QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə65/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   61   62   63   64   65   66   67   68   ...   94

 
143 
Karbohidrogenlər,  o  cümlədən 
benz(a)piren 
Tənəffüs  (nəfəs)  yollarının  qıcıqlanması,  ürək  bulanması,  baş 
gicəllənməsi,  nəfəsalma  və  qan  dövranının  pozulması.  Beynin 
elektrik  aktivliyinə  təsiri.  Orqanizmin  immun  aktivliyinin  aşağı 
düşməsi,  uşaqlarda  akitaminozun  əmələ  gəlməsi,  bədxassəli 
yenitörəmələr (şişlər).  
Qanda hemoqlobin təcrid olunaraq karboksihemoqlobin əmələ gəlir 
və  qanın  oksigeni  ağciyərlərdən  bədənin  toxumalarına  keçirmə 
qabiliyyəti  aşağı  düşür.  Koronar  (damar)  çatışmazlığı  tutumaları, 
stenokardiya  və  hətta  miokarda  infarktı.  Karboksihemoqlobinin 
konsentrasiyası  3-4%  olduqda  görmə  qavrayışı  pozulur,  əsəb 
sistemi  zədələnir.  Orqanizmin  mübadilə  prosesləri,  mərkəzi  əsəb 
sisteminin  fəaliyyət  vəziyyəti  (psixi  sapmalar,  toxuma  tənəffüsü 
sıxılır) pozulur. Nəqliyyatın ən qızğın iş saatlarında (pik) piyadalarda 
ümumi keyfsizlik, süstlük, psixomotor pozuntuları, beynin funksional 
pozulması  müşahidə  olunur.  Ağciyər  və  nəfəs  yollarında  kəskin 
qıcıqlanma  və  iltihab  prosesləri,  methemoqlobinin  əmələ  gələmsi, 
qan  təzyiqinin  aşağı  düşməsi,  baş  gicəllənməsi,  huşun  itirilməsi, 
qusmaq,  təngnəfəslik,  azot  2-oksid olduqda  – öskürək,  zökəm  baş 
verir.  Uşaqlarda  –  tənəffüs  funksiyası  aşağı  düşür,  raspirator 
xəstəlikləri  artır.  Gözün  selikli  qişasında  qıcıqlanma,  ağciyərlərin 
xroniki  dəyişməsi  və  iltihab  prosesləri,  mikroorqanizmlərin  təsiri  ilə 
birlikdə  ağciyərin  şişməsi  inkişafının  tezləşməsi.  Baş  ağrıları,  tez 
yorğunluq.  Əsəbi  pozğunluq.  Uşaqlarda  –  ləng  böyümə,  anemiya, 
hiperaktivlik -  yüksək hərəkət aktivliyinə, diqqətsizliyə, küsəyənliyə, 
yüksək  qıcıqlanmaya,  ölüvaylığa  səbəb  olur,  hərəkət  funksiyasının 
incə  və  kobud  pozulması  uşaqlarda  yerişin  düzgün  olmaması, 
tarazlığın  pozulması,  əzələ  zəifliyi  ilə  nəticələnir.  Belə  uşaqlar 
təhsildə geri qalır.          
 
10.7. Tibbi təminat və onun insan sağlamlığına təsiri  
İlk baxışda sağlamlığın təmin olunmasında səhiyyənin məsuliyyət payı (10-15%) aşağıdır. Lakin insanların 
əksəriyyəti  öz  sağlamlığına  ümidini  məhz  səhiyyə  ilə  bağlayır.  Bu  onunla  əlaqədardır  ki,  çox  vaxt  adamlar 
yalnız xəstələndikdən sonra sağlamlığı barədə düşünür. Təbii ki, sağalmasını onlar yalnız tibblə bağlayır. Lakin 
bu zaman insan düşünməlidir ki, həkim sağlamlığı qorumq deyil, müalicə ilə məşğul olur. 
Müalicə zamanı həkim strateji yanaşmadan deyil, tikinti yanaşmadan istifadə edərək kəskin halları aradan 
qaldırmağa çalışır. Həkim simptomu aradan qaldırmaq hesabına müvəqqəti xəstənin halını yüngülləşdirir, lakin 
o, simptomu aradan qaldırdıqda onu yaradan səbəbləri aradan qaldırmır, bununla da xəstəliyi «daxilə» ötürür, 
onun sonrakı inkişafını süni davam etdirərək xroniki formaya keçirir.  
Ənənəvi tibbdə farmakologiya, sakitlik və cərrah bıçağı əsas müalicə vasitələri sayılır. Onlardan hər birinin 
üstün  və  çatışmayan  cəhətləri  vardır.  Kritik  vəziyyətdə,  güclü  ağrılar  zamanı,  yaralandıqda,  reanimasiyada 
məlumdur  ki,  kəskin  halları  kənarlaşdırma  işləri  yerinə  yetirilir.  Bu  halda  hər  şeydən  əvvəl  farmakoloji  və 
cərrahi əməliyyatlar həyata keçirilir. Farmakoloji preparatların əksəriyyəti güclü təsiri ilə fərqlənir və yaşamaq 
uğrunda mübarizə üçün orqanizm maksimum aktivləşdirilir.  
Məlumdur  ki,  orqanizmdə  resursların  belə  toplanması  yalnız  müvəqqəti  xarakter  daşıyır.  Lakin  uzun 
müddətli  belə  farmakologiyadan  istifadə  olunması  faydalı  deyil,  belə  ki,  bir  tərəfdən  funksional  rezervlərin 
bərpa olunmasına imkan yaranmır, digər tərəfdən zəhərli sayılır, allergiya və digər xəstəliklərə səbəb olur.  


 
144 
Cədvəl 10.3  
 
Sintetik və təbii mənşəli farmakoloji preparatların müqayisəli xarakteristikası (E.N.Vayner, 
2001) 
 
Göstəricilər 
Preparatlar 
 
Sintetik 
Xroniki 



Xəstənin  müalicəsində  başlıca  istifadə 
edilir 
kəskin 
xroniki 
Profilaktika üçün əhəmiyyətli   
məhdud 
çox 
Zəhərlənmə  
tez-tez yüksək  
tez-tez aşağı 
Dərman xəstəlikləri  
tez-tez 
çox az 
Allergiya təhlükəsi  
maksimum  
minimum 
Uzun müddətli istifadə  
adətən təhlükəli və ya ehtiyatla  mümkündür 
Dərman arsenalında saxlanması 
seyrək 10 ildən çox  
10 min ildən 15 min ilə qədər 
 
Həm  də  bu,  ən  çox  süni  sintetikləşdirilmiş  dərman  maddələrinə  aiddir,  belə  ki,  təbii  preparatlar  daha 
yüngül  (yumşaq)  təsirə  malikdir  (cədvəl  10.3).  Belə  vəziyyət  təkamül  baxımından  aydın  olur.  Sintetik 
preparatlar orqanizmdə yad məlumat daşıyır və ona təkamül prosesində rast gəlinmir. Təbii maddələrin özləri 
təkamül prosesinə səbəb olmuş, ona görə onların informasiya tərkibi orqanizmin həyat fəaliyyəti mexanizminə 
uyğun  gəlir.  Odur  ki,  farmakoloji  preparatlarla  uzun  müddət  müalicə  aparıldıqda  (xüsusən  sintetik  mənşəli) 
müalicə  olunan  xəstəliyin  və  müalicənin  izi  qalır.  Bundan  ilk  növbədə  qaraciyər,  mədə-bağırsaq  yolları, 
tənəffüs  sistemi,  daxili  sekresiya  vəzləri  əziyyət  çəkir.  Son  nəticədə,  bütövlüklə  orqanizmdə  maddələr 
mübadiləsini pozur.  
İstirahət  (dinclik),  orqanizmin  kəskin  vəziyyətində  xəstəliklə  mübarizə  aparmaqda  orqanizmin 
rezervlərindən  tam  istifadə  etmək  üçün  vacib  şərtdir.  Lakin  kəskin  vəziyyəti  aradan  qaldırdıqdan  sonra, 
xüsusən, xroniki pozuntu zamanı onu tövsiyə etmək düzgün deyil. Əzələ sükutluğu orqanizmin həyati mühüm 
sisteminin, o cümlədən patoloji dəyişmiş toxumaların qanla təchiz olunmasını azaldır, funksional ehtiyatı aşağı 
salır,  toxumaların  atrofiya  və  distrofiyasına  və  regenerasiyanın  gedişinin  yavaşımasına  səbəb  olur.  Bununla 
belə,  funksional  vasitələrdən  və  metodlarından  optimal  istifadə  etməklə,  hətta  kəskin  vəziyyətdən  və  ciddi 
cərrahi əməliyyatından sonra orqanizmin bərpasını tezləşdirmək olar.  
Beləliklə,  hazırda  mövcud  müalicə  prinsipləri,  adətən  fizioloji  proseslərin  normal  gedişinə  sərt  (kobud) 
müdaxilədən ibarətdir və orqanizmin fərdi adaptasiya imkanlarından istifadə olunmur. Bu hal, belə müalicənin 
aşağı  effektliyi  və  müasir  insanın  sağlamlığının  tibbi  təminatdan  aşağı  dərəcədə  asılı  olması  ilə  izah  olunur. 
Bununla  əlaqədar  Hippokrat  demişdir:  «Tibb  çox  vaxt  sakitləşdirir,  bəzən  yüngülləşdirir,  arabir 
müalicə edir». Təəssüf ki, bu sözlər indi də çox halda aktualdır.  
 
10.8. Həyat şəraiti və tərzi, onların insan sağlamlığına təsiri 
Son vaxtlar məlum olmuşdur ki, yalnız tibb əhali arasında artan xəstəliklərin öhdəsindən gölməyə qadir 
deyil.  Səhiyyənin  insanın sağlamlığına  təsiri  cəmi  10-15%  təşkil edir,  halbuki,  həyat  şəraiti  və  tərzinin  təsiri 
50%-dən artıqdır. Bununla əlaqədar həm mütəxəssislər, həm də əhali arasında sağlam həyat tərzi məsələsinə 
maraq artmışdır.  
İnsanın həyat tərzi tarixi dövr sivilizasiyanın inkişaf səviyyəsi, mədəniyyətin xüsusiyyətləri, həmçinin şəxsi 
keyfiyyətlər – xarakter və iradə ilə müəyyən olunur. Həyat tərzi əmək, nitq mədəniyyəti, qidalanma xüsusiyyəti 
və insanın həyat fəaliyyətinin digər cəhətlərini əhatə edir (Məmmədov, Suravegina, 2000).  
Hər tarixi dövrün öz həyat tərzi vardır. Qədim insanın həyat tərzi ov və balıqçılıqla bağlı olub, güc, çevik-
lik, müşahidəçilik, dözüm, iti reaksiya tələb edirdi. O dövrdə insanların ömrü qısa idi. Tək-tək adamlara 50 il və 
bir qədər çox yaşamaq qismət olurdu. Uşaq ölümü yüksək səviyyədə idi.  
Müasir  insanın  həyat  tərzi  isə  qədim  əcdadlarından  kəskin  fərqlənir.  Əhalinin  böyük  şəhərlərdə 
cəmləşməsi, əlaqələrin dünya miqyasında inkişafı XX-XXI əsrlərdə insan həyat tərzinin dəyişməsinə səbəb ol-
du. Müasir insan üçün sərbəst şəxsi münasibətlərin zənginliyi çox vacibdir. Bizim dövrümüzdə insanların vacib 
sosial qrupu kimi ailə daha böyük əhəmiyyət kəsb edir. Ailə həyatı-ailə üzvlərinin sağlamlığını həm bilavasitə, 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə