QəRİb məMMƏdov, mahmud xəLİlov


əkil 14.1. Turş yağışların baş verməsi



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə83/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   79   80   81   82   83   84   85   86   ...   94

 
181 
 
Şəkil 14.1. Turş yağışların baş verməsi səbəbləri və zərərli təsiri 
 
Turş yağışlar və su hövzələri. Əksəriyyət çay və göllərdə suyun turşuluğu (pH) təbii halda 6 … 8 təşkil 
edir. Turş yağışların su hövzələrinə (çay, göl, su anbarı) düşməsi prosesi bir çox mərhələlər keçir, onların hər 
birində pH azala və arta bilər. Bütün canlılar pH-ın dəyişməsinə həssasdır. Odur ki, su hövzələrində turşuluğun 
artması balıq təsərrüfatına dözülməz ziyan vurur.  
Turş  yağışlardan  xüsusilə  Kanada,  Norveç,  İsveç,  Finlandiya,  ABŞ-ın  göllərində  bioloji  tarazlıq 
pozulmuşdur.  Belə  ki,  İsveçdə  balıq  yetişdirilən  15000  göl  turş  yağışların  mənfi  təsirinə  məruz  qalmışdır, 
onlardan  4  min  göldə  canlı  həyat  əlaməti  tamamilə  itmişdir,  Kanadada  14000  göldə  turşuluq  yüksəkdir, 
onlardan 4 mini «ölüdür», Norveçin cənub hissəsində göllərin 80%-i ya «ölüdür», ya da kritik vəziyyətdədir, 
burada  tədqiq  olunan  5000  göldən  1750-də  balıq  yoxa  çıxmışdır  (Potapov, 2004), Kareliyanın  göllərində 
qızılbalıq və alabalığın ehtyiatı kəskin azalmışdır. İtaliya, İsveçrə, Fransa kimi dövlətlərin alp (dağ) göllərinin 
çoxunda  canlı  aləm  məhv  edilmişdir.  Göl  ekosistemlərində  suyun  turşuluğunun  (pH)  yüksəlməsi  yalnız  balıq 
populyasiyalarını deyil, həmçinin digər hidrobiontları da deqradasiyaya uğradır.  
İsveç alimlərinin tədqiqatlarına əsasən pH=6 olduqda xərçəngkimilər, ilbizlər, molyusklar; pH=5,9 olduqda 
qızılbalıq, çömçəbalığı, alabalıq; pH=5,8-də turşuluq çirklənməsinə həssas həşəratlar, fito və zooplanktonlar; 
pH=5,6  olduqda  –  xarius  (balıq)  və  alabalıq;  pH=5,1  olduqda  durna  balığı  və  xanıbaluq;  pH=4,5-də  şimal 
qızılbalığı və angvil məhv olur. pH-ın sonrakı azalması turşuluq çirklənməsinə rezistent (davamlı) həşəratlar və 
bəzi nadir fito və zooplanktonlar qalır. Turş göllərdə ağ mamırın güclü inkişafı müşahidə olunur, bu isə həmin 
su  hövzəsinin  bioloji  ölü  olmasını  göstərir.  Beləliklə,  pH<6,5  olduqda  neqativ  nəticə  özünü  göstərir,  pH<5 
olduqda isə «normal» həyat formaları dayanır.  
Turş yağışlar və meşə. Turş yağışlar meşə, bağ, parklara böyük ziyan yetirir. Turş mühitə malik olan 
meşə  torpağı  və  bataqlıqlara  düşən  turş  yağışlar  turşuluq  dərəcəsini  bir  qədər  də  yüksəldir  və  canlı  aləmi 
pozur.  
Qeyd edək ki, iynəyarpaqlı ağac  cinsləri  turş  yağışlara daha  çox həssasdır. Bu səbəbdən  dünyanın müxtəlif 
regionlarında  31  mln.  ha  meşə  məhv  olur.  Belə  ki,  Almaniyanın  ərazisində  turşulu  yağışların  təsirindən  küknar 
meşələrinin  demək olar  ki, üçdə  biri  zədələnmişdir. Almaniya ilə  Çexiyanın sərhəd  hissəsində bu səbəbdən xeyli 
meşə sahəsi sıradan çıxmışdır.  
Almaniyanın meşəli Bavariya və Baden vilayətlərində meşə ərazilərinin yarıya qədəri turş yağışlardan ziyan 
çəkmişlər.  
1980-ci ildə ağşam meşələrinin 60%-i sağlam idi. İki ildən sonra onların 98%-i məhv olmuş və ya məhv 
olmaq  təhlükəsi  altındadır.  Kanadada  300  yaşlı  balzam  küknarı  ağacları  turşulu  yağışların  təsirindən  sıradan 


 
182 
çıxmışdır.  Turş  yağışlar  şimali  Appalaçda  (şimali  Amerikada  dağ  silsiləsi)  qırmızı  küknardan  ibarət  dağ 
meşələrinin  vəziyyətinin  pisləşməsinə  və  məhvinə  səbəb  olmuşdur.  Avropanın  şimalında  turşulu  yağışların 
təsirindən meşələrin 50%-i ziyan çəkmişdir.  
Turş  yağışların  təsirindən  torpaqda  alüminiumun  hərəkəti  sürətlənir,  bu  isə  bitkini  qidalandıran  xırda 
köklər üçün zəhərli sayılır və onların 50%-ə qədəri məhv olur, ağacların yarpaqları və iynələri quruyub tökülür, 
cavan tumurcuqlar şüşə kimi kövrək olub qırılır. Ağaclar xəstəlik və zərərvericilərin təsirinə qarşı davamsız olur.  
Turş yağışlar nəticəsində meşələr deqradasiyaya uğradıqda və ya quruduqda oradakı vəhşi heyvanlar da 
didərgin düşür və ya məhv olurlar. Meşə ekosistemi dağıldıqda eroziya prosesi baş verir, su hövzələri zibillənir, 
su  ehtiyatı  tükənir.  Ən  azı  onu  da  gözləmək  olar  ki,  məhv  olmuş  (qurumuş)  ağaclar  asidofil  növlərlə  (yəni 
turşuluq sevən)  əvəz oluna  bilər.  Belə növlərin  tərkibi  məhdud  olub,  əksəriyyəti  –  mamırlar,  qıjılar  və  digər 
alçaqboylu bitkilərdən ibarətdir, belə sahələr iqtisadi baxımdan, hətta mal-qara otarılması üçün də az qiymətli 
hesab olunur.  
Turş  yağışlar  və  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığı.  Müəyyən  edilmişdir  ki,  kənd 
təsərrüfatı  bitkilərinin  böyümə  və  yetişməsinin  yağıntıların  turşuluğundan  asılılığını  bitkilərin  fiziologiyası, 
mikroorqanizmlərin inkişafı və bir sıra faktorların qarşılıqlı əlaqələri təsdiq edir. Odur ki, turş yağışların kənd 
təsərrüfatı  bitkilərinin  məhsuldarlığına  və  məhsulun  keyfiyyətinə  təsirini  göstərən  bütün  komponentlərin 
kəmiyyət uçotu aparılmalıdır.  
Turş yağışlar torpağın fiziki-kimyəvi xassələrini dəyişir, münbitliyini azaldır, canlı aləmin fizioloji inkişafını 
pozur, bitki örtüyünü deqradasiyaya uğradır, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salır. Torpağın 
turşuluğu  (pH) 3-ə  endikdə  praktiki  olaraq  bəhrəsiz  olur.  Ən  çox  tayqa  zonasının  torpaqları  turşulaşmağa 
məruz qalır.  
Bir  çox  heyvan  və  bitkilər  yüksək  turş  torpaqlarda  məskunlaşa  bilmir.  Turşulu  yağışlar  səth  sularını  və 
torpağın üst horizontlarını turşulaşdırmaqla yanaşı, həm də aşağı enən su axını ilə bütün torpaq profili boyu 
yayılır və qrunt sularının da xeyli turşulaşmasına səbəb olur.  
Turş yağışlar və materiallar (əşyalar) 
Turş  yağışların  ən  nəzəri  cəlb  edən  nəticələrindən  biri  arxitektur  (memarlıq)  binaların  və  incəsənət 
əsərlərinin dağılmasıdır, bura əhəng daşından və ya mərmərdən hazırlanmış tarixi qiymətə malik olan emallar, 
məmulatlar daxildir. Turşu ilə əhəng daşı arasında qarşılıqlı əlaqə olduqca tez aşınmağa və eroziyaya səbəb 
olur.  Qeyd  etmək  lazımdır  ki,  yüz  və  hətta  min  illərdən  bəri  cüzi  dəyişilmiş  abidələr  və  binalar  indi  turş 
yağışların  təsirindən  ovulub  dağılır.  Yunanıstan  və  İtaliyada  antik  abidələrin  saxlanması  ciddi  problemə 
çevrilmişdir. Bu, ekosistemin buferlik tutumunun azalmasına bir işarədir. Mütəxəssislər alüminiumun və digər 
zəhərli  maddələrin,  o  cümlədən  qurğuşunun  turşulu  yağışlarla  həll  olmasından  da  son  dərəcə  narahatlıq 
keçirirlər, belə ki, turş yağışlar səth və qrunt sularının çirklənməsinə gətirib çıxara bilər.  
Turş  yağışların  bir  sıra  konstruktiv  materiallara  təsiri  ilbəil  daha  aydın  görünür.  Amerika  mətbuatının 
məlumatına  görə  turşulu  yağışların  təsirindən  metallar  sürətlə  korroziyaya  uğraması  ilə  əlaqədar  ABŞ-da 
təyyarələrin və körpülərin dağılmasına səbəb olur. Əsas zədələyici inqrediyentlər hidrogen kationu, kükürd-2-
oksid, azot oksidləri, həmçinin ozon, formaldehid və hidrogen peroksidi sayılır. Materialların dağılma intensivliyi 
onun  məsaməliyindən  asılıdır,  belə  ki,  xüsusi  səth  yüksək  olduqca  onun  sorbsiya  qabiliyyəti  də  artıq  olur; 
tikintinin  konstruktiv  xüsusiyyətindən  asılı  olaraq  səthində  müxtəlif  oyuqlar  olduqda  onlar  turşulu  yağışların 
toplayıcısı vəzifəsini görür; istismar şəraitindən: küləyin sürəti, temperatur, rütubətlik və s. asılı olaraq həyatda 
üç qrup materiala daha çox diqqət yetirilir: metallardan – paslanmayan polad və sinklənmiş dəmirlərə; tikinti 
materiallarından  –binaların  xarici  konstruksiyası  materialına  və  qoruyucu  materiallara  –  boya,  lak  və  səth 
örtüyü  polimerlərə.  Yağıntı  və  qazların  təsiri  zamanı  onların  zədələyici  təsiri  metalların  iştirakı  ilə  katalitik 
reaksiyanın  intensivliyi,  həmçinin  sinergizmdən,  yəni  bir  maddənin  (materialın)  digərinə  təsirini  gücləndirmə 
qabiliyyətindən asılıdır, bu zaman çox vaxt bərabər korroziya müşahidə olunur.  
Avropa parlamentinin məlumatına görə turş yağıntıların törətdiyi iqtisadi ziyan ümumi milli məhsulun 4%-
ni  təşkil  edir.  Turşulu  yağışlarla  uzunmüddətli  pesrpektivdə  mübarizə  strategiyasını  seçdikdə  bunu  nəzərə 
almaq lazımdır.  
Turş yağışların ekoloji problemini həll etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:  
- kükürd və azot oksidlərin tullantıları, ilk növbədə kükürd qazının buraxılması kəskin azaldılmalıdır, belə 
ki, sulfat turşusu və onun duzları turşulu yağışın yaranmasının 70-80%-ni təşkil edir.  
- yeni texnologiya tətbiq edərək: a) yanacağa qənaət etmək;                                  b) yanacaqdan 
kükürdü  kənarlaşdırmaq;  v)  tüstü  bacasından  çıxan  kükürd  və  azot  oksidini  tutmaq  (200-ə  yaxın  belə 
texnologiya məlumdur) üzrə tədbirlər həyata keçirilməlidir. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə