QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə80/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   76   77   78   79   80   81   82   83   ...   94

 
174 
XIII FƏSİL 
 
ATMOSFERDƏ RADİOAKTİVLİK VƏ ƏHALİNİN SAĞLAMLIĞI 
 
13.1. Yerin təbii radiasiya fonu torpaq, su və havadakı radionuklidlərin səpələnən şüalarının cəmindən 
ibarət olub, yaşları planetimizin yaşına uyğun gəlir. Belə radionuklidlərə kalium – 40 (
40
K), uran – 238 (
238
U), 
torium – 232 (
232
Th) və radon – 219-282 (
219-282
Rn) və radiumun – 226 (
226
Ra) parçalanma məhsulları aiddir.  
Radiasiya  fonunun  formalaşmasında  ikinci  yeri  kosmik  şüalanma,  üçüncü  yeri  isə  azmüddət  yaşayan 
radionuklidlər  tutur,  onlar atmosferin  yuxarı  qatlarında  stratosferin  qazları  ilə  Kainatın  müxtəlif  sahələrindən 
yüksək enerji nüvə hissəciklərinin qarşılıqlı təsiri sayəsində əmələ gəlir.  
Əksər radionuklid fonunun ilkin geoloji mənbəyi litosferin yuxarı qatları (qranitlər, şistlər, qumdaşılar və 
s.)  olub  daima  torpağın,  suyun,  havanın  saprofit  mikroflorasının  təsiri  altında  əmələ  gəlir,  temperaturun 
dəiyşməsi şüaların torpağa, bitkiyə və heyvanat aləminə miqrasiya etməsinə zəmin yaradır.  
Məlum  olduğu  kimi,  bitki  və  heyvanların  radioaktivliyini  təyin  edən  aparıcı  radionuklid  fonu  K-40  hesab 
olunur, o, gümüşü-ağ metal olub oksigen və su ilə tez reaksiyaya girir. İzotopların təbii qarışıqlarında (
39
K, 
40
K, 
41
K) radioaktiv kaliumun miqdarı miqrasiya həlqəsindən asılı olmayaraq daimi olub, 0,0118 kütlə. % təşkil edir.  
Yer qabığında, torpaqda ikinci geniş yayılan və radionuklid miqrasiyasının sonrakı həlqələrində əsas fon U-
239 sayılır (az miqdarda U-235 və U-234 qarışığı ilə), kalsiuma oxşar ağ-gümüşü metaldır, hava, su buxarı, 
turşularla  (qələvi  ilə  yox)  reaksiyaya  girir.  Kalsium  kimi  mühitdə  mineralların,  ən  çox  uranit  və  kariotitlərin 
tərkibində olur.  
İnsan orqanizminə uranın sutkalıq daxil olması orta hesabla 1-dən 10 mkq qədər olub, 300 mkq-a qədər 
çatır. Yerin normal radiasiyalı ərazilərində insanın yumşaq toxumalarında uranın miqdarı olduqca az olur.  
Fon  şüa  yüklənməsinin  formalaşmasında  U-238-in  parçalanma  məhsulu  olan  radium  urandan  kimyəvi 
aktivliyi və ona müvafiq olaraq mühitdə miqrasiya həlqələrində böyük mütəhərrikliyi ilə fərqlənir.  
Radium  (R)  –  parlaq  gümüşü  metaldır,  hava  (oksigen)  və  su  ilə  tez  reaksiyaya  girir.  Həll  olunan 
xloridlər,  bromidlər,  sulfidlər,  yodidlər,  həmçinin  həll  olmayan  birləşmələr  (karbonatlar,  oksalatlar)  əmələ 
gətirir. Radiumun bütün izotopları radioaktivdir. Ən geniş yayılanı çoxyaşayan yarımparçalanma dövrü 1620 il 
olan izotopdur.  
Radioaktiv torium (
237
T, 
228
T, 
232
T) – əvvəlkilər kimi α - şüalandırıcı olub gümüşü metaldır, oksigen və su 
buxarı ilə aktiv, turşularla isə pis qarşılıqlı təsirdə olur. Dağ süxurlarında (torianit, torit) geniş yayılmışdır, kristallik 
şəbəkələrin təbii parçalanması nəticəsində torpaqda da yayılmışdır.  
Radon (
222
Rn) və toran (
220
Tu) – rəngsiz, dadsız və iysiz qazlardır; radium və toriumun təbii radioaktiv 
parçalanan  qısaömürlü  həlqələridir.  Bu  qazlar  güclü  α  -  şüalandırıcılardır  (5MeV),  selikli  gənzik  (burun-udlaq), 
nəfəs yolu, bronxlar, alveolların epitelilərində şüa yükü formalaşdırır.  
Kosmik şüalanma – Atmosferin strukturunda milyon illərlə təşəkkül tapmış, şəkli dəyişmiş ilkin qalaktik 
(93%)  və  yüksək  enerjili  günəş  axınları  hissəciklərindən  ibarətdir.  Qalaktik  mənşəli  hissəciklərin  enerjisi 
əksərən protonlardan ibarətdir, orta hesabla 100 MeV olub, 10
14
 MeV-a yüksəlir, günəşinki isə 20 MeV təşkil 
edir.  
Kosmik  şüalar  Kainatdan  Yer  atmosferinə  düşən  böyük  enerjili  zərrəciklər  (ilkin  şüalanma)  və  onların 
atmosferdəki  atom  nüvələri  ilə  toqquşması  nəticəsində  yaranan  elementar  zərrəciklər  (ikinci  şüalanma) 
selindən ibarətdir.  
Kosmosdan Yerə düşən kompleks (qarışıq) tərkibli ionlaşmış şüalanma (şüalar) yer səthi zonasında bərk 
(əsasən  mezonlar)  və  yumşaq  (elektronlar,  pozitronlar,  elektromaqnit  dalğaları)  şüalanmadan  ibarət  olur. 
Kosmik radiasiya (şüalar) ətraf (kimyəvi) mühitin faktoru kimi orqanizmlər üçün mühüm əhəmiyyət kəsb edir.  
Ümumiyyətlə, təbii radioaktivlik atmosferə xasdır. O, təbiətdə həmişə mövcuddur və insan fəaliyyətindən 
asılı deyil. Canlı orqanizmlər belə radioaktivliyə uyğunlaşıb və heç bir zərərli nəticəyə səbəb olmur.      
 
13.2. Antropogen radiasiya fonu 
Təbii radiasiya fonunun tərkibinə antropogen müdaxilə aşağıdakılar sayılır:  

 
Radionuklidlərin süni (qlobal) konsentrasiyası və təbii radionuklidlərin paylanması; 

 
Mühitin nüvə-energetik mənşəli ekoloji yeni radioaktiv metabolitlərlə çirklənməsi; 

 
Elm,  tibb  və  sənayedə  süni  radionuklidlərin  və  digər  ionlaşdırıcı  şüalanma  mənbələrinin 
istehsalı və istifadəsi. 
Yanacağın çıxarılması və yandırılması, filizlərin işlənməsi, tikinti materiallarının istehsalı və istifadə edilməsi 


 
175 
zamanı fon radionuklidlərin konsentrasiyası  mühitin radioaktivliyinin  fon geopopulyasiya paylanmasını kəskin 
dəyişir. İstilik elektrik stansiyaları tərəfindən belə çirklənmə kaliumla (
40
K), uranla (
238
U), toriumla (
232
Th) daha 
geniş sahəli olur – çoxküllü daş kömürün yandırılması atmosferə toplanmış halda radionuklidlərin atılması ilə 
müşayiət olunur.  
Maye (karbohidrogenli) yanacaqların daxili yanacaqlı mühərriklərdə yandırılması şəhərlərin havasının aerozol tərkibini 
14C və 40K-la xeyli zənginləşdirir.  
Fosfor gübrələrindən istifadə olunması da ekosistemin bütün həlqələrində əlavə şüalanma yükü yaradır. 
Burada ən çox radiasiya təcavüzü nitrofos, ammonium-fosfat, fosforit ununda müşahidə olunub 50 Bk/kq
-1
 (Bk 
–  bekkarel=1parçalanma/s)  keçir,  dozanın  formalaşmasında  maksimum  bioloji  effektli  radionuklidlərin  α  - 
şüalandırıcı maksimum iştirak edir.  
Qlobal  dəyişən  radiasiya  təsirlərdən  başqa,  əlavə  ekosistem  şüalanma  yükü,  praktiki  olaraq  bütün  iri 
şəhərlərdə yerləşən metallurgiya müəssisələri tərəfindən daxil edilir.  
Xüsusi  antropogen  ekoloji  yeni  şüalandırıcılara  nüvə-energetik  mənşəli  radionuklidlər  aiddir.  Nüvə 
silahlarının  sınaqdan  keçirilməsi  şimal  yarımkürəsində  radionuklidlərin  nisbətən  bərabər  paylanmasına  səbəb 
olmuşdur. 1945-ci  ildən  1991-ci  ilə  qədər  planetimizdə  nüvə  partlayışlarının  ümumi  sayı  205,  o  cümlədən 
atmosferdə 508 olmuşdur. Belə partlayışların ən çoxu ABŞ-da aparılmış uyğun olaraq 1085 və 205, ikinci yeri 
Rusiya tutaraq (SSRİ) – 715 və 215 təşkil etmişdir. Fransa 182 partlayış (45-i atmosferdə) həyata keçirmişdir. 
Böyük Britaniya və Çin – uyğun olaraq 42 və 31 (atmosferdə 21 və 22) partlayış yerinə yetirmişdir.  
İkinci yeri energetik təyinatlı nüvə reaktorları (AES) (dünyanın elektrik enerjisinin 30%-ni istehsal edir) və 
Şimali Amerika, Asiya və Avropa ölkələrində nisbətən bərabər paylanmış tədqiqat reaktorları tutur.  
Nüvə-energetik  mənşəli  daha  güclü  radioaktiv  çirklənmiş  mühitin  tərkibinə  daxil  olan  mənbənin 
müxtəlifliyindən asılı olmayaraq, əsas uzunömürlü radionuklidlər sezium (
137
Cs), stronsium (
90
Sr), az miqdarda 
plutonium  (
239
Pu  və 
240
Pu)  hesab  olunur.  Bu  radionuklidlərin  parçalanma  sürəti,  onların  mühitdə  toplanma 
sürətindən  olduqca  aşağı  olduğundan,  müasir  mühafizə  sistemi  və  mühitə  atılan  radionuklidlərin  norması 
şəraitində ekosistemlərdə şüalandırıcıların toplanmasına səbəb olur.  
Sr – 90 və Cs – 137, m Kü/km
2
 (Bk/m
-2
)-in şimal yarımkürəsində yağıntılar nəticəsində torpaqda toplanma 
səviyyəsi aşağıdakı kimidir:  
 
İl 
1958  
1963   
 
1968   
 
1973 
  9
0
Sr … 6,67 (250) 
29,5 (1100)     37,2 (1400) 
 
35,2 (1200) 
 
137
Cs … 10,8 (396)  47,2 (1750) 
 
       56,3 (2100) 
 
56,3 (2100) 
 
1 Kü (küri) = 3,7·10
10
 Bk (bekkarel) 
 
Sezium (
137
Cs) – parlaq qızılı yumşaq metaldır, oksigen və su ilə gurultulu qarşılıqlı təsir yaradaraq partlayış 
əmələ  gətirir,  kimyəvi  xassələrinə  görə  kaliuma  yaxındır.  Sabit  şəkildə  Cs  –  133  izotopunun  mühitdə  miqdarı 
olduqca  azdır  (yer  qabığında,  insanın  və  heyvanın  sümük  toxumasında  10
6
%,  dəniz  suyunda  -  3·10
-8
%).  Nüvə 
energetikası təşəkkül tapmamışdan əvvəl sezium izotopu tamamilə olmamışdır. Təbii bioloji funksiya daşımır.  
137
Ss daha çox ekoloji-radiasiya əhəmiyyəti kəsb edir. 2000-ci ildə il ərzində dünyanın AES-lərinin atdığı 
seziumun cəmi 22,2·10
19
 Bk (6,0·10
9
Kü) təşkil edir. Çernobıl AES-nin qəzası zamanı bu izotop – 22,9·10
2
Kü 
olmuşdur.  Nüvə  reaktorlarında  uran,  plutoniumun  bölünməsi,  nüvə  partlayışı  zamanı  əmələ  gəlir.  Tibbdə, 
metallurgiyada,  kənd təsərrüfatında α - şüalandırıcı kimi istifadə olunur. Hazırda az miqdarda xarici mühitin 
bütün obyektlərində rast gəlinir.  
Stronsium  (
90
Sr)  –  gümüşü  kalsiumabənzər  metaldır,  oksid  qişası  ilə  örtülü  olur,  reaksiyaya  pis  girir. 
Mürəkkəb  Ca  –  Fe  –  Al  –  Sr  kompleksləri  formalaşdıqda  ekosistemin  metabolizminə  qoşulur.  Stabil  izotopun 
torpaqda, sümük toxumalarında və mühitdə 3,7·10
-2
%-ə, dəniz suyunda, əzələ toxumalarında isə 7,6·10
-4
%-ə çatır. 
Bioloji funksiyası aşkar olunmayıb, zəhərli deyil, kalsiumu əvəz edə bilər. Mühitdə radioaktiv izotopu yoxdur.  
Plutonium  (
239(240)
Pu)  –  gümüşü  ağ  metaldır,  bərk  həll  olunmayan  oksidlər  əmələ  gətirir.  Enerjinin 
yığcam  (kompakt)  mənbəyi  və  nüvə  yanacağı  kimi,  nüvə  silahlarının  istehsalında  istifadə  edilir.  Plutonium 
mühitdə olan nüvə mənşəli radionuklidlərin 1%-nə qədərini təşkil edir. Plutoniumun 10%-ə qədəri suda həll 
olan formaya keçə bilir və sonrakı bioloji zəncirlərdə miqrasiya edir.  
Yod  (
131(129)
j)  –  Qara  parıltılı  rəngli  qeyri  metaldır.  Asan  sublimasiya  olunur  (buxara  çevrilir).  Son 
məlumatlara əsasən 
129
j litosferdə uranın öz-özünə bölünməsi ilə əmələ gəlir. Onun hesablama konsentrasiyası 
1  q  stabil 
127
j-a  10
-14
  q  təşkil  edir.  Torpaqda  onun  miqdarı  (stabil  yoda  görə) 0,14·10
-4
%,  okeanda
 
isə 
0,049·10
-4
 təşkil edir.  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə