164
Cədvəl 12.5
Dioksinlər və PXB problemlərinin xronologiyası
İllər
Hadisə
1936
Dausiddən istifadə etməklə oduncağın konservasiyası ilə məşğul olan fəhlələr arasında
(ABŞ-ın Missisipi ştatı) kütləvi xəstəliklərin əmələ gəlməsi
1949
Qərbi Vircininin (ABŞ) Monsanto firmasının zavodunda 288 fəhlənin dioksinlərlə
zədələnməsi
1957
ABŞ-ın cənubunda yemin pentaxlorfenolla çirklənməsi nəticəsində milyondan artıq
cücənin məhv olması
1968
Yaponiyanın YU-ŞO kəndində 1786 adamın «yağ» xəstəliyinə tutulması (düyünün PXB ilə
çirklənməsi ilə əlaqədar)
1974
Vyetnam qadınlarının südündə TXDD-nin aşkar olunması
1976
Sevezoda (İtaliyada) «Hoffman - LaRoche» firmasının trixlorfenol istehsalı zavodunda
faciə
1979
Tayvan adasında Yu-Çenq vilayətində düyünün PXB ilə çirklənməsi ilə əlaqədar 2600
adamın zədələnməsi
2001
Stokholmda BMT-nin DÜÇ üzrə konfransı; «Rusiyada dioksinlər» monoqrafiyasının nəşri
Cədvəl 12.6
DÜÇ-üçn insanın sağlamlığına və ekosistemin vəziyyətinə təsiri
Maddə
Təsir
DDT
Yaşıl yosunların sintezinin boğulması;
Heyvanların reproduktiv funksiyasının pozulması;
İnsan üçün kanserogen ehtimalı (MAİR-2V- qrupu);
Süd vəzilərində xərçəngin inkişafında mümkün ola bilən faktor. Yüksək dozada sinir
sisteminə təsiri (konvulsin, tremor, əzələ zəifliyi).
Endrin, dieldrin,
eldrin
Heyvanlarda immun sisteminin pozulması;
Sinir sisteminin pozulması, yüksək səviyyədə qaraciyərin funksiyasına təsir göstərir;
Reproduktiv funksiya və davranışa təsir (dieldrin).
Xlordan
İnsan üçün kanserogen ehtimalı (2V MAİR); yüksək konsentrasiyada süd vəzilərində
şişin əmələ gəlməsinə səbəb olur.
Heptaxlor
Sinir sisteminin və qaraciyərin funksiyasının pozulması
QXB (HXB)
İnsan üçün kanserogen ehtimalı (MAİR – 2V - qrupu). İstehsalatda görünən şəraitdə ağ
qan hüceyrələrinin funksiyasının dəiyşməsi;
Yüksək dozada görünən şəraitdə qaraciyərdə metabolik xəstəliyi aşkar edilir;
Qalxanvari vəzinin böyüməsi.
Mirkers
İnsan üçün kanserogen ehtimalı (2V MAİR qrupu);
İmmun sisteminin boğulması
Toksafen
Məməlilərdə reproduktiv funksiyanın pozulması;
İnsan üçün kanserogen ehtimalı (2V MAİR)
PXDD və PXDF
TXDD – insan üçün kanserogen ehtimalı (1 MAİR qrupu);
Süd vəziləri, ağciyər, mədə, qaraciyər və öd yollarında xərçəng riski faktoru, nevroloji
effektlər (görmə qabiliyyətinin pozulması, nevropatiya və b.); reproduktiv sağlamlığa
təsiri, endokrin və immun sisteminə, endometrioza; az çəkili uşaqların doğulması,
hormonal statusun pozulması, tibbi-genetik pozuntular (xromoson aberrasiyaların
(kənarlaşma) sayının yüksəlməsi)
PXB
Heyvanlarda (su samuru, qartal, çay qaranquşu, suiti və b.) reproduktiv funksiyanın
pozulması;
İnsan üçün kanserogen (2A MAİR qrupu) ehtimalı, reproduktiv sağlamlığın pozulması,
165
Maddə
Təsir
uşaqların əsəb-psixi inkişafına təsiri;
12.2.1. Dioksinlər
Atmosfer havasına dioksinlər/furanlar yanma prosesləri, metalların işlənməsi zamanı, məsələn,
aqlomerasiya və əridilmə, qurutma, piroliz, krekinq və digər texnoloji proseslərin gedişində daxil olur.
Dioksinlərin atmosfer havasına daxil olmasına aşağıdakı dörd şəraitin birləşməsi (uyğunluğu) səbəb
olur: yüksək dərəcəli (200
0
C-dən artıq) proseslər və (və ya) tam yanmaması, üzvi karbonun, xlorun və
dioksin/füran tərkibli məhsulların mövcudluğu.
Dioksinlər suya əsasən xlordan istifadə olunan sellüloz-kağız və kimya sənayesinin, dioksinlərlə çirklənmiş
qoruyucu hopduruculardan istifadə olunan müəssisələrin, xlorfenol herbisidlərdən toxuculuqda, dəri, oduncaq
və digər məhsulların örtükləri və rənglənməsində, yaxud hopdurulmasında istifadə edən müəssisələrin
tullantılarından daxil olur.
Torpağın dioksinlərlə/furanlarla çirklənməsi bəzi pestisidlərdən və kanalizasiya lilindən istifadə edilməsi
nəticəsində baş verir. Bir sıra istehsalatın, o cümlədən tibbi tullantılar, lil, kimya istehsalının tullantıları,
pestisidlərin tullantıları, işlənmiş transformator yağları və bir çox başqalarının tullantılarının tərkibində
dioksinlər olur. Bu maddələrin təbii mənbələri meşə və bozqır (step) yanğınları və vulkan fəaliyyəti hesab
olunur. Dioksin və furanların əsas mənbələri 12.7 saylı cədvəldə verilir.
Cədvəl 12.7
Dioksin və furanların əsas mənbələri
Sahə
Mənbə və emissiyalar
(beyəlxalq vahidlərlə TE), nq/kq
Bərk
tullantıların
yandırılması
Məişət zibillərinin – 38,2 və tibbi tullantıların- 589 yandırılması
Mineral
yanacağın
yandırılması
Daş kömürün kommunal təsərrüfatda – 0,079 və İES-də – 0,6 yandırılması
Kimya sənayesi
Xlorüzvi sintezin bəzi prosesləri – 0,95
Sellülov-kağız
sənayesi
Sellülozun ağardılmasında liqninlərin xlorlanması
Əlvan metallurgiya
Misin istehsalı – 0,3
Qırıntıların əridilməsi:
mis qırıntıları – 21,1
qurğuşun qırıntıları – 0,05-8,3
Qara metallurgiya
Əritmə istehsalı, şlam tullantıları – 0,55-4,10 (1 kq aqlomerata)
Xlor və brom üzvi
maddələr
qatılan
yanacaqla
işləyən
avtonəqliyyat
Dizel yanacağı yandırdıqda dioksinlərin emissiyası maksimum olur (175 pq/km
gedişdə)
Tikinti materialları
Sement, əhəng, kərpic, şüşə, asfalt istehsalı
Digər istehsallar
Asfalt-beton zavodları, ağac emalı sənayesi, kondensator və onların hazırlanması
istehsalı
Dioksinlərin toksikliyi və sağlamlığa təsiri. «Dioksinlər» termini işlətdikdə kimyəvi birləşmələr qrupu
başa düşülür, bura – polixlorla dibenzo-n-dioksidlər (PXDD) və dibenzofuranlar (PXDF) daxildir. Hətta
çox kiçik konsentrasiyalarda kəskin toksikliyini, ətraf mühitin bütün obyektlərdə və qida məhsullarında rast
gəlinməsi, xarici təbii faktorların (oksidləşmə, hidroliz, qələvi turuşuların təsiri və s.) təsirinə qarşı davamlılığı
nəzərə alınaraq dioksinlər supertoksikantlara aid edilir. Bu, onları qida zənciri ilə yüksək toplanmasına və
miqrasiyasına səbəb olur. Orqanizmə daxil olarkən dioksinlər biotada öz konsentrasiyasını suya nisbətən 10
4
-
10
8
dəfədən artıq böyüdür. Onlar maddələr mübadiləsini pozaraq toxuma tənəffüsünü, kalsiumun və
xolestrinin mübadiləsini, qaraciyərdə metabolizmi pozur.
Dioksinlər sənayedə, təbii mühitdə və orqanizmdə bir qayda olaraq mürəkkəb qarışıq halında olur, ayrı-
Dostları ilə paylaş: |