103
etdirən dördlükləri də az deyildir. Şairin
Qarabağla bağlı dördlüyü hədəfə necə də düz
dəyir:
Çarxı yatdı dəyirmanın, kim dağıtdı bu dəhnəni,
Göz yaşıyla isladırıq boş tabağı, boş təhnəni.
Sanki iynə tilsimiylə tutulan Hal anasıyıq,
Ona-buna yalvarırıq, gəl yaxamdan çək iynəni.
Şairin aşıq yaradıcılığında geniş yayılan, hər
misrası 15 hecadan ibarət olan, misradaxili
bölgüsü 7+8 və ya 8+7 şəklində olan divanilər
biçimində də dördlükləri vardır:
Kərəm könlüm, qayıt daha, uca dağdan enəlim,
Çovğun gəlir, boran gəlir, ətəklərə dönəlim!
Kim duyacaq qar altında yanıb sönən bir şamı,
Yanğın kimi alışalım, yanğın kimi sönəlim.
və ya:
Qartal süzüb dövrə vurdu, dalğalandı qanadı,
Ova çıxdı, caynağında cüyür bağrı qanadı.
Dünya neçin əzəl gündən qan üstündə qurulmuş,
İstərdim ki, heç bir dildə çəkilməsin qan adı.
Bu dördlüyün cinas dördlük olması da diqqəti
104
cəlb edir. Buna aşıq yaradıcılığında “Divani
təcnis” deyirlər.
Göründüyü
kimi,
şairin
dördlükləri
Azərbaycan poeziyasına al-əlvanlıq gətirən, onu
zənginləşdirən, müstəsna dəyərə malik bir janrdır.
Təsadüfi deyildir ki, Hüseyn Kürdoğlu ilə
ADU-nun filologiya fakültəsində bir qrupda
oxuyan, şairin yaradıcılığını ilk gündən izləmək
imkanı əldə edən akademik Tofiq Hacıyev yazır
ki, Hüseyn Kürdoğlu dördlük tarixində era
yaratdı. Fə-rəhləndirici haldır ki, bunu şair özü də
duyur və əminliklə yazırdı:
Çox da doluxmasın qəbir qazanlar,
Məndən yol öyrənər yolun azanlar.
Qoca Kürdoğluya rəhmət oxuyar,
Min il bundan belə dördlük yazanlar.
105
Zəmanəmizin bayatı ustası
Məhəmməd Əmaninin, Sarı Aşığın zamanında
folklorumuzun
və
yazılı
ədəbiyyatımızın
çələnginə çevrilən bayatılar XX əsrin 1-ci
yarısında zamanı keçmiş janr hesab edilməyə
başlamışdı. Odur ki, şairlərimizin yaradıcılığında
bu janra önəm verilməmişdi. Hətta xalq arasından
toplanmış bayatıların çapı da nadir hallarda işıq
üzü görürdü. 1925-ci ildə bayatılar “Maanilər” adı
altında çap olunub. 1938-ci ildə Hümmət Əlizadə
“Azərbaycan bayatıları” kitabını buraxıb. 1943-cü
ildə isə M.H.Təhmasibin “Bayatılar” kitabı Mehdi
Hüseynin sanballı giriş məqaləsi ilə çap edilib.
Lakin XX əsrin 2-ci yarısında bayatılar həm
toplanıb nəşr edilməyə, həm də tədqiq olunmağa
baş-ladı.
Folklor üzrə dərsliklər yazıldı.
Dərsliklər-də bayatılara geniş yer ayrıldı. Ali
məktəblərdə təd-ris olundu.
Bu dövr bir də onunla əlamətdar oldu ki,
şairlərimiz bayatı yazmağa başladılar. Maraqlıdır
106
ki, bu sahədə ilk addımı Azərbaycanda sərbəst
şeir məktəbinin banisi, Xalq şairi Rəsul Rza atdı.
Heç şübhəsiz, Rəsul Rzanın bu janra müraciət
etməsində Kərkük bayatılarının rolu və təsiri
böyük olmuşdur. Məsələ burasındadır ki, Rəsul
Rza, Bəxtiyar Vahabzadə və Qasım Qasımzadə
1959-cu ildə Kərbəlada dahi Füzulinin qəbrini və
Kərkükdə şairin nəvə-nəticələrini ziyarət edərkən
təsadüfən kitab dükanında şairin əlinə Əta
Tərzibaşının “Kərkük xoyratları və maniləri”
kitabı
keçir. Rəsul Rza yazırdı: “Kitabı
vərəqlədikcə daxili bir həyəcandan bağrım
qəhərlənir, ürəyim quş kimi çırpınır, sinəmdən
çıxmaq istəyirdi”.
Şair hiss və həyəcanının səbəbini sonralar bir
dissertasiya işinə bərabər “Uzaq ellərin yaxın
töhfələri” elmi-publisistik əsərində izhar etdi.
Şairin bu əvəzsiz əsəri birgə çap etdirdiyimiz
“Kərkük bayatıları” (1968) kitabını bəzədi, onun
dəyərini artırdı. Ancaq bu elmi-tədqiqat əsərini
yazmaqla şairin ürəyi sakitləşmədi. Özü bayatılar
yazmağa başladı və 1964-cü ildə “Aşıq Yanıqlı
bayatıları” işıq üzü gördü. 1980-ci ildə isə şairin
107
“Yaralı Kərkükün bugünlü xoyrat və maniləri”
əsəri yayımlandı. 1981-ci ildə dünyasını dəyişən
Rəsul Rza sanki İraqın, xüsusən də Kərkükün bu
gününü görüb. Deməli, şairlər hissiyyatla,
duyumla gələcəkdə baş verəcək hadisələri görə
bilirlər. “Yaralı Kərkükün bugünlü xoyrat və
maniləri” deyilənlərə dayaq olur:
Bağdaddan karvan gəlir
Dərdli pərişan gəlir.
Kimlər qurban kəsilib,
Sularım al qan gəlir.
Kərkükün baş qalası,
Divarı daş qalası.
Ölü ana yanında
Tökür qan-yaş balası.
Bununla belə, inkarolunmaz həqiqətdir ki,
zə-ma-nəmizin bayatı ustası, Sarı Aşığın ən layiqli
da--vamçısı Hüseyn Kürdoğludur. Bayatılar şairin
ya-radıcılığında qırmızı xətt kimi keçir. O,
Əmaninin, Sarı Aşığın və xalq arasında geniş
yayılan bayatılardan bəhrələnərək hər birində bir
dünya fikir olan, hər biri ayrı-ayrılıqda bitkin
108
bədii əsər olan, məna ilə bərabər fəlsəfi fikrin
yığcamlığı, əxlaqi və ictimai fikrin dərinliyi ilə
seçilən, heyrət doğuran bayatılar yaratmışdır.
Şairin bayatılara dərin mə-həbbəti, bəlkə də Sarı
Aşıqdan qaynaqlanırdı. O, əv-vəlcə Sarı Aşığın
bayatılarını toplayaraq “Seçmə bayatılar” adı
altında çap etdirmişdir (Bakı, “Sabah”, 1993, 120
səh.). Kitaba yazdığı mü---kəmməl və sanballı
“Haqq Aşığı” adlı ön sözdə Sa-rı Aşığın
bayatılarını möcüzə hesab edir və nümu-nələr
verir:
Analar yanar ağlar,
Günlərin sanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar aylar.
Bayatı sanki ədalətsiz müharibələrdə oğul
iti-rən anaların göz yaşı tökdüyü zəmanəmizdə
yara-nıb. Budur poeziyanın möcüzəsi. Şair ön
sözü Sarı Aşığa xitabən yazıb. Onun Güləbird
kəndində mə-zarını ziyarət edərək Haqq Aşığının
yenicə
çapdan çıxmış kitabını hüzuruna
gətirdiyini söyləyir.
Qədirşünas şair minnətdarlıqla Sarı Aşığın
Dostları ilə paylaş: |