QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə90/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   86   87   88   89   90   91   92   93   94

 
197 
İlk  sadə  külək  mühərrikləri  qədim  Misir  və  Çin  dövrünə  təsadüf  edir.  İlk  qədim  yol  dəyirmanları  İranda 
eramızın VII əsrində quraşdırılmışdır. XIII əsrdən etibarən külək enerjisi (KE) gəmilərin hərəkətində, quyulardan 
suyun vurulmasında geniş istifadə olunmuşdur (Hüseynov, Yusifov, 2002).  
Müasir külək energetikası fikri 1980-ci ilin əvvəlində 1973-79-cu illərdə neftin qiyməti kəskin artdığı vaxt 
ilk  dəfə  Kaliforniyada  oyandı  və  qubernator  Cerri-Braunun  rəhbərliyi  altında  ştatın  ərazisində  San-Fransisko 
şəhər  təsərrüfatını  elektriklə  təchiz  etmək  üçün  külək  turbini  quraşdırıldı.  Lakin  sonralar  ABŞ-da  külək 
enerjisinə maraq azaldı və on illər külək enerjisi praktiki olaraq inkişaf etmədi.  
Bu  dövrdə  Avropada  külək  energetikası  uğurlar  qazandı. 1995-2000-ci  il  ərzində  dünyada  külək 
enerjisindən istifadə iki dəfə artdı (şəkil 15.8). Hazırda Danimarka istifadə etdiyi enerjisinin ümumi həcminin 
15%-ni  küləkdən  əldə  edir.  Almaniyada  bu  rəqəm  19%-ə  çatır,  bəzi  rayonlarında  isə  KE  elektrikə  olan 
tələbatın 75%-ni təşkil edir. İspaniyanın sənaye mərkəzlərindən sayılan Navarra əyalətinin istifadə etdiyi bütün 
enerjinin 22%-i KE-nin payına düşür. 
 
 
 
Şəkil 15.8. 1980-2000-ci illərdə dünya külək energetikasının generasiya gücü 
 
Avropanın 20-dən artıq ölkəsində və Türkiyədə ümumi gücü 18 MW olan minlərlə külək enerjisi qurğuları 
(KEQ) fəaliyyət göstərir. Fransanın şərq sahillərində hər biri 1,3 MW olan 16 KEQ illik 64 milyon kVt/saat enerji 
ilə 25600 nəfəri elektrik enerjisi ilə təmin etməklə, hər ildə 32000 ton CO
2
-nin atmosferə atılmasının qarşısını 
alır. KE ilə bol olan Avstraliya hazırda 100 MW –lıq külək qurğularının ümumi gücünü 2010-cu ildə 5000 MW– 
a çatdırmağı planlaşdırır. ABŞ-ın Texas ştatında «Kinq Mauntin» ərazisində 214 külək turbinlərinin ümumi çıxış 
gücü 277 MW –dir.  
Generasiya  gücünün  mütləq  həcm  göstəricilərinə  görə  Almaniya  dünya  lideri  sayılır,  sonrakı  yeri  ABŞ 
tutur. Beş liderin tərkibinə İspaniya, Danimarka və Hindistan da daxil olur (cədvəl 15.5).  
 
 
 
 
 
 
 
Cədvəl 15.5 
 
Ölkələr   
Güc həcmi, meqavatla 
Almaniya  
6,113 
ABŞ  
2,554 
İspaniya  
2,250 
Danimarka  
2,40 
Hindistan  
1,167 
 
Külək  turbinlərinin  tikintisinin  texnologiyasının  inkişafı,  aerokosmik  sənayenin  nailiyyətlərindən  istifadə, 
külək enerjisinin qiymətini aşağı salaraq, 1980-ci ildəki 1 kVt/saat 32 sentdən, 2001-ci ildə 4 sentdən də aşağı 


 
198 
düşmüşdür.  
Bəzi  regionlarda  küləkdən  əldə  olunan  enerji  hazırda  neft  və  qazın  yandırılmasından  alınan  enerjiyə 
nisbətən ucuz başa gəlir (şəkil 15.9).  
 
 
 
Şəkil 15.9. 1982, 1990 və 2001-ci illərdə ABŞ-da külək turbinlərinin 1 kVt/ saat enerji istehsalının 
orta qiyməti 
 
Külək-Yer kürəsinin hər yerində olan böyük enerji mənbəyi sayılır. ABŞ-ın Böyük düzənlikləri – Səudiyyə 
Ərəbistanı, Şimali Dakota, Kaunas və Texas zəngin külək enerjisinə malik olub bütün ölkənin enerji tələbatını 
ödəyə bilər.  
Oreqon  və  Vaşinqton  ştatlarının  sərhədində  gücü  300  mqVt  olan  (hazırda  dünyada  ən  böyük)  külək 
elektrik stansiyası 105 min yaşayış evini və mənzilini elektriklə təchiz edə bilər.  
Lakin külək enerji mənbələri olduqca geniş ərazi tələb edərək ətraf mühitə spesifik təsir göstərir.  
Məlum olduğu kimi, işləyən zaman külək mühərrikinə hər bir tərəfindən yaxınlaşmaq arzu olunmur, belə 
ki, küləyin istiqaməti dəyişildikdə rotorun oxunun istiqaməti də dəyişir.  
Külək aqreqatlarını bir-birinə yaxın  yerləşdirmək  olmaz,  belə ki,  onlar iş zamanı qarşılıqlı maneə yarada 
bilər. Külək mühərriklərinin bir-birindən arası onların üç qat hündürlüyündən az olmamalıdır.  
Külək  mühərrikləri  güclü  səs  yaradır.  Külək  mühərrikləri  quş  və  heyvanları  hürküdür,  təbii  həyat  tərzini 
pozur. Təbiəti mühafizə cəmiyyətlərinin məlumatına görə köçəri quşların çoxu külək qurğularından uzaqlaşaraq 
öz  marşrutlarını  dəyişir.  Bir  sıra  ölkələrdə,  o  cümlədən  İrlandiya,  İngiltərə  və  b.  sakinlər  KEQ-nin  yaşayış 
məntəqələri və kənd təsərrüfatı sahələrinin yaxınlığında yerləşdirilməsinə qarşı qəti etirazını bildirirlər.  
Külək  mühərrikləri  sisteminin  açıq  dənizdə  yerləşdirilməsi  haqqında  təklif  irəli  sürülür.  Belə  ki,  İsveçdə 
Baltik  dənizində  sahilə  yaxın  ərazidə  300  külək  mühərriyinin  yerləşdirilməsi  haqda  layihə  hazırlanmışdır. 
Onların 90 metrlik qülləsində iki qanadlı pərlər fırlanacaq. Lakin külək mühərriklərinin dənizdə yerləşdirilməsi 
baha  başa  gəlir.  Hazırda  İsveçdə  sahildən  250  m-lik  məsafədə  dənizdə  gücü  200  kVt  olan  külək  elektrik 
stansiyası tikilir, enerji quruya (sahilə) sualtı kabellər vasitəsilə ötürüləcəkdir.  
Azərbaycan özünün coğrafi mövqeyinə və şəraitinə görə 800 mVt illik külək enerji ehtiyatına malikdir. Bu 
ehtiyat ildə 1 mlrd. kVt/saat elektrik enerjisi deməkdir, yaxud ildə 1 mln ton şərti yanacağa qənaət etməklə 
3700  ton  karbon  qazının  atmosferə  atılmasının  qarşısı  alınır.  Abşeron  yarımadası,  onun  sahil  zonası  və 
ətrafdakı  adalar  külək  enerjisindən  istifadə  üçün  əlverişli  sayılır.  Bu  ərazilərdə  küləyin  ortaillik  sürəti  5,5-7,0 
m/san olduğundan KEQ sistemləri üçün yararlı və yüksək rentabelli hesab olunur.  
KEQ sistemləri üçün Şərur, Culfa, Gəncə-Qazax zonası da əlverişlidir. Bu ərazilərdə küləyin ortaillik sürəti 
3-5 m/san olduğundan, orta güclü KEQ sistemlərinin qurulması üçün istifadə edilə bilər.  
 
ç) Günəş enerjisindən istifadə (Helioenergetica) 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə