QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə72/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   68   69   70   71   72   73   74   75   ...   94

 
158 
hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək 
olar: su – dib çöküntüləri – biota (bentos, fito - zooplankton),  balıqla qidalanan balıqlar və quşlar. Biokimyəvi 
metilləşmə prosesləri nəticəsində su sistemlərində əmələ gələn qurğuşunun üzvi birləşmələri daha təhlükəlidir. 
Civə  ətraf  mühitə  civə  tərkibli  filizlərin  çıxarılması  və  əridilməsi,  sulfid  filizlərindən  əridib  əlvan  metalların 
alınması,  filizdən  qızıl  əldə  edildiyi,  sellülozun  ağardılması,  xlor,  kaustik,  vinilxlorid,  elektrik  avadanlıqlarının 
(lampa,  müxtəlif  cərəyan  mənbələri),  ölçü  və  nəzarət  cihazlarının  (termometr,  monometr),  civətərkibli  tibb 
preparatlarının,  sementin  istehsalı,  civətərkibli  pestisidlərin  istifadəsi,  daş  kömür  və  mazutun  yandırılması 
zamanı daxil olur. Tullantıların yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil olur.  
Rusiyada  sənaye  müəssisələrindən  atmosferə  atılan  civənin  miqdarı  təxminən  ildə  10  ton  təşkil  edir 
(Revic, Avaliani, Tixonova, 2004). Bu sənaye cəhətdən inkişaf etmiş digər ölkələrin sənayesi tərəfindən atılan 
civənin miqdarına uyğun gəlir.  
Atmosfer havasında civənin YVK 0,3 mkq/m
3
, içməli suda 0,5 mkq/l, torpaqda isə 2,1 mq/kq təşkil edir.  
Ətraf mühitdə civənin miqdarı. Civə atmosfer havasında əksərən qazşəkilli formada olur.  
Civənin  torpaqda  toplanması  üzvi  karbon  və  kükürdün  miqdar  səviyyəsinə  görə  təyin  edilir.  Civənin 
torpaqla  ana  süxurdan  irsən  keçmiş  təbii  halda  miqdarı  0,02-dən  03  mq/kq  arasında  tərəddüd  edir,  orta 
hesabla 0,06 mq/kq təşkil edib torpaq tipindən asılıdır. Şəhərlərdə torpaqda civənin miqdarı çoxlu miqdarda 
müxtəlif tullantıların olması ilə əlaqədar bir qədər çox olur.  
Civə  suda  üzvi  və  qeyri-üzvi  vəziyyətdə  ola  bilər.  İçməli  suda  civənin  əsas  mənbəyi  çirkab  suları  ilə 
çirklənmiş su mənbələri (məsələn, xlor-qələvi istehsalı), atmosfer və su hazırlığında istifadə edilən reagentlər 
hesab  olunur.  Quyu  suları  bilavasitə  quyu  nasosları  vasitəsilə  də  çirklənə  bilər.  Su  mənbələrinin  sularında 
civənin YVK səhiyyə-toksikoloji göstəricilərinə görə 0,5 mkq/l təşkil edir. Ətraf mühitdə qeyri-üzvi civə metal 
üzvi  birləşmələrə,  o  cümlədən  yüksək  zəhərli  metilləşmiş  civəyə  çevrilir.  O,  sü  mühitində  bioloji  proseslər 
nəticəsində  əmələ  gəlir  və  trofik  zəncirə  daxil  olaraq  yırtıcı  balıqların  (akula,  tuns,  durnabalığı)  və  dəniz 
məməlilərinin  (suiti,  balina)  oraqizmində  toplanır.  İnsan  orqanizminə  metil  civənin  daxil  olması  əsasən  bu 
məhsullardan isttifadə edildikdə baş verir.  
Toksiki  maddələrin  transsərhəd  keçməsi,  hətta  Arktika  regionu  və  digər  sənaye  mərkəzlərindən  çox 
uzaqda  yerləşən  ərazilərin  sülarını  civə  ilə  çirkləndirir.  Arktikanın  ətraf  mühitinin  vəziyyətinə  nəzarət  və 
qiymətləndirilən Beynəlxalq Proqamın məlumatına görə, bu regionda civənin konsentrasiyası artmaqda davam 
edir və şimal əhalisi uşaqlarının psixi-sinir sisteminə ziyan vurur.  
Civənin sağlamlığa təsiri. Civə tiol zəhəri sırasına aid olub, sulfohidrat qrupu zülal birləşmələrini təcrid 
edərək,  orqanizmin  zülal  mübadiləsini  və  fermentasiya  fəaliyyətini  pozur.  Ətraf  mühitdən  qeyri-üzvi  civənin 
əsas  daxil  olma  yolu  inhalyasiya  hesab  olunur.  Atmosfer  havasından  insan  orta  hesabla  sutka  ərzində 
təxminən 1 mkq civə udur. Udulan civə buxarının 80%-ə qədəri ağciyərlərdə saxlanılır və qana daxil olaraq tez 
oksidləşir. Orqanizmə daxil olan civənin hamısı praktiki olaraq tez ionlaşır. İçməli su ilə və qida məhsulları ilə 
orqanizmə  daxil  olan  civənin  üzvi  birləşmələri  daha  təhlükəli  hesab  olunur.  Sutkada  qəbul  edilən  su  ilə 
orqanizmə 0,4 mkq-dan az civə daxil olur. İstehsalatda civə ilə təmasda olmayan civənin əsas mənbəyi qida, 
başlıca olaraq balıq və balıq məhsulları sayılır. Yüksək çirklənməyə məruz qalmış rayonlarda bu məhsullarda 
civənin sutkalıq qəbulu 300 mkq-a çata bilər, bu isə metil civə ilə zəhərlənməyə səbəb olur. Orqanizmə buxar 
halında  daxil  olan  civə  tez  cift  (plasent)  vasitəsilə  keçir.  Civənin  üzvi  birləşmələri  qeyri-üzvi  birləşmələrə 
nisbətən orqanizmdə uzun müddət dəyişməz halda qalır və hamatoensefalik və cift maneəsindən gec keçir. 
Südverən anaların südündə civə birləşmələri toplana bilir, odur ki, balaca uşaqların qanında civə aşkar edilir. 
Qeyri-üzvi  civənin  yarımayrılması  dövrü  təxminən  80  sutka  çəkir,  daxil  olan  metilcivəninki  isə  600  sutkadan 
artıq uzanır.  
Zəhərlənmə  zamanı  civənin  paylanması  birləşmələrinin  xarakterindən  və  onların  orqanizmə  daxil  olma 
üsulundan  asılıdır,  inhalyaisya  (nəfəsalma)  yolu  civə  buxarları  daxil  olduqda  onun  əsas  «deposu»  böyrəklər 
sayılır, bunun nəticəsində «süleymani böyrək» və böyrək çatışmazlığı inkişaf edir. Civə həm də iliyə daxil olur 
və  sinir  sistemini  zədələyir.  Bundan  başqa,  N.A.Pavlovskinin  (2002)  məlumatına  görə  civənin  daima  təsiri 
immunitet  çatışmazlığının  inkişafına  aparır.  Civə  ilə  təmasda  olan  işçilərdə,  klinikalarda  peşə  xəstəliyi  kimi 
nevrasteniya,  aqressivlik,  baş  ağrıları,  yuxu  və  yaddaş  pozğunluğu  üstünlük  təşkil  edir.  Bir  qədər  aşağı 
səviyyədə təsir nəticəsində motor funksiyasının, davranışın və əhvali-ruhiyyənin dəyişməsi, yüksək emosiyalıq 
müşahidə olunur.  
Qeyri-üzvi və üzvi civənin müxtəlif yolla daxil olmasından asılı olaraq insan sağlamlığına təsir effekti 12.2 
saylı cədvəldə verilir.  
Civənin substratlarda yol verilən miqdarı. Civənin insan orqanizminə təsirini öyrənərkən onun qan, 


 
159 
sidik  və  saçlarda  olan  miqdarının  təyini  metodlarından  istifadə  edilir.  Civənin  100  ml  qanda  miqdarı  adətən 
0,3-1,6 mkq arasında olur,  lakin  çoxlu miqdarda  dəniz  məhsullarından  istifadə  edən  adamlarda  bu  göstərici 
12,7 mkq-a qədər çoxalır (cədvəl 12.2) Krevetlərdə (xırda dəniz xərçəngi) xüsusən çox civə toplanır.  
Cədvəl 12.2 
 
Metal civənin (X) və metilcivənin (XX) insanın sağlamlığına təsiri (Toxicological Profile for 
Mercury USA (ATSDR, 1999 –cu ilin məlumatı) 
 
Effekt 
Daxil olma yolu 
inqalyasiya 
Perorol 
perkussiya 
Ölümlə nəticələnir  
X/XX 
-/XX 

Kəskin zəhərlənmə  
X/- 
-/XX 
X/- 
Xroniki zəhərlənmə  
X/XX 
-/XX 
X/XX 
İmmun sisteminin po-zulması  
X/- 

X/- 
Nefroloji pozuntu  
X/XX 
-/XX 
X/- 
Reproduktiv pozuntu  
X/- 


Zehni inkişafın azalması  
X/- 
-/XX 

Genotokisiki effektlər  
X/- 
-/XX 

 
 
Cədvəl 12.3 
 
Qanda civənin miqdarı və onun insan sağlamlığına təsiri 
 
100 ml qanda civənin miqdarı, 
mkq 
Effekt 
24,0 
Həssaslığın azalması  
2,0 
Qadınlar üçün yol verilən səviyyə  
1,5 
İşçilər üçün iş həftəsinin sonunda yol verilən səviyyə  
0,2 
Balıqdan istifadə etməyənlər üçün fon səviyyəsi  
 
İstehsalatda civə ilə təmasda olmayan şəxslər üçün sidikdə civənin təbii (fon) miqdarı orta hesabla 5,6 
mkq/l təşkil edir. Civə ilə təmasda olan işçilərdə isə civə intoksikasiya simptomu sidikdə civənin miqdarı 50-70 
mkq/l olduqda müşahidə olunur. Odur ki, yol verilən səviyyənin 40-50 mkq/l-dən artıq olmaması tövsiyə edilir. 
Bu  əmək  gigiyenaçılarının  Amerika  assosiasiyasının  təklifləri  ilə  uyğun  gəlir,  ona  əsasən  iş  zamanı  sidikdə 
civənin miqdarı 50 mkq/l-i və iş gününün sonunda 15 mkq/l-i keçməməlidir.  
Epidemiologiyada  həm  də  civənin  saçlarda  toplanmasının  öyrənilməsi  üzrə  tədqiqatlar  aparılır.  Civə 
bərabər  surətdə  udulduqda  onun  orqanizmdə,  o  cümlədən  saçlarda  miqdarı  tez  artır.  Balıqla  praktiki  olaraq 
qidalanmayan  insanların  saçlarında  metilcivənin  miqdarı  təxminən  onun  orqanizmdəki  miqdarının  20-25%-ni 
təşkil edir və bir qayda olaraq 1-4 mkq/q-ı keçmir. Dəniz məhsulları ilə bol olan rayonlarda yaşayan insanların 
hamısının saçında civə metilcivə şəklində olur. ÜST-nin tövsiyəsinə əsasən saçlarda civənin miqdarı 10 mkq/q-
dən artıq olmamalıdır.  
Civənin təsirindən baş verən xəstəliklər. 12.4 saylı cədvəldə bəzi ölkələrdə tərkibində metilcivə olan 
məhsullarla zəhərlənmə nəticəsində əhalinin ölüm və xəstəlik hadisələrinin miqdarı verilir.  
Əhalinin metilcivə ilə ilk kütləvi xroniki zəhərlənməsi 1950-ci illərdə Yaponiyada qeydə alınmışdır. «Çisso» 
kompaniyasının  tərkibində  civə  olan  çirkab  sularının  Minamata  buxtasına  atılması  civənin  metilcivəyə 
transformasiyasına səbəb olmuş və bunun nəticəsində orada balıqla qidalanan yerli əhali zəhərlənmişdir.   
  


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə