QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə79/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   75   76   77   78   79   80   81   82   ...   94

 
172 
kimidir: hava ilə 0,009-0,043 mkq, su ilə – 0,0011 mkq, qida məhsulları ilə – 0,16-1,60 mkq, bir qutu siqaret 
çəkdikdə  –  2-5  mkq.  Benz(a)pirenin  konserogen  effekti  mürəkkəb  tərkibli  digər  kimyəvi  məhsullarla  (his, 
qətran, yağlar) qiymətləndirilir.  
Daş kömür qətranı və bir neçə mineral yağların peşə təsiri insanlarda müxtəlif xərçəng xəstəliklərini (dəri, 
ağciyər,  sidik kisəsi,  bağırsaqda xərçəng xəstəliyi daxil olmaqla) məhdudlaşdırır.  Bu məhsulların konserogen 
təsiri banz(a)pirenin iştirakı ilə təzahür edilir.  
Benz(a)pirenin  mənbəyi  energetik  qurğular,  nəqliyyat  hesab  olunur;  o,  praktiki  olaraq  bütün  yanacaq 
materiallarının  yanması  nəticəsində  əmələ  gəlir.  Sənaye  müəssisələri  arasında  benz(a)pirenin  atılması  üzrə 
birinci yeri alüminium zavodları və texniki karbonun istehsalı müəssisəsi tutur. Təxmini hesablamalara görə il 
ərzində dünyada ətraf mühitə atılan benz(a)pirenin miqdarı 5000 ton təşkil edir,  o cümlədən ABŞ-ın payına 
1300 ton düşür. Avropa ölkələrində nəqliyyatın payına atılan ümumi benz(a)pirenin 9%-i düşür.  
Rusiyanın  əksəriyyət  sənaye  mərkəzlərində  havada  benz(a)pirenin  konsentrasiyası  orta  sutkalıq  YVK  (1 
nq/m
-
3) 2-3 dəfə,  ayrı-ayrı aylarda (bir qayda olaraq qışda isitmə dövründə) 5-15 dəfə keçir.  Bu maddənin 
böyük miqdarı Krasnoyarsk, Bratsk və Novokuznetsk alüminium əritmə zavodlarından daxil olur. Rusiyada orta 
hesabla 25 şəhərdə benz(a)pirenin atmosfer havasında miqdarı 3 nq/m
-3
 səviyyəni keçir. ABŞ-ın ətraf mühitin 
mühafizəsi Agentliyinin verdiyi qiymətə görə 7 nq/m
3
 konsentrasiyalı benz(a)pirenin təsirilə 1 mln. əhali hesabı 
ilə  əlavə  9  ağciyər  xəstəliyi  baş  verir.  ABŞ-ın  müxtəlif  ştatlarında  havada  benz(a)pirenin  illik  normativi  0,3-
1,1nq/m
3
 təşkil edir.  
Rusiyada yüksək konsentrasiyalı benz(a)pirenin təsirinə 14 mln.-a qədər insan məruz qalır, o cümlədən 3 
nq/m
-3
  konsentrasiyalı  uzun  müddətli  təsirə  məruz  qalanların  10  mln.-da  ağciyər  xəstəliyinin  baş  verməsi 
ehtimalının tezliyi yüksəkdir.  
Dünyanın müxtəlif ölkələrində aparılan ekoloji-epidemioloji tədqiqatlar bir sıra sənaye şəhərlərində ağciyər 
xərçəngi  xəstəliyindən  ölənlərin  sayı  artır.  İri  poladəridən  istehsalı  yerləşən  Rusiyanın  Krivoy-Roq  şəhərində 
atmosfer  havasında  benz(a)pirenin  konsentrasiyası  3  nq/m
-3
-dən  artıq  olduğundan  ağciyərin  xərçəngi 
xəstəliyindən  ölənlərin  sayı  xeyli  yüksəkdir.  Havada  benz(a)pirenin  konsentrasiyası  yüksək  olan  sənaye 
şəhərlərində  həm  kişilərdə,  həm  də  qadınlarda  tənəffüs  yollarında  bədxassəli  şişlərin  olması  ilə  əlaqədar 
ölümün sayının yüksək olması aşkar edilmişdir. Bura alüminium və poladəridən zavodlar (Sverdlov vilayəti) və 
neftayırma  sənayesi  (Ufa,  Sterlitamak  və  İşim),  nikel  istehsalı  (Yuxarı  Ufaley,  Rey,  Norilsk  və  b.)  zavodları 
daxildir.  Maqnitoqorskda  hava  hövzəsində  benz(a)pirenin  orta  konsentrasiyası  YVK-nı  9,4-12,1  dəfə  (9,4-
12,1nq/m
3
)artıqdır.  V.S.Koşkinanın  (1998)  məlumatına  görə  bu  şəhərdə  ağciyər  xərçəngi  xəstəliyinin 
göstəricisi kişilərdə 1,5 dəfə yüksəkdir.  
 
12/./3. /Uçucu  üzvi  birləşmələr  (UÜB).  UÜB-rə  benzol,  toluol  və  ksilol  aiddir.  Benzol  ətraf 
mühitə çirkab suları ilə və əsas üzvi sintez istehsalı, neft-kimya və kimya-farmasevtik istehsalından, plastmass, 
partlayıcı  maddələr,  ionmübadilə  qətranı,  lak,  boyalar  və  süni  dəri  istehsalı  müəssisələrindən  daxil  olur.  O, 
nəqliyyatın buraxdığı qazların tərkibində də olur. Benzol su hövzələrindən havaya tez buxarlanır, o, torpaqdan 
bitkiyə transformasiya edə bilir.  
Atmosfer havasında benzolun miqdarı 3-160 mkq/m
-3
 arasında dəyişir. Havada daha yüksək konsentrasiya 
iri şəhərlərdə neftayırma zavodlarının yanında aşkar edilir.  
 
Rusiyada  atmosferdə  benzolun  yüksək  konsentrasiyasına  2  mln.,  o  cümlədən  50-70  mkq/m
-3
 
konsentrasiya  səviyyəsinə  0,5  mln., 25-30  mkq/m
-3
  səviyyəsinə  isə  1,3  mln.  adam  məruz  qalır.  ABŞ-da 
benzolun 32 mkq/m
-3
 konsentrasiyasına 0,08 mln., 13-32 konsentrasiya səviyyəsinə isə 0,2 mln. adam məruz 
qalır.  
Konserogen təsirilə yanaşı, benzol həmçinin mutagen, honadotoksik. embriotoksik, teratogen və allergik 
təsirə  malikdir.  Xroniki  benzol  intoksikasiya  müşahidə  olunan  işçilərdə  ən  çox  qanın  və  qanəmələgətirən 
orqanların,  nisbətən  az  dərəcədə  isə  sinir  sisteminin  zədələnməsi  baş  verir.  Sinir  simptomatikası  çox  vaxt 
hematoloji  dəyişkənliyin  ağırlaşmasına  (leykopeniya,  trombositopeniya)  səbəb  olur  Benzolun  uzun  müddətli 
yüksək konsentrasiyada təsiri (0,6-40,0 mq/m
-3
) xromosom aberrasiyasının böyməsinə səbəb olur.  
Bir sıra epidemioloji tədqiqatlarla benzolun işçilərə təsirilə müxtəlif tip leykozların əmələ gəlməsi arasında 
səbəb  əlaqəsi  aşkar  edilmişdir.  Çində  233  istehsalatda  benzolla  təmasda  olan  28460  fəhlədən  30-da  leykoz 
(23-ü kəskin, 7-i xroniki), lakin maşınqayırma sahəsində (83 istehsalat) benzolla peşəlik təmasında olmayan 
fəhlələrdə  isə  (28257  nəfər)  leykositlə  xəstələnən  cəmi  4  hadisə  qeydə  alınmışdır.  Birinci  qrupda  il  ərzində 
100000 adam hesabı ilə leykositdən ölənlərin sayı 14, ikincidə isə 2 nəfər olmuşdur.  
Benzol  içməli  suya  su  təchizatı  mənbəyinin  çirkab  suları  ilə  çirklənməsi  nəticəsində,  həmçinin  suyu 


 
173 
təmizləmək üçün işlədilən kömür süzgəclərdən daxil ola bilər. İçməli suda benzolun YVK-sı (zərərliyin səhiyyə-
toksikoloji göstəricisi) 0,01 mq/l müəyyən olunmuşdur.  
Səth sularında toluolun konsentrasiyası, bir qayda olaraq 10 mkq/l-dən artıq olmur. Toluol ümumi toksik 
təsirli  zəhər  olub  kəskin  və  xroniki  zəhərlənməyə  səbəb  olur.  Bəzi  müəlliflərlə  görə  toluolla  az  dozada  uzun 
müddət təmasda olduqda qana təsir göstərə bilər. Onun qıcıqlandırıcı effekti benzoldan da güclüdür. Toluolun 
zədələnməyən dəri ilə orqanizmə daxil olması təhlükə yaradır, belə ki, o, endokrin pozuntulara səbəb olur və iş 
qabiliyyətini  aşağı  salır.  Lipidlərdə  və  yağlarda  yüksək  dərəcədə  həll  olduğundan  əksər  hallarda  mərkəzi  sinir 
sistemində toplanır.  
Su mənbələrinin suyunda toluolun YVK 0,5 mq/l təşkil edir.  
İçməli  suya  ksilollar  əksər  hallarda  neftayırma  müəssisələrinin  çirkab  suları  ilə  çirklənmiş  su 
mənbələrindən daxil olur. Səthi sularda ksilolun miqdarı 2-8 mkq/l, su kəmərlərində 3-8 mkq/l-ə çatır. Onlar 
qrunt  sularında  uzun  müddət  qala  bilir.  Ksilollar  qıcıqlandırıcı  və  embriotrop  təsirə  malikdir,  reproduksiya 
proseslərini pozur və dəridən keçdikdə təhlükə yaradır. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə