2.
ALİ MƏKTƏBƏ TƏLƏBƏ QƏBULU
2.1.
Bakalavr səviyyəsinə tam orta təhsili və orta ixtisas təhsili olan şəxslər, magistratura
səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər ixtisasın və təhsil müəssisəsinin sərbəst
seçimi əsasında, müsabiqə yolu ilə, müəyyən olunmuş qaydada Ali Məktəbə qəbul oluna
bilərlər.
Ali Məktəbə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda
abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu
üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.
2.2.
Ali Məktəbin bakalavriat, magistratura və doktorantura səviyyələrinə əcnəbilərin və
vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr əsasında, habelə Ali Məktəblə əcnəbi və ya vətəndaşlığı olmayan
şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.
2.3.
Ali Məktəbə tələbə qəbulu planı müvafiq dövlət, həmçinin ayrı-ayrı müəssisə və
təşkilatların sifarişi əsasında, Ali Məktəbin imkanları nəzərə alınmaqla, Ali Məktəbin və
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təklifləri əsasında Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
2.4.
Hər bir təhsilalan, valideyn və ya digər qanuni nümayəndə Ali Məktəbin tədris
prosesini tənzimləyən aşağıdakı hüquqi sənədlərlə tanış ola bilər:
-
Ali Məktəbin nizamnaməsi;
-
Təhsil sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya);
-
Ali Məktəbin dövlət akkreditasiyası haqqında sənəd.
2.5.
Təkrar ali təhsil, ixtisasartırma və yenidənhazırlanma, stajkeçmə və peşə hazırlığı
kurslarına qəbul Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
3.
ALİ MƏKTƏBİN TƏDRİS FƏALİYYƏTİ
3.1.
Ali Məktəbdə tədris dili dövlət dili - Azərbaycan dilidir.'-Ali Məktəbin imkanları
nəzərə alınmaqla, təlim xarici dillərdə də aparıla bilər.
3.2.
Ali Məktəb ali təhsilin səviyyələri üzrə aşağıdakı təhsil proqramlarını (kurikulumları)
həyata keçirirlər:
-
bakalavriat;
-
magistratura;
-
doktorantura;
-
əlavə təhsil.
Ali Məktəbdə beynəlxalq təhsil proqramları da həyata keçirilir. Beynəlxalq təhsil
proqramları üzrə mütəxəssis hazırlığı dövlətlərarası müqavilələrə, müvafiq qanunvericiliyə
və Ali Məktəbin Nizamnaməsinə əsasən tənzimlənir.
3.3.
Ali Məktəbdə ali təhsil proqramlarına və onların həyata keçirilməsinə qoyulan ümumi
tələblər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75
nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin‘dövlət standartı və proqramı" (bundan
sonra - dövlət təhsil standartı) ilə müəyyənləşdirilir.
3.4.
Ali təhsilin səviyyələrində ixtisaslar üzrə təhsil proqramlarında aşağıdakı fənn
bölmələri nəzərdə tutulur:
bakalavriat səviyyəsində:
-
humanitar fənlər;
-
texniki fənlər;
-
ixtisasın peşə hazırlığı fənləri.
Humanitar fənn bölməsi sosial fəaliyyətin müxtəlif sahələrində mövcud problemləri
və prosesləri araşdırmağı təmin edir.
İxtisasın peşə hazırlığı fənləri ixtisasa dair standart və qeyri-standart məsələləri həll
etmək üçün lazımi bilik, bacarıq və vərdişlərin öyrənilməsini təmin edir.
Ümumi auditoriya saatlarının 15-20 faizi humanitar fənlərin, 80-85 faizi isə peşə
hazırlığını təmin edən fənlərin tədrisinə ayrılır. İxtisas sahələrindən asılı olaraq fənlərin
tədrisinə ayrılan tədris saatlarının miqdarı dəyişdirilə bilər.
Humanitar fənn bölməsinə məcburi fənlər kimi "Azərbaycan tarixi", "Azərbaycan dili"
(xarici dildə təhsil alanlar üçün), "Xarici dil" fənləri daxildir.
Bakalavr səviyyəsində təkrar ali təhsil alanlar üçün ixtisaslar üzrə təhsil proqramlarına
uyğun qısaldılmış proqramlar da tətbiq edilə bilər. Qısaldılmış təhsil proqramlarına yalnız
ixtisasın peşə hazırlığı fənləri daxil edilir. Bu proqramlar üzrə təhsil qısaldılmış müddətdə
başa çatdırılır;
Magistratura səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsil və elmi tədqiqat
hissələrindən ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların fpcmi 40-50 faiz təşkil
edir.
Təhsil hissəsində aşağıdakı fənn bölmələri nəzərdə tutulur:
-
texniki fənlər;
-
ixtisaslaşma fənləri.
Bu bölmələrə daxil olan fənlərin tədrisi zamanı magistrlara müvafiq elm sahəsində
elmi tədqiqat işlərini aparmaq və təşkil etmək, müasir informasiya texnologiyalarından
istifadə etmək, ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, idarəetmə
sahəsində fəaliyyət göstərmək vərdişləri aşılanır.
Bu təhsil proqramları üzrə humanitar fənlər bölməsinə ümumi auditoriya saatlarının
25-30 faizi, ixtisaslaşma fənlərinə 70 faizi ayrılır.
Humanitar fənn bölməsinə məcburi fənlər kimi "Xarici dil", "Ali məktəb
pedaqogikası" və "Psixologiya" fənləri daxildir.
İxtisaslar üzrə bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölmələrinə seçmə
fənlər daxildir. Hər iki proqramda seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat
həcminin 25-30 faizini təşkil edir. Həmin fənlər Ali Məktəb tərəfindən müəyyənləşdirilir.
3.5.
Ali Məktəbdə ali təhsil pilləsinin ayrı-ayrı ixtisasları (ixtisaslaşmaları) üzrə təhsil