228
Azərbaycan böyük maliyyə imkanlarına malikdir və bizim üçün
Dağlıq Qarabağda ciddi iqtisadi və sosial inkişaf proqramlarına
başlamaq heç bir çətinlik yarada bilməz.
S u a l: Ermənistanın Azərbaycanın ehtiyatlarına
ehtiyacı varmı? Xüsusilə söhbət xammaldan gedirsə?
İ l h a m Ə l i y e v: Onların nəyə ehtiyacı olduğunu demək
mənim üçün çətindir. Təbii ki, Ermənistanın iqtisadi vəziyyəti
ilə bağlı sizin məlumatınız vardır. Bəlkə də bu məsələ ilə bağlı
şərh vermək mənim üçün düzgün olmazdı. Təbii ki, Azərbaycan
ilə dost, qonşu olmaq istənilən ölkə üçün fayda verə bilər, er-
mənilərin uzun illər saxlamağa çalışdığı status-kvo vəziyyəti
kimi yox.
S u a l: İndiki Ermənistan rəhbərlərinin problemə siyasi
yanaşması Sizdə hansı təəssürat yaradır? Sizə elə gəlmirmi
ki, onların problemə yanaşması əvvəlkindən daha açıqdır?
Sizcə, onlar irəliyə doğru addım atıblarmı?
İ l h a m Ə l i y e v: Onu deyə bilərəm ki, mən 2004-cü
ildən bu danışıqlar prosesində iştirak edirəm. Bu müddət
ərzində danışıqlar prosesinin müsbət dinamikası, lakin sıfır
nəticəsi olmuşdur. Ermənistanın keçmiş və indiki hökuməti və
rəhbərliyi bu danışıqlar prosesində bir tərəf kimi çıxış edir.
2008-ci ilədək biz mühüm bir irəliləyişə nail ola bildik. 2008-ci
ildən bu tərəfə isə irəliləyiş o qədər də görünmürdü, lakin bizim
ümidlərimiz var idi. Bu səbəbdən düşünürəm ki, münaqişənin
tezliklə həlli hər iki ölkənin marağındadır. Ümid edirəm ki,
Ermənistan rəhbərliyi, nəhayət, anlayacaq ki, birincisi, status-kvo
vəziyyətinin saxlanması mümkün deyil və ikincisi, bu onların heç
də xeyrinə işləmir. Onların hazırda nəzarət etdikləri ərazi ölü
zonadır. Orada hər şey dağıdılıb, məhv edilib, orada nə həyat var,
nə də insanlar yaşayır. Onlar bundan nə əldə etdilər? Düşünürəm
ki, heç nə. Əgər onlar güclü siyasi iradə və xoş niyyətlə
münaqişənin həllinə doğru gəlsəydilər və münaqişə öz həllini
tapsaydı, o zaman regiondakı vəziyyət daha yaxşı olardı.
S u a l: Sizcə Dağlıq Qarabağdakı hazırkı vəziyyət sıfır
səviyyəsindədir?
229
İ l h a m Ə l i y e v: Bilirsiniz, münaqişənin həllində Azər-
baycan ən çox maraqlı olan tərəfdir, çünki torpaqlarımız işğal
altındadır, bizim yüz minlərlə məcburi köçkünümüz vardır.
Müəyyən vaxta qədər Ermənistanda belə bir fikir hakim idi ki,
onlar status-kvonu istədikləri qədər saxlaya biləcəklər və onlar
buna müvəffəq olacaqlarını düşünürdülər. Amma son aylar
ərzində hadisələrin inkişafı göstərdi ki, beynəlxalq birlik,
ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Rusiya, Fransa,
bu ölkələrin rəhbərləri birbaşa bəyanatla çıxış edərək bildirdilər
ki, status-kvo məqbul deyildir. Son ayların hadisələri belədir.
S u a l: Dediyiniz kimi, Minsk qrupu – ABŞ, Fransa və
Rusiya son ay və illər ərzində prosesi sürətləndiriblər. Sizcə,
onların marağı nədir?
İ l h a m Ə l i y e v: Minsk qrupu 1992-ci ildə yaranıb və
20 ilə yaxındır ki, heç bir irəliləyiş yoxdur.
S u a l: Belə çıxır ki, 20 il ərzindəki fəaliyyəti zamanı əsl
irəliləyiş son iki ilə təsadüf edir?
İ l h a m Ə l i y e v: Bu, uzun bir proses idi. Keçmişdə bəzən
vədedici, bəzən isə təəssüfedici məqamlar olmuşdur. 2004-cü ildən
bəri isə biz yeni bir prosesdəyik. Münaqişənin həllinin məzmunu
keçmişdəkindən tamamilə fərqlidir. İndi müzakirə olunan
prinsiplər son 5-6 il ərzində müzakirə olunur. Bu, birinci. Yəni bu
proses idi. Bizim yaxınlaşmağımız birdən-birə baş vermədi.
İkincisi və ən önəmlisi isə hesab edirəm ki, dünyada artıq aydın
şəkildə başa düşürlər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş
münaqişə deyil. Atəşkəs isə çox həssas bir məsələdir. Təmas
xəttində atəşkəsin davamlı olaraq pozulması, hesab edirəm ki,
bizim hamımızı – Azərbaycanı, Ermənistanı, dünya ictimaiyyətini
ciddi şəkildə narahat edir. Digər mühüm bir məsələ odur ki, son bir
neçə il ərzində Azərbaycan və Ermənistan arasında güc balansı
kəskin şəkildə dəyişmişdir. Məsələn, Azərbaycanın bugünkü
büdcə xərcləri Ermənistanın büdcə xərclərindən 10 dəfə artıqdır.
Təkcə Azərbaycanın müdafiə büdcəsi Ermənistanın bütün
büdcəsini üstələyir. Reallıq belədir. Zaman keçdikcə də iki ölkə
arasındakı bu fərq yalnız artacaqdır. Düşünürəm ki, bu da «mü-
230
naqişə həll olunmalıdır» anlayışının yaranması üçün mühüm rol
oynayır. Status-kvo bundan sonrakı illər ərzində davam edə
bilməz.
S u a l: Təmas xəttində vaxtaşırı olaraq snayperlər
tərəfindən atəşkəsin pozulmasını eşidirik.
İ l h a m Ə l i y e v: Bu haqda biz arabir eşidirik. Lakin təmas
xəttində snayperlərin olmasına ehtiyac yoxdur. Bəzən səngərlər
arasındakı məsafə 40–50 metr olur. Kimisə öldürmək üçün burada
snayperlərə ehtiyac qalmır. Təhlükə odur ki, bu ərazilərdə
sülhməramlı qüvvələr yoxdur. Orada yalnız Ermənistan və Azər-
baycan əsgərləridir. Sülhə hər iki tərəf riayət etməlidir. Bəli, bəzən
atışma olur, atəşkəs pozulur, dinc insanlar arasında həlak olanlar
vardır. Məsələn, mart ayında erməni əsgərləri tərəfindən 9 yaşlı
azərbaycanlının öldürülməsi. Bu isə müharibə reallığıdır. Müharibə
hələ başa çatmayıb. Atəşkəs o demək deyil ki, sülh vardır. Düşünürəm
ki, bu məqamın ən önəmlisi odur ki, müharibənin davam etdiyini
beynəlxalq ictimaiyyət, vasitəçilər dərk etsinlər. Bu müharibəyə,
düşmənçiliyə son qoyulmalıdır. Status-kvo dəyişilməlidir. Azərbaycan
torpaqları azad edilməlidir. İnsanlarımızın öz doğma yurdlarına
qayıtmaq hüququ vardır. Bu onların haqlarıdır və onlara bunu etməyə
imkan verməlidirlər.
J u r n a l a l i s t: Təşəkkür edirəm, cənab Prezident.
İ l h a m Ə l i y e v: Sağ olun.