QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə40/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   36   37   38   39   40   41   42   43   ...   94

 
88 
CO
2
-nin konsentrasiyasına nəzarət edir, bununla da parnik (istilik) effektini nizama salaraq ətraf təbii mühitin 
sabitliyini təmin edir.  
Beləliklə, müasir biosfer bütün üzvi aləmin uzunmüddətli tarixi inkişafının təbiətlə qarşılıqlı əlaqəsinin hasili-
dir (yekunudur). Bu inkişaf prosesində biosferdə qarşılıqlı əlaqələrin və hadisələrin mürəkkəb şəbəkəsi yaran-
mışdır: abiotik və biotik faktorların qarşılıqlı təsiri nəticəsində biosfer daim hərəkətdə və inkişafdadır. O, insan 
həyata qədəm qoyan zamandan bəri, yəni 2-3 milyon il ərzində böyük təkamül keçirmişdir.  
Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti əhatə edir. Biosferə ozon səthinə kimi atmosferin bir 
hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidros-
fer (okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər. 
Yer qabığının süxurlarında bakteriyaların müşahidə olunan ən dərin yeri 4 km təşkil edir. Neft yataqlarında 
2-2,5 km dərinlikdə çoxlu miqdarda bakteriya müəyyən edilmişdir. Lakin, biosferdə həyat olduqca qeyri-bəra-
bər yayılmışdır. O, səhrada, tundrada, okeanın diblərində, yüksək dağlıq ərazidə zəif inkişaf etsə də, biosferin 
digər sahələrində olduqca zəngin (bol) və çoxmüxtəlifliyi ilə fərqlənir.  
Canlı maddənin ən yüksək konsentrasiyası əsas mühitlərin ayrıldığı sərhədlərdə: litosfer və atmosferin sər-
həd qatında, yəni torpaqda, üç mühitin – torpaq, su və havanın bir-birinə yaxın qonşuluğunda, yəni – okeanla-
rın üst qatlarında, su hövzələrinin dibində və xüsusilə litorallarda, çayların estuarilərində müşahidə olunur. V. İ. 
Vernadski litosferdə orqanizmlərin ən yüksək konsentrasiyalı yerini «həyat təbəqəsi» (pərdəsi) adlandırmış-
dır. 
Müasir baxışlara görə biosfer planetin möhtəşəm ekosistemi olub maddələrin qlobal dövranını saxlayır. Bios-
fer anlayışının coğrafi təbəqə və ya coğrafi örtük anlayışı ilə xeyli oxşarlığı var. Bəzi tədqiqatçılar onları sinonim 
hesab etsələr də aralarında prinsipial fərq də var. Tərifə görə coğrafi örtük  litosfer, hidrosfer və biosferin bir-
biri ilə qarşılıqlı təmasda olan Yer təbəqəsidir. Coğrafi örtükdə fasiləsiz olaraq quru, atmosfer, Dünya okeanı və 
orqanizmlər  arasında  maddələr  və  enerji  axınları  mübadiləsi  baş  verir.  Beləliklə,  coğrafi  təbəqənin  xarakterinə 
onun bütün komponentlərinin eynidərəcəli təsvirləri daxildir. Biofer anlayışının isə mərkəzi həyatdır, həya-
tın yayıldığı mühitdir, canlı maddədir. Bu canlı maddəyə atmosferin qaz tərkibi, suların, torpağın 
tərkibi və s. daxildir. 
 
6.2. Təbiətdə maddələrin dövranı  
Təbiətdə əsas iki maddələr dövranı mövcuddur – böyük (geoloji) və kiçik (biogeokimyəvi) dövran. 
 
6.2.1.Təbiətdə  maddələrin  böyük  (geoloji)  dövranı.  Bu  dövran  Günəş  enerjisi  ilə  Yerin  dərinlik 
enenjisinin qarşılıqlı təsirilə baş verir və biosferdə Yerin daha dərin qatlarında maddələrin paylanması ilə yerinə 
yetirilir.  
Maqmatik  süxurların  aşınması  hesabına  əmələ  gələn  çökmə  süxurlar  yer  qabığının  hərəkətdə  olan 
zonasında  (hərəkət  zonasında)  yenidən  yüksək  temperatur  və  təzyiq  zonasına  yüklənir  (daxil  olur).  Onlar 
orada  əriyərək  maqmanı  –  maqmatik  süxurların  yeni  mənbəyini  əmələ  gətirir.  Bu  süxurlar  yerin  səthinə 
çıxdıqda  aşınma  proseslərinin  təsirilə  onlar  təzədən  çöküntü  süxurlara  transformasiya  olunur  (şəkil  6.4.). 
Maddələr  mübadiləsinin  simvolu  dairə  deyil,  spiraldır.  Bu  yeni  mübadilə  tsiklinin  köhnə  sikli  olduğu  kimi 
təkrarlanmadığı, onun yenilik gətirdiyini göstərir və vaxtı gəldikdə böyük dəyişikliyə səbəb olur. 


 
89 
 
Øÿêil 6.3. Éåðèí áèîñôåðè äàõèëèíäÿ 
Ýöíÿø åíåðæèñèíèí äàõèë îëìàñû âÿ ïàéëàíìàñû 
  
 
Øÿêil 6.4. Ìàääÿëÿðèí áþéöê äþâðàíû 
 
Quru  ilə  okean  arasında  atmosfer  vasitəsilə  suyun  dövranı  da  böyük  dövran  adlanır.  Dünya  Okeanı 
səthindən buxarlanan su (buna Yer səthinə düşən Günəş enerjisinin demək olar ki, yarısı sərf olunur) quruya 
aparılır, orada yağıntı şəklində düşərək səth və yeraltı axınlar şəklində yenidən okeana qayıdır. Suyun dövranı 


 
90 
aşağıdakı sadə sxemlə gedir: okeanın səthindən suyun buxarlanması – su buxarının kondensasyası – həmin 
okeanın səthinə yağıntının düşməsi.  
İl ərzində Yerdə suyun dövranında 500 min km
3
-dən artıq su iştirak edir.  
Suyun  dövranı  planetimizdə  təbii  şəraitin  formalaşmasında  bütövlükdə  əsas  rol  oynayır.  Suyun  bitkilər 
tərəfindən transpirasiyası və onun biogeokimyəvi tsikldə udulması nəzərə alındıqda Yerdə su ehtiyatının hamısı 
2 milyon ilə bölünür və parçalanır. 
 
6.2.2. Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı 
Böyük dövrandan fərqli olaraq yalnız biosfer daxilində tamamlanır. Bu dövranın mahiyyəti fotosintez prosesində 
qeyri-üzvi  maddədən  canlı  maddənin  yaranması  və  parçalanma  zamanı  üzvi  maddələrin  yenidən  qeyri  üzvi 
birləşmələrə çevrilməsindən ibarətdir.  
Biogeokimyəvi dövran biosferin həyatı üçün əsas sayılır və o, həyatın yaradıcısıdır. Canlı maddə dəyişərək, 
yaranaraq  (doğularaq)  və  ölərək  (məhv  olaraq)  planetimizdə  həyatı  saxlayır,  biogeokimyəvi  maddələr 
dövranını təmin edir.  
Maddələr mübadiləsinin enerjisinin əsas mənbəyi günəş radiasiyası sayılır, o, fotosintezi yaradır. Yer kürəsində bu enerji 
bərabər paylanmayıb. Məsələn, ekvatorda vahid sahəyə düşən istiliyin miqdarı Şpisbergen arxipelaqından (80
0
 ş.e.d.) üç 
dəfə çoxalır. Bununla yanaşı, istilik enerjisi əks olunma yolu ilə itir, torpaq tərəfindən udulur, suyun transpirasiyasına sərf 
olunur və s. (şəkil 6.5.), qeyd edək ki, fotosintezə bütün enenjinin 5%-dən artığı sərf olunmur (çox vaxt 2-3%).  
Bir sıra ekosistemlərdə maddə və enerjinin ötürülməsi əsasən trofik zəncir vasitəsilə yerinə yetirilir. Belə 
dövran  adətən  bioloji  dövran  adlanır  (şəkil  6.5.).  O,  dəfələrlə  trofik  zəncirlərlə  istifadə  edilən  maddələrin 
qapalı tsikli sayılır. Kiçik dövran, şübhəsiz, su sistemlərində, xüsusilə intensiv metabolizmi olan planktonda yer 
ala bilər, «yağışlı» tropik meşələr istisna olmaqla yer ekosistemlərində kiçik dövran olmur. Belə ki, kök sistemi 
səthə yaxın yerləşən tropik meşələrdə qida maddələrinin ötürülməsi «bitkidən bitkiyə» təmin oluna bilər. 
Lakin  bütün  biosfer  miqyasında  belə  dövran  mümkün  deyildir.  Burada  biogeokimyəvi  dövran  fəaliyyət 
göstərib makro, mikroelementlərin və sadə qeyri-üzvi maddələrin (CO
2
, H
2
O) atmosfer, hidrosfer və litosferin 
maddələri ilə mübadiləsindən ibarətdir. Ayrı-ayrı maddələrin dövranını V.İ.Vernadski biogeokimyəvi tsikllər 
adlandırmışdır. 
Tsiklin  mahiyyəti  aşağıdakı  kimidir:  orqanizmlər  tərəfindən  udulan  kimyəvi  elementlər  axırda  onu  tərk 
edərək abiotik mühitə gedir, sonra bir müddətdən sonra yenidən canlı orqanizmə düşür və s. 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə