QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə86/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   82   83   84   85   86   87   88   89   ...   94

 
187 
etmişdir, artım əsasən Yaxın Şərq ölkələrinin hesabına idi. Sonralar neft ehtiyatı, Alyaska, Qərbi Sibir, Şimal 
dənizi və Meksikanın hesabına artdı.  
1950-ci ildən 1975-ci il daxil olmaqla neftdən istifadə böyük sürətlə artdı (ildə 7,5%-ə qədər). 1973-cü 
ildən sonra neftdən istifadə 33,5-4,0 Qtu.ton/il səviyyəsində sabitləşdi.  
Təbii  qazdan  istifadə  yeknəsək  qaydada  ildə  5%-ə  qədər  artaraq, 1994-cü  ildə  2,67  Qtu.ton-a  çatdı, 
2002-ci ildə isə 3,5 Qtu.tonu keçdi.  
 
Şəkil 15.3. Ticarət (kommersiya) enerji resurslarından istifadə strukturu   
 
1950-ci  ildən  1975-ci  il  daxil  olmaqla  ilkin  kommersiya  enerji  mənbələri  strukturunda  daş  kömürün 
tutduğu  pay  58%_dən  28%-ə  kimi  aşağı  düşdü. 1973-cü  ilin  sonunda  dünyada  enerji  krizisi  zamanı  daş 
kömürdən  istifadəyə  maraq  artır  (30%-ə  qədər),  XX  əsrin  sonunda  isə  daş  kömürün  istifadəsi  kommersiya 
enerjisinin müasir dünya istifadəsinin 28-30% səviyyəsində sabitləşərək 3,36 Qtu.ton təşkil etmişdir.  
Enerjidən istifadə səviyyəsinə görə dünyanın bütün ölkələri bir neçə qrupa bölünə bilər: 
- İnkişaf etmiş sənaye ölkələri enerjidən optimal səviyyədə istifadə edilməsi (2-14 t.y.t/nəfər·il) və illik 
əhali  artımının  aşağı  olması  ilə  səciyyələnir.  Bu  qrupun  tərkibinə  ABŞ,  Kanada,  Yaponiya,  Avropanın  əksər 
ölkələri  (hətta  Estoniya,  Çexiya,  Slovakiya,  Sloveniya),  həmçinin  Yeni  Zenlandiya,  Avstraliya  və  b.  aiddir. 
Fərqləndirici xüsusiyyəti əhalinin adambaşına istifadə etdiyi enerjinin stabilləşməsi hesab olunur (şəkil 15.4).   
 
 
Şəkil 15.4. Sənaye cəhətdən inkişaf etmiş ölkələrdə enerjidən istifadə, e  
 
 


 
188 
-  Keçid  qrup  –  burada  demoqrafik  stabilləşməyə  praktiki  olaraq  nail  olunsa  da,  enerji  ilə  tam  təmin 
olunmağa hələ başlanmayıb. Bu qrupun tərkibinə Rusiya, Bolqarıstan, Polşa, Portuqaliya, həmçinin Uruqvay, 
Argentina, Litva, Xorvatiya və b. daxildir (şəkil 15.5).  
 
Şəkil 15.5. Keçid tipli iqtisadiyyatlı ölkələrdə əhalinin 
adambaşına enerjidən istifadəsi, e 
 
-  Yeni  inkişaf  etmiş  ölkələr  (orta  gəlirli  ölkələr)  enerjidən  optimal  səviyyədən  az  istifadə  etmələri, 
əhalinin təbii artımı orta qiymət miqdarında olub ildə 1,0% səviyyəsindən çox olmur. Bu tərkibə Azərbaycan, 
Moldava,  Monqolustan,  Kuba,  Malaziya,  Kareya,  Livan,  Meksika,  Suriya,  Özbəkistan,  Çili,  Ekvador,  Koreya, 
Qazaxıstan və b. aiddir (şəkil 15.6).  
-  Neft  ixrac  edən  az  sayda  qrup  ölkələr  –  enerjini  optimal  miqdardan  artıq  istifadə  etməsi,  əhali 
artımı optimal səviyyədən yüksək olması ilə fərqlənir; bu ölkələri xüsusi keçid kateqoriyasına aid etmək olar, 
enerji  ilə  yüksək  təmin  olunması  bu  ölkələrdə  demoqrafik  stabilləşmədən  əvvəl  baş  vermişdir.  Tərkibə 
Bəhreyn, Küveyt, Qatar, OAE, Bruney, Venesuela, Liviya, Oman, Səudiyyə Ərəbistanı, Trinidad daxildir.  
 
 
Şəkil 15.6. Yeni sənaye ölkələrində əhalinin adambaşına düşən 
enerjidən istifadəsi (2010-cu ilin proqnozu ilə
 
- İnkişaf etməkdə olan ölkələr (Ümumdünya Bankının termininə əsasən aşağı gəlirli ölkələr) enerjini 
optimal  səviyyədən  xeyli  az  istifadə  etmələri  və  əhali  artımının  bir  qayda  olaraq  Dünya  səviyyəsindən  artıq 
olmaları ilə fərqlənir. Bura Dünyanın yerdə qalan ölkələri aiddir.  
 
15.2. Energetikanın ekoloji problemləri 
Energetika  bütün  sənaye  sahələrinin,  nəqliyyatın,  məişət  və  kənd  təsərrüfatının  inkişafının  əsas 


 
189 
istiqamətləndirici  (hərəkətverici)  faktoru,  əmək  məhsuldarlığını  və  əhalinin  rifahını  yüksəltməyin  əsası  sayılır. 
Energetika müəssisələrinin ətraf mühitin çirklənməsində payı olduqca böyükdür. Enerji qurğularının tipindən asılı 
olaraq onların təsiri müxtəlif olur.  
 
15.2.1.Bərpa olunmayan enerji mənbələrindən istifadənin ekoloji problemləri 
Qeyd  edildiyi  kimi,  bərpa  olunmayan  energetikada  faydalı  qazıntılar  tükənməklə  yanaşı,  həm  də  mənfi 
nəticələr baş verir: atmosfer istilik çirklənməyə məruz qalır, nəqliyyat və enerji qurğuları vasitəsilə atmosferin 
oksigeni intensiv sərf olunur, ətraf mühit zərərli tullantılarla çirkləndirilir, nüvə enerjisindən istifadə edildikdə 
isə texnogen fəlakətin baş vermə təhlükəsi yaranır.  
 
a) İstilik elektrik stansiyaları (İES) 
İES-nin ətraf mühitə təsiri əsasən yandırılan yanacağın növündən asılıdır.  
Bərk yanacaq. Bərk yanacaq yandırıldıqda atmosferə yanmayan yanacağın hissəcikləri olan uçucu kül, 
sulfid və kükürd anhidridi, azot oksidləri, bir qədər flüor birləşmələrinin, həmçinin tam yanmayan yanacağın 
qazşəkilli məhsulları daxil olur. Uçucu külün tərkibində bəzi halda toksik olmayan qarışıqla bərabər, həm də 
zərərli qarışıq da olur. Belə ki, Donessk antrasitinin külündə az miqdarda arsen olur.    
Daş kömür. Planetimizdə ən geniş yayılmış qazıntı yanacağıdır. Mütəxəssislər belə hesab edirlər ki, onun 
ehtiyatı 500 ilə çatar. Həm də daş kömür bütün dünya üzrə daha bərabər paylanıb və neftdən də qənaətlidir.  
Daş kömürdən sintetik maye yanacaq almaq olar. Lakin belə məhsulun maya dəyəri yüksək başa gəlir. 
Proses yüksək təzyiq altında keçir. Bu məhsulun ən üstün cəhəti onun oktan ədədinin yüksək olmasıdır. Bu 
onu göstərir ki, o, ekoloji baxımdan daha təmizdir.  
Torf. Energetikada istifadə edildikdə ətraf mühitdə bir sıra mənfi nəticələr baş verir: su sisteminin rejimi 
pozulur, torf çıxarılan yerdə landşaft və torpaq örtüyü dəyişir, yerli təmiz su mənbələrinin keyfiyyəti pisləşir, 
hava hövzəsi çirklənir, heyvanat aləminin yaşayış şəraiti pisləşir. Torfun daşınması və saxlanması ilə əlaqədar 
xeyli ekoloji çətinlik yaranır.  
Maye yanacaq. Maye yanacaq (mazut) yandırıldıqda tüstü qazları ilə atmosfer havasına sulfid və kükürd 
anhidridi,  azot  oksidləri,  vanadium  birləşmələri,  natrium  duzları,  həmçinin  qazın  təmizlənən  vaxtı  ayrılan 
maddələr  daxil  olur.  Bununla  belə,  maye  yanacaq  işlədildikdə  geniş  əraziləri  tutan  və  daim  atmosferi 
çirkləndirən kül layları (qalaqları) problemi yaranmır. Maye yanacaq növlərinin məhsullarında uçucu kül olmur.  
Təbii qaz. Təbii qazın yandırılması zamanı atmosferin əsas çirkləndirici azot oksidləri hesab olunur. Lakin 
İES-də təbii qazın yandırılmasından azot oksidi tullantıları daş kömürün yandırılmasından orta hesabla 20% azdır. 
Deməli, təbii qazdan istifadə olunması ekoloji baxımdan əlverişlidir.  
Beləliklə, İES-də yanacaq daş kömür, neft və neft məhsulları, təbii qaz, bəzən oduncaq və torfdan istifadə 
olunur.  yanan materialların  əsas komponentləri karbon,  hidrogen və oksigen sayılır, az miqdarda kükürd və 
azota rast gəlinir, metal və onların birləşmələrinin izləri də iştirak edir (ən çox oksid və sulfidlər).  
Qazşəkilli  tullantılarla  yanaşı,  İES-lər  böyük  kütlədə  bərk  tullantılar  istehsal  edir,  onlara  kömür 
zənginləşdiricilərinin qalıqları, kül və şlaklar daxildir. Daş kömür zənginləşdirici fabriklərin tullantıları 55-60% 
SiO
2
, 22-26% Al
2
O
3
, 5-12% Fe
2
O
3
, 0,5-1% CaO, 4-4,5% K
2
O və Na
2
O və 5%-əqədər C-dan ibarətdir. Onlar 
tullantı laylara atılır – tozlanır, tüstüləyir və ətraf ərazilərin atmosferinin vəziyyətini pisləşdirir.  
Hazırda texnogen sivilizasiya güclü reduksiya qazlarının axınını yaratmışdır, bu, ilk növbədə enerji almaq 
üçün qazıntı yanacaqlarının yandırılması nəticəsində baş vermişdir. 1970-ci ildən 1990-cı il daxil olmaqla 20 il 
dünyada 450 mld barrel neft, 90 mld. ton daş kömür və 11 trln m
3
 qaz yandırılmışdır (cədvəl 15.1). 
 
Cədvəl 15.1  
 
Gücü ildə 1000 MVt olan elektrik stansiyalarının atmosferə buraxdığı tullantılar (tonla) 
 
Yanacaq  
Tullantılar  
karbohid-
rogenlər 
CO 
NO
2
 
SO

Hissəciklər  
Daş kömür  
400 
2000 
27000 
110000 
3000 
Neft  
470 
700 
25000 
37000 
1200 
Təbii qaz 
34 

20000 
20,4 
500 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə