QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə92/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   86   87   88   89   90   91   92   93   94

 
201 
ölkələrə  ixrac  edilir.  Avropa  hazırda  üçüncü  yeri  tutub  1999-cu  ildə  orada  istehsal  olunan  fotoelementlərin 
ümumi  gücü  40  meqavat  təşkil  etmişdir.  Lakin  «Royal  –  Daç  Şell»  və  «Pilkington  Qlass»  korporasiyaları 
Almaniyada müştərək müəssisə açaraq hər il 25 meqavat gücündə günəş elementləri istehsal etdikdən sonra 
bu sahədə Avropa potensialı iki dəfə artdı. Bu sahənin şəbəkələrinin mühafizəsi üzrə Yaponiya, Almaniya və 
ABŞ-da ciddi proqramlar mövcuddur.  
Almaniya  2005-ci  ildə  gücü  300  meqavat  olan  100000  evin  damına  günəş  panelləri  qurmaq  haqqında 
proqram  qəbul  etmişdir. 1997-ci  ildə  «milyon  günəş  dam  örtüyü»  haqda  Amerika  proqramı  həyata  keçirilir. 
İtaliya da «on min günəş dam örtüyü» haqda proqrama başlamışdır.  
1970-ci illərdə günəş elementlərinin qiyməti 1 Vatt istehsalat gücü üçün 70 dollar, hazırda isə 1 Vatt 3,5 
dollar təşkil edir. Proqnozlara görə texnologiyanın inkişafı və yeni istehsalat gücünün yaradılması sayəsində bu 
qiymət getdikcə aşağı düşəcək və ehtimal ki, 1 Vatt 1 dollara qədər enəcəkdir. Hazırda yüzlərlə laboratoriya 
tərəfindən  fotoqalvaniklərin  texnologiyasının  təkmilləşdirilməsinə  yönəldilən  tədqiqatlar  yerinə  yetirilir  və  hər 
ay  fotoelementlərin  konstruktivləşdirilməsi  texnologiyasının  inkişafı  və  ya  istehsalı  üzrə  yeni-yeni  nailiyyətlər 
əldə edilir.  
 
c) Geotermal energetika  
Bilavasitə və dolayı yolla günəş işığından asılı olan külək, günəş və sudan fərqli olaraq geotermal enerji 
radioaktiv parçalanma və qravitasiya gücünün təsiri nəticəsində Yerin təkindən daxil olur. Daima istiliyini itirsə 
də,  Yer  olduqca  yavaş  soyuyur.  Belə  ki,  Yerin  nüvəsi  hələ  milyard  illər  qaynar  qalacaq,  çünki  Yerin  nüvəsi 
enerji mənbəyi sayılır (ehtimala görə radioaktiv elementlərin parçalanmasına görə). Hesablamalara əsasən, 5 
km  dərinlikdə  toplanan  istiliyin  miqdarı,  bütün  qazıntı  nüvələrinin  enerji  resurslarındakı  enerjidən  dəfələrlə 
çoxdur. Dərinlik istisindən elektrik enerjisi əldə etməkdə, qızdırma sistemində, yaşayış və sənaye binalarının 
isti su ilə təchizində, müxtəlif texnoloji tələbatlarda istifadə etmək olar.  
Geotermal  sular  nisbətən  yer  səthinə  yaxın  yerləşdikdə,  yəni  qaynar  bulaqlar,  qeyzerlər  və  vulkanlar 
şəklində olduqda onlardan istifadə olunması effektli ola bilər.  
Termal  sular  əslində  tükənməyən  enerji  quyusudur.  Ondan  minillər  əvvəl  çimmək  üçün  istifadə 
olunmuşdur.  Neft  yataqlarından  fərqli  olaraq  geotermal  mənbələr  tükənmir  və  ondan  hədsiz  (nəhayətsiz) 
istifadə etmək mümkündür.  
Planetimizin bəzi rayonları, xüsusilə geotermal enerji ilə zəngindir. Bu baxımdan, Yerin ən zəngin vilayəti 
Sakit okeanı sahilləri hesab olunur. Şərqi Sakit okean regionunun da geotermal resursları Cənubi, Mərkəzi və 
Şimali  Amerika  sahilləri  boyu  olan  Alyaskaya  qədər  yerləşir.  Sakit  okeanın  qərb  sahillərində  isə  geotermal 
resurslar  Rusiyanın  şərqində,  Yaponiyada,  Koreyada,  Çində  və  ada  dövlətləri  olan  Filippin,  İndoneziya,  Yeni 
Qvineya, Avstraliya və Yeni Zelandiya ərazisində geniş yayılmışdır.  
Geotermal  enerjidən  elektrik  istehsal  olunması  ilk  dəfə  1904-cü  ildə  İtaliyada  həyata  keçirilmişdir.  Yer 
təkində «gizlənən» enerji mənbəyindən bilavasitə istilik və elektrik alınmasında istifadə etmək olar. İstilik əldə 
edilməsi  üçün  su  və  ya  buxar  adətən  yerin  səthinə  çəkilir  (nasosla),  sonra  yenidən  Yerin  təkinə  vurulur. 
Elektrik həmçinin suyun yer altındakı qaynar daş laylarının çatlarında sirkulyasiyası vasitəsilə alınır. Çıxarılan 
geotermal  enerji  binaların  85%-i  bu  yolla  qızdırılır,  Yaponiyada  hamamlarda,  ABŞ-da  elektrik  enerjisinin 
alınmasında istifadə olunur.  
Geotermal  enerjidən  elektrik  alınması  1904-cü  ildə  ilk  dəfə  İtaliyada  istifadə  edilmişdir.  Hazırda  belə 
enerjidən bir sıra ölkələrdə, əsasən hamamların isti su ilə təchiz olunmasında istifadə olunur. XX əsrin 70-ci 
ilində geotermal resurslardan elektrik alınması az inkişaf edərək 1973-cü ildə yalnız 1100 meqavata çatdırıldı. 
1973-1978-ci illərdə neftin qiyməti kəskin qalxdıqda geotermal enerjidən intensiv istifadəyə başlandı. 1998-ci 
ildə bu elektrik sahəsinin miqyası təxminən səkkiz dəfə artaraq 8240 meqavata çatdırıldı (şəkil   15.11).  
Geotermal enerjidən istifadə edilməsində ABŞ lider sayılır və bu yolla 2800 meqavatdan artıq enerji əldə 
edilir, lakin bu, ABŞ-da istifadə edilən ümumi enerjinin yalnız 1%-i qədərdir. Halbuki, bu rəqəm Nikaraquada – 
28%, Filippində – 26% təşkil edir.  
Ölkələrin əksəriyyəti hələ təzə-təzə geotermal resursları istehsal etməyə başlamışlar. Sakit okean, Aralıq 
dənizi və Şərqi Afrika rift sistemi sahilləri boyu yerləşən ölkələrdə geotermal resurslar böyük potensial enerji 
mənbəyi sayılır. Yaponiyada geotermal enerji yer səthinə yaxın yerləşir, bu ölkədə minlərlə kurortları qaynar 
isti su mənbələri ilə təmin edir. Bu termal resurslar ölkəni elektriklə 30% təmin etməyə qabildir. Bəzi ölkələr 
geotermal enerji ilə olduqca zəngin olub iqtisadiyyatı bütövlüklə bununla işlətmək olar.  
Dövrümüzdə  iqlim  dəyişikliyi  təşvişi  artdığı  bir  vaxtda  bir  sıra  ölkələr  öz  geotermal  potensialını 
müəyyənləşdirməyə  başlamışdır.  Belə  ki,  ABŞ-ın  energetika  nazirliyi  2000-ci  ildə  ölkənin  qərbində  yerləşən 


 
202 
geotermal  resurslarından  istifadə  olunması  proqramının  həyata  keçirilməsini  elan  etdi.  Proqramın  məqsədi 
ABŞ-ın  qərbində  2020-ci  ilə  qədər  elektrik  enerjisinin  10%-nin  geotermal  resurslardan  əldə  edilməsinə  nail 
olmaqdır.  
Təbii və süni istilik daşıyan geotermal mənbələr ayrılır. Birinci halda energetik qurğularda işçi cismi kimi 
təbii  halda  termal  sular  və  ya  buxarlı-su  qarışığından  istifadə  olunur.  Ən  güclü  təbii  istilik  enerji 
akumulyatorları  Kamçatka,  Saxalin  və  Kuril  adalarında  mövcuddur.  Hesablamalara  görə  onların  potensialı  2 
min MVt, yaxud 4 mln. ton şərti yanacağa (illik) bərabərdir.  
Kamçatkada Paujetka çayının yanında yeraltı isti mənbələrin bazasında 5 MVt gücündə geotermal elektrik 
stansiyası (geo İES) fəaliyyət göstərir: Analoji geo İES-lər İtaliya, Yaponiya, İslandiya, Meksika, ABŞ və Yeni 
Zelandiyada işləyir. XXI əsrin əvvəlinə dünyada bütün geoİES-lərin gücünün cəmi 17,6 mln kVt təşkil edir.  
Çox  vaxt  dərində  yerləşməyən  temperaturu  60  …  100
0
C  olan  termal  sulardan  istifadə  olunur.  Belə  ki, 
sutkalıq debeti 1500 m
3
, temperaturu 60
0
C olan termal suyu quyusu əhalisi 14 min olan qəsəbənin isti suya 
olan  tələbatını  təmin  edə  bilər.  Şimal  enliklərində  yeraltı  termal  sularından  evləri  isti  su  ilə  təmin  etmək, 
müalicə məqsədilə xüsusi istixanalarda tərəvəz, hətta meyvə yetişdirməkdə istifadə olunur.  
Süni  geotermal  mənbələrdə  işçi  cisim  kimi  maye  və  ya  qaz  tətbiq  olunur,  onlar  qazılmış  quyularda 
yüksək temperaturlu dağ süxurları layında sirkulyasiya edir.  
ABŞ-da  neçə  illərdən  bəridir  ki,  dərinliyi  4  km,  isti  çatlı,  susuz  süxur  olan  qazılmış  quyulara  soyuq  su 
buraxmaq üzrə təcrübələr yerinə yetirilir. Suyun təxminən 3/5 hissəsi digər quyular vasitəsilə isti buxar halında 
Yerin səthinə çıxır.  Bu buxardan yalnız turbinləri hərəkətə gətirərək elektrik  istehsal etməkdə deyil,  həm də 
mərkəzi istixanalarda istifadə etmək olar.  
Soyuq  suyu  Yerin  təkinə  vurmaqla  geotermal  enerjidən  istifadə  olunması  üzrə  tədqiqatlar  Yaponiya,  Böyük 
Britaniya, Fransa və Rusiyada aparılır. Hələlik yeraltı istiliyin çıxarılması baxımından ən perspektivli müasir vulkanizm 
rayonları hesab olunur. Vulkanların özü sakit fəaliyyət dövründə, xüsusilə püskürmə zamanı böyük isti su və buxar 
mənbəyi sayılır.  
Geotermika  –  hələlik  energetikanın  yeni  bir  budağı  olub  böyük  perspektivləri  vardır.  Geotermal 
stansiyaların  elektrik  enerjisi  hər  halda  hidroelektrik  stansiyalarında  əldə  edilən  enerjidən  iki  dəfə,  bərk  və 
maye yanacaqlardan alınan enerjidən isə dəfələrlə ucuz başa gəlir.  
 
 
Şəkil 15.12. 1980-2000-ci illərdə dünya külək energetikasının generasiya gücü 
 
 
Gələcəkdə  Yerin  energetikasından  istifadə  olunması  üzrə  təhlil  edilə  bilən  yeni  addım  çox  dərin  quyulara 
termobatareyaların salınmasıdır. Bu istiqamətin perspektivliyi Kola yarımadasında qazılan dərin quyuların nəticələri 
bunu təsdiq edir. Belə şəbəkələr yaratmaqla praktiki olaraq məhdud olmayan təmiz enerji əldə etmək olar. Belə 
enerji Yerin daxili istiliyindən alınıb yer səthində təbiəti çirkləndirmir, yəni qazıntı yanacaq tipləri ilə işləyən elektrik 
stansiyalarının  işi  zamanı  yaranan  kül  yığınları,  karbon  qazı  tullantıları,  radioaktiv  layları  qəbirstanlıqları  burada 
müşahidə olunmur.  
 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə