QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə87/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   83   84   85   86   87   88   89   90   ...   94

 
190 
   
Tullantıların  əsas  hissəsi  karbon  qazı  olub  1  mln  ton,  karbona  çevirdikdə  isə  1  Mt  təşkil  edir.  İES-lər 
tərəfindən çirkab suları ilə ildə 66 ton üzvi maddələr, 82 ton sulfat turşusu, 26 ton xloridlər, 41 ton fosfatlar və 
təxminən 500 ton asılı maddələr kənar edilir. İES-lərin külünün tərkibində çox vaxt yüksək konsentrasiyalı ağır 
metallar və radioaktiv maddələr olur.  
Daş kömürlə işləyən İES-lər üçün il ərzində 3,6 mln ton kömür, 150 m
3
 su və təxminən 30 milyard m
3
 
hava tələb olunur.  
İES-lərin bir neçə il aktiv işləməsi nəzərə alınarsa, onların təsirini vulkanın təsirilə müqayisə etmək olar. 
Lakin əgər vulkan adətən məhsulların böyük miqdarda birdəfəyə atırsa, İES-lər bu işi daim yerinə yetirir. On 
min  illər  ərzində  vulkan  fəaliyyəti  insanın  təsərrüfat  fəaliyyəti  nəticəsində  əsasən  qazıntı  yanacağının 
yandırılması  və  parnik  qazlarının  atılması  ilə  əlaqədar  100-200  ildə  atmosferi  bu  qədər  nəzərə  çarpacaq 
dərəcədə dəyişə bilməmişdir.  
Energetik  qurğuların  faydalı  iş  əmsalı  hələlik  böyük  olmayıb  30-40%  təşkil  edir,  yanacağın  çox  hissəsi 
boşboşuna  (səmərəsiz)  yandırılır.  Əldə  edilən  enerji  bu  və  ya  digər  üsulla  istifadə  edilir  və  nəhayət  istilik 
enerjisinə çevrilir, yəni biosferə kimyəvi çirklənmə ilə yanaşı, həm də istilik çirklənməsi daxil olur.  
Enerji obyektlərinin qaz, maye və sülb halında çirkləndiriciləri və tullantıları iki axında yayılır: onların bir 
hissəsi qlobal, digəri isə regional və lokal dəyişkənliyə səbəb olur. Bu hal təsərrüfatların digər sahələrində də 
baş verir, bununla belə, energetika və qazıntı yanacağının yandırılması əsas qlobal çirkləndirici mənbə hesab 
olunur.  Onlar  atmosferə  daxil  olur  və  onların  toplanması  hesabına  atmosferin  qaz  tərkibinin,  o  cümlədən 
parnik (istilik) qazlarının konsentrasiyası dəyişir. Atmosferdə əvvəllər praktiki olaraq rast gəlinməyən qazlar – 
xlorflüor karbohidrogenləri (freonlar) peyda olur.  
Bunlar  qlobal  çirkləndiricilər  kimi  yüksək  istilik 
effektinə malik olur, həmçinin strotosferin ozon pərdəsinin dağılmasında iştirak edir.  
Beləliklə, qeyd etmək lazımdır ki, müasir mərhələdə İES-lər bütün zərərli sənaye tullantılarının miqdarının 
20%-ni atmosferə atır.  Onlar  yerləşdiyi rayonun  ətraf  mühitinə  və  bütövlüklə  biosferə  əhəmiyyətli  dərəcədə 
təsir göstərir.  
Tərkibində vanadium, nikkel, flüor, fenollar və neft məhsulları olan İES-lərin çirkab suları və ərazidən axan 
leysan yağışları suları su hövzələrinə axıdıldıqda orada suyun keyfiyyətinə və su orqanizmlərinə neqativ təsir 
göstərir.  Su  hövzələrində  temperaturun  artması  və  onların  təbii  hidrotermik  rejiminin  pozulması  nəticəsində 
suyun «çiçəkləməsi» prosesləri intensivləşir, qazların suda həll olması qabiliyyəti azalır, suyun fiziki xassələri 
dəyişir, suda gedən bütün kimyəvi və bioloji proseslər sürətlənir və s. Su hövzəsinin isinən zonasında suyun 
şəffaflığı  azalır,  pH  yüksəlir,  asan  oksidləşən  maddələrin  parçalanma  sürəti  artır.  Belə  su  hövzəsində 
fotosintezin sürəti nəzərə çarpacaq dərəcədə aşağı düşür.  
 
b) Atom elektrik stansiyaları (AES) 
Nüvə  energetikası  hazırda  daha  perspektivli  hesab  edilir.  Nüvə  yanacağının  ehtiyatının  nisbətən  yüksək 
olması, həm də ətraf mühitə «mərhəmətli» təsirilə əlaqələndirilir. AES-in tikintisinin digər üstünlüyü onun nüvə 
yatağına  bağlamamaq  imkanının  olmasıdır.  Belə  ki,  onun  həcmi  az  olduğundan  daşınması  üçün  böyük  xərc 
tələb etmir. Onu qeyd etmək kifayətdir ki, 0,5 kq nüvə yanacağından əldə olunan enerjinin miqdarı 1000 ton 
daş kömürdən alınan yanacağa bərabərdir.  
Bütün ölkələrdə çoxillik təcrübələr göstərir ki, AES-lərin istismarı gözə çarpan dərəcədə ətraf mühitə təsir 
göstərmir.  
15.2 saylı cədvəldə il ərzində yanacaq sərfi və ətraf mühitin çirklənməsi üzrə gücü 1000 MVt olan AES və 
İES-lərin müqayisəli məlumatları verilir.  
 
Cədvəl 15.2  
Yanacaq sərfi və ətraf mühitin çirklənməsi 
Mühitə təsir göstərən 
faktorlar 
İES 
AES 
Tullantılar: 
 
 
Karbon qazı  
10 mln ton 

Kükürd anhidridi və digər birləşmələr  
400 min ton 

Kül  
100 min ton 

Radioaktiv maddələr  

2 ton 


 
191 
 
 
Cədvəldəki  göstəricilərə  görə,  atom  energetikasının  üzvi  yanacağa  əsaslanan  energetikaya  nisbətən 
üstünlükləri böyükdür.  
AES-lərin normal işində ətraf mühitə radioaktiv elementlər çox az miqdarda atılır. Orta hesabla onlar eyni 
gücdə İES-lərə nisbətən 2-4 dəfə azdır.  
Cədvəl 15.3 
 
İstifadə olunan yanacaqdan asılı olaraq elektrik stansiyalarının ətraf mühitə təsiri 
 
Yanacaq 
Zərərli tullantılar 
Ətraf mühitə 
təsir 
İqtisadi ziyan 
(şərti vahid) 
Daş kömür, 
mazut 
Kükürd  iki  oksid,  karbon 
qazı, benzopirin  
Turşulu yağışlar, parnik effekti 
 

Təbii qaz 
Azot 2 oksid, karbon qazı 
Çirklənmə, 
yanmış 
məhsulların, 
istehsalın  və  yanacağın  nəqlinin 
təsirindən ekosistemin deqra-dasiyası   
1,5 
Nüvə yanacağı 
Radioaktivlər  
Təyin olunmuş normaya və təbii fona 
nisbətən radioaktivlik aşağıdır 
1,0 
 
 
1986-cı ilin mayına qədər dünyada işləyən 400 atom elektrobloku 17%-dən artıq elektrik enerjisi verərək, 
radioaktivlik fonunu 0,02%-dən çox artırmamışdır. Çernobıl faciəsinə qədər keçmiş SSRİ ərazisində AES-lər də 
digər  istehsal  sahələrinə  nisbətən  olduqca  az  istehsalat  travması  baş  vermişdir.  Faciəyə  qədər  30  il  ərzində 
radiasiya  səbəbindən  olmayan  qəzalar  nəticəsində  cəmi  17  adam  həlak  olmuşdur. 1986-cı  ildən  sonra  AES-
lərin başlıca ekoloji təhlükəsi qəza ilə əlaqələndirilir. Hərçənd müasir AES-lərdə qəza ehtimalı çox azdır, lakin o, 
istisna deyildir. Bu planda Çernobıl AES-in 4-cü blokunda baş verən faciə ən böyük qəza sayılır.  
Çernobıl AES-dəki qəza nəticəsində 2 min kilometr radiusunda ərazi radioaktiv çirklənməyə məruz qalaraq 
20-dən artıq ölkəni əhatə etmişdir. Keçmiş SSRİ ərazisində 17 mln əhali yaşayan 11 vilayət əziyyət çəkmişdir. 
Çirklənməyə məruz qalan ərazi 8 mln ha və ya 800000 km
2
-dən artıqdır. Qəza nəticəsində 31 adam ölmüş, 
200 nəfərdən çox insan şüa xəstəliyinə gətirib çıxaran radiasiya dozası almışlar. Qəzadan dərhal sonra 115 min 
adam  daha  təhlükəli  zonadan  (30  km-lik)  köçürülmüşdür.  Ölənlərin  və  köçürülənlərin  sayı  sonralar  artmış, 
küləklə radioaktiv maddələrin aparılması, yanğınlar, nəqliyyat və s. vasitəsilə çirklənmə zonası genişlənmişdir. 
Qəzanın nəticələri hələ neçə-neçə nəsillərin həyatında təsirini göstərəcəkdir.  
Çernobıl qəzasından sonra bir sıra ölkələrdə cəmiyyətin tələbi ilə AES-lərin tikilməsi proqramı müvəqqəti 
olaraq dayandırıldı, lakin 34 ölkədə atom energetikası inkişafını davam etdirdi. Artıq 1990-cı ildə 10 yeni AES 
elektrik  şəbəkəsinə  qoşuldu.  AES-lərin  tikintisi  hazırda  da  davam  etdirilir. 1999-cu  ilin  sonunun  məlumatına 
əsasən  dünyada  istismarda  olan  AES-lərin  436  bloku  mövcuddur.  Dünyada  işləyən  elektroblokların  ümumi 
elektrik gücü 335QVt-ə (1Q Vt=1000 Mvt=10
9
 Vt) qədərdir. Fəaliyyətdə olan AES-lər dünya enerji istehsalının 
17%-ni təşkil edir. Yalnız Qərbi Avropadakı AES-lər orta hesabla bütün elektrik enerjisinin 50%-ni istehsal edir.  
Əgər  hazırda  fəaliyyətdə  olan  bütün  AES-lər  İES-lərlə  əvəz  olunarsa,  dünya  iqtisadiyyatına,  bütün 
planetimizə və ayrılıqda hər bir insana düzəlməsi mümkün olmayan ziyan yetirilərdi. Belə nəticə ona əsaslanır 
ki,  AES-lərdən  əldə  olunan  enerji  eyni  zamanda  Yerin  atmosferə  hər  il  İES-lərdə  üzvi  yanacağın 
yandırılmasından  alınan  2300  mln  ton  karbon  qazının, 80 mln  ton  kükürd-2-oksidin  və  35  mln  ton  azot 
oksidinin buraxılmasının qarşısını alır. Bundan başqa, üzvi maddələr (daş kömür, neft) yandırılarkən atmosferə 
tərkibində əsasən yarımparçalanma dövrü 1600 ilə qədər davam edən radium izotopları olan çoxlu miqdarda 
radioaktiv maddələr atılır.   
AES-lərin  tikintisi  iri  şəhərlərdən  30-35  km  aralı  məsafədə  aparılır.  Ərazi  havası  dəyişən  (təmizlənən), 
daşqın  suları  basmayan  yerdə  seçilməlidir.  AES-lərin  ətrafında  əhalinin  yaşaması  qadağan  edilən  səhiyyə-
qoruyucu zona ayrılır.  
Qlobal  yanacaq-energetik  problemlərin  tədqiqatlarına  əsaslanaraq  əksəriyyət  nüfuzlu  Beynəlxalq 
təşkilatlar  dünya  atom  energetikasının  inkişaf  perspektivlərini  qiymətləndirərkən  2010-2020-ci  illərdən  sonra 
dünyada  AES-lərin  tikintisinin  genişləndirilməsinə  tələbatın  yenidən  artmasını  ehtimal  edir.  Real  variantlara 
görə  XXI  əsrin  ortalarında  təxminən  50  ölkədə  atom  energetikasına  malik  olmaq  fikri  proqnozlaşdırılır.  Bu 
zaman  dünyada  AES-lərin  2020-ci  ildə  elektrik  gücü  ikiqat  artaraq  570  QVt-a, 2050-ci  ildə  isə  1100  QVt-a 
qədər yüksələcəkdir.    


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə