QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə84/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   80   81   82   83   84   85   86   87   ...   94

 
183 
- turş yağışlar problemi qlobal problem olduğu üçün bu istiqamətdə beynəlxalq əməkdaşlıq aparılır. Buna 
1983-cü ildə qüvvəyə minən Avropa Konvensiyasının protokolu misal ola bilər.     
 
14.3. Ozon təbəqəsinin dağılması  
Son onilliklərdə ozon qatının taleyi alimləri və dünya ictimaiyyətini narahat edir. Ozon oksigenin izotopu 
(O
3
) olub güclü oksidləşdirici xassəyə malikdir. Ozona atmosferdə yer səthində və 80 km yüksəkliyə qədər rast 
gəlinir,  lakin  onun  maksimal  konsentrasiyası  orta  enliklərdə  20 .. 24 km,  tropiklərdə  24-27  km  yüksəklikdə 
yerləşir, yüksək enliklərdə isə 13 … 15 km-ə qədər enir.  
Ozonun çox hissəsi strotosferdə yerləşir, troposferdə isə ozonun miqdarı azdır və o, mövsüm üzrə dəyişir, 
həm də havanın çirklənmə dərəcəsindən asılıdır.  
Troposfer ozonu atmosferdə elektrik və şimşək çaxması nəticəsində yaranır. Troposfer ozonu həm də günəş 
radiasiyasının antropogen qarışıqlara təsiri nəticəsində əmələ gəlir, havada olan azot oksidi və CO
2
-ni avtomobillər 
yaradır. Bu zaman ozon, fotokimyəvi smoqun baş komponenti sayılır.  
Əgər  troposfer  ozonunun  azalması  xeyirlidirsə,  strotosfer  ozonunun  azalması  ekoloji  fəlakətlərə 
gətirib çıxara bilər. Biosferdə baş verən ekoloji təzadlardan biri də Yer kürəsində canlı aləmi günəşin dağıdıcı 
ultrabənövşəyi şüalarından qoruyan strotosfer ozonu təbəqəsinin nazilməsi, cənub və şimal qütblərində isə 
tez-tez deşilməsidir.  
Öz həcminə görə Yerin atmosfer havasının təxminən yüz mində bir hissəsinə bərabər olan ozon təbəqəsi 
zərif  və  nazikdir.  Normal  təzyiq  və  temperatur  şəraitində  (təzyiq  760  mm  civə  st.  və  temperatur  0
0
C) 
atmosferdəki ozonu bir yerə toplamaq mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı 3 mm-dən artıq olmaz.  
Məhz  ozon  təbəqəsi  Günəşin  qısadalğalı  ultrabənövşəyi  şüalarını  udaraq  Yer  üzərində  bütün  canlıları 
qoruyur və istilik rejimini, həmçinin atmosferin dinamikasını təyin edir.  
Ultrabənövşəyi  (UB)  şualanma  dalğasının  uzunluğu  1 … 400 nm  olan  elektromaqnit  şüalarıdır.  Müxtəlif 
uzunluqda olan UB – şüalanması insanın aktivliyinə eyni cür təsir etmədiyi üçün göstərilən diapazon 3 sahəyə 
bölünür: UB – A – dalğanın uzunluğu 315 …. 400 nm, UB – B -280 … 315 nm, UB – C- 1 …. 280 nm. Uzundalğalı 
şüalanma  UB  -  A  -  insan  orqanizminə  zəif  bioloji  təsirilə  səciyyələnir.  Ortadalğalı  şüalanma  UB  –  B  –  dəri 
örtüyünə  güclü  təsir  göstərir  və  raxitə  qarşı  təsirə  malikdir,  bu  zaman  dalğanın  uzunluğu  297  nm  olduqda 
şüalanma maksimum effekt verir. Qısadalğalı şüalanma UB – C – zülal toxumalarına, göz toruna olduqca mənfi 
təsir göstərir, qan telciklərini dağıdır, xərçəng xəstəliklərinin artmasına, ekvator zonasında planktonların məhvi 
nəticəsində  okeanın  biogenezisinin  dağılmasına,  eləcə  də  insan  və  heyvanların  immun  sisteminin  zəifləməsi 
nəticəsində  müxtəlif  xəstəliklərin  yaranmasına  gətirib  çıxarır.  ÜST-nin  məlumatına  əsasən  atmosferdə  ozonun 
miqdarının 1% azalması insanlarda dəri xərçəngi xəstəliyini 6% artırır. Ozon qatının dağılma sürəti belə davam 
edərsə,  XXI  əsrin  ortalarında  dəri  xərçəngi  xəstəliyi  hadisəsi  ildə  on  milyonlara  çatacaqdır.  Bununla  yanaşı, 
ultrabənövşəyi şüalanmanın intensivliyinin artması nəticəsində bir çox kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 
aşağı düşür (onlarda maddələr mübadiləsinin pozulması və mikroorqanizmlərin – mutantların təsiri sayəsində), 
okeanda fitoplanktonun məhvinə, karbon qazının və oksigenin qlobal balansının pozulmasına və onunla müşayiət 
olunan bütün neqativ nəticələrə səbəb olur.  
Uzun  illərdən  bəridir  ki,  ozon  təbəqəsində  ozonun  miqdarının  lokal  azalması  –  ozon  deşikləri  (bacaları) 
müşahidə  olunur.  Ozon  bacaları  dedikdə  ozonosferdə  təbii  və  antropogen  faktorların  təsiri  ilə  ozonun 
konsentrasiyası xeyli azalan (50%-ə qədər) sahələr başa düşülür. Belə böyük sahəli bacalar müxtəlif ərazilər 
üzərində bəzən bir neçə gün və ya həftələr asılı halda qalır və belə hallar getdikcə artır.  
Tədqiqatlar  göstərmişdir  ki,  ozon  qatını  aşılayan,  dağıdan  səbəblər  əsasən  atmosferi  çirkləndirən 
maddələrdir. Bunlardan ən qorxulusu xlor-flüor üzvi birləşmələri (freonlar) hesab edilir.  
Xlor-flüor  üzvi  maddələri,  yəni  xlorflüorkarbon  (XFK)  birləşmələri  süni  yolla  çox  asan  sintez  olunur  və 
sənayenin  bir  sıra  sahələrində,  o  cümlədən  məişətdə  də  geniş  istifadə  edilir.  Belə  ki,  soyuducularda, 
kondisionerlərdə,  lakların,  rəng  boyalarının,  müxtəlif  infektisidlərin  (cücülərə  qarşı  işlədilən  pestisidlər)  və  s. 
aerozol qablaşmalarında məhz freonlardan istifadə olunur.  
Əslində freonlar inert (təsirsiz) birləşmələrə aid olduğuna görə fauna – flora üçün zərərsiz sayılır və insan 
orqanizminə ziyan (xətər) gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə qarşı davamlı 
və  uzunömürlü  olduqları  üçün  gec-tez  hava  cərəyanı  ilə  atmosferdə  toplanır.  Beləliklə,  yer  səthində  bir  çox 
təsirlərə məruz qalan xlor-flüor üzvi birləşmələri atmosferin ozonla zəngin qatında ultrabənövşəyi şüalara qarşı 
tab gətirməyib asanlıqla parçalanır. Strotosferdə sərbəstləşən bir xlor və ya bir brom molekulunun hər biri on min 
ozon  molekulunu  tam  məhv  etməyə  qadirdir.  Məlumdur  ki,  ilin  müxtəlif  fəsillərində  qütblərə  doğru  əsən 
küləklərin  sayəsində  XFK,  haloidkarbohidrogen  və  digər  ozondağıdıcı  maddələr  ozonun  dağılmasına  daha  çox 


 
184 
şərait yaranan sahələrə çatır. Belə ki, Şimal və Cənub qütblərində, yəni Arktika və Antarktida üzərində mövsümi 
olaraq  strotosfer  dumanları  mövcudluğu  şəraitində  və  Günəş  şüalanması  nəticəsində  həmin  maddələr 
parçalanaraq  ozonu  dağıdırlar.  Təxminən  1970-ci  illərdən  başlayaraq  strotosfer  ozonunun  miqdarının  qlobal 
azalması  müşahidə  olunur.  Antarktikanın  bəzi  rayonları  üzərində  sentyabr-oktyabr  aylarında  ozonun  ümumi 
miqdarı təxminən 60% azalır. Hər iki yarımkürənin orta en dariələrində azalma on il ərzində 4-5% təşkil edir. 
Antarktika üzərində ozon təbəqəsində əmələ gələn «deşiyin» ölçüləri son ildə Afrika qitəsinin sahəsinə müvafiq 
olmuşdur. Arktika üzərində də ozonun ümumi miqdarının azalması öz mənfi təsirini göstərir.  
1990-cı illərdə strotosferdə xüsusi proqram əsasında və müasir cihazların (xüsusilə peyklər, ozonometr və 
s.)  köməyilə  yerinə  yetirilən  tədqiqatlara  görə  ozonun  ixtisar  olunması  təkcə  Arktika  və  Antarktidaya  aid 
olmayıb, həmçinin «kiçik ozon bacaları» bütün qitələrdə müşahidə edilir. Belə ki, süni peyklərin «çəkdikləri» 
xəritələrdə  sahəsi  orta  hesabla  3000  km  diametrə  bərabər  olan  kiçik  bacaların  ekvator  boyu  və  orta  en 
dairələrin səmalarına xas olması dəqiq göstərilmişdir. Bu faktdan sonra Avstraliya və Yeni Zelandiya üzərində 
ozonun tədricən və aramsız azalması daha çox narahatlıq doğurur.  
Yerin  ozon  təbəqəsinin  dağılması  insanlara  və  təbiətə  fəlakətli  neqativ  təsir  göstərir.  Belə  ki,  ozon 
bacalarından  düşən  günəş  rentgen  və  ultrabənövşəyi  şüalar  görünən  spektr  şüalarının  enerjisindən  50-100 
dəfə  yüksək  olur.  Bu  isə  meşə  yanğınlarının  sayını  artırır.  Bu  səbəbdən  1996-cı  ildə  Rusiyada  2  mln  ha, 
Avstraliya,  Şimali  və  Cənubi  Amerika,  Afrika,  Avropa  və  Cənubi-şərqi  Asiyada  da  geniş  meşə  sahələri 
yanmışdır. 1997-ci  ildə  İndoneziyada  baş  verən  meşə  yanğını  5  ay  davam  edərək  onun  tüstü-dumanı  tək 
İndoneziyanı  deyil,  həm  də  Kiçik  Asiyanı,  Sinqapurun  səmasını  örtmüş,  hətta  Cənubi  Çin  dənizinə  qədər 
çatmışdır. İnsanlar tüstüdən boğulmuşdu.  
Təcrübələrlə sübut olunmuşdur ki,  başqa maddələrə nisbətən xlor-flüor  üzvi birləşmələr ozonu 450-600 
dəfə çox dağıdır.  
Strotosferdə  ozonun  azalması  təkcə  freonlarla  əlaqədar  deyildir.  ABŞ  geofizikləri  sübut  etmişlər  ki, 
atmosferdə ildə artan azot, kükürd, karbon oksidləri və b. maddələr də ozona mənfi təsir göstərir.  
Göründüyü kimi, ozonu azaldan səbəblər çox cəhətlidir. Yer kürəsi ilə Günəş sistemi arasında tənzimlənən 
maqnetizm  tarazlığının  pozulması,  reaktiv  təyyarələr,  kosmosa  buraxılan  minlərlə  peyk  və  qurğulardaşıyan 
nəhəng  raketlər,  nüvə  sınaqları,  ildə  milyon  hektarlarla  təbii  ozonator  hesab  edilən  meşələrin  qırılması  və 
yanğını  nəticəsində  yox  olması  və  s.  atmosferdə  hidroksil  birləşmələrin  artmasına  səbəb  olur,  nəticədə 
atmosferin  strotosfer  qatlarında  qazların  bir-biinə  nisbəti  pozulur.  Müəyyən  edilmişdir  ki,  ozon  qatının 
dağılmasına yüksəksəsli uçan cihazlar, təyyarələr və çoxsaylı kosmik aparatların uçuşlarının intensivləşməsi də 
səbəb olur. NASA-nın məlumatına görə «Şattl» tipli bir kosmik gəminin buraxılışı 10 mln. tondan çox ozonu 
«söndürür». Ümumiyyətlə, bu təsir növü planetin ozon qatının 10%-ni dağıda bilər.  
1987-ci  ildə  56  ölkənin  hökumətləri  Monreal  (Kanada)  protokolunu  imzaladılar.  Bu  protokola  əsasən 
yaxın  onillikdə  ozon  qatını  dağıdan  xlor-flüor  üzvi  birləşmələrin  və  digər  ozon  dağıdıcı  maddələrin  (ODM) 
istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci 
ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997-ci ildə Manrealda dayandırılması irəli sürüldü.  
1996-cı  ildə  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələr  freonların  istehsalını  tamamilə  dayandırdı  (həmçinin 
hallonları, tetraxlorid-karbonu). İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ildə 
atmağı xahiş etdilər.  
1990-1996-cı  ildə  Rusiyada  ODM-in  istehsalı  10  dəfə  azaldılaraq  205  min  tondan  13  min  tona 
endirilmişdir. 1997-ci ildə İsveç hökuməti Ümumdünya bankından Rusiyanın 7 fabrikinə freonların istehsalının 
dayandırılması üçün 1 milyon dollar ayırmışdır.  
1997-ci  ildə  Monreal  protokolunun  təsdiqindən  10  il  keçmişdir.  Həmin  dövr  ərzində  Yerin  ozon 
təbəqəsinin  mühafizəsi  üzrə  geniş  beynəlxalq  əməkdaşlıq  yerinə  yetirilmişdir.  Beynəlxalq  cəmiyyətlərin 
razılaşdırılmış  gücü  ilə  həmin  illər  ərzində  ozon  qatı  üçün  təhlükəli  olan  maddələrin  istehsalı  və  istifadəsi  2 
dəfədən çox azalmışdır. Atmosferdə ozonu dağıdan maddələrin miqdarının artması dayandırılmışdır. Alimlərin 
fikrincə  bu  iş  davam  etdirilərsə  yaxın  illərdə  ozon  qatının  bərpa  olunması  prosesi  başlanacaq  və  XXI  əsrin 
ortalarına qədər öz təbii halına düşəcək.  
Sənayedə dövlət proqramının yerinə yetirilməsi üzrə kifayət qədər effektiv tədbirlər görülür. Məsələn, soyuducu 
texnika istehsalçıları freonların ozon üçün zərərsiz maddələrlə əvəz olunmasına artıq başlamışlar: propan-butan 
qarışığı, tsiklopentanlı köpükləndirici, soyuducu agent - QFU-134a 1996-cı ildən etibarən Rusiyanın «Biryusa» 
soyuducuları ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək buraxılır.  
Azərbaycan  Respublikası  1996-cı  ildə  ozondağıdıcı  maddələrin  (ODM)  istifadəsindən  mərhələlər  üzrə 
çıxarılmasına dair Vyana konvensiyasını, Monreal protokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir. Artıq 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə