QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə52/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   48   49   50   51   52   53   54   55   ...   94

 
117 
növlərə ayrılır. 
 
 
 
 
Şəkil  8.2. Bərpa olunmasına görə təbii resursların təsnifatı 
 
    
 
Bərpa oluna bilməyən resurslara demək olar ki, bütün mineral və qismən torpaq resursları aiddir. 
Faydalı qazıntılar yer qabığının dərinliklərində daim filizyaranma prosesləri nəticəsində əmələ  gəlir.  Lakin bu 
resursların  əmələ  gəlməsinə  olduqca  uzun  dövr  (on  və  yüz  milyon  illər)  tələb  olunur.  Odur  ki,  onların 
təsərrüfat baxımından hesablanması praktiki olaraq qeyri mümkündür. Bununla əlaqədar olaraq bütün mineral 
resurslar tükənən, eyni zamanda bərpa olunmayan resurslar hesab olunur.  
 
Torpaq  resursları  təbii  halında  insan  cəmiyyəti  fəaliyyətinin  maddi  bazisi  sayılır.  Ərazinin 
mənimsənilmə  mümkünlüyünə  və  təsərrüfat  fəaliyyətinə  relyef  şəraiti  əhəmiyyətli  dərəcədə  təsir  göstərir. 
Karxana  üçün  və  ya  iri  sənaye  və  mülki  tikinti  zamanı  süni  surətdə  relyefin  dəyişilməsilə  pozulmuş  ərazi 
(torpaq) bir daha təbii halında bərpa oluna blməz.  
Кейфиййятъя 
  
Бярпа 
  
Файдалы 
  
 
 
Нисби бярпа 
олунан  
Чох йашлы 
  
Торпаьын 
 
Бязи минерал 
 
Битки юртцйц  
Щейванат алями  
 
Бярпа олунан  
Эцняш енержиси  
Су енержиси  
Кцляк енержиси  
Йер тякинин 
 
Су  
Атмосфер щавасы  
Кямиййятъя  
 
Т 
ц 
к 
я 
н 
я 
н 
Т
ц
к
я
н
м
я
й
я
н 
Т
я 
б 
и 
и 
 
 
р 
е 
с 
у 
р 
с 
л 
а 
р 
 


 
118 
 
Bərpa olunan resurslara bitki örtüyü və heyvanat aləmi daxildir. Hər iki resurs az bir zaman ərzində 
(bir-iki insan nəsli dövründə) bərpa oluna bilir.  
 
Nisbi bərpa olunan və ya məhdud bərpa olunan resurslara olduqca defisit sayılan aşağıdakı təbii 
sərvətlər  aiddir:  a)  məhsuldar  əkinə  yararlı  torpaqlar  olduqca  az  sahə  tutur.  Müxtəlif  məlumatlara  əsasən 
quruda cəmi 1,5-2,5 milyard ha təşkil edir. Birinci münbitlik sinfinə aid olan ən məhsuldar torpaqlar 400 mln. 
ha  sahə  tutur  (E.P.Romanova  və  b., 1993). Məhsuldar  torpaqlar  çox  tədriclə  əmələ  gəlir:  məsələn, 
qaratorpaq tipinin 1 mm humus horizontunun əmələ gəlməsinə təxminən 100 il vaxt lazımdır. Bununla 
belə, torpaqdan səmərəsiz istifadə edilməsi ilə əlaqədar güclü eroziya prosesi nəticəsində yalnız bir il ərzində 
torpağın  ən  qiymətli  üst  şum  qatının  bir  neçə  santimetr  dağılmasına  səbəb  olur.  Son  50  il  ərzində  əksər 
dövlətlərin ərazisində torpağın dağılması prosesi olduqca intensiv gedir. Bu torpaqların bərpa olunmasına 1000 
illərlə vaxt tələb olunur. Bu, torpaq resurslarını «nisbi bərpa olunan» resurslar qrupuna aid etməyə əsas 
verir.  
 
Hazırda  sənaye  əhəmiyyətli  yetişmiş  yaşlı  meşələr  intensiv  istismar  edilir.  Bu  hal  ən  çox  tropik 
meşələrdə  müşahidə  olunur.  Bir  çox  inkişaf  etməkdə  olan  ölkələrdə  (Nigeriya,  Kosta-Rike,  Filippin,  Tailand, 
İndoneziya,  Vyetnam  və  Rusiyada)  yetişmiş  yaşlı  meşələrin  sahəsinin  azalması  çox  sürətlə  gedir.  Belə 
meşələrin bərpasına azı bir-iki əsr vaxt tələb olunur və onların olduğu kimi təbii halında bərpa olunması qeyri-
mümkündür.  
 
Bitki  örtüyünün  intensiv  antropogen  təzyiq  nəticəsində  deqradasiyaya  uğraması  və  məhv  edilməsi 
onların bərpa olunmayan resurs qrupuna keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə qədər 
mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. Növün yoxa çıxması ilə o, əbədi olaraq Yer üzərindən 
silinmiş olur.  
 
Tükənməyən  təbii  resurslara  okeanın  su  resursları,  iqlim  resursları,  yer  təkinin  enerjisi,  dəniz 
qabarması və dalğaları daxildir.  
 
Planetar  miqyasda  su  resursları  praktiki  olaraq  tükənməyən  resurs  hesab  edilməsi  faktı  məlumdur. 
Lakin  Yer  səthində  su  istifadəsi  sistemində  şirin  su  ehtiyatı  qeyri-bərabər  paylanmışdır.  Arid  və  subarid 
rayonlarda  geniş  ərazilərdə  suyun  çatışmazlığı  xüsusilə  müşahidə  olunur.  Sudan  qeyri-səmərəli  istifadə 
olunması nəticəsində regionlar səviyyəsində və lokal səviyyədə su ehtiyatının faciəli azalması baş verir.  
 
Məlum  olduğu  kimi,  Yerin  hidrosferinin  su  obyektlərində  suyun  ümumi  həcmi  1390  mln.  km
3
-a 
yaxındır. Lakin onun 96,4%-i Dünya okeanının duzlu suları və yalnız 2,6%-i (36 mln. km
3
) şirin suların payına 
düşür.  
 
Duzlu  dəniz  suyunun  şirinləşdirilməsi  texnologiyası  artıq  məlumdur.  Odur  ki,  Dünya  okeanı,  duzlu 
göllər və duzlu yeraltı sular gələcəkdə potensial su resursları kimi istifadə oluna bilər. Bərpa olunan şirin suyun 
illik  miqdarı  o  qədər  də  böyük  olmayıb  müxtəlif  məlumatlara  görə  41  …. 45 min  km
3
  təşkil  edir.  Dünya 
təsərrüfatına  öz  ehtiyacını  ödəmək  üçün  4,5  min  km
3
-ə  yaxın  su  tələb  olunur.  Bu  isə  bərpa  olunan  su 
resursunun təxminən 10%-i qədərdir. Deməli, təbiətdən, su resurslarından səmərəli istifadə etmək şəraitində, 
bu  su  resursları  tükənməz  resurs  kimi  qiymətləndirilə  bilər.  Lakin  bu  prinsiplər  pozulduqda  ekoloji  vəziyyət 
olduqca  kəskinləşə  bilər  və  hətta  planetar  miqyasda  təmiz  şirin  su  defisiti  yarana  bilər.  Hələ  ki,  təbii  mühit 
müxtəlif məqsədlər üçün öz ehtiyaclarını ödəmək üçün hər il bəşəriyyətə 10 dəfə çox su «bəxş» edir.  
 
İqlim  resursları  dedikdə,  konkret  ərazi  və  regionun  malik  olduğu  istilik  və  rütubət  ehtiyatı  başa 
düşülür  (E.P.Romanova  və  b., 1993). Mövsüm  və  ərazi  üzrə  istilik,  xüsusilə  rütubətlik  qeyri-bərabər 
paylanmışdır.  Havanın  temperaturu  -90
0
C-dən  +80
0
C  arasında  tərəddüd  edir,  hərçənd  Yer  üçün  orta 
temperatur təxminən +15
0
C təşkil edir.  
 
Quru, bütövlükdə atmosfer rütubətliyi ilə də pis təmin olunmayıb: onun səthinə hər il orta hesabla 119 
min km
3
 yağıntı düşür. Lakin bəzi rayonlara ildə 12000 mm-dən artıq yağıntı düşdüyü halda, elə geniş ərazilər 
də vardır ki, ora 50 … 100 mm-dən də az yağıntı düşür.  
  Ətraf  mühitdə  su  və  havanın  miqdarı  praktiki  olaraq  azalmır,  lakin  insan  fəaliyyəti  nəticəsində  onlar 
keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı 
azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi, 
həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə