Quran elmleri dersliyi indd



Yüklə 2 Mb.
Pdf görüntüsü
səhifə76/110
tarix03.08.2018
ölçüsü2 Mb.
#60710
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   110

222
 “Ərəblər izzətli və cəlalətli Allahın kəlamını öz yerindən təhrif etdilər”.         
Bu dəstə  hədislərin zahirini, qiraətlər arasındakı  fərqlər kimi mənalandırmaq 
olar, nəinki Qurandan nə isə çıxarılmış, başqa sözlə, “azaltma təhrifi” baş vermişdir. 
Yaxud Əbuzər nəql edir ki, Həzrət Rəsulallah (ə) Qiyamətdə bir dəstənin belə 
deyəcəyini buyurdu: 
 .ُﻩﺎَﻨْﻤَﻠَﻅ َﻭ ُﻩﺎَﻨ ْﻀَﻐْﺑَﺃ َﻭ ُﻩﺎَﻨْﻳَﺩﺎَﻌَﻓ ُﺮَﻐ ْﺻَ ْﻷﺍ ﺎﱠﻣَﺃ َﻭ ،ﺎَﻧِﺭﻮُﻬُﻅ َءﺍَﺭَﻭ ُﻩﺎَﻧْﺬَﺒَﻧ َﻭ ُﻩﺎَﻨْﻓﱠﺮَﺤَﻓ ُﺮَﺒْﻛَ ْﻷﺍ ﺎﱠﻣَﺃ
“Siqli-əkbəri (Quranı) təhrif etdik və kənara atdıq. Siqli-əsğərə (itrəti) düşmən 
kəsildik və ürəyimizdə onlara kin bəslədik, onlara zülm etdik.”
Bu kimi hədislərdə də “təhrif” sözü “azaltma təhrifi” mənasında deyildir. Bu-
rada “məna təhrifi” və “təfsir be-rəy” (şəxsi rəy əsasında təfsir) nəzərdə tutulur. 
Bu mətləbə İmam Baqirin (ə) buyurduğu hədisi (bu hədisi bir qədər əvvəldə qeyd 
etdik) sübut gətirə bilərik:
... ُﻩَﺩﻭُﺪُﺣ ﺍﻮﻓﱠﺮَﺣ َﻭ ُﻪَﻓﻭُﺮُﺣ ﺍﻮُﻣﺎﻗﺃ  ْﻥﺃ  َﺏﺎﺘِﻜْﻟﺍ ِﻢِﻫِﺬْﺒَﻧ  ْﻦِﻣ  َﻥﺎﻛ َﻭ
““Allahın kitabını kənara atmaları”nın nişanəsi bu idi ki, onlar Quranın hərflərini 
(kəlmələrini) qoruyub saxladılar, lakin onun hüdudlarını (mənasını) təhrif etdilər.” 
2) Bir qrup hədisdə qeyd olunur ki, Quranın bəzi ayələrində İmamların (ə) adı 
olmuş və onların düşmənləri bu ayələri təhrif etmişlər. 
Halbuki, bu kimi hədislər ayələrin  şəni-nüzulunu bəyan edir. Məsələn,  əgər 
bu hədislərdə “ﱟﻰِﻠَﻋ ﻰِﻓ  ْﺖَﻟَﺰَﻧ” ifadəsi işlənibsə , bu o demək deyildir ki, “ﻰِﻠَﻋ” (Əli) 
kəlməsi ayənin sözü imiş və ayədən çıxarılıbdır.
Dəyərli “əl-Bəyan” kitabının müəllifi deyir: 
Əmirəl-möminin  Əlinin (ə) adının Quranda gəlmədiyinə dair sübutlardan biri 
“Ğədir-xum” hədisidir. Bu hədisdə sərih şəkildə buyurulur ki, Həzrət Peyğəmbər (s) 
Əli ibn Əbu Talibi (ə) Allahın əmri ilə imam (ümmətə başçı) təyin etdi və Allah Öz 
Peyğəmbərinə vəd verdi ki, onu camaatdan qoruyacaqdır. Əgər Əlinin (ə) adı Quranda 
gəlsəydi, artıq onun Peyğəmbər (s) tərəfindən imam təyin edilməsinə və müsəlmanların 
toplantısına ehtiyac olmazdı, habelə, Həzrət Peyğəmbər (s) bu məsələni çatdırmaqda ca-
maatdan çəkinməzdi. Xüsusilə də, “Ğədir-xum” hədisini Peyğəmbər (s) vida həccində 
və ömrünün axır günlərində buyurmuşdur. Halbuki, Quran ayələri demək olar ki, bu 
hadisədən əvvəl nazil olmuş və müsəlmanlar arasında yayılmışdı. 
Əbu Bəsirin nəql etdiyi səhih hədisi də sübut gətirə bilərik və biz bu hədisi 
əvvəldə qeyd etdik. Bu hədisin axırında İmam Sadiq (ə) buyurub: 
 ُﻝﻮُﺳَﺭ َﻝﺎَﻘَﻓ  َﻦْﻴَﺴُﺤْﻟﺍ َﻭ  َﻦَﺴَﺤْﻟﺍ َﻭ ﱟﻰِﻠَﻋ ﻰِﻓ  ْﺖَﻟَﺰَﻧ َﻭ ْﻢُﻜْﻨِﻣ ِﺮْﻣَ ْﻷﺍ ﻰِﻟﻭُﺃ َﻭ َﻝﻮُﺳﱠﺮﻟﺍ ﺍﻮُﻌﻴِﻁَﺃ َﻭ َﷲ ﺍﻮُﻌﻴِﻁَﺃ  ْﺖَﻟَﺰَﻧ
 .ُﻩ َﻻ ْﻮَﻣ ﱞﻰِﻠَﻋ ﺍَﺬﻬَﻓ ُﻩ َﻻْﻮَﻣ  ُﺖْﻨُﻛ  ْﻦَﻣ :ِﷲ
““ِﺮْﻣَ ْﻷﺍ ﻰِﻟْﻭُﺃ” (əmr sahibləri) ayəsi Əli ibn Əbu Talib (ə), İmam Həsən (ə) və 
İmam Hüseyn (ə) barədə nazil olub. Rəsulullah (s) buyurdu:  “Mən kimin mövlası 
və başçısıyamsa, bu Əli onun mövlası və başçısıdır.”


223
Bu cümlələrin mənası Quranın təfsiridir. Çünki hədisin əvvəlində Əbu Bəsir İmam 
Sadiqdən (ə) soruşur ki, camaat deyir: “Nə üçün Əlinin (ə) və Əhli-Beytin adı Qu-
randa gəlməmişdir?” İmam (ə) cavabında buyurur: “Namaz qılmaq hökmü Quranda 
gəlmiş, lakin namazın rəkətlərinin sayı açıqlanmamışdır. Zəkat vermək hökmü Qu-
randa gəlmiş, amma onun nisab həddi açıqlanmamışdır. Həcc yerinə yetirmək hök-
mü Quranda gəlmiş, amma təvafların sayı qeyd edilməmişdir. Bütün bunları Quranın 
müfəssiri olan Həzrət Peyğəmbər (s) bəyan etmişdir”. Sonra İmam Sadiq (ə) “Allaha, 
Rəsulallaha və əmr sahiblərinə itaət edin” ayəsini izah edir və şübhə yeri qalmır ki, 
“ﱟﻰِﻠَﻋ ﻰِﻓ  ْﺖَﻟَﺰَﻧ” ifadəsində sözügedən ayənin şəni-nüzulu nəzərdə tutulmuşdur. 
Bu hədis İmamların (ə) adının Quranda gəldiyini və sonradan Qurandan çıxa-
rıldığını bəyan edən bütün rəvayətlərə cavab ola bilər. 
Qeyd edilən digər dəlillərin cavabı, məsələn, xəlifə Osmanın dövründə Qura-
nın cəm edilmə üsulunun təhrifə zəmin yaratması, Abdullah ibn Məs`ud və Ubəyy 
ibn Kə`bin mushəfində bəzi mətləblərin mövcud olması, qiraətlər arasında fərqlərin 
olması kimi məsələlərin cavabı tam aydındır.  Əvvəldə Quranın cəm edilməsi, 
səhabələrin mushəflərinin müəyyən cəhətləri, qiraətlər arasında fərqlərin ortaya 
çıxması səbəbləri barəsində etdiyimiz bəhslərə yenidən nəzər salmaqla bu cavabları 
əldə etmiş olarıq. Bu məsələlərlə Quranın təhrifi arasında heç bir əlaqə yoxdur.
Fəslin əsas mətləbləri:
1. Mühəddis Nurinin Quranın təhrifə uğradığına dair qeyd etdiyi on iki dəlildən 
yalnız ikisi şiə mənbələrindən götürülübdür.
2. Şiə və əhli-sünnə qaynaqlarında Quranın təhrifi barədə olan hədisləri mü-
qa yisə etdikdə görürük ki, əhli-sünnə qaynaqlarında bu hədislərin sayı qat-qat 
çoxdur, təhrifə  sərih  şəkildə  dəlalət edirlər və  sənədləri  əhli-sünnə alimlərinin 
nəzərində etibarlı hesab olunur.
3. İslamın səmavi kitabının təhrifə uğramaması bu ümmətin əvvəlki üm mət-
lərdən fərqli cəhətlərindən biridir.
4. Əli ibn Əbu Talibin (ə) mushəfində mövcud olan əlavə mətləblər ayələrin 
şəni-nüzulu, təfsiri, nasix və mənsux ayələr və başqa mətləblərdir .
5. Təhrif barədə olan rəvayətlərin əksəriyyəti Əhməd ibn Məhəmməd Səyaridən 
və Əli ibn Əhməd Kufidən nəql olunmuşdur ki, onların hər ikisi azğın və yalançı 
fərdlər olmuşlar.
6.  Bəzi hədislərdə mövcud olan şahidlərə  əsasən, “təhrif” ifadəsində “məna 
təhrifi” nəzərdə tutulur. Bu mətləb bir çox hədislərdə sərih şəkildə bəyan edilmişdir. 
7. İmamların (ə) adının Quranda gəldiyini, yaxud filan ayənin İmam Əli (ə) 
barəsində nazil olduğunu bəyan edən hədislərin hamısı şəni-nüzula dəlalət edir, 
nəinki İmamların (ə) adı həqiqətən Quran ayələrində gəlmişdir.


Yüklə 2 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə