QəRİb məMMƏdov, mahmud xəLİlov


suyunda  30  mk/m 3   (ÜST-nin  tövsiyəsinə  əsasən  –  10  mk/l)  müəyyən  edilmişdir.  Torpaqda



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə71/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   67   68   69   70   71   72   73   74   ...   94

 
156 
suyunda  30  mk/m
3
  (ÜST-nin  tövsiyəsinə  əsasən  –  10  mk/l)  müəyyən  edilmişdir.  Torpaqda  qurğuşunun 
təxmini YVK-sı aşağıdakı kimi təşkil edir: qumlu və qumluca torpaqlarda – 32, turş (gillicə və gilli) torpaqlarda 
– 65 və neytral turşuluğa yaxın torpaqlarda – 130 mq/kq.  
Ətraf  mühitdə  qurğuşunun  miqdarı.  Hazırda  praktiki  olaraq  ətraf  mühitin  bütün  komponentləri 
qurğuşunla çirklənməyə məruz qalmışdır. Atmosfer havasından başqa qurğuşuna içməli sularda, torpaqda və 
qida məhsullarında da rast gəlinir. 
Qurğuşun  içməli  suya  polivinilxlorid  məmulatlarından  istifadə  etməklə  əlaqədar  daxil  ola  bilər,  bura 
tərkibində  iki  və  üç  əsaslı  qurğuşun-sulfat,  ikiəsaslı  qruğuşun-stearat  və  birəsaslı  qurğuşun-karbonat  olan 
stabilizatorlar aiddir. İzafi miqdarda qurğuşun içməli suya metallurgiya və digər istehsalatlara yaxın yerləşən 
yaşayış məntəqələrində daxil ola bilər.  
Əlvan  metallar  istehsal  edən  şəhərlərdə  torpağın  tərkibində  qurğuşunun  miqdarı  1000-2000  mq/kq-a 
çata  bilər.  Torpağın  qurğuşunla  yüksək  səviyyədə  çirklənməsi,  xüsusilə,  qurğuşun  əridilməsi  və 
qurğuşuntərkibli  akkumulyatorlar  istehsal  edən  müəssisələr  yerləşən  şəhərlərdə  müşahidə  olunur.  Rusiyada 
belə şəhərlərdən Vladiqafqaz (Şimali Osetiya), Krasnouralski, Çelyabinski, Novosibirski, Kursk, Sibirsk, Podolski 
(Moskva  vilayəti),  Sankt-Peterburq  (akkumulyator  istehsal  edən  yaşayış  rayonunun  yaxınlığında)  və  b. 
göstərmək olar.  
Torpağı yüksək səviyyədə qurğuşunla çirklənən şəhərlərdə sahə kənd təsərrüfatı məhsulları üçün istifadə 
olunduqda  təbii  ki,  qurğuşun  qida  məhsuluna  keçir.  Məsələn,  Uralın  Karabaş  adlanan  kiçik  şəhərində 
(Çelyabinsk vilayəti) misəridən zavod 1910-cu ildən etibarən işləyir, qabaqlar qurğuşun tullantıları ildə 2 min 
tona çatırdı. Hazırda havanın çirklənməsi xeyli aşağı olsa da, torpağın çirklənmə səviyyəsi son dərəcə yüksək 
olub, 1500-2000  mq/kq-a  çatır.  Belə  torpaqda  becərilən  tərəvəzin  tərkibində  qurğuşunun  miqdarı  1,5-2,5 
mq/kq təşkil edir (YVK isə 0,5 mq/kq-dır). Digər metallurgiya istehsalı yerləşən Belovo-Kemerovsk vilayətinin 
şəhərlərində kartof və tərəvəzin tərkibində YVK-dan 70-90% artıq qurğuşun müşahidə edilir.  
Qurğuşunun sağlamlığa təsiri. Qurğuşunun insanlara təsiri ən qədim zamanlardan məlumdur. Qədim 
Romada qurğuşun bahalı qabların hazırlanmasında, şərab istehsalında, su kəməri borularında istifadə edilirdi. 
Bunun  nəticəsində  romalılar  qurğuşunla  zəhərlənmədən  əziyyət  çəkirdilər,  bunu  Roma  zadəganlarının 
sümüklərində  qurğuşunun  yüksək  səviyyədə  olması  təsdiq  edir.  Qədim  Romanın  zəifləməsi  (dağılması) 
səbəblərindən biri, Roma zadəganlarının qurğuşunla xroniki  zəhərlənməsi rəvayəti mövcuddur.  
İnsan orqanizminə qurğuşunun əsas hissəsi (70-80%) qida ilə, 10%-dən çoxu su ilə, 2-25%-ə qədəri isə 
atmosfer havasından daxil olur. Siqaret çəkənlər hər siqaret dənəsindən əlavə olaraq 1 mkq qurğuşun qəbul 
edir.  ÜST  insan  orqanizminə  həftə  ərzində  daxil  olacaq  normativ  miqdarını  onun  bədəninin  kütləsinin  0,05 
mq/kq, FAO isə 3 mq/kq (04 mq/sutka) qədər müəyyənləşdirir.  
Qeyri-üzvi  qurğuşun  respirator  (nəfəs)  və  mədə-bağırsaq  traktından  keçdikdə  orqanizm  tərəfindən 
sorulur.  
Qana  daxil  olan  qurğuşunun  hamısı  eritrositlər  tərəfindən  absorbsiya  olunur  və  sümüklərdə  toplanır. 
Qurğuşunun sümüklərdən yarımtəmizlənməsi 27 il davam edir.  
Bir  çox  tədqiqatların  məlumatına  əsasən  müasir  insanın  orqanizmində  qurğuşunun  miqdarı  bizim 
əcdadlarımızda olan «təbii» səviyyədən 100 dəfə artıqdır. Həm də hazırda dırnaqlarda toplanan qurğuşunun 
miqdarı bizim eradan əvvəlki insanlara nisbətən 7 dəfə, IV-XVIII əsrlərdə yaşayan insanlara nisbətən isə 2-5 
dəfə  çoxdur.  Qrenlandiya,  Antarktida  buz  laylarındakı  qurğuşunun  miqdarının  öyrənilməsi  göstərdi  ki,  son  3 
min ildə atmosferdə onun konsentrasiyası 100 dəfə artmışdır.  
Qurğuşunun  yüksək  konsentrasiyası  reproduktiv,  əsəb  (sinir),  ürək-damar,  immunitet  və  endokrin 
sistemlərinin  dəyişməsinə  səbəb  olur.  Onun  toksiki  təsiri  böyrəklərin  funksional  vəziyyətinin  dəyişməsində, 
hemoqlabinin  əsası  –  hemanın  sintezində,  oksidləşmə  metabolizmin  proseslərində  və  mübadilə  enerjisində 
təzahür edir.  
Qurğuşunun  psixi  əsəb  statusuna  təsiri.  Qurğuşunun  təsirilə  fəhlələrdə  mərkəzi  əsəb  sisteminin 
zədələnməsi  astenik  sindromla  (kəskin  zəiflik,  yuxunun  pozulması,  baş  ağrıları,  hafizənin  və  diqqətin  aşağı 
düşməsi), qorxu hissinin, depressiyanın formalaşması ilə səciyyələnir, hərəkət pozuntuları ilə müşayiət olunur 
(iflicə qədər).  
Əsəbilik  əyilmə  (kənara  çıxma)  kiçik  uşaqlarda  aşkar  edilmişdir.  Onlarda  psixomotor  reaksiyasını 
qurğuşunun  orqanizmə  daxil  olmasını  çirklənmiş  torpaqla  təmasda  olmuş  barmaqlarını,  oyuncaqlarını 
yalamaqla əlaqələndirirlər.  
Qruğuşunun  təsiri  ilə  böyrəklərin  funksiyasının  pozulması,  hələ  XIX  əsrdə  qurğuşunlu  boyalarla 
işləyən rəssamların sağlamlığını yoxlayarkən qeydə alınmışdır.  


 
157 
Qurğuşunun  uzun  müddət  orqanizmə  daxil  olduqda  əvvəlcə  böyrək  kanallarında  öz  vəziyyətinə  qayıda 
bilmə  dəyişiklikləri  baş  verir.  Sonralar  isə  daha  kəskin  ağırlaşmalar  olur,  bu  isə  xroniki,  dönməyən 
nefropatiyanın inkişafı ilə nəticələnə bilər və böyrək çatışmazlığına keçər. Qurğuşunla 10 ildən artıq təmasda 
olan  adamlarda  xroniki  nefropatiyanın  inkişaf  risk  dərəcəsi  çoxalır,  böyrək  xəstəliklərindən  ölənlərin  sayının 
artması müşahidə olunur.  
Qurğuşunun təsirindən həm də xüsusilə çirklənmə rayonlarının yaxınlığında yaşayan uşaqların sidikayırma 
sistemi  əziyyət  çəkir.  Məsələn,  Sankt-Peterburqda  akkumulyator  zavodunun  yaxınlığında  yaşayan  uşaqların 
böyrəklərinin  fəaliyyətinin  pozulması  aşkar  edilmişdir.  Onların  sidiklərində  oksalatların  miqdarının  və  sidiyin 
fiziki-kimyəvi xassələrinin dəyişməsi qeydə alınmışdır.  
Qurğuşunun  ürək-damar  sisteminə  təsiri.  Qurğuşunun  təsiri  miokardada  biokimyəvi  pozuntularla 
nəticələnir,  bu  isə  natrium-kalsium  mübadiləsinin  inqibirobaniyası  hesabına  mitoxondrin  zədələnməsi  ilə 
əlaqədardır.  Sankt-Peterburqda  akkumulyator  zavodunun  yaxınlığında  yaşayan  uşaqların  qanının  tərkibində 
qurğuşunun  miqdarı  çox  olduğundan  (100  ml  qanda  20  mkq-dan  artıq)  onlarda  ürək-damar  sistemində 
müəyyən dərəcədə funksional dəyişikliklər, qismən ürəyin yığılma funksiyasının aşağı düşməsi aşkar edilmişdir.  
İnsanın orqanizminə daxil olan qurğuşun sümüklərdə toplanır. Onun uzun müddətli təsiri dayaq-hərəkət 
aparatına da təsir göstərərək, asteoporozun inkişafına səbəb ola bilər, bundan çox vaxt 50 yaşdan yuxarı 
qadınlar əziyyət çəkir.    
Biosubstratlarda  qruğuşunun  yol  verilən  miqdarı.  Qurğuşunun  əhalinin  sağlamlıq  vəziyyətinə 
təsirinin əsas göstəricilərindən biri onun qanun tərkibindəki miqdarı hesab olunur. 12.1 saylı cədvəldə ABŞ-da 
xəstəliklərə  nəzarət  Mərkəzi  tərəfindən  hazırlanmış,  qurğuşunun  qanda  müxtəlif  miqdarının  sağlamlığın 
vəziyyətinə təsirinin sxemi verilmişdir. 100 ml qanda qurğuşunun miqdarı fəhlələrdə 50 mkq-dan, uşaqlarda 
isə 20 mkq-dan artıq olduqda hemoqlobinin miqdarı azalır. ABŞ-da işçi personalı üçün qurğuşunun yol verilən 
konsentrasiyası 100 ml qanda 30 mkq müəyyən edilmişdir.  
Cədvəl 12.1 
 
Qurğuşunun uşaq və böyüklərin sağlamlıq vəziyyətinə təsiri (ABŞ-da xəstəliklərə nəzarət 
Mərkəzinin məlumatına əsasən, 1993) 
 
100 ml qanda 
qurğuşunun 
konsentrasiyası 
Uşaqlar 
Böyüklər 
150 
Ölümlə nəticələnir 
Qurğuşunla zəhərlənmə  
50-100 
Ensefalopatiya,  nefropatiya, 
anemiya, kolik  
Enselopatiya,  anemiya,  öm-rün  qısalması,  hemoqlobin 
sintezinin azalması  
40 
Hemoqlabin  sintezinin  azal-
ması   
Periferik  nevropatiya,  son-suzluq  (kişilərdə),  nefro-
patiya 
30 
Metabolizmin aşağı düşməsi   Kişilərdə  sisfolik  təzyiqin  yüksəlməsi,  eşitmə  qabiliy-
yətinin aşağı düşməsi  
20 
Əsəb  vektoru  keçiriciliyinin 
və  protoporfirin  eritrositinin 
yüksəlməsi  
Eritrosit protonorfirinin yüksəlməsi  
10 
İQ  göstəricisinin,  eşitmə 
qabiliyyətinin, 
böyümə 
sürətinin aşağı düşməsi   
Hipertenziya  
 
Saçlarda qurğuşunun miqdarı. Onun təsir göstəricisi olmasa da, bir sıra ölkələrdə ekoloji-epidemioloji 
tədqiqatlar  apardıqda,  uşaq  və  böyüklərin  saçlarında  qurğuşunun  konsentrasiyasının  təyini  metodlarından 
istifadə olunur. Belə ki, işçi personalının saçlarında qurğuşunun miqdarı 70 mkq/q-dan (100 ml qanda 40 mkq 
konsentrasiyasına  uyğun  gəlir)  artıq  olmamalıdır.  Uşanlarda  yol  verilən  konsentrasiya  8-9  mkq/q  tövsiyə 
olunmuşdur, hazırda isə onu uşaqlarda 3 mq/q-a, böyüklərdə isə 6 mk/q-a qədər azaltmaq fikri irəli sürülür.  
 
12.1.2. Civə (Hg) 
Ən  toksik  metallardan  biri  olub,  ətraf  mühitdə  geniş  yayılmışdır,  trofik  zəncirdə  bioakkumlyasiya  və 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə