Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov



Yüklə 222,67 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix05.04.2018
ölçüsü222,67 Kb.
#36126
1   2   3   4   5   6   7   8

 

 

-



 

sərbəst (eksternat). 

1.33.

 

Bakalavriat  təhsil  səviyyəsində  tam  orta  təhsil  və  orta  ixtisas  təhsili  bazasında 



ayrı-ayrı  ixtisasların  təhsil  proqramları  üzrə  genişprofilli,  ali  təhsilli  mütəxəssislər 

hazırlanır.  Bakalavriat  təhsili  başa  çatmış  ali  təhsildir.  Ali  Məktəbdə  bakalavriat 

səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4 ildir. Qiyabi forma üzrə təhsil 

müddəti bir il artıqdır. Bakalavriatı bitirən məzunlara "bakalavr" ali peşə-ixtisas dərəcəsi 

verilir.  Bakalavriat  təhsili  almış  məzun,  elmi  tədqiqat  və  ali  təhsil  müəssisələrində  elmi- 

pedaqoji  fəaliyyət  istisna  olmaqla,  bütün  digər  sahələrdə  əmək  fəaliyyəti  ilə  məşğul  ola 

bilər.  Bu  təhsil  səviyyəsini  bitirən  şəxslər  təhsillərini  magistratura  səviyyəsində  davam 

etdirə bilərlər. Bakalavriat təhsilinin məzmunu və təşkili Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin  2010-cu  il  24  iyun  tarixli  117  nömrəli  qərarı  ilə  təsdiq  edilmiş  "Bakalavriat 

təhsilinin məzmunu və təşkili Qaydalarına uyğun olaraq müəyyən edilir. 

1.34.

 

Magistratura  ali  təhsilin  ikinci  səviyyəsi  olmaqla,  ixtisaslaşmalar  üzrə  hər  hansı 



ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini 

nəzərdə tutur. Ali Məktəbdə magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ 

müddəti 2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Magistratura səviyyəsini 

bitirən şəxslərə "magistr" ali elmi-ixtisas dərəcəsi verilir. Magistraturanı bitirmiş şəxslərə 

peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq hüququ verilir. Bu 

təhsil  səviyyəsini  bitirən  şəxslər  təhsillərini  doktoranturada  davam  etdirə  bilərlər. 

Magistratura  təhsilinin  məzmunu,  təşkili  və  "magistr"  dərəcəsinin  verilməsi  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  İI12  may  tarixli  88  nömrəli  qərarı  ilə  təsdiq 

edilmiş  "Magistratura  təhsilinin  məzmunu,  təşkili  və  "magistr"  dərəcələrinin  verilməsi 

Qaydalarf'na əsasən müəyyən edilir. 

1.35.

 

Ali Məktəbdə ali təhsilin üçüncü səviyyəsi doktoranturadır. Doktorantura ali təhsilin 



ən  yüksək  səviyyəsi  olmaqla,  elmi  və  elmi-pedaqoji  kadrların  hazırlanmasını,  ixtisas  və 

elmi dərəcələrin yüksəldilməsini təmin edir. Doktorantura təhsili Ali Məktəbdə yaradılan 

doktoranturada  həyata  keçirilir  və  müvafiq  elmi  dərəcənin  verilməsi  ilə  başa  çatır.  Elmi 

dərəcələr  Ali  Məktəbdə  və  elmi  təşkilatlarda  fəaliyyət  göstərən  dissertasiya  şuralarının 

vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir. 



 

 

1.36.



 

Ali  Məktəbdə  doktoranturanın  yaradılması  və  doktoranturaya  qəbul  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  1  iyul  tarixli  129  nömrəli  qərarı  ilə  təsdiq 

edilmiş  "Doktoranturaların  yaradılması  və  doktoranturaya  qəbul  Qaydaları”na  əsasən 

həyata keçirilir. 

1.37.


 

Ali  Məktəbdə,  elmi  və  digər  təşkilatlarda  çalışan  elmi-pedaqoji  kadrlara  elmi 

dərəcələrin  verilməsi  dissertantlıq  yolu  ilə  də  reallaşdırılır.  Ali  Məktəbin  müvafiq 

kafedralarına  və  elmi  tədqiqat  müəssisələrinə  dissertantların  təhkim  olunması  və  elmi 

dərəcələrin  verilməsi  qaydaları  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən 

müəyyən edilir. Ali Məktəbin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə etdikləri 

nəticələrə  görə  müəyyən  edilmiş  qaydada  elmi  adlar  verilir.  Ali  Məktəbdə  dosent  və 

professor  elmi  adlarının  verilməsi  qaydaları  və  şərtləri  Azərbaycan  Respublikasının  Ali 

Attestasiya Komissiyası tərəfindən müəyyən edilir. 

Ali Məktəbin fəxri professor (doktor) və dosent adı vermək hüququ vardır. Fəxri adların 

verilməsi qaydaları ayrıca əsasnamə ilə müəyyən olunur. 

1.38.


 

Ali  Məktəb  öz  imkanları  daxilində  bu  Nizamnaməyə  uyğun  olaraq  ali  təhsilin 

müvafiq səviyyəsini bitirmək haqqında dövlət sənədi olan vətəndaşlara diplom verməklə 

yanaşı,  onların  əlavə  təhsil  almasını  da  təşkil  edə  bilər.  Əlavə  təhsil  hər  bir  vətəndaşın 

fasiləsiz  təhsil  almaq  imkanını  təmin  edir  və  insan  potensialının  inkişafı,  kadrların 

intellektual və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, onların daim 

dəyişən və yeniləşən əmək bazarına uyğunlaşdırılınası, yaşlı vətəndaşların ölkənin sosial, 

iqtisadi, siyasi və mədəni həyatında fəal və səmərəli iştirakının təmin edilməsi vəzifələrini 

daşıyır. Əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir: 

-

 



ixtisasartırma; 

-

 



kadrların yenidən hazırlanması; 

-

 



stajkeçmə və kadrların təkmilləşdirilməsi; 

-

 



təkrar ali təhsil

-

 



dərəcələrin yüksəldilməsi; 

-

 



yaşlıların təhsili. 


 

 

Əlavə  təhsilin  məzmunu,  təşkili  və  əlavə  təhsilin  hər  hansı  istiqaməti  üzrə  təhsil  almış 



şəxslərə müvafiq sənədin verilməsi "Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər 

hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası"nın təsdiq 

edilməsi  haqqında"  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2010-cu  il  6  sentyabr 

tarixli 163 nömrəli qərarına əsasən müəyyənləşdirilir və bu təhsil ödənişli əsaslarla həyata 

keçirilir. 

1.39.


 

Ali  Məktəbdə  tədris  ali  təhsilin  ayrı-ayrı  səviyyələri  üzrə  təhsilin  məzmununu  və 

mənimsəmə  qaydalarını  müəyyən  edən  təhsil  proqramları  (kurikulumları)  üzrə  həyata 

keçirilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 222,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə