QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə78/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   74   75   76   77   78   79   80   81   ...   94

 
170 
insektisidlərdən biri hesab olundu. Onun istifadəsi bu xəstəliklərdən ölənlərin xeyli azalmasına imkan yaratdı. 
Belə  ki, 1948-ci  ildə  malyariyadan  3  mln.  adam  ölmüşdür,  1965-ci  ildə  bu  xəstəlikdən  ölüm  hadisəsi  baş 
verməmişdir. 1938-ci  ildə  Yunanıstanda  malyariya  xəstəliyinə  1  mln., 1959-cu  ildə  cəmi  1200  adam 
tutulmuşdur. 1945-ci ildə İtaliyanın Lasiya əyalətində bir ay ərzində malyariyadan 65-70 adam ölmüşdür, DDT-
dən istifadə edildikdən sonra isə bu səbəbdən ölənlərin sayı 1-2 nəfər olmuşdur. 1943-44-cü illərdə Neapolda 
səpkili  tifin  epidemiyası  olmuş,  sutka  ərzində  bu  xəstəliyə  60  nəfər  tutulmuşdur.  Əhali  üçün  sistemli  olaraq 
DDT-dən  istifadə  olunduqdan  sonra  (yanvar,  1944)  fevralın  sonunda  sutka  ərzində  bu  xəstəliyə  tutulanların 
sayı 5 nəfərə kimi aşağı düşdü. DDT-dən bir çox ölkələrdə geniş istifadə olunmağa başlandı. Lakin onun geniş 
spektrli  təsiri  və  olduqca  davamlılığı  hazırda  ondan  istifadədən  imtina  olunmasına  gətirib  çıxardı.  Zərərli 
həşəratlarla yanaşı, həm də, faydalıları da məhv edildi, DDT-nin davamlılığı onun qida zəncirində toplanmasına 
səbəb oldu. Nəticədə quş, balıq və məməli orqanizmlərdə onun konsentrasiyası yüksəldi. Qida zəncirinin hər 
həlqəsində DDT-nin miqdarı artdı: bitkilərdə (yosunlarda) -10 dəfə, xırda orqanizmlərdə (kiçik xərçəng) – 100 
dəfə, balıqlarda – 1000 dəfə, yırtıcı balıqlarda – 10000 dəfə (DDT-nin lildə olan miqdarına nisbətən).  
DDT-nin köməyi ilə insanlar öz həyat şəraitini yaxşılaşdırmağa ümid edirdi, lakin sonralar tədricən məlum 
oldu ki, belə tərəqqi onlara baha başa gəlir.  
Hesablamalar  göstərir  ki,  atmosfer  havasından  torpağın  səthinə  DDT-nin  çökməsi  üçün  4  il  lazımdır. 
Torpaqda isə o, 20 ilə qədər qala bilər. DDT-in suda pis həll olması, yüksək temperatura davamlılığı, yağlarda 
və lipidlərdə yaxşı həll olması ilə əlaqədardır.  
ABŞ-da qadağan olunan kimyəvi agentlər arasında DDT birincilər sırasındadır.  
DDT-nin ekosistemin vəziyyətinə və əhalinin sağlamlığına təsiri artıq uzun illərdir ki, öyrənilir. Pestisidlərin 
təsirinə  onun  istehsalı  ilə  məşğul  olan  işçilər,  həmçinin  kənd  təsərrüfatı  aviasiyası  personalı,  fermerlər, 
aqronomlar və kənd təsərrüfatının digər mütəxəssisləri daha çox məruz qalır. Bu şəxslərdə xlorakne adlanan 
tipik xəstəlik qeydə alınır.  
Hazırda  dünyanın  əksər  ölkələrində  DDT-dən  istifadənin  qadağan  olunmasına  və  praktiki  olaraq  ondan 
istifadə  olunmamasına  baxmayaraq,  onun  insanların  reproduktiv  sağlamlığına  və  endokrin  sisteminə  sonrakı 
təsirinin nəticələri ciddi problem olaraq qalır.  
DDT konserogen təsirə malikdir, odur ki, bu maddə MAİR tərəifndən insan üçün konserogen qrupuna (2 B 
qrupu) aid edilmişdir. Son illərin tədqiqatları nəticəsində qadınların piy toxumasında DDT-nin miqdarı ilə süd 
vəzilərində xərçəng xəstəliyi (P.Cocco et al., 2000), DDT-nin peşə təsirilə mədəaltı vəzinin xərçəngi arasında 
bağlılıq  aşkar  edilmişdir.  DDT-nin  istifadəsi  məhdudlaşdırıldığı  ilə  əlaqədar  ana  südündə  onun  miqdarı  xeyli 
azalmışdır (D.Smith, 1999). Lakin bu Avropa ölkələrinə, ABŞ-a və Kanadaya aiddir; Tacikistan və Qazaxıstanda 
isə ana südündə DDT-nin miqdarı əvvəllər olduğu kimi yenə də yüksək (2300-600 nq/q) olaraq qalır.  
DDT-yə  həmçinin  digər  DÜÇ-lərə  şimal  Arktika  regionlarının  ətraf  mühitində  də  rast  gəlinir.  Bunlar  bu 
regionların azsaylı əhalisinə təhlükə yaradır. DDT qrupu pestisidlər Arktikanın yerli sakinlərinin qanında əsasən 
DDE halında olur, bu, həmin toksinlərin orqanizmə nisbətən çoxdan daxil olmasını təsdiq edir.  
M.Avazovanın  (2003)  apardığı  müşahidələr  göstərir ki,  respublikamızda  ən  böhranlı  ekotoksikoloji  şərait 
keçmiş pambıq və taxıl yetişdirilən rayonların ərazilərində (0,1, 086-0,01 UVQH) qeydə alınmışdır.  
Respublikamızda 1980-ci ilin ortalarına qədər pestisidlərdən istifadə olunmuşdur, hələ indiyə kimi Göyçay 
və Türyançay hövzəsində torpaqlarda qalıq pestisidlərə rast gəlinir. DDT-nin 1945-ci ildən tətbiqindən sonra 
əvvəllər  pambıq  bitkisində  müşahidə  olunmayan  digər  pambıq  biti,  pambıq  sovkası,  gənə,  mənənə  və  s. 
cücülərin  çoxalması  baş  verdi.  K.Edvardsa  görə  T
50
  DDT-nin  torpaqda  qalma  müddəti  torpağın  nəmliyindən 
çox asılıdır. Belə ki, mülayim qurşaq rayonlarında o, 2,5 il, subtropik və tropik ölkələrin torpaqlarında isə cəmi 
3-9 ay qala bilir.  
Tədqiqat  materialları  və  çoxillik  müşahidələr  göstərir  ki,  DDT-in  yüksək  qalıq  miqdarı  ən  çox  gilli 
torpaqlarda  rast  gəlinir.  Bu  torpaqlarda  profil  boyu  dərinə  getdikcə  qalıq  miqdarı  azalır.  Yüngül  gillicəli  və 
qumsal torpaqlarda isə bunun əksi müşahidə olunur (X.M.Qasımov, 2003).  
Pestisidlərdən istifadənin digər ciddi problemi ziyanvericilərin ona alışmasıdır, bu alışma sonrakı nəsillərə 
də  keçərək  pestisidlərin  effektivliyini  aşağı  salır  və  yeni-yeni  kimyəvi  maddələrdən  istifadəyə  məcbur  edir. 
Rezistentlik  adlanan  bu  hadisədə  həşəratların  onlarla  kütləvi  növlərinin  istifadə  olunan  əsas  birləşmə 
siniflərinə  qarşı  hissiyyat  göstərmir.  Bura  ev  milçəyi,  tarakan,  Kolorado  kartof böcəyi,  kələm  güvəsi  və  s.-ni 
misal göstərmək olar. İstifadə olunan pestisidlərdə rezistentlik 10-30 nəsildən sonra baş verir. Odur ki, yaxın 
gələcəkdə pestisidlərdən istifadənin hazırkı strategiyasında bütün əsas ziyanvericilər rezistent ola bilər.  
Pestisidlərdən  istifadənin  problemlərini  ümumiləşdirsək,  belə  nəticəyə  gəlmək  olar  ki,  əsas  təhlükə 
ekosferin həyat təmin edilməsi xassələrinin pozulması və insanların sağlamlığının pisləşməsidir.  


 
171 
Gələcək perspektiv planda istifadə olunan kimyəvi maddələr qadağan olunmalı və bioloji mübarizə üsulları 
ilə  əvəz edilməlidir.  Lakin  təcili olaraq qadağan  mümkün  deyil. Keçid  dövründə  bəzi  qaydalara  riayət  etmək 
lazımdır.  Pestisidlərdən  lazım  olmadıqda  istifadə  etmək  olmaz,  zərərvericiləri  başdan-başa  qırmağa  çalışmaq 
lazım deyil, onun sayını aşağı səviyyədə saxlamaq kifayətdir. Pestisidlərdən istifadə üçün xüsusi mütəxəssislər 
hazırlanmalıdır. 
 
12.2.4. Digər xlor-üzvi pestisidlər 
Dieldrin  də  aldrin,  heptaxlor,  xlordan  və  toksafen  kimi  politsiklik  qeyri-aromatik  birləşmələrə  aiddir. 
Onlardan bəziləri, məsələn, xlordan DDT-dən toksik sayılır. Dieldrin insektisid hesab olunur. O, DDT-dən də 
effektli  və  daha  davamlıdır.  Həşəratlarda  DDT-yə  qarşı  davamlılıq  yarandıqda,  dieldrindən  istifadə olunurdu. 
1955-ci ildə ÜST malyariya yayan milçəklərə qarşı dieldrindən istifadə edərək xəstəliyin tam qarşısını ala bildi. 
Lakin  dieldrini  təsirindən  digər  həşəratlar,  kiçik  kərtənkələlər  və pişiklər  də  məhv  olurdu.  Bu  isə  siçovulların 
çoxalmasına imkan yaradaraq taun xəstəliyinin əmələ gəlməsi təhlükəsi yarandı. Hazırda dieldrindən istifadə 
olunması  bütün  dövlətlərdə  qadağan  edilmişdir.  Lakin  olduqca  davamlı  olduğu  üçün  o,  əhalinin  və 
ekosistemlərin sağlamlığına neqativ təsir göstərə bilər.  
Aldrin  yüksək  davamlılığı  və  toplanması  ilə  fərqlənir.  Onu  süddə,  toxumalarda  və  insanların  qanında 
aşkar  etmək  olar.  O,  məməlilər,  quşlar,  balıqlar,  xərçəngkimilər  və  molyusklar  üçün  tokisiki  hesab  olunur. 
1972-ci ildən onun SSRİ-də istifadəsi qadağan edilmişdir.  
Heptaxlor  –  torpaqda  yaşayan  həşəratlarla  mübarizədə  istifadə  edilirdi.  Onunla  həm  də  qarğıdalı  və 
şəkər çuğundurunun toxumları dərmanlanırdı. Digər xlor-üzvi birləşmələri kimi heptaxlor da məməlilər və digər 
canlı  orqanizmlər  üçün  toksikidir.  Onun  metaboliti,  yəni  parçalanma  məhsulu  ilkin  maddədən  daha  toksik 
sayılır. 1986-cı ildə heptaxlorun istifadəsi qadağan olunub.    
Toksafen (polixlorpinen, polixlorkamfen) – insektisid olub şəkər çuğunduru, noxudun ziyanvericiləri ilə və 
kolarada  böcəyinə  qarşı  istifadə  olunmuşdur.  O, 1960-1970-ci  illərdə  ABŞ-da,  xüsusilə  cənub  ştatlarında 
pambığın və soya bitkisinin səpinlərində geniş istifadə edilmişdir. Digər uçucu pestisidlər kimi toksafen havada 
yayılma  qabiliyyətinə  malikdir.  Ona  görə  də  onu  hətta  əvvəllər  istifadə  edilmədiyi  yerlərin  havasında  və 
torpağında  da  aşkar  etmək  olar.  İnsanın  orqanizminə  toksofen  əsasən  balıqla  daxil  olur.  Balıqla  qidalanan 
adamlar gün ərzində 1 kq kütləsinə 2,8-5,6 nq toksafen qəbul edə bilər. Son vaxtlar toksafen İsveç, Finlan-
diya,  Niderland  qadınlarının  südündə  (68  mq/kq  yağda)  aşkar  olunmuşdur.  SSRİ-də  toksafendən  istifadə 
qadağan  olunmuşdur,  ildə  onun  2000  tonundan  istifadə  edilirdi. 1986-cı  ildən  etibarən  bütün  dünyada 
toksafendən istifadə olunması qadağandır.  
Xlordan  –  Qarışqa  və  termitləri  məhv  etmək  üçün  istifadə  olunmuşdur.  Davamlı  olduğundan  və 
bioakkumulyativliyinə  görə  istifadəsi  qadağan  olunmuşdur.  O,  müxtəlif  ölkələrdə  havada  və  torpaqda  aşkar 
edilir.  
Heksaxlorbenzol  (HXB)  –  insektisid  və  funqısiddir,  davamlı  çirkləndirici  sayılır.  Rusiyada  ondan  digər 
preparatların  qarışığı  ilə  buğda,  çovdar,  qarabaşaq,  soya  və  digər  taxıl  bitkilərinin  xəstəliklərinə  qarşı  onların 
toxumlarının  dərmanlanmasında  istifadə  olunmuşdur.  Qida  zənciri  ilə  hərəkət  etdikcə  onun  konsentrasiyası 
sonuncu həlqələrdə kəskin artır. HXB ilə bilavasitə təmasda olduqda selikli qişada və dəridə qıcıqlanma baş verir.  
Sağlamlığa təsiri. Xlor-üzvi pestisidlər anadangəlmə inkişaf qüsurlarının əmələ gəlmə riski faktorlarıdır. 
Bu,  ekoloji-epidemioloji  tədqiqatların  pestisidlərdən  intensiv  istifadə  olunan  rayonlarda  «hadisə-nəzarət» 
metodu  ilə  müəyyən  olunmuşdur.  Belə  risk  faktorlarının  qiyməti  ananın  pestisidlərlə  peşə  təmasında  –  (OP 
1,7), pestisidlərdən ev təsərrüfatında istifadə edildikdə (OP>1,5), pestisiddən istifadə olunan sahənin 0,4 km-
də aşkar edilmişdir.  
Xlor-üzvi  pestisidlərdən  geniş  istifadə  olunduqda  uşaqların  sağlamlığında  ciddi  nəticələrə  səbəb  olur. 
Qadınların reproduktiv sağlamlığına təsiri Ataniyazova (1996) tərəfindən Aral regionunda müəyyən edilmişdir. 
Qazaxıstanda pambıq  tarlalarında xlor-üzvi pestisidlərdən (2, 3, 7, 8 -TXDD) istifadə edilməsi də qadınlarda 
reproduktiv pozuntulara səbəb olmuşdur (K.Hooperetal, 1999). 
Xlor-üzvi birləşmələrdən uzun müddət istifadə olunması nəticəsində Rusiyanın cənub regionlarında ətraf 
mühit  və  qida  məhsulları  xeyli  çirklənmişdir.  Burada  anaların  südündə  xlor-üzvi  pestisidlərin  konsentrasiyası 
0,001 və 0,067 mq/l arasında tərəddüd edir.  
 
12.2.5. Politsiklik aromatik karbohidrogenlər (PAK) 
Benz(a)piren PAK-ın tipik nümayəndəsi sayılır. Kanserogen xassəsinə görə bu maddə 2A qrupuna aiddir. 
Əhalinin  ümumi  qrupu  üçün  benz(a)pirenin  insanın  orqanizminə  daxil  olan  orta  sutkalıq  miqdarı  aşağıdakı 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə