QəZƏNFƏr paşayev



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə16/46
tarix20.08.2018
ölçüsü1,36 Mb.
#63739
1   ...   12   13   14   15   16   17   18   19   ...   46

85 
 
söz açmışlar. Şair və aşıqlar şairə çoxsaylı şeirlər, 
nəzirələr  ithaf  etmiş,  Yaşar  Qarayev  kimi 
görkəmli  alim  daxil  olmaqla  şeir-məktublar 
yazmış,  yaradıcılığını  yüksək  qiymətləndirmişlər: 
“Sən dərin şairsən, dəryalar kimi” (Aşıq Şəmşir). 
“Şair yaratmışdı onu Yaradan (Firudin Şimşək)”. 
Onu da demək xoşdur ki, Hüseyn Kürdoğlunun 
yaradıcılığı  əsasında  Əpoş  Vəliyev  “Müasir 
Azərbaycan  poeziyasında  folklor  motivləri”  adlı 
na-mi-zədlik  dissertasiyası  müdafiə  edib  və  eyni 
adla  monoqrafiya  çap  etdirib  (Bakı,  2015,  167 
səh.).   
Şairin  həyatı  və  yaradıcılığı  haqqında  yazılar 
və  bir  çox  şeirləri  Türkiyədə  çap  olunmuşdur. 
Bun-dan  başqa,  mənim  çöx  böyük  həcm-li 
“Hüseyn  Kürdoğlunun  poetik  dünyası”  adlı 
mə-qaləm  Tehranda  çap  olunmuşdur  (Bax: 
“Xudafərin”  dərgisi,  Yanvar-fevral  2015,  sayı 
123, səh. 33-42). 
Təəssüf  ki,  belə  bir  şairin  çoxşaxəli 
yaradıcılığı  indiyə  kimi  hərtərəfli  tədqiqata 
cəlb olunmamışdır. Qədirşünaslıq əlaməti olan 
bu  təmənnasız  əsər  həmin  boşluğu  doldurmaq 


86 
 
amacı  ilə  qələmə  alınıb.  Əsərdə  şairin  bir 
ədəbiyyatşünas, folklorşünas alim və tərcüməçi 
kimi fəaliyyəti də tədqiqata cəlb olunub.   
Bununla  belə,  Hüseyn  Kürdoğlu  haqqında  bir 
çox  ziyalılarımız,  alimlərimiz,  yazıçı  və 
şairlərimiz xatirə yazaraq çap etdirmişlər. Onların 
arasında  akademik  Teymur  Bünyadov  və  həyat 
yoldaşı Zivər xanım, Ağa Laçınlı, Şamil Əsgərov, 
Əli  Qurbanov  (Dastançı  Əli),  Əhməd  Həpo, 
Zümrüd  Şəfiyeva,  şairin  həyat  yoldaşı  Fəridə 
xanım Alışanova və bir çox başqaları vardır.   
Xatirələr  Hüseyn  Kürdoğlunun  bir  insan  və 
şair  kimi  bir  çox  keyfiyyətlərini  üzə  çıxarır  və 
onun  portretinin  bütöv  və  kamil  yaranmasına 
yardımçı 
olur. 
Zivər 
xanımın 
yazdıqları 
deyilənlərə 
dayaq  olur:  “Onunla  beş  il 
Universitetdə  (ADU-da)  bir  qrupda  oxumuşam. 
Yaşar  Qarayev,  Tofiq  Hacıyev  kimi  Hüseyn  də 
yaxşı oxuyurdu (Bu qrupda gələcəyin böyük alim, 
yazıçı  və  şairləri:  Şamil  Salmanov,  Firudin 
Ağayev, Ağacavad Əlizadə, Arif Sə-fiyev, Həmid 
Abbas, 
İbrahim  Göyçaylı  və  başqa-la-rı 
oxuyurdular). 
Gecə-gündüz 
universitetin 


87 
 
kitab-xa-nasın-dan  çıxmırdı.  Müdam  fikirli 
görünərdi.  Elə  bil  bu  zəmanənin  adamı  deyildi, 
başqa  planetdən  gəl-mişdi.  Görünür  təbiəti  ilə 
yanaşı,  şairliyi  də  onu  bu  günə  qoymuşdu  (Bax: 
“Bir  şeir  bulağıydım”,  Bakı,  “Sabah”,  2014, 
s.177-178).   
Akademik  Mirzə  İbrahimov  bu  münasibətlə 
yaz-mışdır:   
“Bütün  fikri-xəyalı  yaradıcılıqda  olan  adam 
çox  şeyi  və  o  cümlədən  özünü  unudur,  ancaq 
yaratmaq  ehtirası  ilə  yaşayır,  çalışır  ki,  yaratdığı 
insanlar üçün faydalı olsun”.   
Xalq yazıçısının bu qiymətli sözləri, sanki:   
Mən sözün üstündə can qoymuşam ki,   
Şeirim kal görünər, Sözə söz gələr –   
deyən Hüseyn Kürdoğlunun boyuna biçilmişdi.   
Hüseyn  Kürdoğlunun  yaradıcılığında  Aşıq 
Ələs---gərin  söz  şirinliyi,  Səməd  Vurğunun 
poeziya qüd--rəti duyulur. O, istər klassik, istərsə 
də çağdaş poe-zi-yanın bütün janrlarında qələmini 
sınamış, uğur qa-zanmışdır.   
Şair  çəkinmədən  özünü  Aşıq  Ələsgərin  varisi 


88 
 
adlandırır:   
Ələsgər varisi mənəm, ey sənəm,   
İstərəm dünyaya söz qala məndən.   
və ya:   
Burda pərvazlanıb qanad çalmışam, 
Dağların hüsnünə heyran qalmışam. 
Ələsgər sazından bir tel almışam,   
İndi də şairi mənəm dağların – deyir .   
Bu  misraları  oxuyandan  sonra  Kürdoğlu 
yaradıcılığına aşıq sənəti, aşıq poeziyasının güclü 
təsirinin  haradan  qaynaqlandığı  aydın  olur.  Və 
şairin  gəraylı  və  aşıq  poeziyasının  zirvəsi  hesab 
edilən 
təcnislərə 
müraciət  etməsi  təəccüb 
doğurmur.   
Ümumiyyətlə,  Hüseyn  Kürdoğlunun  əsərlərini 
hərtərəfli tədqiq etdikdən sonra bu qənaətə gəldim 
ki,  şairin  yaradıcılığı  klassik  poeziya,  xalq 
yaradı-cı-lığı, 
aşıq 
poeziyası 
və 
çağdaş 
poeziyamızın qovşa-ğında bərqərar olmuşdur. Şair 
möhtəşəm  cinaslı  dördlükləri,  cinaslı  və  cinassız 
bayatıları,  bayatı  janrında  yazılmış  poemaları, 
təcnis,  təsnif,  gəraylıları,  qoşmaları,  nəğmələri, 
qəzəlləri,  rübailəri,  ağıları,  satirik  və  yumoristik 


89 
 
şeirləri,  ithafları  və  s.  ilə  çağdaş  poeziyamızın 
öncüllərindən biri kimi tanınmışdır.   
Bir  sözlə,  Hüseyn  Kürdoğlu,  yaradıcılığı 
şifahi xalq  ədəbiyyatı, aşıq yaradıcılığı, klassik 
şeir  ənənələri  zəminində  formalaşan,  əsasən 
milli  he­ca  vəznində  yazan  təkrarsız  şair  idi. 
Əminəm ki, şairin yaradıcılığında əhəmiyyətli yer 
tutan  janrlara  dair  tədqiqatımızı  diqqətlə  izləyən 
araşdırıcı  və  oxucular  bunun  fərqinə  varacaqlar. 
Görəcəklər  ki,    professor  Şamil  Salmanovun 
doğru 
olaraq 
göstərdiyi 
kimi, 
Hüseyn 
Kürdoğlunun 
poeziyası 
neo­klassik 
poeziyamızın yeni, orijinal hadisəsidir. 
Monoqrafiyada, eləcə də “Sağalmaz yarası ilk 
məhəbbətin”,  “Hüseyn  Kürdoğlu  poeziyası  və 
unudulmağa 
üz 
tutan 
janrlar”, 
“Hüseyn 
Kürdoğlunun  uşaq  şeirləri”,  “Şairin  əbədi 
məhəbbəti”  və  “Şair,  alim,  tərcüməçi”  bölmələri 
də yer almışdır. 
 
 
 
 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə