176
Bioloji aktivdir, qalxanvari vəzin hormonlarının sintezi üçün vacib mikroelement sayılır. Əsas antropogen
izotop
131
j sayılır. O, nüvə partlayışı, AES-lərin istismarı (qəzası), reaktorların qəzası zamanı əmələ gəlir.
Miqrasiyanın ekoloji zəncirinə aktiv qoşulur. Beləliklə, planetimizin təbii mühitinə, o cümlədən insan
orqanizminə radiasiya yükünə, həm bir sıra təbii faktorlar, həm də insan populyasiyasının fəaliyyəti nəticəsində
həyat mühitinin antropogen dəyişməsi səbəb ola bilər.
13.3. Atmosferin texnogen radioaktivliyi və əhalinin sağlamlığı
Keçən əsrdə radiasiya, laboratoriya təsadüfiliyi faktorundan mühitin qlobal ekoloji faktoruna çevrildi.
Radiasiyanın təbii fondan orqanizmə artıq dozalarla təsiri olduqca müxtəlif olub, bir çox səbəblərdən və ilk
növbədə şualanmanın dozasından asılıdır (cədvəl 13.1).
İonlaşdırıcı şüalanma orqanizmə həm xarici, həm də daxili şüalanma mənbələrindən təsir göstərir. Daxili
şüalanmada radioaktiv maddələr orqanizmə qida ilə, su ilə, dəri örtüyü vasitəsilə daxil olur. Xarici və daxili
şüalanma birlikdə də təsir göstərə bilər.
Müxtəlif növ ionlaşdırıcı radiasiyanın zədələndirici təsiri onların keçiricilik (yayılma) qabiliyyətindən,
nəticədə toxumalarda ionlaşmanın sıxlığından asılıdır. Şüanın keçmə yolu nə qədər qısa olarsa, ionlaşmanın
sıxlığı çox olar və onun zədələndirici təsiri də güclü olar.
İonlaşdırıcı şüalanmaya orqanizmin reaksiyası udulmuş dozanın miqdarından asılıdır, bu Sİ sistemində
qreya (Qr) ilə, sistemdən kənar isə radla ifadə olunur.
İonlaşdırıcı şüalanmanın canlı orqanizmlərdə olan maddələrlə qarşılıqlı təsiri spesifik bioloji təsirə çevrilir,
bu isə orqanizmin zədələnməsi ilə nəticələnir. Bu prosesdə zədələndirici təsiri şərti olaraq üç mərhələyə
ayırmaq olar: a) ionlaşdırıcı şüalanmanın ilkin təsiri; b) radiasiyanın hüceyrələrə təsiri; c) radiasiyanın bütün
orqanizmə təsiri.
Bu təsirin ilkin həlqəsi – molekulların oyanması və ionlaşması olub, bunun nəticəsində sərbəst radikallar
(şüalanmanın bilavasitə təsiri) və ya suyun kimyəvi çevrilməsi (radioliz) başlayır, onun məhsulları isə (radikal
OH
-1
, hidrogen peroksid – H
2
O
2
və b.) bioloji sistemin molekulları ilə kimyəvi reaksiyaya girir (şəkil 13.1).
177
Şəkil 13.1. Şüalanmanın dozasından asılı olaraq radiasiya miqdarı və
variantlarının insan orqanizminə təsiri
İonizasiyanın ilkin prosesləri canlı hüceyrələrdə böyük pozuntular yaratmır. Şüalanmanın zədələyici təsiri,
görünür ikinci (təkrar) reaksiyası ilə bağlıdır, bu zaman mürəkkəb üzvi molekullar arasında, məsələn, zülallarda
SH qrupu, DHK-ın azotlu əsaslarında xromofor qrupu, lipidlərdə doymamış əlaqələr və s. əlaqələr pozulur.
Hüceyrələrin radiasiyadan zədələnməsi hüceyrə orqanelinin ultrastrukturu pozulur və onunla bağlı olan
maddələr mübadiləsi dəyişir. Bundan başqa, ionlaşdırıcı radiasiya orqanizmin toxumalarında kompleks toksiki
məhsulların əmələ gəlməsinə səbəb olur, bu isə radiotoksin adlanan şüa effektini gücləndirir. Onların
178
arasında lipidlərin oksidləşmə məhsulları – peroksidlər, epoksidlər, aldehidlər və ketonlar daha aktiv olur.
Şüalanmadan dərhal sonra lipid radiotoksinləri digər bioloji aktiv maddələrin – xion, xolin və histaminin əmələ
gəlməsinə təkan verir və zülalların parçalanmasını gücləndirir. Üzvlər və toxumaların zədələnməsi morfoloji
əlamətlərinə görə azalma sırası üzrə aşağıdakı kimi yerləşir: limfoid üzvlər (limfatik buğum, dalaq, zob vəziləri,
digər orqanların limfatik toxumaları), ilik, toxumlar, yurumtacıqlar, sümüklər, qığırdaqlar. Parenximatoz
orqanlar – qaraciyər, böyrəklər, ağciyərlər, tüpürcək vəziləri radioaktivliyə qarşı yüksək davamlı olurlar.
İonlaşdırıcı şüalanmanın yüksək dozalarda hüceyrələrə zədələndirici təsiri ölümlə nəticələnir.
Şüalanma xəstəliyi.
İonlaşdırıcı radiasiyanın yerli təsiri zamanı şüalanma dozasından asılı olaraq
müxtəlif dəyişikliklər baş verir.
Orqanizm xarici bərabər şüalandıqdan sonra təsir dozasından asılı olaraq çətinliklə sezilə bilən ümumi
reaksiyadan başlamış şüalanma xəstəliyinin kəskin formasına qədər zədələnə bilər. 1-10 Qr (100-1000 rad)
dozasında bərabər şüalanma zamanı kəskin şüalanma xəstəliyi inkişaf edərək əsasən iliyin (kostnıy mozq)
zədələnməsi müşahidə olunur. Onun gedişində dörd dövr ayrılır: ilkin reaksiya (qısamüddətli); gizli; xəstəliyin
qızğın dövrü; bərpa dövrü.
İlkin reaksiya adətən şüalanma dozası 0,2Qr (rad)-ı keçdikdə müşahidə olunur. Bu şüalanmadan dərhal
sonra baş verir, bir saatdan 1-2 sutkaya qədər davam edir. Bu zaman üçün bir qədər həyəcanlanma və baş
ağrısı səciyyəvidir. Sonra dispepsiya (mədə fəaliyyətinin pozulması) başlayır. Qan tərəfdən qısamüddətli
neytrofil leykositoz, limfopeniya müşahidə edilir. Şüalanma xəstəliyinin başlanğıc dövründə əsəb sisteminin
yüksək dərəcədə oyanması, arterial təzyiqin və ürək ritminin dəyişməsi baş verir.
Şüalanmanın gizli dövründə xəstənin vəziyyəti yaxşılaşır. Latent (gizli) dövrün müddəti şüalanma
dozasından asılı olur. Nisbətən aşağı dozalarda (0,25-1Qr-25-100 rad) yüngül funksional reaksiya geniş klinik
şəkil almır, yəni xəstəliyin üçüncü dövrünə keçmir və xəstəlik ilkin reaksiyanın sönməsi ilə məhdudlaşır. Orta
dozalarla (1,5-2,5Qr-150-250 rad) şualandıqda latent dövrü 2-2,5 həftə davam edir. Yüksək dozalarda 3-5Qr
(300-500 rad) 3-10 sutkalıq latent (gizli) dövrdə qan dövranı sistemində dəyişkənlik artır: leykositoz
leykopeniya ilə əvəz olunur, limfopeniya artır, sonra isə trombositopeniya və qan sistemində digər dəyişiklik
baş verir. Bütün bunlar radioaktivliyə həssas orqanların (ilik və limfa aparatının) hüceyrələrinin bilavasitə
zədələnməsi nəticəsində baş verir.
Xəstəliyin qızğın dövründə xəstənin vəziyyəti yenidən pisləşir – ümumi zəiflik artır, bədənin
temperaturu yüksəlir, qanaxma artır, bunun nəticəsində dəridə və selikli qişada qansızma baş verir, ağır
vəziyyətlə bu hallar ürəkdə və ilikdə də baş verə bilər. Periferik qanda leykosit və trompositlərin miqdarı kəskin
azalır.
Bir sıra endokrin pozuntular və sinir sisteminin funksiyası pozulur. İmmunitet kəskin aşağı düşür, bunun
nəticəsində yoluxucu xəstəliklər, antoinfeksiya və antointoksikasiya asanlıqla baş verir.
Klinik vəziyyət dövrünün müddəti bir neçə gündən 2-3 həftəyə kimi davam edir. Ən ağır vəziyyətlərdə
xəstəliyin gərgin vaxtında xəstə həyatını dəyişir.
Bərpa olunma dövrundə pozulmuş funksiyalar tədricən normaya düşməyə başlayır. Bədənin
temperaturu aşağı düşür, qanaxma dayanır, qan dövranı funksiyası bərpa olunur, maddələr mübadiləsi
normaya düşür və s.
Əlverişli vəziyyətdə xəstəlik tam müalicə olunur. Qanın funksiyası tam bərpa olunmadıqda, xəstəlik xroniki
formaya keçə bilər.
Yüksək ölüm dozalarında (10 Qr – 1000 rad və yüksək) şüalanma zamanı ölüm yeddinci – onuncu günü
baş verir. Bu dövrdə intensiv qusma, sonra isə qanlı ishal, bədənin temperaturunun yüksəlməsi, sepsis
hadisəsi və şüalanma xəstəliyinə tipik olan qanın dəyişməsi baş verir.
Daha yüksək dozalarda (20-80 Qr) ölüm dördüncü – yeddinci günü baş verir. Bu dövr üçün ağır
hemodinamik pozuntular, damarların parezi (yüngül iflici), toxumaların parçalanması, ümumi intoksikasiya,
hiperazotemiya səciyyəvidir.
80 Qr (8000 rad) dozasında ölüm hətta şüalanma zamanı və ya bir neçə dəqiqədən (və ya saatdan) sonra
baş verə bilər. Buna beyin qabığının hüceyrələrinin və hipotolumusun nüvəsinin neyronlarının məhv olması
səbəb olur. Əsəb (sinir) sisteminin zədələnməsində əsas rolu ionlaşdırıcı radiasiyasının bilavasitə toxumalara
təsiri hesab olunur. Görünür, toxumalarda əmələ gələn radiotoksinlər mühüm rol oynayır.
Dostları ilə paylaş: |