QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə55/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   51   52   53   54   55   56   57   58   ...   94

 
123 
olması orta hesabla tsikldən xaric olan maddələrin miqdarına bərabər olur, bu səbəbdən də tsikl daxilində hər 
bloka daxil olan maddə, təxminən oradan çıxan maddəyə bərabər olur.  
Antropogen  təsir  ekosistemdə  maddələr  dövranını  pozur.  Aqrosenozlarda  maddələrin  bir  hissəsi 
ekosistemdən birdəfəlik götürülür.  
5. Təbii ekosistemlər «avtotənzimləyici» sistemdir, aqrosenozlar isə insan tərəfindən idarə olunur. 
Məqsədinə  çatmaq  üçün  insan  aqrosenozda  təbii  faktorların  təsirini  dəyişir  və  ya  ona  nəzarət  edir,  bitkinin 
böyümə  və  inkişafına,  xüsusilə  qida  məhsulvermə  komponentlərə  üstünlük  verilir.  Bununla  əlaqədar  əsas 
vəzifə minimal enerji və maddə sərf etməklə məhsuldarlığın yüksəlməsinə şərait tapmaq, torpağın münbitliyini 
artırmaqdır.  Bu  vəzifənin  həlli  aqrofitosenozlar  tərəfindən  təbii  resurslardan  daha  tam  istifadə  etmək  və 
aqrosenozlarda kimyəvi elementlərin kompensasiya olunan tskillərini yaratmaqdır.  
Resurslardan  istifadə  dolğunluğu  sortun  (çeşidin)  genetik  xüsusiyyətləri,  vegetasiyanın  uzunluğu,  birgə 
səpinlərdə komponentlərin müxtəlif cinsliliyi, səpinin yarusluğu və s. ilə müəyyən olunur.  
Buna görə M.S.Sokolov və b. (1994) belə nəticəyə gəlir ki, aqrosistemlərin vəziyyətinə ən ciddi nəzarət 
daha  çox  enerji  sərfi  tələb  olunan  qapalı  sahədə  yerinə  yetirilə  bilər.  Bu  qrupa  yarımaçıq  sistemlər  aiddir, 
burada  xarici  mühitlə  (istixana,  heyvandarlıq  kompleksi)  əlaqə  olduqca  məhdudlanır,  temperatur,  radiasiya, 
mineral  və  üzvi  maddələrin  dövranı  tənzimlənir  və  yüksək  dərəcədə  nəzarət  olunur.  Bu  –  idarəolunan 
aqroekosistemlərdir. Qalan digər aqroekosistemlər – açıq sistemlərdir. İnsan tərəfindən effektiv nəzarət nə 
qədər çox olarsa, onlar bir o qədər sadə olar.  
Yarımaçıq  və  açıq  sistemlərdə  insanın  səyi  orqanizmlərin  böyüməsinə  optimum  şəraiti  təmin  edir  və 
onların tərkibinə ciddi bioloji nəzarət olunur. Buradan aşağıdakı praktiki məsələlər meydana gəlir:  
- birincisi, mümkün qədər arzu olunmayan növləri tam kənarlaşdırmaq; 
- ikincisi, yüksək potensial məhsuldarlığa malik olan genetik tiplərin seçilməsi; 
-  bütövlükdə  qurumuş  bitkilər  və  ölmüş  fitofaqlarla  birlikdə  əvvəl  udulmuş  enerjinin  ¾-ü  ölü  üzvi 
maddələrin tərkibində saxlanır, ¼-dən bir qədər çoxu isə tənəffüs zamanı istilik şəklində ekosistemdən kənar 
edilir.  
Ekosistemin biokütlə istehsal etmək qabiliyyəti sayəsində insan özünə zəruri olan qida və bir çox texniki 
resursları  əldə  edir.  Qeyd  edildiyi  kimi,  sayca  artan  bəşəriyyətin  qida  (ərzaq)  ilə  təmin  edilməsi  problemi  – 
başlıca olaraq aqroekosistemin (kənd təsərrüfatının) məhsuldarlığını yüksəltmək problemi hesab olunur.  
Ekoloji  sistemlərin  insanın  təsiri  ilə  əlaqədar  dağılması  və  ya  çirklənməsi  bilavasitə  enerji  axınının 
maddələrə daxil olmasının kəsilməsinə (dayanmasına), deməli, ekosistemin məhsuldarlığının aşağı düşməsinə 
səbəb olur.  Odur ki,  bəşəriyyət qarşısında duran ilkin vəzifə – aqroekosistemin  məhsuldarlığının  aşağı 
düşməsinin qarşısını almaqdır. Bu məsələ həll olunduqdan sonra ikinci mühüm vəzifənin – məhsuldarlığın 
artırılması vəzifəsinin həlli mümkün ola bilər.  
XX  əsrin  90-cı  illərində  şumlanan  torpaqların  ilk  illik  məhsuldarlığı  planetimizdə  8,7  mld.  ton,  enerji 
ehtiyatı isə 14,7⋅10
16
 kC təşkil etmişdir.  
Aqrosenozlarda  tez-tez  ayrı-ayrı  növlərin  hədsiz  çoxalması  baş  verir.  Bu  hadisəni  Ç.Elton  «ekoloji 
partlayış» adlandırır. Tarixən belə «ekoloji partlayişlar» müşahidə olunmuşdur. XIX əsrdə fitoftor göbələyi 
Fransada bütün kartof sahələrini məhv etmiş və aclığa səbəb olmuşdur. Kolorado böcəyi Amerikada Atlantik 
okeanına qədər yayılmış, XX əsrin başlanğıcında Qərbi Avropaya, 1940-cı illərdə isə Rusiyanın Avropa hissəsinə 
keçmişdir. Müharibənin sonrakı ağır illərində bu böcək Rusiyanın bütün tarlalarını «boşaltmışdır».  
  Bu  hadisənin  qarşısını  almaq  üçün  zərərvericilərin  sayını  süni  yolla  nizamlamaq  tələb  olunur.  Lakin  kənd 
təsərrüfatı praktikasında bu yol bəzən yaxşı nəticə vermir. Odur ki, insanı əhatə edən təbiətin sadələşdirilməsi 
ekoloji baxımdan təhlükəlidir. Bunu nəzərə alaraq bütün təbii landşaftları aqrotəsərrüfat landşaftına çevirmək 
olmaz,  onun  müxtəlifliyini  qorumaq  üçün  toxunulmayan  qoruq  sahələri  saxlanılmalıdır.  Bu  sahələr  təbii 
qruplaşmaların suksessiya sıralarını bərpa etməkdə mühüm mənbə sayılır.    
 


 
124 
Cədvəl 8.2 
 
Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası 
 
Təbii ekosistemlər 
Aqroekosistemlər 
Biosferin  gedişində  formalaşmış  ilkin  təbii 
elementar (sahə) vahidlər 
Biosferin insan tərəfindən transformasiyaya uğramış süni 
sadə vahidləri  
Populyasiyanın  bir  neçə  növü  üstünlük  təşkil 
edən bir çox heyvan və bitki növlərindən ibarət 
mürəkkəb sistemlər  
Bir  bitki  və  ya  heyvan  növünün  üstünlük  təşkil  etdiyi 
sadələşmiş 
sistemlər. 
Onlar 
davamlı 
olmaqla 
biokütləsinin strukturu tezdəyişən (davamsız) olur 
Maddələr 
dövranında 
iştirak 
edən 
orqanizmlərin 
məhsuldarlığı 
onların 
uyğunlaşma xüsusiyyətləri ilə müəyyən edilir 
Məhsuldarlıq  təsərrüfat  fəaliyyətinin  səviyyəsindən  və 
iqtisadi, texniki imkanlardan asılı olaraq müəyyən edilir  
İlkin  məhsul  heyvanat  tərəfindən  istifadə 
olunur  və  maddələr  dövranında  iştirak  edir. 
«istifadə», «istehsal»la eyni vaxtda baş verir 
Məhsul  insanın  tələbatını  ödəmək  üçün  və  mal-qaraya 
yem  kimi  toplanır.  Müəyyən  vaxt  ərazidə  canlı  maddə 
sərf  edilməyərək  toplanır.  Ən  yüksək  məhsuldarlıq  qısa 
vaxt ərzində inkişaf edir 
 
9.4. Sənaye-şəhər ekosistemləri (landşaftı) 
Şəhər və sənaye müəssisələri ekosistemləri antropogen ekosistemə aiddir. Şəhərlərin yaranması əsasən 
urbanizasiya ilə bağlıdır.  
Dünyada ilk şəhərlər Tibr çayı, sonralar isə Nil çayı boyu yaranmışdır. Bu şəhərlər birlikdə ticarətlə məşğul 
olmaq  və  düşməndən  qorunmaq  məqsədilə  yaranmışdır.  Tarixən  ilk  milyon  nəfər  əhalisi  olan  şəhər  Roma 
olmuşdur (Yuliya-Sezar dövründə, b.e.ə. 44-10 illər). Hazırda dünyanın ən böyük şəhəri Tokio sayılır (27 mln. 
nəfər).  
Şəhərlərin  böyüməsi  insanları  get-gedə  təbiətdən  uzaqlaşdırır.  Orta  əsrlərin  şəhər  əhalisi  təbiətə  yaxın 
olmuşdur.  Müasir  şəhərlərin  landşaftı  dəyişdirilmiş  –  mədəni  landşafta  aid  olub  burada  cəmiyyətin  fəaliyyəti 
nəticəsində  yaranan  elementlər  təbii  landşafta  nisbətən  üstünlük  təşkil  edir.  Şəhər  landşaftı  çox  vaxt 
urbanizasiya landşaftı da adlandırılır.  
Abadlaşdırılmış şəhərlərdə daş, beton, asfalt üstünlük təşkil edir və daima təbii elementlərin nisbi azalması 
müşahidə olunur, bunun nəticəsində hava hövzəsinin vəziyyəti pisləşir.  
Şəhərlərdə aşağıdakı fəaliyyət göstərən zonalar ayrılır: yaşayış, sənaye, kommunal-anbar, xarici nəqliyyat, 
şəhərətrafı ərazi.  
Yaşayış zonası və ya seliteb zona – yaşayış rayonları, ictimai mərkəzlər (inzibati, elmi, tədris, tibbi, 
idman və s.) və ümumi istifadəli yaşıllıqlar üçün ayrılır. 
Yaşayış zonası küləkdöyən tərəfdən (üstünlük təşkil edən küləklər), həmçinin zərərli maddələrin mənbəyi 
olan sənaye və kənd təsərrüfatı sahələrindən çay axarı boyu (yuxarı) salınır.  
Şəhərlərin  canlı  zona  ərazisinin  əsas  struktur  elementi  mikrorayonlar  sayılır.  Mikrorayonların  daxilində 
yaşayış  binalarından  başqa  ilkin  xidməti  idarələr  və  müəssisələr  də  yerləşdirilir.  Mikrorayonların  ərazisi  
magistral yollar və yaşayış binaları ilə kəsişir.  
Böyük  və  çox  böyük  şəhərlərdə  əhalinin  cəmləşməsi  son  illər  çoxmərtəbəli  evlərin  tikilməsi  və  əhalinin 
sıxlığının  daha  da  artması  ilə  müşayiət  olunur.  Tikililərin  sayının  çoxalması  xidməti  müəssisələrin  (o  cümlədən 
məktəb və uşaq müəssisələrinin) ərazisinin, həmçinin yaşıl ağaclıqların sahəsinin azalmasına səbəb olur, yaşayış 
ərazilərinin düzgün fəaliyyətini pozur, bunun nəticəsində binaların yanında, yaşayış evlərində, mikrorayonların və 
kvartalların daxilində səs-küyün səviyyəsi yüksəlir.  
16 və daha yüksək mərtəbəli evlərdə yaşamaq xüsusilə böyük narahatlıq yaradır.  Hazırda belə binalara 
Bakı şəhərinin bütün rayonlarında tez-tez rast gəlinir və onların sayı artmaqda davam edir.  
Yüksək  binalar  şəhərin  nəqliyyat  problemini  daha  da  kəskinləşdirir.  Belə  ki,  şəhərin  mərkəzi  hissəsində 
inzibati binaların sayı da artır, iş yerindən uzaqda yaşayan işçilərin iş yerinə gəlməsi də problem yaradır.  
Gigiyena mütəxəssisləri, inşaatçılar, iqtisadçılar, sosiologiya və estetika sahəsinin mütəxəssislərinin birgə 
səyi  ilə  gələcəkdə  hazırladığı  layihələr  şəhərimizdə  həyat  tərzinin  pisləşməsinə  deyil,  yaxşılaşmasına  zəmin 
yaratmalıdır.  
Sənaye  zonası.  Bu  zonanın  ərazisində  müxtəlif  sahələrin  sənaye  obyektləri  (metallurgiya,  kimya, 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə