Amma misilsiz bəlalar qarşısında Əyyub son nəfəsədək
şükründən əl çəkmədi. Beləcə, «Əyyub səbri» zərbi-məsələ
çevrildi.
Sual 114:
Həddi aşmış ümməti tərk etmək olarmı?
Cavab:
«Ənkəbut» surəsinin 56-cı ayəsində buyurulur:
«
Ey iman gətirmiş bəndələrim, (sizi incidib, əziyyət
verilərsə, hicrət edə bilərsiniz) şübhəsiz ki, mənim
yerim genişdir. Buna görə də, yalnız mənə ibadət edin
».
Ayədən məlum olur ki, həddi aşmış ümmətin təzyiqləri dini
vəzifələrin icrasına mane olursa, başqa bir yerə hicrət etmək
lazımdır.
Amma
unutmaq
olmaz
ki,
adi
insanlarla
peyğəmbərlərin vəzifələri arasında fərqlər mövcuddur.
Peyğəmbərlər yalnız vəhy əsasında hicrət edir və bir yerdən
başqa yerə köçməklə, ilahi buyuruğa əməl edirlər. İbrahim
(ə), Musa (ə) və həzrət Məhəmmədin (s) hicrəti bu
qəbildəndir.
Lakin həddi aşmış ümmətini tərk edən Yunis
peyğəmbər haqqında belə buyurulur: «
Bir zaman o
qəzəblənərək çıxıb getmiş və onu möhnətə düçar
etməyəcəyimizi güman etmişdi
»
1
. Ayədə zikr olunmuş
macəra nə ilə nəticələnir?
İraqın Neynəva məntəqəsində uzun illər qövmünü tək
Allaha itaətə çağıran Yunis peyğəmbər, onların etinasızlığı
ilə qarşılaşır. Bu qövmün inadkarlığından bezərək,
məntəqəni tərk edir. Yunisin süvar olduğu gəmi yolda
tufana düşür. Gəminin kapitanı bu hadisəni gəmidə fərari
olması ilə əlaqələndirib, bir neçə dəfə püşk atır. Hər dəfə
püşk Yunisə düşdüyündən, onun fərari olması kimsədə
şübhə doğurmur. Nəhayət, bəladan qurtulmaq üçün Yunis
1
«Ənbiya» surəsi, ayə 87.
105
dənizə atılır. Böyük dəniz nəhənginin udduğu Yunis,
Allahın möcüzəsi ilə sağ qalır. Allahın qəzəbinə səbəb
olduğunu anlayan Yunisin duası qəbul olur.
Bu hadisə bir daha sübut edir ki, adi insanlar üçün xəta
hesab olunmayan bir iş, peyğəmbərləri çətinliyə sala bilər.
Nə Adəm, nə də Yunis peyğəmbər heç bir günaha yol
verməmişdilər. Sadəcə, daha xeyirli əməli tərk etmişdilər.
Sual 115:
Bütün anaların öz övladlarını unudacağı gün
hansı gündür?
Cavab:
Allah-təala dünya həyatının sona yetməsi ilə
bərpa olacaq qiyamət günü haqqında buyurur: «
Ey
insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamət
gününün zəlzələsi dəhşətli şeydir. Onu görəcəyiniz
gün, hər bir əmzikli ana südəmər körpəsini unudar, hər
bir hamilə qadın bari-həmlini yerə qoyar. İnsanları
məst görərsən. Hansı ki, onlar məst deyil, Allahın əzabı
şiddətlidir
»
1
.
Bəziləri Allah qorxusu ilə adi həyat hadisələrindən
qorxuya eyni səviyyədə yanaşır və Allah qorxusunu, insan
şəxsiyyəti üçün nöqsan hesab edirlər. Həqiqətən də, insanın
gecənin qaranlığından, ölümündən qorxması onun
şəxsiyyəti üçün qəbahətdir. Lakin insanın Allahdan
qorxması onun şəxsiyyətinə nöqsan yox, ucalıq gətirir.
Zalım bir hakimdən qorxu insanı xəyanətə, ədalətsizliyə
sövq etdiyi halda, Allah qorxusu insanda yalnız müqəddəs
hisslər doğurur. Ölümdən qorxan insan, dünyanı əldən
verməmək üçün vətənini də satmağa hazır olduğu halda,
Allahdan qorxan insan, Onun qəzəbinə düçar olmamaq
üçün dünya həyatını qurban verir.
1
«Həcc» surəsi, ayə 1-2.
106
İnsan xarakterinin malik olduğu bütün hisslər, iki
istiqamətdə işlənir. Qorxu da xarakterin malik olduğu
hisslərdəndir. Onun işlənməsi qeyri-mümkündür. Sual
olunur: Əgər Allahdan qorxmaq qəbahətdirsə, bəs nədən
qorxmaq fəzilətlidir?!
İnsanda qorxu hissi mövcuddur və yalnız Allah
qorxusu fəzilət hesab oluna bilər. Bəs dəhşətli qiyamət
zəlzələsi zamanı qorxmamaq mümkündürmü? Bu qorxu
fəzilətdir, yoxsa qəbahət?
Bu suala cavab vermək üçün dünya həyatımızda baş
verən zəlzələləri xatırlamaq lazım gəlir. Qorxunu qəbahət
hesab edənlər bu zəlzələlər zamanı özünü necə aparır?
Bir sözlə, qorxu mövcuddur və insanda müsbət hisslər
aşılayan, onu Allaha yaxınlaşdıran, günahın qarşısını alan
qorxu qəbahət deyildir. Qorxunun məhz müsbət təsirlərini
düşünərək, qiyamət gününü ‒ dəhşətli zəlzələlərlə müşayiət
olunan günü unutmamağımız zəruridir. Bir gün ki, bütün
əmzikli analar südəmər körpəsini unudacaq!
Sual 116:
İnsan həyatı hansı mərhələlərdən ibarətdir?
Cavab:
«Həcc» surəsinin 5-ci ayəsində buyurulur:
«
Həqiqətən, biz sizi torpaqdan, sonra nütfədən, sonra
laxtalanmış qandan, sonra tam şəklə düşmüş və ya
düşməmiş «muzğə»dən (çeynənmiş ətə oxşar şey)
yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində bir
müddət saxlar, sonra uşaq şəklində doğurarıq. Sonra
məqsəd yetkinlik həddinə çatmağınızdadır. Bu arada
kimi ölər, kimi də ömrün elə rəzil həddinə çatar ki,
bildiklərini unudar
».
Ayədən göründüyü kimi, insan həyatı yeddi
mərhələdən ibarətdir:
107
1. Torpaq mərhələsi – yalnız Adəm yox, bütün
insanların ilki topaqdır. Ata-ananın qidalandığı bütün
nemətlər torpaqdan yaranır və ana bətnində nütfə şəklinə
düşür.
2. Nütfə mərhələsi – nütfə torpağın qidalarla ata-ana
orqanizminə ötürdüyü mikrocanlı qatqıdır.
3. Ələqə mərhələsi - ələqə, növbəti laxtalanmış qan
mərhələsidir.
4. Muzğə mərhələsi – laxtalanmış qanın əvvəlcə
çeynənmiş ətə oxşar formaya düşməsi və qəfildə əzaların
formalaşması.
5. Uşaqlıq mərhələsi.
6. Yetkinlik mərhələsi.
7. Qocalıq mərhələsi.
Sual 117:
«Ərzəlil-umur» nədir?
Cavab:
«Ərzəlil-umur» deməklə, Qurani-kərimdə
ömrün ən rəzil dövrü nəzərdə tutulur. Bu, qocalığın elə bir
dövrüdür ki, insan bütün biliklərini yaddan çıxarır. Onun
biliyi, qarşıya çıxan işlərdə tədbiri eynən uşağı xatırladır.
Uşaq kimi xırda bir məsələyə görə narahat olur, bir anda
həm sevinir, həm hövsələdən çıxır. Hətta hərəkətləri də
uşaq hərəkətlərinə bənzəyir. Hansı ki, uşaqdan heç nə
gözləməyənlər ondan çox şey gözləyir. Uşaq yaşa dolduqca
dəyişiləcəyinə ümid olduğu halda, qocadan belə bir intizar
yoxdur. Uşaqla qoca arasındakı fərqlərdən biri budur ki,
uşağın itiriləsi bir şeyi olmadığı halda, qoca ömrünün bütün
sərmayəsini əldən vermişdir. Bütün bu xüsusiyyətləri
nəzərə alanda uşağa nisbətən qocanın halı daha acınacaqlı
görünür.
108
Dostları ilə paylaş: |