Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   ...   8   9   10   11   12   13   14   15   ...   47

 
35 
 
dir ki, bu orqanların əzələvi yığılmaları müxtəlif tezliklə baş verir. Nazik və yoğun ba-
ğırsağın hərəkətləri də öz ritmik tezliklərinə görə fərqlənirlər. Buradan belə nəticə çı-
xarmaq olar ki, mədə-bağırsaq borusunun ritmik peristaltik hərəkətləri onun  müxtəlif 
səviyyələrində  funksiyalara  uyğun  şəkildə  əlaqədar  mexanizmlər  vasitəsilə  həyata 
keçirilir.  Rentgenoloji,  elektrofizioloji  və  vizual  müşahidələrə  görə  müəyyən  olun-
muşdur  ki,  mədənin  ritmik  yığılma  və  boşalmaları  daha  mürəkkəb  mexanizmlərə 
əsaslanır.  Mədə  divarının  saya  əzələ  təbəqəsi  çəpəki  (daxili),  sirkulyar  və  uzununa 
(xarici)  liflərdən təşkil  olunduğundan, onların  təqəllüsləri zamanı bu  orqanın  mürək-
kəb peristaltik hərəkətləri formalaşır. Bu hərəkətlərin ritmi adətən mədənin başlanğıc 
qütbündən (kardial hissəsi) onun digər hissələrinə doğru cərəyan edir. Mədənin yığıcı 
funksiyası buraya düşmüş qida kütləsinin yaxşı qarışmasına və onikibarmaq bağırsağa 
evakuasiya  olunmasına  yardım  edir.  Mədə  öz  möhtəviyyatını  (ximusu)  özündə  sax-
layır, onu  isidir, qarışdırır, əzir,  yarımmaye  halına salır, sortlaşdırır  və  müxtəlif sürət 
və  qüvvə  ilə  irəliyə  hərəkət  etdirir.  Mədənin  sekretor  funksiyası,  nəinki  qidanın  fer-
mentativ  işlənməsini təmin edir, o  həmçinin onikibarmaq bağırsağa  və  həzm sistemi 
ilə əlaqədar olan qonşu orqanlara reflektori və hormonal təsir göstərir. Mədə fəaliyyə-
tinin  dövrü  (periodik)  xarakteri  onun  səciyyəvi  funksiyası  olmaqla  yanaşı,  bağırsaq-
ların funksional aktivliyinə də xeyli təsir göstərir və onu müəyyənləşdirən amillərdən 
biridir.  Əgər  qidanın  qəbulu  mədənin  aclıq  dövrü  fəaliyyətinin  başlanğıc  və  ya  orta 
mərhələsinə  düşərsə,  onda  hələ  qidanın  qəbulu  zamanı  mədə  hərəkətlərinin  tormoz-
lanması baş verir. Məlumdur ki, insanda mədənin antral hissəsi dəqiqədə orta hesabla 
3  dəfə  yığılır.  Bu  onun  peristaltik  hərəkətlərinin  "bazal  (təbii)  ritmi"  hesab  olunur. 
Mədənin  antral  hissəsində  və  cismində  əmələ  gələn  yavaş  elektrik  potensiallarının 
tezliyi  dəqiqədə  3-10  dövr  təşkil  edir,  halbuki,  bu  dövretmə  onun  kardial  hissəsində 
daha  yüksək  və dəyişkəndir. Mədənin  motor  funksiyasını  yaradan əsas elektrik  ritmi 
onun proksimal hissəsindən saniyədə 5 mm sürətlə yayılır. Mədə əzələlərinin elektrik 
və mexaniki fəallığı arasında əlaqə vardır. Bu mexanizmlər bilavasitə mədə möhtəviy-
yatının evakuasiyasına yardım edir. Bu proses mədə-bağırsaq kanalının distal şöbələ-
rində  gedən  həzm  proseslərinə  bilavasitə  təsir  göstərir.  Mədə-bağırsaq  borusunun 
anadangəlmə  hərəkət  avtomatizmi  ayrı-ayrı  hissələri  səviyyəsində  fərqli  olsa  da 


 
36 
 
ümumi sinir və humoral mexanizmlər vasitəsilə idarə və tənzim olunur ki, bu da həzm 
orqanlarının ayrı-ayrılıqda və bütövlükdə ümumi vəzifəsinə tabedir. 
Beləliklə,  xüsusi  qeyd  edilməlidir  ki,  sağlam  insan  orqanizmində  həzm  sistemi 
orqanları, digər funksional sistemlərdə olduğu kimi, vahid bir tam kimi fəaliyyət gös-
tərir  və  orqanizmin  qidalanmasında  çox  mühüm  rol  oynayırlar.  Həzm  aparatının  hər 
hansı  orqanında  baş  verən  pozğunluqlar  sinxron  olaraq  digər  orqanların  fəaliyyətinə 
neqativ  təsir  göstərir  və  onların  fəaliyyətinin  pozulmasına  gətirib  çıxarır.  Həzm 
aparatına məxsus olan bir orqanın tam və ya qismən çıxarılması (məs: mədənin və ya 
bağırsağın rezeksiyası) ilə əlaqədar olaraq, bütün həzm sistemində dərin dəyişikliklər 
baş  verir.  Həzm  prosesində  digər  sistemlərin,  ilk  növbədə,  qan-damar,  ifrazat,  endo-
krin  və  sinir  sistemlərinin  birgə  fəallaşması  baş  verir  ki,  bu  da  qidalanma  funksi-
yasının həyata keçməsi və idarə olunması proseslərinin mühüm əhəmiyyətini göstərir. 
 
9) Həzm mərkəzləri və həzmdə onların rolu 
Qidanın  axtarılması,  qəbulu  və  həzmi  prosesləri  də  orqanizmin  davranışının 
mühüm tərkib hissəsidir və qida davranışı kimi əsasən mərkəzi sinir sistemi tərəfındən 
idarə  olunur.  Mərkəzi  sinir  sisteminin  müxtəlif  pillələrində  həzmi  idarə  edən  xüsusi 
sinir  mərkəzlərinin  olması,  bu  prosesin  orqanizm  üçün  böyük  əhəmiyyətini  bir  daha 
təsdiq edir. Əsas həzm mərkəzləri baş beyinin müxtəlif şöbələrində yerləşmişdir. 
Baş  beyinin  uzunsov  beyin  nahiyəsində  həzmlə  əlaqədar  olan  aşağıdakı  mər-
kəzlər fəaliyyət göstərir: Əmmə mərkəzi - südəmər körpələrdə fəaliyyət işinin əmmə 
reaksiyalarını  işə  salır.  Uzunsov  beyin  zədələnməsində  bu  mərkəzin  fəaliyyəti  itir. 
Çeynəmə  mərkəzi - ağıza qida düşdükdə, reflektori olaraq onun çeynənilməsi aktını 
işə  salır.  Bu,  əmmə  refleksinə  nisbətən  daha  mürəkkəb  reflektori  prosesdir.  Ağız 
şirəsi ifrazı mərkəzi - qidanın ağıza düşməsi ilə əlaqədar olaraq ağız suyu vəzilərinin 
fəaliyyətini reflektori artırır  və qidanın  xarakterindən asılı olaraq onu dəyişir. Udma 
mərkəzi  -  ağız  və  udlaq  boşluqlarının  əzələlərinin  vəziyyətini  reflektori  olaraq 
dəyişdirir  və  udma  aktını  həyata  keçirir.  Mədə  şirəsi  ifrazı  mərkəzi  -  qida  ağız  və 
mədə boşluqlarına düşdükdə, mədə şirəsinin ifrazını tənzimləyir. Mədənin boşalması 
(evakuasiya) mərkəzi - mədedəki qida möhtəviyyatının onikibarmaq bağırsağa hissə-


 
37 
 
hissə  keçməsini  təmin  edir.  Qusma  mərkəzi  -  bu  müdafiə  xarakterli  reflektori  qida 
imtinalarını  həyata  keçirir.  Qusma  reaksiyası  mədəyə  yararsız  və  ya  zərərli 
maddələrin düşməsi və onların mədədən rədd edilməsi ilə əlaqədardır. Mədəaltı vəzi 
şirəsinin  ifrazı  mərkəzi  - qida onikibarmaq bağırsağını keçdikdə, pankreas şirəsinin 
ifrazını  tənzimləyir.  Öd  ifrazı  mərkəzi  -  onikibarmaq  bağırsağa  yağlı  qidanın 
düşməsi ilə əlaqədardır. Ödün buraya reflektori tökülməsini təmin edir. 
Həzm və qidalanma, aclıq və toxluq, susuzluq və s. bu kimi halların tənzimlən-
məsində ara beynin ən mühüm strukturlarından olan hipotalamus mühüm rol oynayır. 
Burada ali vegetativ funksiyaların (qidalanma, tənəffüs, ifrazat və s.) mərkəzləri yer-
ləşmişdir.  Aclıq  və  susuzluq  hisslərinin  və  bu  hisslər  ilə  bağlı  olan  emosional-moti-
vasion vəziyyətlərin yaranmasında hipotalamusun bəzi nüvələri xüsusi rol oynayır. Bu 
nüvələrin  pozulması  (zədələnməsi)  və  ya  qıcıqlandırılması  orqanizmin  qida  davranı-
şında  kəskin  dəyişikliklərə  səbəb  olur:  iştahanın  artması,  hədsiz  dərəcədə  və  uzun 
müddət ardıcıl qidalanma, orqanizmin piylənməsi və s. bu kimi hallar büruzə olur. Hi-
potalamusun  ventromedial  nüvələri  adlanan  sahənin  pozulması  zamanı  hiperfasiya, 
polidipsiya (hədsiz susuzlama, piyləmə) kimi proseslər sürətlənir. Onun lateral nüvə-
ləri  adlanan  sahənin  pozulması  afaziya  və  adipsiya  hallarına  (iştahdan  qalma,  sudan 
imtina etmə)  gətirib çıxarır, bu da  orqanizmin son  nəticədə  həddən ziyadə arıqlama-
sına  və  ölümünə  gətirib  çıxarır.  Hipotalamusun orta  və  yan  nüvələrində  "toxluq"  və 
"aclıq"  mərkəzlərinin yerləşdiyi təcrübi yolla sübut edilmişdir. Bu mərkəzlərin oyan-
ması qida axtarışı, qidanın mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir sıra vegeta-
tiv  və  hərəki  reflektori  reaksiyaları  işə  salır.  Adları  çəkilən  hipotolamik  mərkəzlər 
qanın tərkibində qida  maddələrinin səviyyəsinə həssasdırlar. Digər tərəfdən hipotala-
mus mədədən və digər həzm orqanlarından onurğa və orta beyin vasitəsilə, habelə di-
gər  resseptiv  yollarla  orqanizmin  qida  homeostazı  haqqında  siqnallar  alır.  Hipotala-
mus neyronları osmo, xemo  və digər tipli  reseptorlara  malikdir ki, orqanizmin daxili 
mühitinin kimyəvi tərkibində və fıziki vəziyyətində əmələ gələn dəyişikliklərə tezliklə 
reaksiya verir. 
Baş beyin yarımkürələrinin qabığı orqanizmin bütün daxili üzvlərinin, o cümlə-
dən həzm sistemi orqanlarının fəaliyyətini daim nəzarətdə saxlayır, onlara korreksiya-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə