Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

əks  istiqamətə  yönəlir.  Kölgənin  bu  hərəkəti  səcdəni 
xatırladır.
Sual 82:
 Haqqı nahaqdan necə fərqləndirmək olar?
Cavab:
  Haqq  və  nahaqı  tanımaq  bəzən  o  qədər  çətin 
olur ki, bu iki anlamın əlamətlərini bilməyə ehtiyac yaranır. 
Ayədə  oxuyuruq: «
...Sel,  üstünə  çıxan  bir  köpüyü  alıb 
apardı.  Bəzək  şeyləri  və  ya  qab-qacaq  düzəltmək 
məqsədi  ilə  insanların  od  üzərində  qızdırıb 
əritdiklərinin üstündə də buna bənzər bir köpük vardır. 
Allah  haqq  ilə  batili  ayırd  etmək  üçün  belə  misallar 
çəkir.  Köpük  heç  bir  şey  olmadığı  üçün  uçub  gedər. 
İnsanlara fayda verən bir şey isə, yer üzündə qalar
»
1
.
Həqiqət  həmişə  saf  su  kimi  həyatvericidir.  Batildə  isə 
heç  bir  fayda  yoxdur.  Batil  zahirdə  təkəbbürlü, 
məqmpərəst, səs-küylü, daxildə isə puçdur.
Həqiqət  özünə  güvəndiyi  halda,  batil  həqiqətin 
hörmətindən istifadə edir. Batil həmişə həqiqət libası geyir. 
Əgər dünyada doğru söz olmasaydı, yalana kim inanardı?! 
Əgər  qızıl  olmasaydı,  qızıl  suyuna  salınmış  dəmirə  kim 
aldanardı?!
Həzrət Əli (ə) «Nəhcül-bəlağədə» buyurur: «
Əgər batil 
həqiqət  qatqısından  ayrılsa,  həqiqət  sevərlər  üçün 
aşkarlanacaq.  Əgər  həqiqət  batil  qatqısından  qurtulsa, 
sözbazların ağzı yumulacaq
».
Batil  qatışıqlığa,  özbaşınalığa  tərəfdardır.  Çöl-biyabanı 
ağuşuna alan sel nə qədər ki, hərəkətdədir, ona qatışmış zir-
zibil  gözə  dəymir.  Elə  ki,  suda  sakitlik  yaranır,  zir-zibil 
suyun dibinə çöküb, saf sudan ayrılır. 
1
 «Rəd» surəsi, ayə 17.
74


Həqiqət  səhnədə  görünən  kimi,  batil  səhnəni  tərk 
etməyə məcburdur. Ona görə də, həqiqət həmişə hərəkətdə 
olub, yerini batilə verməməlidir.
Sual 83:
 Alın yazısını pozmaq olarmı?
Cavab:
  Qurani-kərimdə  buyurulur: «
Hər  dövrün  bir 
kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də 
sabit saxlayar. Kitabın əsli Onun yanındadır
»
1

«Əsl  kitab»  kimi  tərcümə  olunmuş  ifadə,  Qurani-
kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 
22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
Varlıq  aləminin  və  hadisələrin  gerçəkləşməsi,  iki 
mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər 
hansı  kənara  çıxma  halları,  qeyri-mümkündür.  Bu  birinci 
mərhələ  lövhi-məhfuza  aiddir.  İkinci  qeyri-sabit  mərhələ 
isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
Məsələn,  nəzərdə  tutulur  ki,  insan  zəhər  içərsə  ölər. 
Belə  bir  ölüm  lövhi-məhfuzda  yox,  lövhi-məhv  və  isbatda 
qeyd  olunmalıdır.  Zəhəri  təsirsizləşdirən  maddənin 
mövcudluğu,  uyğun  ölümü  qeyri-sabit  edir.  Çünki  zəhər 
içmiş  adam,  həmin  maddəni  qəbul  edərsə,  ölümdən 
qurtular.
İstər  təbiiət,  istərsə  də  cəmiyyətdə  bir-birindən  doğan 
hadisələrlə  qarşılaşırıq.  Ayə  və  hədislərdə  bir  əməlin 
nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə 
xəbərdarlıqlar  çoxdur.  Həzrət  Peyğəmbər  (s)  buyurur: 
«Ehtiyaclılara  düzgün  şəkildə  kömək,  ata-anaya  yaxşılıq, 
hər  hansı  xeyir  əməl  bədbəxtliyi  səadətə  çevirər,  ömürü 
uzadar, bəlaların qarşısını alar»
2
.
1
 «Rəd» surəsi, ayə 38-39.
2
 «Əl-mizan» 11-ci cild, səh.419.
75


Demək,  alın  yazısı  adlandırılan  məfhum,  olacaqlar 
barədə  iki  kitabda  ‒  lövhi  məhfuz  və  lövhi  məhvə  və 
isbatda  yazılanlardır.  Birincidə  yazılanlar  dəyişməz, 
ikincidə yazılanlar isə, dəyişgəndir.
Sual 84:
 «Allahın günləri» hansı günlərdir?
Cavab: 
Qurani-kərimi nəzərdən keçirərkən, belə bir ayə 
ilə  rastlaşırıq:   «
Biz  Musaya  «tayfanı  zülmətdən  nura 
çıxar və Allahın günlərini xatırlad, bunda səbir və şükr 
edənlər üçün ibrətlər var» deyib, onu möcüzələrimizlə 
göndərdik
»
1

«Əyyamullah» kəlməsindən tərcümə olunmuş «Allahın 
günləri» hansı günlərdir?
İmam  Baqir  (ə)  buyurur:   «
Allahın  günləri  imam 
Mehdinin  (ə)  qiyam  günü,  rəcət  günü  və  qiyamət 
günüdür
»
2
. Bəzi hədislərdə rəcət günü əvəzinə, ölüm günü 
göstərilmişdir.
Böyük  günlərin  xatırlanması,  millətlərin  əhval-
ruhiyyəsində  dərin  iz  salır.  Dünyadakı  əksər  millətlər 
diktator  rejimindən  qurtulub,  hürriyyət  qazandıqları  günü 
əzəmətlə qeyd edirlər.
Allah  günləri  xatırlanması  isə,  insanı  rəzil  hisslərdən 
uzaqlaşdırır,  onu  Allah,  vətən  və  xalq  qarşısında  öz 
vəzifələrini  yerinə  yetirməyə  vadar  edir.  Ölümü,  qiyamət 
sorğusunu yaddan çıxarmayan insanın, şeytanın təhriki ilə 
günaha batması qeyri-mümkündür.
Sual 85:
 «Təvəkkül» nədir?
Cavab:
  «İbrahim»  surəsinin  11  və  12-ci  ayələrində 
buyurulur: «
Möminlər  yalnız  Allaha  təvəkkül  etsinlər. 
1
 «İbrahim» surəsi, ayə 5.
2
 «Nurus-səqəleyn», 2-ci cild, səh.526.
76


Allah  bizə  yollarımızı  göstərdiyi  halda,  biz  nə  üçün 
Ona təvəkkül etməməliyik?!
». 
«Təvəkkül» «vəkalət»  kəlməsindəndir  və  vəkil  seçmək 
mənasını verir. Yaxşı vəkildə dörd sifətin olması zəruridir: 
agahlıq, düzlük, qüdrət, mərhəmət.
Vəkilə o zaman ehtiyac yaranır ki, insan özünü müdafiə 
etməyə  qadir  olmur  və  qarşısına  çıxan  çətinliyi  başqa 
birinin köməyi ilə aradan qaldırmaq istəyir.
Mömin  insanın  nəzərində  bütün  qüdrətlərin  fövqündə 
duran  Allah-təala,  istənilən  hadisə  və  çətinlik  zamanı 
yeganə  etibarlı  vəkildir.  Allaha  təvəkkül  edən  mömin 
fəaliyyətsiz  dayanmır.  Hətta  qüvvəsi  çatan  işdə  də,  əsl 
səbəbkar Allahı bilir. 
Allaha 
təvəkkül,
 çətinliklər 
zamanı 
insanın 
müqavimətini  artırır.  Qurani-kərimin  müxtəlif  ayələrində 
belə müqavimətin nümunələri ilə rastlaşırıq: 
«
Allaha  təvəkkül,  cihad  meydanında  iki  vuruşqan 
tayfanın süstlüyünün qarşısını aldı
»
1

«...
İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə, 
Allaha təvəkkül et
»
2
.
«O  şəxslər  şeytana  müqavimət  göstərib,  onun 
təsirindən  çıxa  bilərlər  ki,  iman  və  təvəkkülə  malik 
olsunlar
»
3

Allaha  təvəkkülün  təbii  gedişatla  zidd  olduğunu 
düşünənlər  yanılırlar.  Təbii  səbəbləri  Allahın  iradəsindən 
ayrı bilmək, şirk hesab olunur. Şirk isə, cəhənnəm odu vəd 
edilmiş günahlardandır.
Sual 86:
 Kəşf və ixtira üçün ilahi mükafat varmı?
1
 «Ali-imran» surəsi, ayə 173.
2
 «Ali-imran» surəsi, ayə 159.
3
 «Nəhl» surəsi, ayə 99.
77


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə