QəRİb məMMƏdov, mahmud xəLİlov


ədvəl 12.5  Dioksinlər və PXB problemlərinin xronologiyası



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə75/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   71   72   73   74   75   76   77   78   ...   94

 
164 
Cədvəl 12.5 
Dioksinlər və PXB problemlərinin xronologiyası 
 
İllər 
Hadisə 
1936 
Dausiddən  istifadə  etməklə  oduncağın  konservasiyası  ilə  məşğul  olan  fəhlələr  arasında 
(ABŞ-ın Missisipi ştatı) kütləvi xəstəliklərin əmələ gəlməsi  
1949 
Qərbi  Vircininin  (ABŞ)  Monsanto  firmasının  zavodunda  288  fəhlənin  dioksinlərlə 
zədələnməsi  
1957 
ABŞ-ın  cənubunda  yemin  pentaxlorfenolla  çirklənməsi  nəticəsində  milyondan  artıq 
cücənin məhv olması  
1968 
Yaponiyanın YU-ŞO kəndində 1786 adamın «yağ» xəstəliyinə tutulması (düyünün PXB ilə 
çirklənməsi ilə əlaqədar) 
1974 
Vyetnam qadınlarının südündə TXDD-nin aşkar olunması  
1976 
Sevezoda  (İtaliyada) «Hoffman  -  LaRoche»  firmasının  trixlorfenol  istehsalı  zavodunda 
faciə  
1979 
Tayvan  adasında  Yu-Çenq  vilayətində  düyünün  PXB  ilə  çirklənməsi  ilə  əlaqədar  2600 
adamın zədələnməsi  
2001 
Stokholmda BMT-nin DÜÇ üzrə konfransı; «Rusiyada dioksinlər» monoqrafiyasının nəşri  
 
Cədvəl 12.6 
DÜÇ-üçn insanın sağlamlığına və ekosistemin vəziyyətinə təsiri 
 
Maddə 
Təsir 
DDT 
Yaşıl yosunların sintezinin boğulması; 
Heyvanların reproduktiv funksiyasının pozulması; 
İnsan üçün kanserogen ehtimalı (MAİR-2V- qrupu); 
Süd  vəzilərində  xərçəngin  inkişafında  mümkün  ola  bilən  faktor.  Yüksək  dozada  sinir 
sisteminə təsiri (konvulsin, tremor, əzələ zəifliyi).    
Endrin, dieldrin, 
eldrin 
Heyvanlarda immun sisteminin pozulması; 
Sinir sisteminin pozulması, yüksək səviyyədə qaraciyərin funksiyasına təsir göstərir; 
Reproduktiv funksiya və davranışa təsir (dieldrin).  
 
Xlordan 
İnsan  üçün  kanserogen  ehtimalı  (2V  MAİR);  yüksək  konsentrasiyada  süd  vəzilərində 
şişin əmələ gəlməsinə səbəb olur. 
Heptaxlor 
Sinir sisteminin və qaraciyərin funksiyasının pozulması  
QXB (HXB) 
İnsan üçün kanserogen ehtimalı (MAİR – 2V - qrupu). İstehsalatda görünən şəraitdə ağ 
qan hüceyrələrinin funksiyasının dəiyşməsi; 
Yüksək dozada görünən şəraitdə qaraciyərdə metabolik xəstəliyi aşkar edilir; 
Qalxanvari vəzinin böyüməsi.  
Mirkers 
İnsan üçün kanserogen ehtimalı (2V MAİR qrupu);  
İmmun sisteminin boğulması  
Toksafen 
Məməlilərdə reproduktiv funksiyanın pozulması; 
İnsan üçün kanserogen ehtimalı (2V MAİR) 
PXDD və PXDF 
TXDD – insan üçün kanserogen ehtimalı (1 MAİR qrupu); 
Süd vəziləri, ağciyər, mədə, qaraciyər və öd yollarında xərçəng riski faktoru, nevroloji 
effektlər  (görmə  qabiliyyətinin  pozulması,  nevropatiya  və  b.);  reproduktiv  sağlamlığa 
təsiri,  endokrin  və  immun  sisteminə,  endometrioza;  az  çəkili  uşaqların  doğulması, 
hormonal  statusun  pozulması,  tibbi-genetik  pozuntular  (xromoson  aberrasiyaların 
(kənarlaşma) sayının yüksəlməsi)  
 
PXB 
Heyvanlarda  (su  samuru,  qartal,  çay  qaranquşu,  suiti  və  b.)  reproduktiv  funksiyanın 
pozulması; 
İnsan üçün kanserogen (2A MAİR qrupu) ehtimalı, reproduktiv sağlamlığın pozulması, 


 
165 
Maddə 
Təsir 
uşaqların əsəb-psixi inkişafına təsiri; 
 
12.2.1. Dioksinlər 
Atmosfer  havasına  dioksinlər/furanlar  yanma  prosesləri,  metalların  işlənməsi  zamanı,  məsələn, 
aqlomerasiya və əridilmə, qurutma, piroliz, krekinq və digər texnoloji proseslərin gedişində daxil olur.  
Dioksinlərin  atmosfer  havasına  daxil  olmasına  aşağıdakı  dörd  şəraitin  birləşməsi  (uyğunluğu)  səbəb 
olur:  yüksək  dərəcəli  (200
0
C-dən  artıq)  proseslər  və  (və  ya)  tam  yanmaması,  üzvi  karbonun,  xlorun  və 
dioksin/füran tərkibli məhsulların mövcudluğu.  
Dioksinlər suya əsasən xlordan istifadə olunan sellüloz-kağız və kimya sənayesinin, dioksinlərlə çirklənmiş 
qoruyucu hopduruculardan istifadə olunan müəssisələrin, xlorfenol herbisidlərdən toxuculuqda, dəri, oduncaq 
və  digər  məhsulların  örtükləri  və  rənglənməsində,  yaxud  hopdurulmasında  istifadə  edən  müəssisələrin 
tullantılarından daxil olur.  
Torpağın  dioksinlərlə/furanlarla  çirklənməsi  bəzi  pestisidlərdən və  kanalizasiya  lilindən  istifadə  edilməsi 
nəticəsində  baş  verir.  Bir  sıra  istehsalatın,  o  cümlədən  tibbi  tullantılar,  lil,  kimya  istehsalının  tullantıları, 
pestisidlərin  tullantıları,  işlənmiş  transformator  yağları  və  bir  çox  başqalarının  tullantılarının  tərkibində 
dioksinlər  olur.  Bu  maddələrin  təbii  mənbələri  meşə  və  bozqır  (step)  yanğınları  və  vulkan  fəaliyyəti  hesab 
olunur. Dioksin və furanların əsas mənbələri 12.7 saylı cədvəldə verilir.  
 
Cədvəl 12.7 
Dioksin və furanların əsas mənbələri 
 
Sahə 
Mənbə və emissiyalar 
(beyəlxalq vahidlərlə TE), nq/kq 
Bərk 
tullantıların 
yandırılması  
Məişət zibillərinin – 38,2 və tibbi tullantıların- 589 yandırılması  
Mineral 
yanacağın 
yandırılması  
Daş kömürün kommunal təsərrüfatda – 0,079 və İES-də – 0,6 yandırılması  
Kimya sənayesi  
Xlorüzvi sintezin bəzi prosesləri – 0,95 
Sellülov-kağız 
sənayesi 
Sellülozun ağardılmasında liqninlərin xlorlanması 
Əlvan metallurgiya  
Misin istehsalı – 0,3 
Qırıntıların əridilməsi: 
mis qırıntıları – 21,1 
qurğuşun qırıntıları – 0,05-8,3  
Qara metallurgiya 
Əritmə istehsalı, şlam tullantıları – 0,55-4,10 (1 kq aqlomerata)   
Xlor  və  brom  üzvi 
maddələr 
qatılan 
yanacaqla 
işləyən 
avtonəqliyyat   
Dizel  yanacağı  yandırdıqda  dioksinlərin  emissiyası  maksimum  olur  (175  pq/km 
gedişdə) 
Tikinti materialları  
Sement, əhəng, kərpic, şüşə, asfalt istehsalı   
Digər istehsallar  
Asfalt-beton  zavodları,  ağac  emalı  sənayesi,  kondensator  və  onların  hazırlanması 
istehsalı  
 
Dioksinlərin toksikliyi və sağlamlığa təsiri. «Dioksinlər» termini işlətdikdə kimyəvi birləşmələr qrupu 
başa düşülür, bura – polixlorla dibenzo-n-dioksidlər (PXDD) və dibenzofuranlar (PXDF) daxildir. Hətta 
çox  kiçik  konsentrasiyalarda  kəskin  toksikliyini,  ətraf  mühitin  bütün  obyektlərdə  və  qida  məhsullarında  rast 
gəlinməsi, xarici təbii faktorların (oksidləşmə, hidroliz, qələvi turuşuların təsiri və s.) təsirinə qarşı davamlılığı 
nəzərə alınaraq dioksinlər supertoksikantlara aid edilir. Bu, onları qida zənciri ilə yüksək toplanmasına və 
miqrasiyasına səbəb olur. Orqanizmə daxil olarkən dioksinlər biotada öz konsentrasiyasını suya nisbətən 10
4
-
10
8
  dəfədən  artıq  böyüdür.  Onlar  maddələr  mübadiləsini  pozaraq  toxuma  tənəffüsünü,  kalsiumun  və 
xolestrinin mübadiləsini, qaraciyərdə metabolizmi pozur.  
Dioksinlər sənayedə, təbii mühitdə və orqanizmdə bir qayda olaraq mürəkkəb qarışıq halında olur, ayrı-


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə