38
edici siqnallar göndərir, vegetativ və somatik reaksiyaların şərti reflektor və iradi
tənzimləmə proseslərinə rəhbərlik edir.
10) Mədə-bağirsaq fəaliyyətinin neyro-humoral tənzimi
Orqanizmin bütün üzvləri və üzvlər sistemlərinin funksiyaları başlıca olaraq
sinir-humoral mexanizmi vasitəsilə tənzimlənilir. Verilmiş orqanın funksiyasının sinir
tənzimlənməsi dedikdə, bu orqana əzələ hərəki sinirlərin onun fəaliyyətinə etdiyi müs-
bət (oyadıcı) və mənfı (ləngidici) və yaxud düzəlişverici, təhsisedici (korreksiyaedici)
təsirlər nəzərdə tutulur. Bu təsirlərin oyadıcı və ya ləngidici xarakterdə olması hər bir
verilmiş anda ətraf mühitin orqanizmə təsiri və orqanizmdə yaranan vəziyyətin tələb-
ləri, orqanın fəaliyyətinin artıb və ya azalmasının fızioloji (bioloji) məqsədəuyğunluğu
ilə sıx əlaqədardır. Humoral tənzimləmə dedikdə isə orqanizmdə dövran edən daxili
mayelərdə - qan, limfa, hüceyrələrarası maye və ya toxuma mayesi, beyin, onurğa
beynin mayesi (likvor) kimi mühitlərdə olan bəzi fızioloji fəal maddələrin, ilk növbə-
də hormonların orqanların fəaliyyətinə olan tənzimləyici təsirləri nəzərdə tutulur. Si-
nir-humoral tənzimləməni vahid bir mexanizmin fəaliyyəti kimi də başa düşmək
lazımdır. Belə ki, sinir sistemi humoral sferaya, axırıncı isə sinir sferasına qarşılıqlı
təsir göstərir.
Mərkəzi sinir sistemi, ilk növbədə baş beyin, ali vegetativ mərkəzi olan
hipotalamus və onun neyrosekretor funksiyası (burada hasil olan neyrohormonlar) baş
endokrin vəzi olan hipofızə, bu vəz də, öz növbəsində, periferik endokrin vəzilərə
tənzimləyici təsir göstərir, onlarda hormonların az və ya çox hasil olmasına nəzarət
edir. Hipotalamo-hipofızar tənzimləmə sistemi sinir-humoral tənzimləmədə çox
mühüm rol oynayır. Daxili üzvlərin fəaliyyətinin tənzimlənməsində baş və onurğa
beyinin müəyyən strukturları ilə bağlı olan simpatik və parasimpatik sinir şöbələri bir-
birinə əks-antaqonist təsirlərə malikdir. Əgər simpatik sinir sistemi verilmiş orqanın
fəaliyyətinə müsbət (oyadıcı) təsir edirsə, parasimpatik sinir sistemi ona mənfı
(ləngidici) təsir bağışlayır. Uzunsov beyinlə beyin körpüsü sərhədindən başlanğıc olan
azan siniri daxili orqanları sinirləndirən əsas parasimpatik sinirlərə aiddir. Simpatik və
parasimpatik mexanizmlər, müvafiq olaraq beyindaxili adrenerqik və xolinerqik
mexanizmlər (noradrenalin və asetilxolin kimi neyromediatorlara-sinir siqnallarının
39
neyrondan neyrona və ya işçi üzvə ötürülməsini təmin edən maddələrə həssas olan
neyron ansamblları) ilə sıx əlaqədardır və onların fəaliyyəti ilə tənzimlənilir.
Həzm sisteminin fəaliyyətinə mərkəzi sinir sisteminin simpatik və parasimpatik
təsirləri çoxcəhətlidir və əsasən bir-birinə əks xarakter daşıyır. Bu təsirlər başlıca ola-
raq, ağız şirəsi vəziləri, mədə və bağırsaq vəziləri, mədəaltı vəzinin pankreas hissəsi-
nin fəaliyyətinin, mədə və bağırsaqların motor və evakuator funksiyalarının tənzim-
lənməsinə doğru yönəlmişdir. Parasimpatik sinirlər və onların postqanqlionar (sinir
düyünü və sinir kələfı arxası) lifləri bilavasitə qulaqyanı və çənəaltı həzm vəzilərini,
mədə, nazik bağırsaq, qaraciyər, mədəaltı vəzi və yoğun bağırsağı innervasiya edir və
onların fəaliyyətinə stimuləedici təsir göstərir. Mədə və bağırsaqların divarını innerva-
siya edən simpatik liflər bu orqanların motor funksiyalarına ləngidici təsir edir, para-
simpatik liflər isə onların ritmik peristaltik hərəkətlərinin fəallığını artırırlar.
Təcrübədə baş beyinin müxtəlif zonalarını qıcıqlandırdıqda, həzm sistemi orqan-
larının fəaliyyətində baş verən dəyişikliklərə nəzər saldıqda görmək olar ki, bu reak-
siyalar qıcıqlandırılan beyin zonasından və həzm orqanının vəzifəsindən asılı olaraq
müxtəlifdir. Baş beyin qabığının bəzi ön sahələrini qıcıqlandırdıqda mədə cisminin
hərəkətləri sürətlənir, onun sekresiyası artır, mədə və bağırsağın tonusu zəifləyir,
motor və premotor sahələrini qıcıqlandırdıqda isə, nazik və yoğun bağırsağın
peristallik və antiperistallik hərəkətləri artır, pankreas şirəsinin və ödün ifrazı azalır,
ağız suyunun ifrazı isə artır. Hipotalamusun bəzi nüvələrinin qıcıqlandırılması mədə
və bağırsaqların motor funksiyasına ləngidici təsir göstərir, həzm şirələri ifrazatını
dəyişdirir, nazik bağırsağın tonusunu azaldır. Orta beynin qıcıqlandırılması nazik
bağırsağın peristaltik hərəkətlərini zəiflədir, mədənin motor funksiyasının oyanıb
azalmasına səbəb olur, onun sekretor fəaliyyətini artırır. Uzunsov beyinin
qıcıqlanması mədə və bağırsağın reaksiyalarını əvvəl sürətləndirir, sonra isə aşağı
salır. Beləliklə, bu kimi faktlar bir daha sübut edir ki, baş beyinin ən müxtəlif
törəmələri həzm orqanlarının fəaliyyətinin tənzimlənməsində geniş iştirak edirlər.
MÜHAZIRE 4. QİDA RASİONLARININ ENERJİ DƏYƏRİNİN
NORMALLAŞDIRILMASININ ELMİ ƏSASLARI
40
PLAN:
1) İnsan orqanizmində maddələr və enerji mübadiləsi.
2) Orqanizmin enerji tələbatları və məsrəfləri.
3) Əsas, aralıq və ümumi mübadilə.
4) Orqanizmdə maddələr mübadiləsinin qorunmasında qidanın rolu. Acqalma.
5) Orqanizmin qida maddələrinə və enerjiyə olan tələbatı.
1) İnsan orqanizmində maddələr və enerji mübadiləsi
Həyat fəaliyyəti prosesləri dissimilyasiya və assimilyasiya proseslərindən
təşkil olunmuşdur.
Dissimilyasiya - qida maddələrinin daha sadə birləşmələrə oksidləşmə
prosesi, assimilyasiya isə qidalı maddələrin sintezi prosesi deməkdir.
Adətən orqanizmdə dissimilyasiya və assimilyasiya prosesləri taraz vəziyyət-
də olurlar. Bəzən dissimilyasiya assimilyasiyaya üstün gəlir (intensiv əmək
zamanı, xörək qəbul olunmayan vaxt). Bəzən isə assimilyasiya dissimilyasiyaya
üstün gəlir (uşaqlarda, hamilə qadınlarda).
Assimilyasiya və dissimilyasiya prosesləri birlikdə maddələr mübadiləsi
adlanır.
Dissimilyasiya zamanı zülallar, yağlar və karbohidratlar oksidləşərək enerji
yaradırlar. Bu enerji: 1 - intensiv istilik əmələgəlmə prosesinə; 2 - fıziki və əqli
əməyə sərf olunur. İstilik əmələgəlmə prosesi istiliyi 3 yolla həyata keçirir: istilik
şüalanması; istilik keçirməsi; buxarlanma istiliyi hesabına.
Mənfı temperaturada hər bir adam 15 kkal enerji itirir, fıziki işə isə 20-30%
enerji sərf olunur. Maddələr mübadiləsi geniş məfhum olub, zülal və yağ mübadi-
lələrindən, su mübadiləsindən, mineral maddələr mübadiləsindən, vitaminlər,
karbohidratlar mübadiləsindən və energetik mübadilədən ibarətdir.
Qidalanmanın başlıca bioloji və fızioloji mahiyyəti orqanizmdə maddələr və
enerji mübadiləsini təmin etməkdən ibarətdir. Maddələr mübadiləsi orqanzm ilə
onu əhatə edən xarici mühit arasında daim baş verən təbii ümumi proses olub,
Dostları ilə paylaş: |