QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə50/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   46   47   48   49   50   51   52   53   ...   94

 
113 
VIII FƏSİL 
İNSAN EKOLOGİYASI 
 
8.1. İnsanın biososial təbiəti və ekologiyası 
İnsan Yer üzərində canlı orqanizmlərin inkişafının ən yüksək pilləsi sayılır.  
İ.T.Frolova  (1985)  görə  «İnsan  təbii-tarixi  proseslərin  subyekti,  Yer  üzərində  maddi  və  mənəvi 
mədəniyyətin inkişafı, digər həyati formalarla genetik bağlı olub, lakin onlardan əmək alətləri istehsal etmək 
qabiliyyəti, aydın nitqi, aktiv yaradıcılığı və əxlaqi şüuru ilə fərqlənən biososial canlı varlıqdır».  
İnsan həyatının vahid sistemli şəraitlə təyin olunması onun biososial təbiətini əks etdirir. Bura həm bioloji, 
həm də sosial elementlər daxildir. Bu, insanın tək bioloji deyil, həm də sosial adaptasiya olunmasını tələb edir. 
İnsan təbiətinin bu sahəsi sosial fənnlərin böyük qrupu tərəfindən öyrənilir.  
İnsanın bioloji adaptasiyası heyvanat aləmindən olduqca fərqlidir. Belə ki, sosial faktorun artması zamanı 
o,  həm  bioloji,  həm  də  sosial  funksiyasını  saxlamağa  cəhd  göstərir.  Bu  vəziyyət  böyük  ekoloji  əhəmiyyət 
daşıyaraq, «insan» məvhumunun müəyyən edilməsində ekoloji baxımdan yanaşmağı əks etdirir.  
İnsan  –  heyvanat  aləminin  bir  növü  olub,  mürəkkəb  sosial  təşkili  və  əmək  fəaliyyətinə  malik  olmaqla, 
orqanizmin bioloji, o cümlədən etoloji (ilkin vərdişləri) xassələrini xeyli dərəcədə «aradan götürür» (az nəzərə 
çarpacaq dərəcəyə endirir) (Reymers, 1990).  
 
8.2. İnsan bioloji növ kimi 
İnsan canlı aləmin tərkib hissəsi olub biosferdən kənarda təbii şəraitdə və müəyyən təkamül tipinin canlı 
maddəsi kimi yaşaya bilməz.  
İnsanın  aid  olduğu  Hominid  ailəsi  Yerin  ekvatorial  hissəsində,  İnsan  cinsi  isə  Afrikanın  şərqində  və 
Cənubi  Asiyada  yaranmışdır.  İlk  dövrlərdə  Yer  üzərində  bir  neçə  homid  növü  mövcud  olmuşdur;  onlar  iki 
yarımailəyə mənsub olmuşlar: avstralopiteklər və adi insanlar. Onlardan yalnız bir növ – Homo sapiyens 
– şüurlu insan qalmışdır. Bir sıra alimlər Homo sapiyens növünü iki yarımnövə ayırır: neandertals və müasir 
insanlar (şəkil 8.1).       
Canlı  maddənin  təkamülündə  planetdə  bir  sıra  dönüş  nöqtəsi  olmuşdur,  bu  təkamül  suksessiyasının 
sonuncusu insanın (Homo sapiyens) meydana gəlməsi (peyda olması) hesab edilir. Bu hadisə canlı maddənin 
əmələ gəlməsi ilə müqayisədə yaxın zamanlarda, yəni 3,5-5 mln. il əvvəl baş vermişdir. Belə ki, canlı aləmin 
inkişafı 4 milyard il əvvəl olmuşdur.  
İbtidai  insan  yaxın  dövrlərə  qədər  (kənd  təsərrüfatına  qədər)  təbii  ekosistemlərin  adi  hərşeyyeyən 
konsimenti  olub,  meyvə  və  s.  yığmaq  və  xırda  heyvanlar  ovlamaq  yolu  ilə  uzun  sürməyən  kiçik 
məskunlaşmalar yaradır, zəngin bitki örtüyü və başqa yem axtarmaq dalınca tez-tez yerini dəyişirdi.  
Bitkilərlə  qidalanan  adi  insanabənzər  meymunlardan  fərqli  olaraq,  avstralopiteklər  bitkiyeyən 
orqanizmlərin özləri ilə qidalananlara, yəni ətlə qidalanalara qismən keçməklə yırtıcılıq sırasına qoşulurlar.  
Alimlərin tədqiqatları göstərir ki, insan meymunlar «gövdəsindən» 10 mln. il əvvəl ayrılmışdır (şəkil 8.1).  


 
114 
 
Şəkil 8.1. Yer üzərində insanın əmələ gəlməsi 
 
Əmək  fəaliyyətinin  izləri  kimi  əmək alətləri  4,5-2,8 mln.  illik  tarixə  malikdir.  Bu  dövrdə  insanlar sadə  əl 
alətləri quraşdırır, onların köməyilə heyvanları ovlayaraq özlərini qida ilə təmin edirdilər.  
Əlin hərəkəti (yerimə) vasitəsi funksiyasından azad olması yeni morfoloji adaptasiyanın inkişafına – əlin 
tutma qabiliyyətinin yaranmasına səbəb oldu. İnsanın dik yeriməsi vərdiş halına keçdikcə əllər tədricən hərəkət 
funksiyasından azad olurdu. Dik yerimə müvazinət orqanlarının inkişafına, əzələ reaksiyasının sürətlənməsinə 
və beyinciyin böyüməsinə səbəb oldu.  
İnsanın gündüz fəallığı insanabənzər meymunların qaranlıq gecə həyat tərzinin fəallığını əvəz etdi. Antilop 
kimi  iri  heyvanı  öldürmək,  güclü  pələngin  hücumunu  dəf  etmək  üçün  fərdlər  qruplarda  birləşməyə  başladı. 
Müxtəlif  fəaliyyət  növləri  ilə  məşğul  olan  qruplarda  ünsiyyət  vasitəsi  olan  dil  inkişaf  tapdı.  İnsan  üçün  yeni 
böyük dəyişikliklər onun ali sinir sistemində, beynində baş verdi.   
Qeyd  etmək  lazımdır  ki,  insanın  formalaşması  prosesi  əcdadlarımızın  fərdlərinin  dəyişkənliyi  nəticəsində 
mümkün  olmuşdur.  Təbii  seçmə  Homo  sapiyensin  (insanın)  təkamülündə  həlledici  rol  oynamışdır.  Müasir 
insan tipi son buzlaşma dövründə, təxminən 40-50 min il əvvəl formalaşmışdır. Yuxarıda qeyd edildiyi kimi, bu 
dövr ərzində insan ovçuluqla, meyvə və s. yığmaqla, çox sonralar isə heyvandarlıq, əkinçiliklə, kustarlıqla məşğul 
olmuşlar. Yalnız  son  iki-üç  əsrlərdə  isə  sənaye  istehsalı  inkişafının  rolu  artmışdır. Bütün  bu  tarixi  dövr  ərzində 
təbii  mühitin  rolu  tədricən  azalmış  və  insan  həyatında  süni  mühitin  rolu  artmışdır.  Bu  zaman  təbii  seçmənin 
təsirinin ölçüsü və keyfiyyət xarakteri də dəyişmişdir.  
Sosial  dəyişkənlik  və  tibbin  inkişafı  nəticəsində  inkişaf  etmiş  ölkələrdə  təbii  seçmənin  təsiri  xeyli 
azalmışdır.  Bununla  belə,  insan  biososial  varlıq  olaraq  bütün  canlılar  üçün  universal  olan  ümumi  bioloji 
qanunauyğunluqların  təsirindən  təcrid  olunmamışdır.  Y.P.Altuxov  və  O.L.Kurbatovanın  (1984)  xarici 
məlumatlardan  gətirdiyi  aşağıdakı  rəqəmlər  də  bunu  təsdiq  edə  bilər:  insan  enbrionunun  5%-i  ontogenizin 
ilkin  mərhələlərində  məhv  olur  (daxili  səbəblərdən), 3%-ni  ölü  doğum  təşkil  edir, 3% reproduktiv  yaşa 
çatmamış ölür, yaşlarının 20%-i nigaha daxil olmur və nigahın 10%-nin dölü olmur.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə