QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə82/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   78   79   80   81   82   83   84   85   ...   94

 
179 
XIV FƏSİL 
 
ATMOSFERİN NƏQLİYYAT VƏ SƏNAYE TULLANTILARI İLƏ ÇİRKLƏNMƏSİ 
 
14.1. Fotokimyəvi duman (fotokimyəvi smoq) 
Sənaye  müəssisələrindən  və  əsasən  avtomobillərdən  atmosferə  buraxılan  azot  oksidləri,  karbon  qazı, 
kükürd  qazı,  qurğuşun  birləşmələri,  toz  və  his  havada  toplanaraq  dumanla  birləşir,  insana  və  bütün  canlı 
orqanizmlərə öldürücü təsir göstərən «fotokimyəvi duman» və ya «smoq» adlanan qarışıq əmələ gətirir.  
Smoqun  əsas  səbəbi  avtomobillərin  iş  zamanı  buraxdıqdarı  qazlardır.  Hazırda  dünyada  daxili  yanacaq 
mühərrikli  avtomobillərdə  il  ərzində  2  mlrd.  tondan  artıq  neft  yanacağı  işlədilir.  Avtomobil  mühərrikləri  ilə 
şəhər havasına 25%-dən artıq CO
2
, 65% karbohidrogenlər və 30% azot oksidləri atılır.  Yüngül avtomobillər 
hər km-də 10 qrama qədər azot oksidi ayırır. Smoqun tərkibinin ən təhlükəli birləşməsi azot oksidləri sayılır. 
Azot oksidləri – monooksid NO və dioksid NO
2
 bütün yanacaq növlərinin yandırılması zamanı yaranır və insanın 
sağlamlığına xüsusilə təhlükəlidir. Atmosferə buraxılan azot oksidləri tullantılarının əsas mənbəyi daxili yanacaq 
mühərrikləri, nəqliyyat, aviasiya, İES-lər, sənayenin metallurgiya və digər sahələri hesab olunur. Əgər 1967-ci 
ildə dünyada hər il havaya 53 mln ton azot oksidi ayrılırdısa, 1995-ci ildə bu rəqəm 130 mln ton təşkil etmişdir.  
İki cür smoq ayrılır: 

 
duman və qaz tullantılarının qarışığı olan sıx duman; 

 
yüksək konsentrasiyalı zəhərli qazların və aerozolların yaratdığı örtük. 
1930-cu  illərdən  başlayaraq  ABŞ-ın  Los-Anceles  şəhəri  üzərində  ilin  isti  vaxtlarında  «smoq»,  yəni  70% 
nəmliyi  olan  duman  görünməyə  başladı.  Bu  hadisə  «fotokimyəvi  duman»  adlandırıldı.  Belə  ki, «smoqun» 
əmələ  gəlməsi  üçün  günəş  şüası  lazımdır.  Bu  şüalar  avtomobillərin  havaya  buraxdığı  karbon  və  azot  oksidi 
qarışığından mürəkkəb fotokimyəvi çevrilmələr, maddələr yaradır. Belə maddələr öz zəhərlilik dərəcəsinə görə 
atmosferdə olan digər çirkləndirici maddələrdən dəfələrlə yüksək olur.  
Fotokimyəvi duman pis qoxuya malik olub görünüşü kəskin aşağı salır, adamların gözləri, burun və boğaz 
qişalarını xəstələndirir, boğulma, ağciyər və bronx asma xəstəliyini kəskinləşdirir.  
Fotokimyəvi duman bitkiləri də zədələyir, əvvəlcə yarpaqlar gümüşü və ya mis rəngini alır, sonra isə solur.  
Fotokimyəvi  dumanlar  metalları  korroziyaya  uğradır,  rezin  və  sintetik  rənglərin  çatlamasına  səbəb  olur, 
paltarı korlayır, nəqliyyatın işinə maneçilik törədir.  
Səhər  saatlarında  havada  çoxlu  miqdarda  işlənmiş  qazlar  toplanır,  günortaya  yaxın  fotokimyəvi  duman 
əmələ gəlir.  
Günün 2-ci yarısında istiliyin artması nəticəsində inversiya zəifləyir, «smoq» yuxaryıa doğru qalxır. Hazırda 
dünyanın bir sıra böyük şəhərlərində – Nyu-York, Çikaqo, Boston, Tokio, Milan və başqalarında da fotokimyəvi 
duman əmələ gəlir. Bu əsasən avtomobillərin həddən çox olması ilə bağlıdır. Məs: bütün dünyanın yollarında 
300  mln-dan  artıq  avtomobil  hərəkət  edir.  Los-Ancelesin  havasını  3,0  mln,  Parisin  havasını  1  mln-a  qədər 
avtomobil çirkləndirir. Belə şəhərlərdə avtomobillərin buraxdığı qazların dərəcəsi 90%-ə qalxır.  
«Smoq»  hadisəsi  acı  nəticələr  vermişdir.  London  şəhərində  sıx  dumanlar  1948, 52, 56, 57 və  1962-ci 
illərdə qeydə alınmışdır. 1952-ci il dekabrın 5-9 arasında Londonun üzərində dayanan «smoqdan» 4 mindən 
çox  adam  ölmüşdür.  İngiltərə  mütəxəssisləri  müəyyən  etmişlər  ki,  bu  qarışığın  tərkibiində  bir  neçə  yüz  ton 
tüstü və sulfat anhidridi olmuşdur. Bu səbəbdən 1956-cı ilin yanvarında Nyu-York şəhərinin üzərində 26 saat 
qalan «smoq» nəticəsində 400-ə yaxın adam zəhərlənib ölmüşdür. Zəhərli qazların miqdarı (kükürd anhidridi, 
azot oksidləri, aldehidlər, xlorlu karbohidrogenlər) havada adi haldakından 5-6 dəfə çox olmuşdur.  
Smoqun ən zərərli komponentlərindən biri də ozon sayılır. İri şəhərlərdə smoq əmələ gələn zaman onun 
təbii konsentrasiyası (1⋅10
-8
) 10 dəfə və daha çox artır. Ozon burada insanın ağ ciyərlərinə və selikli qişalarına, 
həmçinin bitki örtüyünə mənfi təsir göstərir.  
Fotokimyəvi dumanın əmələ gəlməsinin qarşısını almaq üçün atmosferin avtomobil nəqliyyatı tərəfindən 
çirklənməsinə qarşı aşağıdakı tədbirlər həyata keçirilir: 

 
Tullantıların  zəhərlilik  dərəcəliyinin  qiymətləndirilməsi.  Hazırda  dünyada  avtomobillərin 
havaya  buraxdığı  tullantıların  normaya  uyğun  miqdarı  3  əsas  standartla  tənzimlənir. 1993-cü  ildə  təsdiq 
olunmuş  Avropa  beynəlxalq  standartı  bütün  Avropa  dövlətlərində  fəaliyyət  göstərir,  həm  də  bütün  dünyada 
etibarlıdır.  
Daha  sərt  Amerika  standartı  son  vaxtlar  nəzarət  üsulunu  sadələşdirmək  üçün  onu  Avropa  standartı  ilə 
birləşdirmək nəzərdə tutulur. Yaponiyada işləyən ən ciddi standart, həmçinin bütün dünyada etibarlıdır.  
Rusiyada  hələ  indiyə  qədər  fəaliyyət  göstərən  1978-ci  ilin  ekoloji  təhlükəsizlik  standartı  dünya 


 
180 
tələblərindən 15 il geridə qalır.  

 
Daxili  yanma  mühərriklərinin  təkmilləşdirilməsi.  Bu  məqsədlə  Avropa  və  ABŞ-ın  qabaqcıl 
firmaları az yanacaq işlədən və havaya az zərərli qaz buraxan yeni avtomobillər buraxır.  

 
Avtomobil benzininin keyfiyyətinin artırılması. Bu məqsədlə tərkibində etil spirti, qurğuşun və 
ətraf mühit üçün zərərli olmayan benzin növləri aşkar edilir. 

 
Neytrallaşdırıcılar.  Avtomobillərin  qaz  tullantısı  yollarında  neytrallaşdırıcılar  avtonəqliyyat 
tərəfindən buraxılan toksik maddələrin miqdarını azaldır. Bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir.  

 
Dizel  yanacağı.  Dizel  mühərriki  benzin  mühərrikinə  nisbətən  20-30%  az  yanacaq  işlədir.  Dizel 
yanacağı ilə işləyən avtomobillərdə işlənmiş qazların zəhərlilik dərəcəsi xeyli az, yəni komponentlərin cəminə 
görə benzin mühərriklərinə nisbətən təxminən üç dəfə az olur.  

 
Qazla  işləyən  avtomobillər.  Avtomobillərin  qaz  yanacağına  keçməsi  atmosferə  kanserogen 
maddərin atılmasını 100 dəfəyə qədər azalmasına şərait yaradır. Neft tullantılarına çəkilən xərc də azalır: hər 
min  ədəd  qaz  balonlu  avtomobillər:  yük  daşıyanlar  ildə  12  min  ton,  taksimator  avtomobilləri  6  min  ton, 
sərnişin daşıyan avtobuslar  30 min ton neftə qənaət edir.  
Təbii  qaz  maşınlar  üçün  əla  yanacaq  sayılaraq  hava  ilə  yaxşı  qarışır,  o,  mühərrikdə  tam  yanır,  bunun 
nəticəsində işlənmiş qazlarda zərərli maddələrin miqdarı azalır.  

 
Elektromobillər havanı çirkləndirmir, qızdırmır, həm də o qədər də səs-küylü deyil.  

 
Yanacağın alternativ növləri. Tədqiqatların nəticələrinə əsasən avtomobillərdə benzin, qaz deyil, 
ekoloji təmiz yeni yanacaq növləri təklif olunur.  

 
Ekoloji  vəziyyəti  yaxşılaşdırmaq  üçün  avtomobil  hərəkətinin  təşkili.  İri  şəhərlərdə  tıxacları 
azaltmaq  məqsədilə  yeraltı  yollar,  şaxələnmiş  yeraltı  tunellər,  yerüstü  körpülər,  şəhərin  girəcəyində  iri  yük 
maşınları üçün xüsusi terminallar yaradılır, çoxmərtəbəli qarajların, avtomobil estakadalarının tikilməsi tövsiyə 
olunur.  
 
14.2. Turş yağışların ətraf mühitə təsiri  
Atmosferin kükürd və azot turşuları ilə çirklənərək yağıntı (yağış, duman, qar) halında düşməsi turşulu 
yağış  adlanır.  Turşulu  yağışlar  istilik-enerji  komplekslərindən,  avtomobil  nəqliyyatından,  həmçinin  kimya  və 
metallurgiya  zavodları  tərəfindən  atmosferə  kükrd  və  azot  oksidlərinin  atılması  nəticəsində  əmələ  gəlir. 
Turş yağışların tərkibini müəyyənləşdirdikdə onun turşuluğunu (pH) təyin edən hidrogen kationunun miqdarına 
əsas diqqət yetirilir. Təmiz su üçün pH=7-dir, bu neytral reaksiyaya uyğun gəlir. pH 7-dən aşağı olan məhlul 
turş, yuxarı olduqda qələvi hesab edilir. Turşuluq-qələviliyin hüdudu 0 …. 14 arasını əhatə edir.  
Ümumiyyətlə,  turşuluğu  (pH) 5,6-dan  aşağı  olan  yağıntıların  «Turş  yağışlar»  adlandırılması  qəbul 
edilmişdir. Turş yağışların təxminən üçdə ikisi kükürd-2-oksid (SO
2
) tərəfindən törədilir, qalan üçdə birinə isə 
azot  oksidi  (NO)  səbəb  olur.  Bu  oksidlər  parnik  (istilik)  effektinə  səbəb  olur  və  şəhər  «smoqunun» 
(fotokimyəvi dumanın) tərkibinə daxil olur.  
Müxtəlif  ölkələrin  sənayesi  tərəfindən  hər  il  atmosferə  120  mln.  tondan  artıq  kükürd  2  oksid  atılır,  bu, 
atmosferin nəmliyi ilə reaksiyaya girərək sulfat turşusuna çevrilir. Bu birləşmələr atmosferə düşərkən küləklər 
vasitəsilə mənbəyindən min kilometrlərlə uzaqlara aparılıb orada yağış, qar və duman şəklində Yerə düşə bilər. 
Belə yağışlar göl və çayları «ölü»sü hövzələrinə çevirərək, praktiki olaraq oradakı bütün canlılara - balıqdan 
tutmuş bütün mikroorqanizmlərə, bitki örtüyünə, meşələrə ziyan yetirir.  
Turş  yağışların  əsas  yayıldığı  vilayətlər  sənaye  rayonları  sayılır  (Şimali  Amerika,  Yaponiya,  Koreya,  Çin, 
Rusiyanın  sənaye  şəhərləri),  indiyə  qədər  məlum  olan  ən  turş  yağış  Kanadada  (pH=2,4)  və  ABŞ_ın  Los-
Anceles şəhərində (pH=2,3) qeydə alınmışdır. Başqa sözlə desək, bu cür yağışlarda turşuluq mətbəx sirkəsi 
tündlüyünə, yaxud limon şirəsi turşuluğuna bərabər olur.  
Turş yağışlar qlobal iqlim istiləşməsi və ozon qatının nazilməsi (dağılması) kimi dünya miqyaslı problem 
yaratmasa da, onun çirkləndirici təsiri ölkənin hüdudlarından çox-çox kənarlara çıxır.  
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə