QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə77/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   73   74   75   76   77   78   79   80   ...   94

 
168 
Naqasaki  prefekturalarında  yaşayan  adamlarda  əmələ  gələn  xəstəlik  «yu-şo»  adlandırılmışdır.  Düyü  yağında 
tapılan PXB (TE)-in orta konsentrasiyası 0,98mkq/q, dioksinlər isə lap az olmuşdur. PXB-in orqanizmə gündəlik 
daxil olması 154 nq/kq-a çatmış (dioksin ekvivalentində), bu isə fon səviyyəsindən xeyli çoxdur. Zərər çəkən 
adamların qanında və yağ toxumalarında xeyli miqdarda PXB aşkar olunmuşdur.  
Qidada  çirklənmiş  yağdan  istifadə  edilməsi  nəticəsində  2  minə  yaxın  adam  ziyan  çəkmiş,  onların  149-u 
ölmüşdür. Xəstəliyin ilk simptomları bol tüpürcək axma, üst göz qapağının şişməsi, sızanaqşəkilli (civəşəkilli) 
səpki  (kamedon),  piy  vəzilərinin  fəaliyyətinin  güclənməsi,  dərinin  piqmentləşməsi,  tərləmək,  zəiflik  hissiyyatı 
olmuşdur.  Xəstəlik  ümumi  yorğunluq,  baş  ağrıları,  əzginlik  (süstlük),  ağır  nəfəsalma  ilə  səciyyələnir.  Yu-Şo 
xəstəliyinə  tutulmuş  qadınlarda  vaxtından  qabaq  doğum,  bəzən  ölü  uşaq  doğumu  olmuşdur.  Doğulan  11 
uşaqdan 9-nun dərisinin piqmenti qeyri adi tünd-qəhvəyi (tünd qəhvəyi ləkəli boz dəri), həmçinin dırnaqların 
və diş ətinin selikli qişasının piqmentləşməsi qeydə alınmış, çox yaş axması müşahidə edilmişdir .  
Vaxtilə zəhərlənməyə məruz qalan qadınların yeni doğulan uşaqlarının dərisi tünd rəngli olması ilə seçilir. 
Belə  uşaqları  «qara  bəbələr»  (black  babies)  adlandırılırdı.  Onların  çəkiləri  sağlam  anaların  uşaqları  ilə 
müqayisədə  azçəkili,  anadangəlmə  qüsurlu  olub  dişləri,  diş  ətləri,  dəri  və  ağciyərlərində  xəstəlik  müşahidə 
olunur.  Sonrakı  epidemioloji  tədqiqatların  nəticələri  göstərdi  ki,  Yu-Şo  xəstəliyinə  məruz  qalan  adamlarda 
xərçəng xəstəliklərindən ölüm hadisələrinin 3-6 dəfə çox olması aşkar edilmişdir.  
Yu-çenq  xəstəliyi.  Bu  da  digər  yağ  xəstəliyi  olub  1979-cu  ildə  Tayvan  adasında  baş  vermişdir.  Qida 
çeşidli PXB ilə çirklənmiş düyü yağından istifadə etməklə 2 mindən artıq insan ziyan çəkmişdir. 1979-1986-cı 
illər  ərzində doğulan  uşaqlarda  qaraciyərin  funksiyasında  pozuntular  müşahidə  edilmiş,  min  doğulan  uşaqda 
ölümün sayı 26 nəfər, yəni orta qiymətdən 2-2,5 dəfə artıq olmuşdur.  
Rusiyada  Serpixovda  1967-ci  ildən  PXB  ilə  doldurulan  kondisionerlər  buraxılışı  olmuşdur,  onun  əhalinin 
sağlamlığına  təsirinin  dəqiq  öyrənilməsi  də  burada  həyata  keçirilmişdir. 1988-ci  ildən  PXB  tərkibli 
kondisionerlərin  buraxılışı  dayandırıldı,  lakin  bu  müəssisələri  əhatə  edən  ərazilərdə  torpaq,  qar  və  havada 
onunla  yüksək  səviyyədə  çirklənmə  aşkar  edildi.  Torpağın  10  sm-lik  üst  qatında  (zavoddan  300  metrlik 
məsafədə) PXB-in konsentrasiyası quru çəki hesabı ilə 35,7 mq/kq-a çatması aşkar edildi.  
Kondensioner  zavodunun  qadın  fəhlələrində  və  zavodun  ətrafında  yaşayan  qadınların  südündə  PXB-in 
yüksək  konsentrasiyası  (2000  mkq/l-ə  qədər),  zavodda  işləyən  kişilərin  qanında  (1000  mkq/l-ə  qədər), 
həmçinin  süd  məhsullarında,  yumurtada  və  s.-də  aşkar  edilmişdir.  Hətta  PXB  tərkibli  kondensionerlərin 
istehsalı  dayandırıldıqdan  10  il  sonra  da  torpaqda,  uşaq  bağçalarında,  həyətyanı  sahələrdə  bu  maddələrin 
miqdarı YVK-dan artıq olmuşdur.  
Serpuxovda PXB-nin təsiri nəticəsində əhalinin reproduktiv sağlamlığında həm spesifik nəticələr, həm də 
spesifik olmayan effektlər aşkar olundu.  
 
12.2.3. Pestisidlərin ətraf mühitə və sağlamlığa təsiri 
Kənd  təsərrüfatı  zərərvericiləri  ilə,  həşərat,  gəmiricilər,  göbələk,  alaq  otları  ilə  əsas  mübarizə 
istiqamətlərindən  biri  pestisidlər  adlanan  kimyəvi  maddələrdən  istifadə  etməkdir.  Pestisidlər  aşağıdakı  əsas 
siniflərə bölünür: akarisidlər – gənələrlə mübarizədə istifadə edilən maddələr; antifidinqlər – cücüləri məhv 
edən maddələr; herbisidlər- alaq bitkilərinə qarşı mübarizədə istifadə edilən preparatlar; zoosidlər – zərərli 
onurğalı  heyvanları  məhv  edən  zəhərlər;  bakterisidlər,  virusosidlər,  funqisidlər  –  bitkilərdə  viruslu  və 
göbələk xəstəlikləri ilə mübarizə aparmaq üçün istifadə edilən maddələr; nematosidlər – bitkilərdə nematod 
xəstəliyinin törədicisi olan girdə qurdları məhv edən preparatlar: molyuskosidlər – zərərli ilbizləri məhv edən 
maddələr.   
Dünyada 180 pestisid növündən və bir neçə min preparat formasından istifadə edilir.  
Pestisidlərdən  istifadənin  bir  çox  problemləri  onların  ksenobiotik,  yəni  təbiət  üçün  yad  kimyəvi  birləşmələr 
olmalarından irəli gəlir.  
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi qiymətə görə bütün dünyada pestisidlərin istifadəsindən hər il 
20000 adam ölür və 1 milyona yaxın adam zəhərlənərək sağlamlığını itirir. Əgər dünyada pestisidlərdən istifadə 
çoxalarsa, ona müvafiq olaraq xəstəliklər və ölüm hadisəsi də artar. 


 
169 
 
Şəkil 12.4. Pestisidlərin ətraf mühitdə sirkulyasiyası (N.N.Melnikov, 1977) 
 
Pestisidlər təbiətə də ciddi təsir göstərir.Adətən istifadə olunan pestisidlərin yalnız bir faizindən istənilən 
məqsəd əldə etmək olur, qalan 99%-i ətraf mühitə düşərək torpağı, havanı çirkləndirir, biotanı zəhərləyərək 
çox  vaxt  gözlənilməz  nəticələr  verir.  Torpağın  münbitliyində  torpaq  biotası  böyük  rol  oynayır.  Zərərvericiləri 
pestisidlərlə məhv edərkən torpaq orqanizmlərinin, o cümlədən torpaq soğulcanlarının sayını azaldır. Bununla 
əlaqədar qara torpaqlarda torpaq soğulcanlarının miqdarı on və yüz dəfələrlə azalıb.  
Müxtəlif pestisidlər landşafta və onun komponentlərinə mənfi təsir göstərir. Pestisidlərlə daha çox zərər 
çəkən  heyvan  qrupları  çoxa  doğru  sıra  ilə  aşağıdakı  kimidir:  onurğasızlar,  balıqlar,  quşlar,  məməlilər, 
mikroorqanizmlər.  
Ətraf  mühitə  düşən  pestisid  bioakkumulyasiya  prosesinə  qoşulur,  bu  zaman  pestisid  qida  zənciri  ilə 
hərəkət etdikcə onun konsentrasiyası dəfələrlə (yüz min dəfəyə qədər) arta bilər. 
Xlorüzvi pestisidlərin sağlamlığa təsiri. Bu qrupa aldirin, heptaxlor, heksaxlor-benzol və DDT daxil-
dir. 
DDT.  Xlorüzvi  pestisidlər  arasında  insanın  sağlamlığı  və  ekosistem  üçün  ən  təhlükəlisi  DDT-in  kütləvi 
istifadəsi  hesab  olunur.  DDT  xlorüzvi  pestisidləri  və  onun  çevrilmələri  (DDE  və  DDD)  aromatik  birləşmələr 
qrupuna daxildir (dioksinlər/furanlar, QXB və PXB də bu qrupa aiddir). Xlorüzvi pestisidlər Moskvada «Sintez» 
zavodunda  (1946-1970-ci  illər),  Dzerjinskidə  (1965-1990),  Novoçeboksarskda  (1968-1990)  və  Çapayevskdə 
(1960-1987) istehsal olunmuşdur.  
SSRİ-də 1969-cu ildə DDT-dən istifadə edilməsi qadağan edilsə də, ondan 1980-ci ilin sonuna kimi istifadə 
olunmuşdur.  SSRİ  ərazisində  istifadə  edilən  DDT-in  miqdarı  1960-cı  ildə  10,8  min  ton, 1970-ci  ildə  8,9  min 
ton, 1980-ci  ildə  0,3  min  ton  təşkil  etmişdir. 1971-ci  ildə  kənd  təsərrüafatında  ziyanvericilərlə  mübarizədə 
istifadə olunan kimyəvi vasitələrin siyahısından DDT çıxarıldı və ondan yalnız təbii-mənbə xəstəliklərinə qarşı 
mübarizədə istifadə edildi.  
İlk dəfə DDT 1874-cü ildə sintezləşdirildi, XX əsrin 30-cu illərinin sonunda İsveçrə kimyagəri Paul Müller 
ondan  insektisid  kimi  istifadə  olunması  imkanını  kəşf  etdi.  DDT-dən  səhiyyədə  və  hərbi  gigiyenada  (əsasən 
bitə qarşı dezinsektant kimi) o qədər effektli oldu ki, 1948-ci ildə P.Müllerə tibb və fiziologiya sahəsində Nobel 
mükafatı  təqdim  olundu.  DDT  malyariya  və  səpkili  tifion  törədicilərinə  qarşı  işlədilən  ən  birinci  və  güclü 
 
Атмосфер  
Инсаn  
 
Кимйяви 
мящсуллар  
Щей
в
ан  
 
Битки  
 
Торпаг  
Ба
лыг
лар 
 
Су  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə