almısan, eləcə də qaytar ver özünə. Indi deyəsən quyruğu qapı arasında qalıb.
Arvad evə buraxmır onu. (İstehza ilə gülümsünür.) Mənə iki dənə yüzlük dollar
təklif edir ki, onu arvadla barışdırım. Ay sən öləsən! Gör nə günə qalmısan,
alçaq. Qozumu yeməyəydin, yemişdin, pulunu ödəyəydin. Yoxsa
bu
həngamələrin heç biri baş verməyəcəkdi.
BIBIOĞLU - Ay dayıoğlu, əl çək bu tərsliyindən. İndi hər nədi olub-olub. Götür
bu pulu da. Kişi gec də olsa ödəyib borcunu, özü də on qatından da çox.
Kənddən də yəqin ki, bu gün – sabah pul gəlib çıxar. Borcunu ver, canını qurtar.
Adamın başına iş gələr də. Daha bunu uzada-uzada durmağın nə mənası var?
TIBB BACISI -
(Gəlir.) Qapıları bağlayırıq. Xəstə yanına gələnlər palatanı tərk
etsinlər.
BIBIOĞLU - Di yaxşı, daha mən getdim. Rahat yat, hər şey yaxşı olacaq.
Amma tərsliyindən əl çək. Tez-bazar burdan çıxmaq lazımdı.
KIġI - Get, get. Sənlik burda bir iş yoxdu. Hər halda bu məsələni mən
belə qoymayacağam. A kişi, polisə bax, qozumu yeyir, pulumu vermək əvəzinə
oğluna məni döydürtdürür.
Yox. Bu işi belə qoymaq olmaz. Mən yazacağam, lap yuxarılara yazacağam. Belə
dəhşət olar? Bir kişinin qozunu yesinlər, üstəlik də onu döyüb balnisiyalıx
etsinlər...
Hər halda haqq var, ədalət var. Bu işi belə qoysam, qəbirdə də dinclik tapa
bilmərəm. Mənə də mən deyərlər.
QaranlıqlaĢır.
Qaranlıqda təyyarə uğultusu eĢidilir. Təcili yardım miqalkası səhnəyə təcili
yardım sirenası ilə həyəcan əhvalı yayır.
SƏ KKIZINCI FRAQMENT
IĢıqlaĢır. Yenə həmin palata.
Tibb bacısı çarpayının bir kənarında oturub dizi üstə qoyduğu kağızlara yazır.
KiĢi qoltuq ağacına söykənə-söykənə, bir qolu sarıqda, sinəsindən asılmıĢ
halda diqtə edir.
KIġI - Hörmətli cənab nazir...
(Tibb bacısına.) Yazdınmı?.. cənab
nazir... bütün bunları nəzərə alaraq, rica edirəm ki, rica edirəm ki, kapitan
Adıgözəlov yediyi mənim qozumun pulunu... qozumun pulunu və... və... bu
15
pulu ödəmədiyi üçün oğlu tərəfindıən döyülərək xəstəxanaya düşdüyümə görə... gəl
bunları heç yazmayaq... beyin silkələnməm olub, qolum sınıb, ayaq sümüyüm
çatlayıb... yox, bunları yazsaq yazığa qarşı iş qaldıra bilərlər... poz, buraları
poz...davam et... maddi və mənəvi təzminat kimi heç olmasa ... satıb
xəstəxana
məsrəflərinə ödədiyim cöngənin pulunu versin. Başqa
heç bir şikayətim olmayacaq. Əks təqdirdə... əks təqdirdə... mən hüquqlarımın
bərpa olunması üçün Kofe müəllimə, yəni Bı Mı Tı-nın baş katibinə...
TIBB BACISI - Ay dayı, Kofe müəllimi çıxartdıqları haçandı, dünyadan xəbəriniz
yoxdu siziin... İndi başqa müəllimdi orda...
KIġI - Yaz... o başqa müəllimə müraciət etməli olacağam. Yazdınmı?
İndi bunu bir paketə qoy, göndər cənab nazirə, qoy o da bilsin ki, onun polisləri
nələrlə məşğuldular, adamın qozunu yeyirlər, pulunu vermək istəmirlər.
TIBB BACISI -
(Ayağa qalxır.) Narahat olmayın, heç paketə-zada qoymaq lazım
deyil, bu dəqiqə faksla göndərirəm gedir. Bir dəqiqəyə nazirin stolunun üstündə olacaq
bütün yazdıqlarınız. Pulunu xərclərinizin üstə əlavə edərik.
KIġI - O Fakıs kimdi, ay qızım, heç olmasa etibarlı adamdımı?
TIBB BACISI -
(Gülməkdən özünü saxlaya bilmir.) Ay dayı, faks adam deyil,
teleqraf kimi bir şeydi. Necə yazmısınız, eləcə də orda çıxır.
KIġI - Elə isə, di tez ol, göndər getsin.
Tibb bacısı gedir.
(Öz-özünə.) Hə, cənab kapitan Adıgözəlov, indi mən sənə göstərərəm
görək özgəsinin qozunu yemək və pulunu verməmək, üstəlik də qozu yeyilən
adamı oğlu tərəfindən döydürülmək nə deməkdir. (Məmnun halda gəzişmək
istəyir. Pəncərə önündə dayanıb xəstəxana həyətinə girib-çıxan təcili yardım
maşınlarının sirenasına qulaq verir.)
DOQQUZU NCU FRAQMENT
Birdən təcili yardım sirenasını sürətlə yaxınlaĢan polis maĢını sirenası əvəz
edir. KiĢi nə isə hiss edibmiĢ kimi təĢviĢlə baxır.
KAPITAN ADIGÖZƏLOV - (Elə bu an hay-küylə içəri girir.) Hə, demək mənim
nazirimə də yazdın, sənin qozunu necə yeməyimi?! A kişi, sən nə utanmaz
adasanmış. Verdim də pulunu. Beş qat, on qat artıqlamasıyla. Ödədim də! Daha
nə istəyirsən bəs?
16