123
NORVEÇ KRALLIĞININ VƏLİƏHDİ HOOKONUN
BAŞÇILIQ ETDİYİ
NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
Prezident sarayı
6 iyun 2011-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
iyunun 6-da Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq
etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Norveç Krallığının Vəliəhdi Hookonun
Azərbaycana səfərinin maraqlı olacağına, ölkəmizi tanımaq ba-
xımından bu səfərin yaxşı imkan yaradacağına əminliyini bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Norveç arasında əlaqələrə
1994-cü ildə enerji sahəsində əməkdaşlıqla başlanıldığını qeyd
etdi. Azərbaycan–Norveç əlaqələrinin uzun tarixə malik olduğunu
vurğulayan prezident İlham Əliyev Norveçin Statoyl şirkəti ilə
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında uğurlu
əməkdaşlığın önəmini qeyd etdi. Dövlətimizin başçısı Vəliəhd
Hookonun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin
daha da inkişafı işinə xidmət edəcəyinə əminliyini vurğuladı.
Norveç Krallığının Vəliəhdi Hookon Azərbaycana səfərindən
məmnunluğunu bildirdi. Bakıda keçirilən XVIII beynəlxalq
«Xəzər neft, qaz, neft emalı və neft kimyası» sərgi və kon-
fransının əhəmiyyətini vurğulayan vəliəhd Hookon Azər-
baycanın regionda mühüm rolunu, Avropanın enerji məsələlə-
rində etibarlı tərəfdaş olduğunu qeyd etdi. Norveç Krallığının
Vəliəhdi ölkəsinin Azərbaycan ilə enerji sektorunda əməkdaşlığı
daha da inkişaf etdirmək əzmində olduğunu bildirdi.
124
LÜKSEMBURQUN BÖYÜK HERSOQU
ƏLAHƏZRƏT ANRİYƏ
Əlahəzrət!
Milli bayramınız – Böyük Hersoqun Təvəllüd günü müna-
sibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və
Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan–Lüksemburq münasibətləri, dostluq
və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun
olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Lüksemburq xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 iyun 2011-ci il
125
XORVATİYA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB İVO YOSİPOVİÇƏ
Hörmətli cənab Prezident!
Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik
günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Xorvatiya arasında yaranmış
dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra
da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlə-
rinizdə uğurlar, dost Xorvatiya xalqına sülh və tərəqqi
arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 iyun 2011-ci il
126
SLOVENİYA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB DANİLO TYURKA
Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən
səmimi təbriklərimizi yetirirəm.
Bu gün Azərbaycan–Sloveniya münasibətləri müvəffəqiy-
yətlə inkişaf etməkdədir. Əminəm ki, ölkələrimiz və xalqlarımız
arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, ikitərəfli
və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi
istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl
şəkildə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,
dost Sloveniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 iyun 2011-ci il
127
LATVİYA RESPUBLİKASININ PREZİDENTİ
ZATİ-ALİLƏRİ
CƏNAB ANDRİS BERZİNŞƏ
Hörmətli cənab Prezident!
Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilmə-
yiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Biz Azərbaycan–Latviya münasibətlərinə böyük əhəmiyyət
veririk. Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq
əlaqələrimiz, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq
qurumlar çərçivəsində əməkdaşlığımız bundan sonra da
müvəffəqiyyətlə davam edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının
rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 7 iyun 2011-ci il