Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

Bəs nə üçün Yəqub peyğəmbər oğlu Yusifə görə gözləri 
kor  olanadək  ağladı?  Nə  üçün  başqalarına  ağlamamağı 
tövsiyə  edən  İslam  Peyğəmbəri  (s),  oğlu  İbrahimi  itirdiyi 
zaman  göz  yaşları  axıtdı?  Həzrət  Peyğəmbər  (s)  bu  sualın 
cavabında  buyurur:   «
Göz  ağlayır,  qəlb  pərişan  olur, 
amma dilimə Allahı qəzəbləndirəcək bir söz gəlmir
»
1

İnsanın sinəsikdəki daş yox, qəlbdir. Ağlamaq təbiidir. 
Gözdən  yaş  gəlməsi  yox,  Allahı  qəzəbləndirəcək  söz 
deyilməsi eyibdir.
Sual 74:
 Misir padşahı, Yusifə eşq elan etmiş arvadını 
nə üçün cəzalandırmadı?
Cavab:
  Qurani-kərimdə  buyurulduğu  kimi,  qardaşları 
Yusifi səhraya aparıb, orada onu bir quyuya atdılar. Yoldan 
keçən  karvan  əhli  Yusifi  tapıb,  Misir  padşahının  vəzirinə 
satdı.  Nəhayət,  padşahın  evində  yerləşən  Yusif,  onun 
arvadının  xəyanətkar  hərəkətləri  ilə  üzləşdi.  Yusifə  meyl 
salmış qadın, onu yoldan çıxara bilmədiyini görüb, böhtana 
əl  atdı.  Lakin  Misir  padşahı  Yusifin  günahsızlığını  və 
arvadının  xəyanətkarlığını  gözəl  anlayırdı.  Bununla  belə, 
arvadını  cəzalandırmaqdan  vaz  keçib,  Yusifi  zindana 
saldırdı.
Padşahın  arvadının  xəyanətkarlığı  bütün  ətrafdakılara 
məlum  olduğu  halda,  ixtiyar  sahibi  olan  ərinin  onu 
cəzalandırmaması ilk baxışdan təəccüb doğurur. Belə böyük 
bir  xəyanət  qarşısında  Misir  padşahı  bir  cümlə  deməklə 
kifayətlənir:   «
Ey  arvad,  bağışlanmanı  dilə,  çünki, 
həqiqətən, günah edənlərdənsən
»
2

Bəzi təfsirçilər padşahın rüsvay olmaq qorxusundan bu 
xəyanəti  açıb-ağartmadığını  səbəb  göstərsələr  də,  əksər 
1
 «Biharul-ənvar», 22-ci cild, səh.157.
2
 «Yusif» surəsi, ayə 29.
67


təfsirçilərin  göstərdiyi  ikinci  səbəb,  daha  məntiqə 
uyğundur.  Onların  fikirincə,  axirət  dünyasına  etiqadsız 
zalım başçılar, zahirdə özlərini qeyrətli-namuslu göstərsələr 
də,  əsl  həqiqətdə,  onların  xarakterində  belə  xüsusiyyətlər 
yoxdur. Dünya nemətlərinə görə millətə zülm edən, millətin 
qızlarının iffətini düşünməyən başçıların qeyrətli olduğunu 
zənn etməyə heç bir əsas yoxdur!
Züleyxa  gözəl  idi  və  Misir  padşahı  onun  xəyanətini 
gözəlliyinə bağışlamışdı. Məhz onun bu rəftarı səbəbindən, 
Züleyxa hətta xəyanəti  açıldıqdan  sonra  belə,  Misirin varlı 
qadınlarına öz eşqi barədə açıq-aşkar danışırdı.
Sual 75:
 Allahın kölgəsində olmaq nə deməkdir?
Cavab:
  Sözsüz  ki,   «Allahın  kölgəsi»  ifadəsi  məcazi 
məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr 
zamanı,  yalnız  Allaha  sığınmalı  və  ondan  yardım 
diləməlidir.  Allahın  lütfü  olmadan  hər  hansı  çətinlikdən 
qurtulmuş  qeyri-mümkündür.  Allah-təalanın  lütfünə  bu 
sayaq  dərin  bağlılıq,  insanı  əbədi  səadətə  çatdırır.  Dünya 
həyatı  boyu  Allahın  lütfündən  faydalanan  insan  haqqında 
məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər.
Həzrət Peyğəmbər (s) bir hədisdə belə buyurur: «
Yeddi 
dəstə  insanı  Allah-təala  öz  ərşinin  kölgəsində 
yerləşdirmişdir  (O  zaman  ki,  onun  kölgəsindən  başqa 
kölgə  yoxdur):  ədalətli  rəhbər;  ömrünün  əvvəlindən 
Allaha bəndəlik etmiş gənc; qəlbi Allahın ibadətgahına 
bağlı  olan  və  hər  zaman  ora  dönmək  barədə  düşünən 
şəxs; Allaha itaət yolunda başqaları ilə birlikdə çalışan 
və  onlardan  ayrıldıqda  belə,  ruhən  onlarla  olan  şəxs; 
Allahın  adı  çəkiləndə,  gözündən  yaş  gələn  şəxs;  gözəl 
qadının  dəvəti  qarşısında  «mən  Allahdan  qorxuram» 
68


deyən  şəxs;  ehtiyaclılara  yardım  göstərib,  sədəqəni 
gizlində verən şəxs
»
1

Sual  76:
  Cəmiyyətdəki  ictimai-siyasi  dəyişikliklərin 
səbəbkarı kimdir? İnsan, yoxsa Allah?
Cavab:  
Allah-təala  buyurur: «
Hər  hansı  bir  tayfa  öz 
vəziyyətini  dəyişməsə,  Allah  da  onun  vəziyyətini 
dəyişməz
»
2

Ayədən  göründüyü  kimi,  bütün  millətlərin  talehi, 
onların 
öz 
əllərindədir.
 Onların 
xoşbəxtlik 
və 
bədbəxtliklərinin  ilkin  səbəbkarı  özləridir.  Öz  xoşbəxtliyi 
üçün  çalışmayan  millətin  Allah-təaladan  nə  isə  gözləməsi, 
əbəsdir.
Ayə  və  hədislərin  göstərişlərinə  əsasən,  cəmiyyətdəki 
bədbəxtlikləri aradan qaldırmaq istəyən millət, ilk əvvəl öz 
düşüncəsində inqilab  etməlidir.  Öz  imanı, əxlaqındakı  zəif 
nöqtələri  tapıb,  xalis  bir  tövbə  ilə  çirkinlikdən 
təmizlənməyən 
cəmiyyətin 
səadətə 
çatması 
mümkünsüzdür.   «İnsanın  xoşbəxtliyi  və  bədbəxtliyində 
Allah  təsirsizdir»  demək  də  düzgün  deyildir.  Allah-təala 
hər bir insanı təqib edib, qoruyan mələklər qərar vermişdir. 
Onlar  doğru  yol  seçənlərə  yardım  göstərərlər.  Azğınlığı 
seçənlərin  isə,  əzabı  artırılar.  Məsələn,  ədalət  və  həqiqət 
uğrundən  canından  keçən  millətlər,  ədalətli  hakimlə 
mükafatlandırılır,  günah  və  azğınlığa  meyilli  millətlər  isə, 
zalım hakimlə cəzalandırılırlar.
Sual 77:
 Məsəl çəkməyin hansı faydaları var?
Cavab:
  Hər  hansı  bir  məsələnin  izahı  üçün  məsəl 
çəkməyin  faydası  inkar  edilə  bilməz.  İnsanlar  müxtəlif 
1
 «Səfinətül-bihar», 1-ci cild, səh. 595.
2
 «Rəd» surəsi, ayə 11.
69


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə