QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə76/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   72   73   74   75   76   77   78   79   ...   94

 
166 
ayrılıqda komponentlər hərəsi öz təsir xüsusiyyətinə malikdir. Dioksinlərin/furanların izomerlərinin əksəriyyəti 
fiziki-kimyəvi  xassələrinə  görə  fərqlənir.  Bu  izomerlər  ətraf  mühitdə  onlara  müxtəlif  qarışıqlar  və  müxtəlif 
konsentrasiyalı  halında  rast  gəlinir,  bu  isə  onların  təhlükəlik  dərəcəsini  qiymətləndirməyi  çətinləşdirir.  Bu 
baxımdan, dioksin və furanların toksiklik dərəcəsini qiymətləndirmək üçün ekvivalent toksikliyin beynəlxalq 
əmsal şkalaları (TƏ) hazırlanmışdır. Toksiklik vahidi kimi bu qrupun marker birləşmələrinin – bioloji aktivlik 
baxımından ən güclü və yaxşı öyrənilən 2, 3, 7, 8 – tetraxlordibenzo-n-dioksin (TXDD) görə toksiklik effekti 
qəbul  edilmişdir.  Dioksin  və  furanlar  üçün  TƏ-ni  hesablamaq  məqsədilə  onların  kütlə  konsentrasiyası 
ekvivalent  toksiklik  əmsalına  vurulur.  Alınmış  qiymətləri  toplayaraq  öyrənilən  nümunənin  toksiklik  cəmi 
hesablanır.  Hazırda  hesablama  aparılan  zaman  1997-ci  ildə  ÜST  tərəfindən  qəbul  edilən  ekvivalent  toksiklik 
dərəcəsinin qiymətlərindən istifadə olunur (cədvəl 12.8).  
Cədvəl 12.8 
 
XDD toksinləri və XDF furanları üçün ekvivalent toksikliyin qiymət əmsalları (ÜST, 1997) 
 
Birləşmə 
TƏ 
Birləşmə 
TƏ 
2, 3, 7, 8 TXDD 
1,0 
2, 3, 4, 7, 8 penta XDF 
0,5 
1, 2, 3, 7, 8 XDD 
1,0 
1, 2, 3, 4, 7, 8 heksa XDF 
0,1 
1, 2, 3, 4, 7, 8 XXD 
0,1 
1, 2, 3, 6, 7, 8 heksa XDF 
0,1 
1, 2, 3, 6, 7, 8 XXD 
0,1 
1, 2, 3, 7, 8, 9 heksa XDF 
0,1 
1, 2, 3, 7, 8 XXD 
0,1 
2, 3, 4, 6, 7, 8 heksa XDF 
0,1 
1, 2, 4, 6, 7, 8 XXD 
0,01 
1, 2, 3, 4, 6, 7, 8 hepta XDF 
0,01 
Okta XXD 
0,0001 
1, 2, 3, 4, 7, 8, 9 hepta XDF 
0,01 
2, 3, 7, 8 TXDF 
0,1 
Okta XDF 
0,0001 
1, 2, 3, 7, 8 –  penta 
XDF 
0,05 
 
 
 
Qeyd edildiyi kimi, dioksinlər üçün orqanizmə politrop təsir səciyyəvidir, yəni onlar demək olar ki, bütün 
sistemlərə  və  insanın  bütün  orqanlarına  təsir  göstərir.  Bu  xüsusilə,  istehsalatda  yüksək  konsentrasiya 
xlortərkibli  pestisidlər  və  ya  digər  xlor  üzvi  maddələrin  təsirində  təzahür  olunur.  Təbii  ki,  məhz  belə 
müəssisələrdə  belə  toksikantlarla  təmasda  olan  işçilərdə  spesifik  nəticələr  nəzərə  alınacaq  dərəcədə  özünü 
göstərir. Onlarda dəri xəstəliklərinin (xlorakne) əmələ gəlməsinə böyük risk vardır, depressiya, nevralgiya, lipid 
mübadiləsinin,  immun  statusunun  pozuntuları,  mərkəzi  və  periferik  sinir  sisteminin  funksional  dəyişməsi, 
libidonun  aşağı  düşməsi  müşahidə  olunur.  Bu  pozuntuların  əksəriyyəti  25  ildən  artıq  dioksinlərlə  təmasda 
olunan işçilərdə baş verir, lakin bəzi simptomlar cavan işçilərdə də görünür.  
Dioksinlərin sonsuzluğun, daxili səbəblərdən törəyən abortların, ölü doğulanların, anadangəlmə qüsurların 
inkişafı ekoloji-epidemioloji tədqiqatlarla təsdiq olunmuşdur.  
1997-ci ilin fevralında MAİR-in beynəlxalq ekspert komitəsi dioksinləri kanserogen təhlükəli birinci qrupa 
aid  etdi.  Son  illərin  tədqiqatlarında  bu  maddələrin  qaraciyər  kanserogenində  rolu  da  təsdiq  edilmişdir. 
Dioksinlərin kanserogen təsirinin epidemioloji tədqiqatları göstərdi ki, xlor istehsalında işləyən fəhlələr arasında 
mədə,  ağciyər,  bağırsaqda  xərçəng  xəstəliklərindən,  həmçinin  yumşaq  toxumaların  və  leykozların 
sarkomasından (qorxulu şişlərin bir növü) ölənlərin sayı 5,0-16,5 dəfə artmışdır (Reviç və b., 2004, səh. 225). 
M.Kogevinas  et  al  (1993)  və  D.Flesh-Yanys  et  al  (1996)  tərəfindən  aparılan  tədqiqatların  nəticələri 
göstərdi ki, TXDD əmələ gələn istehsalatda bir ildən artıq işləyən işçilərin ağciyər və mədələrində xərçəng və 
bəzi  limfa  növləri  xəstəliklərinin  baş  verməsi  riski  15%  yüksəlmişdir,  xlortərkibli  pestisidlərin  təsirinə  məruz 
qalan qadınların süd vəzilərində xərçəngin əmələ gəlməsi hadisəsi də artmışdır.  
Süd  vəzilərində  dioksinlərin  miqdarı  şəhər  sakinlərində  kənd  yerlərində  yaşayanlara  nisbətən  artıqdır. 
Rusiyada dioksinin konsentrasiyası xlortərkibli istehsal müəssisələrinin yaxınlığında (Çapayevsk, Usolye-Sibirsk 
və b.) yaşayan qadınların süd vəzilərində 3 dəfə çox olmuşdur. Qazaxıstanda pambıq tarlalarının yaxınlığında 
yaşayan qadınların süd vəzilərində də dioksinin konsentrasiyası YVK-dan dəfələrlə çox olmuşdur (K.Hooper et 
al., 1999).  
Dioksini əks etdirən digər biosubstrat qan hesab olunur. Dünyanın müxtəlif ölkələrində dioksin təhlükəli 
istehsalatda  işləyən  işçilərin  qanının  tərkibində  olan  dioksinlərin  müqayisəli  təhlili  göstərir  ki,  bu  toksiki 
maddələrin miqdarının yüksək səviyyəsi Çapayevsk və Ufa kimyəvi zavodlarının fəhlələrində aşkar edilmişdir. 


 
167 
Zavodun yaxınlığında yaşayan qadınlarda dioksinin miqdarı 3 dəfə artıq qeydə alınmışdır.  
 «Oranj» agentinin tətbiqinin nəticələri. Vyetkonqun hərbi gücünü görmək məqsədilə 1964-cü ildə 
ABŞ-ın  hərbi  hava  qüvvələri  tropik  meşələrində  ağacları  yarpaqsızlaşdırmaq  üçün  kütləvi  surətdə  defoliant 
herbisidindən  istifadə  etmişdir.  Tərkibində  170  kq  ən  toksik  konqener  TXDD  olan  «Oranj»  agentinin  tətbiqi 
nəticəsində Cənubi Vyetnam, Kampuçiya, Laosun əhalisinə, həm də bu əməliyyatda iştirak edən ABŞ, Kanada 
və  Avstraliyanın  öz  hərbi  qüvvələrinə  böyük  ziyan  dəymişdir.  Hətta  «oranj»dan  istifadədən  20  il  keçdikdən 
sonra da onun nəticələrinin effekti qeydə alınmışdır. Vyetnam müharibəsində «oranj» agentinin tozlandırılması 
ilə məşğul olan Amerika veteranlarının üzərində aparılan müşahidələr onlarda diabetin əmələ gəlməsi 2, 3, 7, 
8 TXDD-in təsiri arasında korrelyasiya aşkar etməyə imkan yaratmışdır.  
1976-cı  ildə  Şimali  İtaliyada  Sevezo  şəhərində  kimya  zavodunda  baş  verən  qəza  nəticəsində  ətraf 
mühitə çoxlu miqdarda 2, 3, 7, 8 TXDD daxil olmuşdur. Bunun nəticəsində 220 adamın dərisində xüsusi səpki 
(xlorakne)  əmələ  gəlmişdir.  bu  xəstəliyə  uşaqlar  daha  çox  məruz  qalmışlar.  Qəzanın  nəticələri  reproduktiv 
funksiyada böyük dəyişkənliyə səbəb olmuşdur. Qəzadan ziyan çəkmiş Sevezo şəhərinin əhalisində (çirklənmiş 
ərazidə) 15 il müddətində daima xərçəng xəstəliynin bəzi formalarının yüksək inkişaf riski qeydə alınmışdır.  
 
12.2.2. Polixlorlu bifenillər (PXB) 
PXB-in  sintezi  dünyada  sənaye  miqyasında  1920-ci  illərin  sonunda  həyata  keçirilməyə  başlandı. 1970-ci 
illərdə  bir  sıra  məhsulların  hazırlanması  zamanı  ondan  istifadə  olunması  qadağan  edildi.  Lakin  PXB-in 
buraxılması  davam  etdirildi,  çünki  transformatorların,  kondensatorların  və  müxtəlif  hidravlik  avadanlıqların 
yığılmasında  ona  tələbat  çox  idi.  Kondensator  və  transformatorların  sovol  (PXB)  və  sovtal  (PXB  və 
trixlorbifenilin (TXB) qarışığı) doldurucuları ilə kütləvi buraxılmasına 1960-cı illərdən başlandı və 1989-1990-cı 
illərə  qədər  bu  buraxılış  dayandırılmadı.  PXB-dən  həm  də  lak,  mum,  sintetik  qətran,  epoksidli  boyalar  və 
gəmilərin  alt  hissəsi  üçün  rənglər,  sürgü-soyuducu  mayelər  və  s.  hazırlanmasında  istifadə  olunur.  Qiymət 
məlumatına əsasən keçmiş SSRİ-də 100 min ədəddən artıq həcmi 10-dan 2500 kq-a qədər olan transformator 
hazırlanmışdır.  Rusiyanın  bəzi  zavodları  bir  neçə  yüz  ədəd  PXB  tərkibli  yağ  olan  transformatorlarla  təchiz 
olunmuşdur.  
Hazırda  1986-cı  ilə  qədər  buraxılan  Rusiyanın  enerji  sistemlərində  xaricdə  istehsal  olunan  TXB  ilə 
doldurulan  200  min  güclü  transformator  istismar  edilir  (Reviç  və  b., 2004). Həmin  vaxtdan  etibarən  enerji 
sistemlərinə  TXB  və  ya  tərkibində  PXB  olan  digər  avadanlıqlar  verilmir.  Yeni  kondensatorlarda  TXB  əvəzinə 
ekoloji təhlükəsiz dielektrikdən  istifadə edilir.  
PXB-nin çox hissəsi işləndikdən sonra zibilliklərə atılır və ya yandırılır. Onların atmosferə daxil olmasının bir 
yolu saylır (bütün itkinin 50%-ə qədəri). Bundan başqa PXB atmosferə bilavasitə əlavə buxarlanma (6%) ilə 
də daxil olur.  
Elektrotexniki yoxlamaların qabaqcadan verdiyi məlumata görə 30 min PXB tərkibli yağlar olan 1000-dən 
artıq obyekt mövcuddur.  
PXB-in sağlamlığa təsiri. PXB də dioksinlər kimi reprodikutiv funksiyaya böyük təsir göstərir. Əhalinin 
PXB-in təsirinə məruz qalmasını müəyyən etmənin nəticələri aşkar olunmuşdur:  
- PXB ilə qadınların çirklənmiş düyüdən istifadə etməsi nəticəsində ölü doğulan uşaqlar və uşaqlarda ölüm 
hadisəsi artmışdır.  
-  Tərkibində  yüksək  miqdarda  PXB  olan  balıqla  qidalanan  anaların  uşaqları  azçəkili  olmuşdur  (ABŞ, 
Miçiqan  ştatı);  İsveçin  Baltikyanı  sahillərində  balıqçıların  (anaların)  qanlarında  PXB-in  miqdarı  müqayisə 
qrupuna nisbətən 30% çox olmuşdur. 
- Qanlarında PXB-in miqdarı çox olan qadınların uşaqları anadangəlmə qüsurlarla doğulur.  
MAİR  PXB-ni  2A  qrupuna,  ABŞ-ın  ətraf  mühitin  mühafizəsi  Agentliyi  isə  insanda  kanserogen  ehtimalı 
qrupuna aid etmişdir.  
Epidemioloji tədqiqatların nəticələrinə əsasən PXB-in təsiri ilə dəridə melanomanın, qaraciyərdə xərçəng 
xəstəliyinin,  mədə-bağırsaq  traktında  (yolunda)  şişlərin,  digər  bədxassəli  yeni  törəmələrin  əmələ  gəlməsi 
arasında əlaqəlik müəyyən edilmişdir. Əsasən müayinə kondensator istehsalı fəhlələrində aparılmışdır.  
Suyu  PXB  ilə  çirklənmiş  Miçiqan  gölündə  tutulmuş  balıqla  qidalanan  anaların  uşaqlarında  əqli  (zehni) 
göstəricilərin aşağı olması müşahidə olunmuşdur (J.Jacobson, S.Yacobson, 1996). 
 «Yağ» xəstəlikləri. Yu-şo xəstəliyi. Yaponiyada PXB-nin qida məhsullarına izafi daxil olması əhalinin 
sağlamlığında kəskin nəticələr baş vermişdir.  
1968-ci ildə Yaponiyada düyü yağının təmizlənməsi mərhələsində məhsula «kanexlor-400» (PXB və PXDF, 
az  miqdarda  isə  PXDD-in  əlavə  edilməsi  qarışığı  ticarət  adı)  düşmüşdür.  Bunun  nəticəsində  Fukuoka  və 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə