Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   30   31   32   33   34   35   36   37   38

Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-
işrətə,  əxlaqsızlığa  sövq  edir.  Qurani-kərimin  «Fürqan» 
surəsinin 72-ci ayəsində buyurulur: «
Allahın xalis bəndəsi 
o  şəxslərdir  ki,  batilə  şahid  durmaz,  puç  bir  şeylə 
rastlaşdıqda, ondan üz çevirib, keçərlər
». İmam Sadiq (ə) 
bu  ayə  haqqında  buyurur:   «
Bu  ayədə  ğina  nəzərdə 
tutulur
».
Musiqisi və sözləri insanı doğru yoldan azdıran ğinanın 
insan mənəviyyatına bir çox mənfi təsirləri vardır:
«Ğina  oxunan  ev  qəm-qüssədən  amanda  qalmaz», 
«Ğina  oxunan  evdə  dua  qəbul  olmaz», «Ğina  oxunan  evə 
mələk nazil olmaz»
1
.
Sual 148:
 Lovğa yeriş insanı hara aparır?
Cavab:
  Loğman  öz  oğluna  belə  nəsihət  verir: «
...Yer 
üzündə  lovğa-lovğa  gəzib  dolanma.  Həqiqətən,  Allah 
özündən  razı  və  lovğalanıb  fəxr  edən  şəxsi  sevməz. 
Yerişində müvazinət gözlə
»
2
.
Uyğun Quran ayələrindən bir daha aydın olur ki, İslam 
dini  öz  ardıcıllarının  bütün  suallarına  əhatəli  cavab  verir. 
Mömin  müsəlmanlara,  hətta  öz  yerlərində  müvazinəti 
gözləmək sifariş olunur. İlk baxışdan əhəmiyyətsiz görünən 
yeriş, əslində insan şəxsiyyətinin nişanələrindəndir.
Həzrət  Peyğəmbər  (s)  buyurur:   «
Lovğa-lovğa, 
təkəbbürlə yeriyən adama yer, yerin altında yatanlar və 
üstündə gəzənlərin hər biri lənət oxuyur
».
3
.
Başqa bir hədisdə Həzrət (s) buyurur: «
Geydiyi libasla 
lovğalanan  insanı,  Allah-təala  cəhənnəm  kənarında 
1
 İmam Sadiqin (ə) kəlamları, «Vəsailüş-şiə», 12-ci cild, səh.225.
2
 «Loğman» surəsi, ayə 18-19.
3
 «Səvabul-əmal».
137


yerin  təkinə  endirib,  Qaruna  yoldaş  edər.  Çünki 
təkəbbürün bünövrəsini Qarun qoyub
»
1
.
Bir  hədisdə  nəql  olunur  ki,  Həzrət  (s)  yoldan 
keçərkən,  adamların  bir  dəlinin  başına  toplandığını 
gördü  və  buyurdu:  «Əsl  dəli,  təkəbbürlə  yol  yeriyən 
insandır
».
Sual 149:
 Susmaq nə vaxt qızıl deyil?
Cavab:
  El  arasında  «danışmaq  gümüşdürsə,  susmaq 
qızıldır»  məsəli,  İslam  dinində  sükuta  verilən  dəyəri  bir 
daha  təsdiq  edir.  İmam  Sadiq  (ə)  buyurur:   «
Sükut, 
düşüncə  rahatlığının  əsasıdır
».  İmam  Əli  ibni  Musa  ər-
Riza (ə) isə belə buyurur: «
Elm, helm və sükut, düşüncə 
əlamətidir. Sükut hikmət qapılarından biridir
»
2
.
Natiqin çıxış etdiyi məclisdə, müəllimin danışdığı sinif 
otağında sakitliyə riayət olunması zərurəti hamı tərəfindən 
qəbul  olunmuşdur.  Məlum  məsələdir  ki,  insan  danışa-
danışa dinləmək qabiliyyətindən məhrumdur. Müəllim dərs 
gedişində  sakit  oturmayan  şagirdi  qaldırır  və  soruşur  ki, 
mən  nədən  danışırdım?  Təbii  ki,  şagird  cavab  verə  bilmir. 
Ətrafda baş verənləri anlamaq üçün sükut zəruri şərtdir. 
Bəs  insan  danışa-danışa  düşünə  bilərmi?  Əlbəttə  ki, 
yox!  Demək,  həyat  çətinliklərini  ilk  əvvəl  düşüncə  ilə 
aradan qaldırmalı olan insan, sükuta möhtacdır!
Amma  əgər  qızıl  ən  qiymətli  şeydirsə,  sükut  həmişə 
qızıl  deyildir.  Özünüz  düşünün,  bəşəriyyəti  ilahi  elmlə 
zinətləndirən  peyğəmbərlər,  zalım  padşahların  zülmünü 
ifşa  edən  natiqlər,  elmin  sirlərini  övladlarımıza  öyrədən 
müəllimlər  sussaydı,  dünya  nə  vəziyyətə  düşərdi?!  Bəli, 
1
 «Səvabul-əmal».
2
 «Vəsail», 8-ci cild, səh. 532.
138


zəruri  olmayan  sözü  udub  susmaqla  bərabər,  həqiqəti 
dünyaya izhar etmək də qızıldır!
Sual 150:
 Bətndəki körpənin oğlan və ya qız olacağını 
əvvəlcədən təyin etmək olarmı?
Cavab:
  «Loğman»  surəsinin  34-cü  ayəsinə  əsasən,  beş 
sahə  haqqında  bilik  yalnız  Allaha  məxsusdur  və  bəşər 
övladı üçün bu elmlər müəssər deyil. Bu beşliyə daxildir: 
1. Qiyamətdən xəbərdarlıq;
2. Yağış;
3. Ana bətnində körpə;
4. Gələcək;
5. Ölüm yeri.
«Nəhcül-bəlağə»də  nəql  olunur:   «Bir  gün  Əli  (ə) 
gələcəkdə  baş  verəcək  hadisələrdən  danışarkən,  yaxın 
adamlardan biri soruşdu: «
Ey Əmirəl-möminin, sən qeyb 
elmi  ilə  tanışsanmı?».  Həzrət  (ə)  gülümsəyərək  cavab 
verdi:   «Dediklərim  qeyb  elmindən  deyil.  Qeyb  elmi 
yalnız  qiyamət  elmidir.  Allah-təala  bətndəki  körpənin 
oğlan  və  ya  qız,  gözəl  və  ya  çirkin,  xoşbəxt  və  ya 
bədbəxt  olacağını  bilir.  Məhz  bunlar  yalnız  Allahın 
bildiyi  qeyb  elmlərindəndir.  Qalanını  isə,  Allah  öz 
rəsuluna, Onun rəsulu isə mənə öyrədib...
».
Yaşadığımız  elmi-texniki  tərəqqi  dövründə  ana 
bətnindəki körpə və yağış haqqında proqnozlar verilir. Bəli, 
məhz  proqnoz!  Proqnoz  isə  həqiqətə  çevrilməyə  də  bilər. 
Proqnoz ilkin məlumatlar olmadan verilə bilməz. Məsələn, 
hazırda yalnız formalaşmış körpə haqqında proqnoz verilir. 
Hansı ki, Allah-təalanın bu sahədəki biliyi vaxtla şərtlənmir. 
Allah  üçün  körpənin  10  günlük  və  ya  iki  aylıq  olmasının 
heç bir fərqi yoxdur.
139


Yağış  haqqında  proqnoz  verilir.  Bu  proqnoz  yalnız 
yağışdan  bir  neçə  gün  əvvəl  verildikdə  özünü  doğruldur. 
Allahın elmində isə yayda qışın, qışda yayın yağıntıları son 
dəqiqliyinədək məlumdur. 
Sual  151:
  Göz  yaşları  ölüm  mələyini  geri  qaytara 
bilərmi?
Cavab:
  Qurani-kərimin  müxtəlif  ayələrinə  əsasən, 
Allah-təala  dünya  işlərini  mələklər  vasitəsi  ilə 
gerçəkləşdirir.  Bu  mələklərdən  bir  qrupu  ruh  alan 
mələklərdir. Onların aparıcısı «ölüm mələyi»dir.
Peyğəmbər  (s)  buyurur:   «
Xəstəliklər  və  dərdlər 
ölümün  elçiləridir.  Ömür  başa  çatdıqda,  ölüm  mələyi 
gəlir  və  deyir:   «Ey  Allah  bəndəsi,  sənə  xəbər  xəbər 
dalınca,  elçi  elçi  dalınca  göndərdim.  Amma  son  xəbər 
mənəm!». Sonra deyər: «Allahın dəvətini qəbul et, istər 
həvəslə,  istər  həvəssiz!».  Ölüm  mələyi  bəndənin 
ruhunu  çıxaranda,  ətrafdakılar  şivən  qoparıb,  göz 
yaşları  axıdarlar.  Ölüm  mələyi  deyər:   «Kimin  üçün 
ağlıyırsınız? Kiminçün göz yaşı axıdırsınız? And olsun 
Allaha  ki,  onun  vaxtı  qurtarıb  və  bütün  ruzisini  alıb. 
Allah  onu  dəvət  edib,  o  da  qəbul  edib».  Yenə  əlavə 
edər:   «Ağlamaq  istəyirsinizsə,  özünüzə  ağlayın!  Son 
nəfərinizin ruhunu çıxaranadək, yanınıza gələcəyəm!
».
Sual  152:
  Gecəni  yatmaq,  yoxsa  oyaq  qalmaq  daha 
faydalıdır?
Cavab:
  Əhli-beyt  hədislərindən  birində  buyurulur: 
«
Alimin  yuxusu  cahilin  ibadətindən  üstündür
». 
Maraqlıdır,  necə  ola bilər  ki,  yuxu  ibadətdən  üstün olsun? 
Başqa  bir  sual:  mürəbbə  baldan  üstün  ola  bilərmi?  Hamı 
bilir  ki,  bal  misilsiz  bir  nemətdir  və  onu  mürəbbə  ilə 
140


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə