QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə46/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   42   43   44   45   46   47   48   49   ...   94

 
104 
boz-qəhvəyi  və  şabalıdı  torpaq  tipləri  yayılmışdır.  Tədqiqatçıların  fikrincə  Cənubi  Qafqazda,  o  cümlədən 
Azərbaycanda ilkin bozqır yoxdur və müasir bozqır ekosistemlərinin mövcudluğu meşə örtüyünün yox edilməsi 
ilə əlaqədardır.  
 
7.1.6.  Səhra  ekosistemləri  –  mülayim,  subtropik  və  tropik  qurşaqlarda  yayılmışdır.  Asiya,  Afrika, 
Avstraliya,  Şimali  və  Cənubi  Amerikada  geniş  əraziləri  tutur.  Torpaq  və  qruntun  xarakterindən  asılı  olaraq 
qumlu,  çaqıl  daşlı  və  qumlu  çaqıl  daşlı,  çınqıllı,  gipsləşmiş,  daşlı,  gillicəli,  löslü,  gilli-takırlı,  gilli  bedlendli  və 
şoranlı səhralar ayrılır. Xüsusi Arktika (buz səhrası) səhrası da var. Səhralarda yayın temperaturu yüksək və 
sutkalıq  ampliutuda  böyük  olur.  Ən  isti  ayda  orta  temperatur  Orta  Asiya  (Qaraqum,  Qızılqum)  və  Şimali 
Amerika səhralarında 30-40
0
C-yə çatır. Maksimum temperatur Orta Asiya səhralarında 50
0
C, Ölüm dərəsində 
(ABŞ) 56,7
0
C,  Liviya  səhrasında  və  Ərəbistan  yarımadası  səhralarında  58
0
C-dir.  Havanın,  xüsusilə  torpağın 
temperaturunun sutkalıq amplitudası çox vaxt 50
0
C-dən artıq olur. Qum örtüyü gündüzlər 90
0
C-dək qızır. İllik 
yağıntı səhraların çoxunda 100-200 mm, bəzi yerlərdə 50-100 mm və daha azdır (Təklə-Məkan səhrasında 9 
mm),  ayrı-ayrı  rayonlarda  bəzən  bir  neçə  il  yağış  yağmır.  Səhralar  çox  yerdə  bitkisizdir.  Bitki  örtüyündə 
efemerlər, efemeroidlər, sukkulentlər, halofitlər səciyyəvidir.  
Ayrı-ayrı  səhra  biotoplarının  faunası  tərkibinə  və  zənginliyinə  görə  fərqlənir.  Bitki  örtüyü  seyrək 
olduğundan  otyeyən  heyvanlar  kiçik  qruplarla,  cüt-cüt  və  tək  gəzirlər.  Yeni  ot  yemi  axtarıb  tapa  bilən 
heyvanlar (antiloplar, bəzi quşlar) sürü əmələ gətirir.. Səhra heyvanlarının bir qismi gecə həyatı keçirir, bəziləri 
qış və yay yuxusuna gedirlər. Əkinçilik yalnız suvarma şəraitində mümkündür.  
Azərbaycanda  səhra  landşaft  fraqmentləri  Xəzəryanı  hissədə  (Abşeronda),  Naxçıvan  MR-in  Arazboyu 
düzənliklərində vardır.  
 
7.1.7. Çaparral – yumşaq, mülayim iqlimi olan ərazilərdə yayılmışdır. İllik yağmurların miqdarı 500-700 
mm  olub  isti  qış  dövründə  düşür.  Bol  qış  yağışları  quraqlıq  yayla  əvəz  olunur.  Çaparral  qruplaşmaları 
ağaclardan (dəfnə, həmişəyaşıl palıd növləri) və qalın sarı rəngli həmişəyaşıl yarpaqlı kollardan ibarətdir. 
Onlar  Aralıq  dənizi  sahili  rayonlarında,  Avstraliyanın  cənub  sahilləri  boyu,  Kaliforniya  və  Meksikada  geniş 
yayılmışdır. Avstraliyanın meşələrində evkalipt ağacları və kolluqlar dominantlıq edir. Yanğınlar ağacların məhv 
olması hesabına kolluqların üstünlük təşkil etməsində mühüm ekoloji faktor sayılır. Yayın sonunda baş verən 
yanğınlar yamacları çılpaqlaşdırır. Yanğından sonra ilk yağışlar zamanı kollar tez və sürətlə sahəni tutaraq 15-
20 il ərzində maksimum boya çatır. Yağışlı mövsüm noyabrdan başlayaraq mayın sonuna qədər davam edir. 
Bu  dövrdə  çaparralda  qaraquyruqlu  maral  və  bir  çox  quşlar  yaşayır.  İsti  quru  yay  dövrü  başlayanda  onlar 
şimala dağ rayonlarına köçürlər. Alçaq boylu çaparral meşələrinin daimi sakinləri azdır: Bəhmən kiçik dovşanı, 
ağac siçovulları, burunduklar, kərtənkələlər, xırda sərçələr daha xarakterikdir. Vegetasiya dövrünün sonunda 
çoxalan quş və həşərat populyasiyalarının sıxlığı azalır; yayın sonunda bitkilər quruduqda da populyasiyaların 
sayı azalır.  
 
7.1.8. Tropik bozqırlar və savannalar 
Mərkəzi və Şərqi Afrika, Cənubi Amerika və Avstraliyanın, isti vilayətlərində illik yağıntıların miqdarı 900 
mm-dən  1500  mm-ə  qədər  olan  ərazilərində  yayılan  ağac-kol  bitki  örtüyü tipidir.  İlboyu  ərzində  temperatur 
kifayət  qədər  yüksək  olub,  mövsümilik  yalnız  yağıntıların  paylanması  ilə  təyin  olunur  (rütubətli  –  yağışlı 
mövsümlər  və  quru  (quraqlıq)  mövsümlər).  Bu  fauna  və  floranın  mövcudluğu  üçün  özünəməxsus  şərait 
yaradır. Ağaclar çox vaxt qalın qabıqlı olub güclü mantar qatına malikdir. Burada baobab növləri, akasiya
palmalar, ağacşəkilli südləyənlər (kaktusların ekoloji ekvivalenti) və b. bitir. Ot örtüyü hündür və sıx, insan 
üçün  keçilməz  olur  (əsasən  taxıl  otları).  Quraqlıq  dövründə  otların  torpaqüstü  hissəsi  quruyur,  ağacların 
yarpaqları tökülür. Ağaclar quraqlıq mövsümünün sonunda çiçək açır, yağışlar başlayanda isə yarpaqlayır.  
Savannaların, xüsusən Afrikada dırnaqlı heyvan populyasiyalarının (antilop, zebr, zürafə və b.) müxtəlifliyi 
və  sayına  görə  tayı-bərabəri  yoxdur.  Bu  heyvanları  şir,  gepard  (ov  pələngi)  kimi  yırtıcılar  ovlayır.  Quşlar 
olduqca müxtəlif olub, aralarında iri yırtıcılar (keçəl kərkəs), həmçinin ən irisi – Afrika dəvəquşu var. Burada 
quraqlıq dövrdə daha aktiv olan çoxlu reptililər – ilan və kərtənkələlər, həmçinin yağışlı dövrdə daha çox olan 
həşəratlar vardır. Həşəratlar arasında çoxlu qansoranlar, onlardan ən məşhuru sisi (yuxu xəstəliyinin törədicisi, 
zəhərli)  və  b.  göstərmək  olar.  Cənubi  Afrikada  ağır  xəstəliklərin  törədicilərini  yayan  həşəratlar  mövcuddur, 
onlar insan və heyvanların mərkəzi əsəb sistemini pozur, digər təhlükəli «tropik» xəstəlikləri törədir.  
 
7.1.9. Yarımhəmişəyaşıl mövsümi (yarpağını tökən) tropika meşə ekosistemləri 


 
105 
İldə 800-1300 mm yağıntı düşən, uzunmüddətli quraqlıq dövrü (ildə altı ay) keçən vilayətlərdə yayılmışdır. 
Bu  meşələr  Asiyanın  və Mərkəzi  Amerikanın  tropika hissəsi  üçün səciyyəvidir. Bu  meşələrin  üst  yarusundakı 
ağaclar qışda deyil, quraqlıq mövsümündə yarpağını tökür. Alt yarus həmişəyaşıl ağac və kollardan ibarətdir, 
həmişəyaşıl ağaclardan palmanı göstərmək olar.  
 
7.1.10. Cırtdan şam və ardıc biomu (ekosistemi) 
Böyük  Hövzədə,  Kolorado  ştatında  Kolorado  çayı  boyu,  Yuta,  Arizon,  Nyu-Mexiko,  Nevada  və  Mərkəzi 
Kaliforniyanın  qərbində  geniş  əraziləri  tutur.  Burada  rütubətlik  limitləşdirici  faktor  sayılır,  ildə  250-500  mm 
yağıntının  qeyri-bərabər  paylanması  cırtdan  şam  və  ardıc  meşələrinin  park  şəkilli  olmasını  təyin  edir.  Şamın 
qozaları və ardıcın meyvələri heyvanlar üçün mühüm qida mənbəyidir. Zığ-zığ, böyük arıquşu və kol arıquşu 
oturaq quşların daim xarakterik növləridir.          
7.1.11. Həmişəyaşıl tropika «yağışlı» meşə ekosistemləri 
Ekvator  boyu  yerləşir,  illik  yağıntıların  miqdarı  2000-2500  mm  olub  aylar  üzrə  kifayət  qədər  bərabər 
paylanır. İlboyu bir və ya bir neçə nisbətən «quru mövsüm» (ayda 125 mm) müşahidə olunur. Yağışlı meşələr 
əsas üç vilayətdə yayılmışdır:  
1)  Amazonka  hövzəsində və  Cənubi  Amerikada  –  Orinokada  -  başdan-başa  böyük  massiv  şəklində; 2) 
Afrikada  Konqo.  Nigera  və  Zambezi  çayları  hövzələrində  və  Madakaskar  adasında; 3) Hindo-Malayskidə  və 
Borneo – Yeni Qvineya adalarında.  
Bu vilayətlərdə tempetarun illik gedişi kifayət qədər bərabər paylanıb. Bitki və heyvanların çoxalması və digər 
funksiyalarının mövsümi dəyişməsi əsasən yağıntıların miqdarının tərəddüdündən asılıdır və yaxud daxili ritmlərlə 
tənzimlənir. Belə ki, Winteraceae fəsiləsinə aid olan bəzi ağacların böyüməsi fasiləsiz gedir, lakin həmin fəsiləyə aid 
olan digər növlər üçün böyümədə dövrlük müşahidə olunur və oduncaqda həlqələr əmələ gəlir.  
Yağışlı tropik meşələrdə ağaclar üç yarus əmələ gətirir: 1) Seyrək yerləşən ən hündür ağaclar üst yarusu 
yaradır; 2) Başdan-başa həmişəyaşıl ağaclıq örtüyü, hündürlüyü 25-35 m; 3) Alt yarus – yalnız ümumi çətirdə 
işıq düşən sahələrdə sıx ağaclıq şəklində olur. Ot örtüyü və kollar praktiki olaraq olmur. Lakin çoxlu lianlar və 
epifitlər  mövcuddur.  Növ  müxtəlifliyi  olduqca  yüksəkdir  –  bir  neçə  hektar  sahədə  rast  gəlinən  növlərin  sayı 
bütün  Avropanın  florasında  olan  növlərin  sayı  qədərdir  (Y.Odum, 1986). Bu  meşələrdə  ağac  növlərinin  sayı 
170-dən  çox,  ot  növləri  isə  20-dən  azdır.  Yaruslar  arası  bitki  növlərinin  (lianlar,  epifitlər  və  b.)  sayı  otlarla 
birlikdə 200-300 və daha çoxdur (Şəkil 6.13).  
Rütubətli  tropik  meşələr  kifayət  qədər  qədim  klimaks  ekosistemləri  sayılır,  burada  qida  maddələrinin 
dövranı  mükəmməllik  dərəcəsinə  çatmışdır,  onlar  az  itirilir  və  mutalistik  orqanizmlərlə  və  ağacların  dərinə 
getməyən  (çox  hissəsi  havada  yerləşən)  güclü  mikorizalı  kök  sistemi  vasitəsilə  tez  bioloji  dövrana  qoşulur. 
Məhz buna görə kasıb torpaqlarda sıx meşə örtüyü yaranır.  
Tropikanın  dağlıq  rayonlarında  dağ-yağışlı  meşələri  yerləşir,  onlar  düzənin  yağışlı  meşəsinin 
növmüxtəlifliyi  olub  bəzi  xarakterik  əlamətlərinə  görə  fərqlənir.  Dağ  boyu  yuxarı  qalxdıqca  meşə  örtüyü 
alçaqboylu olur və epifitlər avtotrof biokütlənin böyük qismini təşkil edir.  
Yağışlı meşələrin digər növ müxtəlifliyinə çay dərələrinin subasar sahələrində rast gəlinib «qalereya» və 
ya sahil meşələri adlanır.  
Mülayim qurşağın meşələrindən fərqli olaraq yağışlı meşələrdə heyvanların çox hissəsi bitki örtüyünün üst 
yarusunda yerləşir.  Belə ki,  Qayananın 59 məməli heyvan növünün 31-i ağaclarda  yaşayır. Ağacda yaşayan 
məməlilərdən  başqa  yağışlı  meşələrdə  çoxlu  buqələmun  (xamelyon),  iquana,  hekkonlar,  ağac  ilanları, 
qurbağalar və quşlara rast gəlinir. 
Qarışqalar və düzqanadlılar, həmçinin gündüz kəpənəkləri və güvələr mühüm ekoloji rol oynayır. 
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə