dünya, daha sonra isə axirət həyatının tənzimlənməsini
nəzərdə tutur.
Sual 66:
Təyin olunmuş ruziyə zəhmət çəkmədən nail
olmaq mümkündürmü?
Cavab:
Quran ayələrindən məlum olur ki, ruzi təkcə
maddim nemətlərdən ibarət deyildir. Bu sözün lüğəti
mənası «davamlı hədiyyə» deməkdir. Ruzi anlamı qida
maddələri ilə yanaşı məskən, geyim, elm, düşüncə, iman
kimi nemətləri də əhatə edir. «Ali-imran» surəsinin 169-cu
ayəsində buyurulur: «
Allah yolunda öldürülənləri ölü
zənn etmə. Onlar öz Rəbbinin yanında ruzi
içindədirlər
». Ayədən göründüyü kimi ruzi təkcə maddi
yox, həm də mənəvi nemətləri ifadə edir. Bərzəx
dünyasında maddi nemətlərin olmaması, buna bir
sübutdur.
«Hud» surəsinin 6-cı ayəsində oxuyuruq: «
Yer üzündə
yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini
verməsin
».
Keçmiş zamanlarda insanlar okean dərinliklərində
canlıların olmasına inanmırdılar. Çünki 700 metr dərinlikdə
canlı orqanizmləri qidalandıracaq bitkilər yaşaya bilməzdi.
Əsli yaşıl təbiətdən götürülən əksər qidalar, okean
dərinliklərinə hansı yolla çata bilərdi?! Günəş işığı olmadan
həmin dərinlikdə otların cücərməsinin qeyr-mümkün
olduğu şübhə doğurmur. Zaman ötdükcə okeanın dərinliyi
tədqiq edildi və məlum oldu ki, uyğun dərinlikdə canlılar
yaşayırmış. Sübuta yetirildi ki, günəş işığı okean səthində
mikrobitkilər cücərdir. İlkin təkamül mərhələsini su
səthində keçirən bu qidalar, sanki okean dibindəki süfrəyə
ələnir. Demək, hansı şərait olmasından asılı olmayaraq,
bütün canlılar təyin olunmuş ruzisinə çatır.
59
Bəs insan necə? İnsan çalışmadan, heç bir zəhmət
çəkmədən təyin olunmuş ruzisini əldə edə bilərmi? Həzrət
Əli (ə) buyurur: «
Ruzi iki növdür. Birini sən
axtarmalısan, o biri isə sənin axtarışındadır
»
1
.
Ayə və hədislərdən məlum olur ki, Allahın insan üçün
ayırdığı ruziyə çatmaq üçün çalışmaq zəruridir. Bu işdə
özünü həlak edib, haram yola əl atmağa ehtiyac yoxdur.
Hər bir insan qüvvəsi qədərində çalışarsa, təyin olunmuş
ruzisini əldə edə bilər. Bəs həzrət Əlinin (ə) buyurduğu
ikinci növ ruzi hansıdır? Bəzən insan oturduğu yerdə ruzi
əta olunmasını inkar edə bilmərik. Belə hallar olur. Amma
insan oturub, təsadüflərin intizarında olmamalıdır.
Sual 67:
Allah-təala Nuhun (ə) hansı duasını qəbul
etmədi?
Cavab:
İlk ülul-əzm peyğəmbər olan Nuhun (ə), öz
tayfasından çəkdiyi əzab-əziyyət Qurani-kərimdə geniş şərh
olunmuşdur. «Biz səni ancaq özümüz kimi bir insan
sayırıq» deyən bu tayfa o qədər azğınlaşımışdı ki, hətta
«qorxutduğun əzabı gətir görək»-deyə meydan oxuyurdu.
Nəhayət, Allahın əzabı nazil olur və Allah-təala «zülm
edənlər barədə mənə müraciət etmə, çünki onlar suda
boğulacaqlar»,-deyə Nuha (ə) qarşıdakı əzab barədə
məlumat verir.
Nuhun gəmi düzəltdiyini görən tayfa onu məsxərəyə
qoyur, hətta doğma oğlu bu işi istehza ilə qarşılayır. Allahın
əmri ilə hər heyvandan bir cüt və ailə üzvlərini gəmiyə
götürən Nuh (ə) oğlunu dəvət etdikdə, belə cavab alır:
«
Mən bir dağa sığınaram, o da məni qoruyar
»
2
.
1
«Nəhcül-bəlağə».
2
«Hud» surəsi, ayə 43.
60
Su yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca,
əzaba düçar olan tayfa dalğalar altında görünməz olur.
Oğlunu əzaba düçar olanlar içində görən Nuhun
qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz
tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir.
Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd
vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən
Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir.
O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi
məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət
edirəm
»
1
.
Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu
və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan
istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir.
Nuh da bir insanın bağışlanmasını dua etmişdi. Onun
duasının qəbul olunmaması, Allah-təalanın bütün işlərdə
ədalətə istinad etməsindəndir. Günah uçurumuna
yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs,
olduqca həssas bir məqamda bağışlana bilməzdi.
Sual 68:
Səadət nədir?
Cavab:
Səadət və xoşbəxtlik dedikdə, yalnız dünya
həyatını nəzərdə tutan insanların dini etiqadları, heç
şübhəsiz ki, nöqsanlıdır. Əgər bir insana «ya əzablı həyat və
xoşbəxt axirət, ya da xoşbəxt həyat və əzablı axirət» seçimi
verildikdə ikincini seçirsə, onun axirət inancı həqiqi
deyildir. Əbədi axirətə inanan insan, əbədi əzabı necə qəbul
edə bilər?!
1
«Hud» surəsi, ayə 46.
61
Bu barədə Qurani-kərimdə buyurulur: «
Bədbəxt
olanlar od içərisində qalacaq... Xoşbəxt olanlar isə,
cənnətdə əbədi sakin olacaqlar
»
2
.
Səhərdən axşama mənən və cismən axtarışda olan
insanın itgisi səadətdir. Amma insan çox vaxt anlamır ki,
əlində doğru ünvan olmayan yolçu çarıqlarını yırtsa belə,
mənzilə çatası deyildir. Səadət bir mənzildir ki, onun
ünvanını hər yoldan ötəndən soruşan kəs, bədbəxtliyə
düçar olar. Bu mənzilin həqiqi ünvanı yalnız və yalnız
Allah elçilərində tapılmasıdır. Peyğəmbərlərsə, səadəti
təkcə dünyada yox, dünya və axirətdə görmüşlər.
İmam Sadiq (ə) cəddi həzrət Əlidən (ə) belə nəql edir:
«
Həqiqi səadət, insan həyatının ən son mərhələsindəki
səadətdir. Həqiqi bədbəxtlik isə, ömrün günah içində
başa çatmasıdır
»
2
.
Sual 69:
Qurani-kərimdə nə üçün dastanlara yer
verilib?
Cavab:
Quran-Kərimin əhəmiyyətli bir hissəsi
keçmişdə baş vermiş əhvalatları bəyan edir. Bu ilahi kitabla
yaxından tanış olmayanlar, onu vərəqləyərkən tez-tez
rastlaşdıqları dastanlardan təəccüblənir, bəziləri isə irad
tutmağa da cəsarət edirlər. Amma məsələyə diqqətlə
yanaşdıqda, hər şeyin məntiqəuyğun olmasına şübhə
qalmır.
Tarix, insan həyatındakı müxtəlif problemlərin bir növ
laboratoriyasıdır. Həyat həqiqətlərinin dərk olunmasında
tarixin müstəsna əhəmiyyəti vardır. Tarixdə müxtəlif
qövmlərin başına gəlmiş hadisələr, bu hadisələri doğuran
səbəblər, əyani dərs vəsaitinə bərabərdir. Həzrət Əli (ə)
2
«Hud» surəsi, ayə 106, 108.
2
«Nurus-səqəleyn», 2-ci cild, səh. 398.
62
Dostları ilə paylaş: |