqiqətən düşünərək ağılla hərəkət edərsə, Y.Oduma (1975) görə o, aşağıdakılara əməl etməlidir: 
1) Şəxsi populyasiya artım formasını öyrənməli və dərk etməli; 
2)  Müəyyən  sahənin  həcmi  ilə  əlaqədar  əhalinin  miqdarca  optimum  ölçüsünü  və  konfiqurasiyasını  təyin 
etməli; 
3) «Təbii tənzimlənmə» fəaliyyətdə olmayan yerdə «mədəni tənzimləmə»ni qəbul etməyə hazır olmalıdır.  
 
8.4. Yerin təbii resursları – insanın həyat faktoru kimi  
Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün insanın təbii mühitdən əldə etdikləri hər bir 
şey  nəzərdə  tutulur.  İnsanın  tələbatını  maddi  və  mənəvi  tələbata  bölmək  olar.  Təbii  resurslardan  istifadə 
etdikdə  o,  müəyyən  qədər  insanın  mənəvi  tələbatını  da  ödəyir.  Məsələn,  estetik  («təbiətin  gözəlləyi»), 
rekreasiya  və  s.  Lakin  onun  əsas  təyinatı,  məqsədi  –  insanın  maddi  tələbatını  ödəməkdir,  yəni  maddi 
nemətlər yaratmaqdır.   
Beləliklə,  təbii  resurs  dedikdə,  o,  təbii  obyektlər  və  hadisələr  olub,  insan  onlardan  maddi  nemət  kimi 
istifadə  edir.  Bu  isə  bəşəriyyətin  mövcudluğunu  saxlamaqla  yanaşı,  həm  də  tədricən  həyatın  keyfiyyətinin 
yüksəlməsini təmin edir.  
İnsan  tərəfindən  istifadə  edilən  təbii  resurslar  olduqca  müxtəlif  olub,  onların  təyinatı,  mənşəyi,  istifadə 
üsulları  müxtəlifdir.  Bu  isə  onları  müəyyən  istiqamətdə  sistemləşdirməyi  tələb  edir.  Təbii  resursları 
təsnifatlaşdırmaq üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar aşağıdakılardır. 
Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.      
Bioloji  resurslar  –  bura  biosferin  bütün  canlı  mühitəmələgətirən  komponentləri  (produsentlər, 
konsumentlər və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir (Peymers, 1990). Onlar insanların maddi 


 
116 
və  mənəvi  nemətlərinin  mənbəyi  sayılır.  Bura  mədəni  bitkilər,  ev  heyvanları,  mənzərəli  landşaftlar, 
mikroorqanizmlər, bitki resursları, heyvanat aləmi resursları və s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət 
kəsb edir.   
Mineral  resurslar  –  Bura  litosferi  təşkil  edən  istifadə  üçün  yararlı  bütün  maddələr  daxildir.  Onlar 
təsərrüfatda  mineral  xammal,  yaxud  yanacaq  kimi  istifadə  olunur.  Mineral  xammal  filiz  halında  olub  ondan 
metal  alınır  və  qeyri  filiz  halında  olub,  ondan  qeyri  metal  komponentlər  (fosfor  və  b.)  əldə  edilir,  yaxud  da 
tikinti materialı kimi istifadə olunur.  
Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şistlər, torf, oduncaq, atom enerjisi) istifadə 
edilməklə  yanaşı,  buxar  və  elektrik  əldə  etmək  üçün  mühərriklərdə  enerji  mənbəyi  rolunu  oynayırsa,  onlar 
yanacaq-energetik resurslar adlanır.  
Energetik  resurslar.  Günəş  və  kosmos,  atom-energetikası,  yanacaq-  energetikası,  termal  və  digər 
enerji mənbələrinin məcmusu energetik resurslar adlanır.  
İstehsalatda istifadə olunmasına görə təbii resursları aşağıdakı təsnifata ayırırlar: 
- Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya ərazilərindəki torpaqlar öz təyinatına görə 
aşağıdakı qruplara daxil olur: kənd təsərrüfatı,  yaşayış məntəqələri,  qeyri kənd təsərrüfatı təyinatlı (sənaye, 
nəqliyyat,  dağ-mədən  və  b.).  Dünyanın  torpaq  fondu  –  13,4  milyard  hektar  təşkil  edir.  Kənd  təsərrüfatı 
istehsalı resurslarına aid olan təbii elementlər kənd təsərrüfatı məhsulu əldə etməkdə iştirak edir: a) aqroiqlim 
resursları – mədəni bitkilərin böyümə və inkişafına lazım olan istilik və rütubətlik; b) torpaq resursları.          
- Bitki örtüyü fondu – Qurunun torpaq fondunun bir hissəsi olub bura meşə fondu və otlaqlar daxildir. 
Bu  ərazilərdə  kənd  təsərrüfatı  istehsalı  və  xüsusi  mühafizə  olunan  obyektlər  (qoruq  və  b.)  təşkil  olunur  və 
bunlar bioloji resursların bir hissəsi sayılır.    
-  Su  resursları  -  Təsərrüfatda  müxtəlif  məqsədlər  üçün  istifadə  edilən  yeraltı  və  yerüstü  suların 
məcmusu (əsas mənbəyi çay suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir).  
- Hidroenerji resursları – Çay suları və okeanın qabarma – çəkilmə fəaliyyəti və b.  
-  Fauna  resursları  –  Ekoloji  tarazlığı  pozmadan  insan  tərəfindən  istifadə  olunan  su,  meşə  və  başqa 
yerlərdə məskunlaşan heyvanlar.  
-  Faydalı  qazıntılar  (filiz,  qeyri-filiz,  yanacaq-energetik)  –  Təsərrüfatda  istifadə  oluna  bilən  Yer 
qabığında  mineralların  təbii  toplanması.  Toplanan  faydalı  qazıntılar,  onların  yataqlarını  əmələ  gətirir,  onların 
ehtiyatı sənaye əhəmiyyəti daşımalıdır.  
İnsan tərəfindən istifadə edilmə vaxtına görə təbii resurslar real və potensial resurslara bölünür. Real 
resurslara  hazırda  insanların  istehsalat  prosesində  istifadə  etdiyi  resurslar  aiddir.  Bunlara  misal  olaraq  ilk 
növbədə istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz, elektrik 
enerjisi  və  s.  daxildir.  Məlum  olduğu  kimi,  insanlar  özünün  ilk  inkişaf  dövründə  torpaq,  bitki  və  heyvanat 
aləmindən  primitiv  istifadə  etmiş,  sonralar  isə  insan  texnika  ilə  silahlanaraq  heyvan,  quş,  balıq,  ovlamış, 
meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom 
enerjisindən istifadə etməyə başlamışdır.  
Potensial  təbii  resurslar  isə  müəyyən  səbəblərdən  insan  tərəfindən  (əsasən  texniki  səbəbdən)  ya 
istifadə  edilmir,  yaxud  da  kifayət  dərəcədə  istifadə  olunmur.  Bura  Günəş  enerjisi  şüaları,  dəniz  qabarma  – 
çəkilmələri, külək və b. aiddir. Bura insan tərəfindən mənimsənilə bilməyən planetləri, məsələn, Ay planetini 
də aid etmək olar.  
Təbii  resurslar  elementar  və  ya  sadə  və  kompleks  və  mürəkkəb  resurslara  ayrılır.  Elementar 
resurslar  tərkibinə  görə  yekcins  (oksigen,  hidrogen,  dəmir,  külək  enerjisi  və  s.),  kompleks  resurslar  isə  bir 
neçə elementdən təşkil olunur, məs. atmosfer havası, torpaq, su, filiz, daş kömür və b.  
Məlum olduğu kimi, insan öz təsərrüfat fəaliyyətində təbii resurslara təsir göstərir. Bu səbəbdən onların çoxu 
azalır və son nəticədə tamamilə tükənə bilər. Odur ki, təbii resursların uçotu aparıldıqda və onlar təsərrüfat üçün 
əldə edildikdə onların ehtiyatının tükənməsi anlayışından istifadə olunur. Buna görə təbii resursların belə təsnifatı 
ekoloji təsnifat da adlanır. 
Bütün  təbii  resurslar  tükənmə  dərəcəsinə  görə  iki  qrupa  bölünür:  tükənən  və  tükənməyən  (şəkil 
8.2).   
    Tükənən  təbii  resurslar.  Yer  qabığında  və  ya  landşaft  mühitində  əmələ  gəlir,  lakin  onların  həcmi  və 
yaranma sürəti zamanın geoloji şkalası ilə ölçülür. Bununla belə, insan tərəfindən onların istifadəsinin həcmi 
təbii bərpası sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi qaçılmazdır.  
 
Tükənən  resursların  qrupuna  müxtəlif  sürətlə  və  müxtəlif  həcmlə  əmələ  gələn  resurslar  daxildir.  Bu 
baxımdan,  tükənən  resurslar  bərpa  oluna  bilməyən,  bərpa  olunan  və  nisbətən  bərpa  oluna  bilən 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə