QəRİb məMMƏdov, mahmud xəLİlov


ədvəl 12.4    Metilcivə ilə zəhərlənmə hadisələri



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə73/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   69   70   71   72   73   74   75   76   ...   94

 
160 
Cədvəl 12.4 
 
Metilcivə ilə zəhərlənmə hadisələri 
 
Ölkə (metilcivənin  
daxil olma mənbəyi) 
İl 
Say 
ölüm 
xəstəlik 




Yaponiya, Minamata (dəniz məhsulları) 
1956 
76 
2262 
İraq (civə tərkibli pestisidlərlə dərmanlanmış taxıl) 
1961 
35 
321 
Şərqi Pakistan (dərmanlanmış taxıl) 
1963 

34 
Qvetemala (dərmanlanmış taxıl) 
1966 
20 
45 
Yaponiya, Niqata (dəniz məhsulları) 
1968 

690 
İraq (dərmanlanmış taxıl) 
1972 
459 
6350 
 
1956-cı  ildə  əvvəl  uşaqlar  (mərkəzi  sinir  sisteminin),  sonra  isə  böyüklər  (hərəkət  uyğunluğunun 
pozulması,  eşitmə  qabiliyyətinin  pisləşməsi,  həssaslığın  itirilməsi)  diaqnozdan  keçirilmişdir.  Görüş  dairəsinin 
qısalması,  əzələ  riqidnostu,  yüksək  emosiyanın  oyanması  aşkar  edilmişdir.  Zərərçəkmiş  adamların  hamısı 
Minamata körfəzində tutulmuş balıq və molyuskalarla qidalanmışdır. Hərəkət koordinasiyasının pozulması pişik 
və quşlarda da müşahidə olunmuşdur. Onlarla insan ölmüş, bir çoxları sinir sistemində ağır zədələr almışdır. 
1955-1959-cu illərdə Minamatada doğulan hər üç uşaqdan birində mərkəzi sinir sisteminin pozulması, fiziki və 
əqli inkiaşfın kənara çıxması müşahidə olunmuşdur. Bu faciənin nəticələri neçə-neçə illər davam etmişdir, 12 
mindən artıq adam körfəzə 200-dən 600 tona qədər civəni körfəzə atan kimya müəssisələrinə öz iddialarını 
bildirdilər.  
Bir  neçə  ildən  sonra  analoji  vəziyyət  Yaponiyanın  digər  şəhəri  –  Niiqatada  təkrar  olundu.  Belə  vəziyyət 
Kolumbiyada (Kartaxena körfəzi) baş vermişdir.  
İnsanların  metilcivə  ilə  zəhərlənməsi  civətərkibli  funqusidlərlə  dərmanlanmış  (çirkləndirilmiş)  taxıldan 
bişirilmiş çörəklə qidalanması ilə əlaqədar baş vermişdir (İraq, Qvatemala, Şərqi Pakistan) (cədvəl 12.4).  
Civə  ilə  çirklənmiş  artmosfer  havasının  təsiri  civətərkibli  lampalar  istehsal  olunan  Saranski  şəhərinin 
yaxınlığında yaşayan uşaqlarda xəstəliklərin artmasına və civə istehsal olunan dünyada nəhəng sayılan Nikitov 
zavodunun (Ukrayna) yanında yaşayan qadınlarda reproduktiv sağlamlığın pozulmasına səbəb olmuşdur.  
 
12.1.3.Kadmium (Cd) 
Kadmiumun  ətraf  mühitdə  yayılması  lokal  xarakter  daşıyır.  O,  ətraf  mühitə  metallurgiya  istehsalının 
tullantıları  ilə,  qalvanik  istehsalının  çirkab  suları  ilə  (kadmiumlamadan  sonra),  kadmium  tərkibli  stabilizatorlar, 
piqmentlər, boyalar istifadə olunan istehsal sahələrindən və fosfat gübrələrindən istifadə edilməsi nəticəsində 
daxil  olur.  Bundan  başqa,  kadmium  iri  şəhərlərin  havasında  təkərlərin  sürtülməsi,  bəzi  plastik  məmulatların, 
boyaların və yapışdırıcı materialların eroziyası nəticəsində mövcuddur.  
Orqanizmə daxil olan əlavə kadmium mənbəyi siqaret çəkilməsi sayılır. Bir siqaretin tərkibində 1-2 mkq 
kadmium  olur  və  onun  10%-ə  qədəri  tənəffüs  orqanlarına  daxil  olur.  Gün  ərzində  30  ədəd  siqaret  çəkən 
adamın orqanizmində 40 il ərzində 13-52 mkq kadmium toplanır, bu qida ilə orqanizmə daxil olan miqdardan 
artıqdır. 
İçməli  suya  kadmium  istehsalat  tullantıları  ilə  çirklənmiş  su  mənbələrindən,  suhazırlığı  mərhələsində 
reagentlərdən,  həmçinin  su  kəməri  konstruksiyalarının  miqrasiyası  nəticəsində  daxil  olur.  Su  ilə  orqanizmə 
daxil olan kadmiumun payı ümumi sutkalıq dozanın 5-10%-i təşkil edir.  
Atmosfer  havasında  kadmiumun  normativi  0,3  mkq/m
-3
,  su  mənbələri  suyunda  0,001  mq/l,  torpaqda  – 
qumlu və qumluca turş və neytral torpaqlarda uyğun olaraq 0,5, 1,0 və 2 mq/kq təşkil edir.  
ÜST-nin  tövsiyəsinə  əsasən  kadmiumun  YVS  (yol  verilən  səviyyəsi)  həftə  ərzində  bədən  kütləsinin  7 
mkq/kq təşkil edir.  
Kadmiumla çirklənmə mənbələri yerləşən ərazilərdə, onun çirklənmiş sahələrdə becərilən kənd təsərrüfatı 
məhsullarından  izafi  daxil olma  ehtimalını  nəzərə almaq  lazımdır.  Məsələn,  kadmiumun  yol  verilən  səviyyəni 
keçməsi Belova şəhərində sinkəridən zavodun yaxınlığında becərilən tərəvəzdə qeydə alınmışdır. Kirovoqrad, 
Qornyak,  Kamensk-Uralsk,  Çelyabinsk,  Vladiqafqaz  şəhərlərinin  və  mədənlərin  yaxınlığında  yerləşən  yaşayış 
məntəqələri ərazisindəki torpaqlarda kadmiumun ən yüksək orta miqdarı aşkar edilmişdir.  


 
161 
Biosubstratlarda yol verilən miqdarı. Kadmiumun əhalinin sağlamlıq vəziyyətinə təsirini təyin etmək 
üçün biomonitorinqdən geniş istifadə olunur. Əsas diaqnostik mühit sidik sayılır, ondan kadmiumun orqanizmə 
ifrazatı gedir. Sidikdə kadmiumun yolverilən səviyyə miqdarı 1970-ci ildə ilk dəfə Yaponiyanın Səhiyyə Nazirliyi 
tərəfindən müəyyən edilmişdir (9 mkq/l). Sonralar ABŞ-ın əmək gigiyenası Assosiasiyası daha aşağı göstərici – 
5 mkq/q kreatinin (7 mkq/l sidikdə) və qanda – 5 mkq/l təklif etmişdir.  
Kadmiumun sağlamlığa təsiri. Orqanizmdə kadmiumun saxlanmasına insanın yaşı təsir göstərir. Uşaq 
və  yeniyetmələrdə  onun  sorulma  dərəcəsi  böyüklərdə  olduğundan  5  dəfə  yüksəkdir.  Kadmium  ağciyər  və 
mədə-bağırsaq  traktından  absorbsiya  olunaraq  bir  neçə  dəqiqədən  sonra  qanda  müəyyən  edilir,  lakin  onun 
səviyyəsi  ilk  sutkalar  ərzində  tez  azalır.  O,  kanserogen  (2A  qrupu),  qonadotrop,  embriotrop,  mutagen  və 
nefrotoksiki  təsirə  malikdir.  Hətta  aşağı  səviyyə  çirklənmədə  kadmiumun  əhali  üçün  əlverişsiz  təsirinin  real 
təhlükə yaratması bu metalın yüksək bioloji kumulyasiyası (toplanması) ilə əlaqədardır. İşçi zonasında yüksək 
konsentrasiyalı kadmiumla qısa kontaktda olduqda yüngül fibroza, ağciyər və qaraciyərin funksiyasının davamlı 
pozulmasına səbəb olur.  
Orqanizmə  inhalyasiya  (nəfəsalma)  yolu  ilə  daxil  olan  kadmiumun           50%-ə  qədəri  ağciyərlərdə 
çökür.  Kadmiumun ağciyərlərdə udulma dərəcəsi birləşmələrin həll olma dərəcəsindən,  onun dispersliyindən 
və  tənəffüs  orqanlarının  funksional  vəziyyətindən  asılıdır.  Mədə-bağırsaq  yolunda  (traktında)  kadmium  orta 
hesabla 5% absorbsiya olunur, odur ki, qida ilə orqanizmin toxumalarına az miqdarda kadmium daxil olur.  
Kadmiumun hədəf orqanları qaraciyər, böyrəklər, ilik, sperma, boruvari sümüklər və qismən dalaq hesab 
olunur. Kadmium əsasən qaraciyərdə toplanır, onun orqanizmdə olan ümumi miqdarının 30%-ni təşkil edir.  
Kadmiumla  xroniki  zəhərlənmənin  ən  ağır  forması  İtay-İtay  xəstəliyi  sayılır.  Bu  xəstəlik  ilk  dəfə 
Yaponiyada  aşkar  olunmuşdur.  Uzun  illərdən  bəri  əhali  mədəndən  kadmium  düşən  çayın  suyu  ilə  suvarılan 
tarlada  becərilən  düyü  ilə  qidalanırdı.  Burada  becərilən  düyünün  tərkibində  kadmiumun  miqdarı  1  mkq/q-a 
çataraq,  orqanizmdə  300  mkq-ı  keçir.  Vitaminin  və  kalsiumun  çatışmazlığı,  həmçinin  hamiləlik  dövründə 
zəifləməsi  ilə  əlaqədar  yaşı  45-i  keçmiş  qadınlarda  bu  xəstəliyin  əmələ  gəlməsinə  patogenetik  faktor  səbəb 
olmuşdur.  İtay-itay  xəstəliyi  skeletin  deformasiyası  ilə  boyun  qısalması,  beldə  və  ayaq  əzələlərində  ağrılar, 
xəstələrdə «ördək yerişi» ilə xarakterizə olunur.  
Kadmiumun kanserogen effekti bu metalın istehsalı ilə məşğul olan fəhlələrdə xərçəng xəstəliyinin əmələ 
gəlməsində təzahür olunur.  
 
 
12.1.4. Arsen (As) 
Bu metal şərti olaraq esensial mikroelementi sayılır. Təbii halda onun bioloji transformasiyasının nəticəsi 
metilləşmiş birləşmələri halında mövcuddur. Arsen ətraf mühitə atıntılar, çirkab suları və metallurgiya istehsalı 
tullantıları  (xüsusilə  mis  və  qızıl  ərintilərindən),  dəri  və  azot  gübrələri  zavodlarından,  həmçinin  arsentərkibli 
kömürün yandırılmasından, insektofunqisidlərin istehsalı və istifadəsi zamanı atılır. Müəyyən şəraitlərdə o, dib 
çöküntülərindən maye fazaya miqrasiya edərək, səthi su mənbələrini çirkləndirir.  
Rusiyada  arsenin  ortasutkalıq  YVK  havada  0,3  mkq/m
3
,  su  mənbələri  sularında  10  mkq  (səhiyyə-
toksikoloji  göstərici),  qumlu  və  qumluca  torpaqda  2  mq/kq,  turş  torpaqda  5  mq/kq,  neytral  torpaqda  10 
mq/kq təşkil edir. Qida məhsulları üçün ortasutkalıq YVK mq/kq hesabı ilə aşağıdakı kimidir: taxıl, qrupa, un – 
0,2-03; tərəvəz və meyvələr – 02; ət və balıq – 0,1; şirinsu balığı – 1,0; dəniz balığı -5,0; uşaq qida məhsulları 
– 0,05-0,5. ÜST-in tövsiyəsinə görə içməli suda arsenin miqdarı 50 mkq/l; arsenin qeyri-üzvi birləşmələrinin 
yol verilən dozası 2 mkq/kq kütlə göstərilir.  
Arsenin  ətraf  mühitdə  miqdarı.  Atmosfer  havasında  arsenin  miqdarı  kənd  rayonlarında  0,001-0,01 
mkq/m
-3
,  şəhərlərdə 0,003-0,01 mkq/m
-3
-ə çatır.  Yüksək konsentrasiyalı arsen tərkibli kömürün yandırılması 
zamanı atmosferdə onun miqdarı xeyli yüksəkdir.  Rusiya şəhərlərinin hava hövzəsinə hər il 1,0-1,5 min ton 
arsen  daxil  olur.  Burada  əsas  tullantı  mənbələri  Krasnouralski,  Kirovqrad,  Revde,  Karabaşdakı  misəridən 
zavodlar və Novosibirsk, Çelyabinsk, Yuxarı Uraldakı metallurgiya zavodlarıdır.  
Əksər  su  hövzələrinin  suyunda  arsenin  konsentrasiyası  YVK-nin  səviyyəsindən  çox  olmur,  lakin  bəzi 
regionların yeraltı sularında o, xeyli artıq ola bilər. Bu, suların arsen ilə zəngin təbii xam mədənlərdən keçməsi 
ilə  əlaqədardır.  Məsələn,  Dağıstanın  bəzi  rayonlarının  ərazisində  yeraltı  artezian  quyularındakı  içməli  suda 
arsenin miqdarı 500 mkq/l-ə çatır, yəni YVK-dan 50 dəfə artıqdır. ABŞ-ın bəzi rayonları, Alyaska, Çili, Argenti-
na, Hindistan, Rumıniya, Macarıstan, Tayvan adası və b. ərazilərdə yeraltı sularda arsenin təbii miqdarı xeyli 
çoxdur.  İçməli  suda  arsenin  konsentrasiyasının  yüksək  olması  su  hövzələrinin  sənaye  çirkab  suları  ilə 
çirklənməsi  nəticəsində  və  ya  arsentərkibli  reagent  qarışıqlı  (məs.  ammonium-sulfat)  pestisidlərdən  istifadə 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə