Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   9   10   11   12   13   14   15   16   ...   38

Yuxarıda  zikr  edilən  ayə,  xəzinələrdə  hərəkətsiz 
sərvətlərin  toplanmasını  qadağan  etdi.  Hərəkətsiz  kapital 
yığımı, dünyadakı iqtisadi tarazlığı pozur, kasıb təbəqənin 
vəziyyətini  daha  da  ağırlaşdırır.  Demək  kənz,  insanların 
iqtisadi  durumunu  pisləşdirən ölü kapitaldır. Belə bir sual 
ortaya  çıxır  ki,  hansı  miqdarda  ölü  kapital  kənz  hesab 
edilir?
«Məcməül-bəyan»da  nəql  olunur  ki,  həzrət  Əli  (ə) 
buyurmuşdur:   «
Dörd  min  dirhəmdən  çox  xəzinə 
kənzdir.  İstər  zəkatı  verilə  istər  verilməyə.  Bundan  az 
miqdarda  sərvət  yaşayış  xərcliyi  hesab  olunur.  Buna 
görə 
də,
 sərvət 
toplayanlar 
dərdli 
əzbla 
müjdələnmişdir
».
Sual  54:
  Peyğəmbərin  (s)  sevimli  səhabəsi  Əbuzər  nə 
üçün sürgün edildi?
Cavab:
  Üçüncü  xəlifə  Osmana  tutulan  mühim 
iradlardan  biri,  həzrət  Peyğəmbərin  (s)  sevimli  səhabəsi 
Əbuzərin kimsəsiz səhra məntəqəsinə sürgün olunmasıdır. 
Əbuzər  həmin  şəxsdir  ki,  həzrət  Peyğəmbər  (s)  onun 
haqqında  belə  buyurmuşdur:   «
Əbuzərdən  düzgün  bir 
kəsə  səma  kölgə  salmadı,  yer  onu  öz  üstündə 
gəzdirmədi
».
Osmanla  müxalifətçilikdə  heç  bir  şəxs  təmənnası 
olmayan  Əbuzər,  xəlifənin  dövlət  xəzinəsini  öz  yaxın 
adamlarına  israfçılıqla  paylaşdırmasından  narazı  idi. 
Beytül-maldan 
ibarət 
olan 
dövlət 
xəzinəsinin 
xərclənməsində  həzrət  Peyğəmbərin  (s)  üsullarını  müdafiə 
edən  Əbuzər,  kimsəyə  güzəştə  getmək  fikirində  deyildi. 
Əbuzərin etirazlarından qeyzlənən xəlifə, əvvəlcə onu Şama 
sürgün  etdi.  Şamda  Müaviyənin  özbaşınalıqlarına  qarşı 
47


çıxan Əbuzər haqqında xəlifə məktub aldı. Müaviyə yazırdı: 
«Əgər Şama ehtiyacın varsa, Əbuzəri geri qaytar. O burada 
qalsa, Şam əlindən çıxacaq».
Osmanın  göstərişi  ilə  qəddar  məmurların  nəzarəti 
altında  nəfəs  dərmədən,  gecə-gündüz  yol  gələn  Əbuzər, 
Mədinəyə çatanda artıq xəstələnmişdi. Xəlifənin son qərarı 
bu  oldu  ki,  Əbuzər  Rəbəzə  çölünə  sürgün  edilsin. 
Peyğəmbərin  (s)  susuz  səhraya  sürgün  edilən  sevimli 
səhabəsi, oradaca dünyasını dəyişdi.
Sual 55:
 Fəqirlə miskin arasında fərq varmı?
Cavab:
  Təfsirçilərin  fikirincə  fəqir  o  şəxsdir  ki, 
dolanışıq çətinliyi olsa da, işsiz deyil və kimsəyə ağız açmır. 
Miskin isə, böyük ehtiyac içində olan işsiz bir insandır və bu 
səbəbdən  də,  ağız  açmağa  məcburdur.  Miskin  sözünün 
lüğəti  mənası,  fəqirliyin  təsirindən  dayanmış  kəsdir.  Bu 
məna  Qurani-kərimdə  də  təsdiq  olunur. «Bələd»  surəsinin 
16-cı  ayəsində  «torpağa  sərilmiş  miskin»  ifadəsi  ilə 
rastlaşırıq.  Müxtəlif  ayələrdə  miskinin  doyurulması 
haqqında  verilən  göstərişlər  bir  daha  sübut  edir  ki, 
miskinlər hətta bir qarın çörəyə möhtac olan aclardır.
Hansı ki, fəqir dedikdə, maddi çətinliyə düşmüş, lakin 
heç  zaman  kimsəyə  əl  açmayan  insanlar  nəzərdə 
tutulmalıdır. Belə şəxslər haqqında «Bəqərə» surəsinin 273-
cü  ayəsində  buyurulur:   «
Belə  şəxslər  həyalı  olub, 
dilənçilikdən  çəkindiklərinə  görə,  nadanlar  onları 
dövlətli hesab edirlər
». 
İmam  Sadiqdən  (ə)  fəqir  və  miskin  haqqında 
soruşulanda, Həzrət (ə) belə buyurdu: «Fəqir əl açmayan 
48


şəxsdir.  Miskinin  isə,  halı  ondan  da  ağır  olduğu  üçün 
xalqa əl açır
»
1

1
 «Vəsailuş-şiə», 6-cı cild, səh.144.
49


Sual 56:
 Zəkat nədir?
Cavab:
  İslam  təkcə  etiqad  və  əxlaq  məsələləri  ilə 
məşğul  olan  məktəb  deyildir.  Bu  din  öz  ardıcıllarının 
mənəvi  sağlamlığını  təmin  etməklə  yanaşı, onların  iqtisadi 
problemlərini  də  həll  edir.  İlkin  İslam  dövründən 
başlayaraq,  bu  günə  qədər  ehtiyaclı  təbəqənin  mənafeləri 
müdafiə  olunmuşdur.  həmin  təbəqənin  ehtiyaclarının 
ödənilməsi  üçün  nəzərdə  tutulan  ən  mühüm  tədbirlərdən 
biri, zəkatdır.
Şəksiz  ki,  bütün  cəmiyyətlərdə  iş  qabiliyyətini  itirmiş 
şəxslər, xəstələr, yetimlər, əlillər mövcuddur. Bu insanların 
himayəyə ehtiyacı vardır. Əgər cəmiyyətdə zəkat ödəməyə 
vəzifəli  olan  imkanlılar  uyğun  vergini  ödəyərlərsə, 
ehtiyaclıların  ətrafdakılara  əl  açmasına  lüzum  qalmaz. 
İmam  Sadiq  (ə)  buyurur: «
Bütün  xalq  malının  zəkatını 
ödəyərsə,  bir  dənə  də  olsun  fəqir  müsəlman  qalmaz. 
İnsanlar yalnız varlıların günahından ac, çılpaq, evsiz-
eşiksiz  qalır
»
1
.  Elə  bu  səbəbdən  də,  İslamda  zəkat  vacib 
buyurulmuşdur: «
Onların mallarından zəkat al
»
2

Lakin  zəkat  hamı  üçün  vacib  deyildir.  Zəkatı  vacib 
edən,  zəkat  veriləcək  şeyin  miqdarının  «nisab»  deyilən 
həddə  çatmasıdır.  On  şey  nisab  həddinə  çatdıqda,  zəkat 
verilməlidir: dəvə, inək, qoyun, buğda, xurma, arpa, kişmiş, 
qızıl, gümüş, fitrə (bədənin zəkatı). 
Məsələn,  beş  dəvəyə  bir  qoyun,  otuz  inəyə  bir  baş  iki 
yaşa  girmiş  dana,  qırx  qoyuna  bir  qoyun  zəkat 
ödənilməlidir.  Say  artıqca,  zəkatın  miqdarı  dəyişə  bilər. 
Məsələn,  qoyunun  sayı  üç  yüz  biri  aşarsa,  hər  yüz 
qoyundan biri zəkat verilir.
1
 «Vəsailuş-şiə», 6-cı cild səh. 4.
2
 «Tövbə» surəsi, ayə 103.
50


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə