Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   30   31   32   33   34   35   36   37   38

«
(Süleyman  dedi:)  Mənim  bu  məktubumu  apar, 
onlara at...
»
«
(Məktubun  məzmunu)  Mənə  qarşı  təkəbbür 
göstərməyin, yanışa müti olaraq gəlin...
».
«
(Səba  padşahı  Bəlqis  dedi:)  Mən  onlara  bir 
hədiyyə göndərəcəyəm...
»
«
Süleymanın  yanına  gəldikdə,  o  dedi: «Siz  mənə 
var-dövlətləmi yardım edirsiniz?...
».
«
...hansınız Bəlqisin taxtını mənə gətirə bilər?
».
«
Kitabdan xəbəri olan birisi, «mən onu sənə bir göz 
qırpımında gətirərəm» dedi
».
«
Süleyman ona (Bəlqisə) Allahdan başqasına ibadət 
etməyi qadağan etdi»
.
Maraqlıdır  ki,  Süleymanın  macərasını  ətraflı  şəkildə 
bəyan  edən  Qurani-kərim,  insanların  diqqətini  nəyə 
yönəltmək  istəyir?  Təfsirçilər  uyğun  macəradan  aşağıdakı 
göstərişləri nəticə çıxarırlar:
1.  Hökumət  rəhbəri  öz  ətrafına  o  qədər  diqqətli 
olmalıdır ki, hətta bir işçinin yoxluğundan xəbərdar olsun;
2.  Bir  nəfərin  səhvə  görə  cəzalandırılmaması, 
başqalarını  da  doğru  yoldan  azdırır.  Rəhbər  buna  yol 
verməməlidir;
3.  Cəzalandırılacaq  şəxsə  özünü  müdafiə  etmək  üçün 
şərait yaradılmalıdır;
5.  İstər  rəhbər,  istər  adi  fərd,  dəlil  və  məntiqə  tabe 
olmalıdır;
6.  Cəmiyyətdə  azadlıq  elə  bir  səviyyəyə  çatmalıdır  ki, 
adi fərd hökumət başçısına sözünü deyə bilsin;
7. Kimsə öz biliyi ilə kifayətlənməməlidir;
8.  Cəmiyyətdə  idarəçiliyin  mürəkkəbliyi  və  Süleyman 
kimi  qüdrətli  padşahın  adi  bir  quşa  möhtac  ola  bilməsi 
unudulmamalıdır;
129


9.  Qadın  öz  zərif  təbiəti  ilə  hökumət  başçılığına  qadir 
deyil;
10. Millət, adətən, rəhbərin dinində olur.
Sual 140:
 Məktub necə yazılmalıdır?
Cavab:
  Həzrət  Əli  (ə)  öz  nümayəndələrinə  yazırdı: 
«
Qələmlərinizin  ucunu  iti  edin.  Sətirləri  bir-birinə 
yaxın  yerləşdirin.  Məktublarınızdan  artıq  sözləri 
çıxarın.  Daha  çox  mənaya  diqqət  edin.  Uzunçuluqdan 
çəkinin,  çünki  müsəlmanların  büdcəsində  artıq  xərcə 
imkan yoxdur
»
1

Qələmin ucu iti olarsa, sözlər kiçik yazılar. Sətirlər bir-
birinə  yaxın  olduqda,  yerlə  yanaşı  yazanın  və  oxuyanın 
vaxtına  da  qənaət  olunar.  Deyilənlərə  nümunə  olaraq, 
həzrət  Məhəmmədin  (s)  Xosrov  Pərvizə,  Rum  Qeysərinə 
yazdığı məktubları göstərmək olar.
«Nəhcül-bəlağə»də  oxuyuruq:   «
Elçi  sənin  əqlinin 
təkrarçısıdır.  Sənin  haqqında  ən  maraqlı  danışan, 
yazdığın məktubdur
». İmam Sadiq (ə) buyurur: «
İnsanın 
yazdığı məktub, onun ağıl səviyyəsini göstərir
»
2

İslam  dinində  məktubla  bağlı  bir  sıra  göstərişlər 
mövcuddur.  Salamın  cavabı  vacib  olduğu  kimi  məktubun 
da  cavabı  vacibdir.  Salam  haqqında  isə  Qurani-kərimdə 
buyurulur: «
Sizə salam veriləndə ona ya olduğu kimi, ya 
da daha gözəl şəkildə cavab verin
»
3
.
Sual 141:
 Paklıq nöqsan hesab oluna bilərmi?
1
 «Xisali-Səduq». 
2
 «Biharul-ənvar», 76-cı cild, səh. 50.
3
 «Nisa» surəsi, ayə 86.
130


Cavab:
  Paklıq  bəşər  övladı  üçün  ən  böyük 
üstünlükdür.  Belə  olduğu  təqdirdə,  paklıq  nümunəsi  olan 
peyğəmbərlər  və  imamlar,  övliyalar  və  zahidlər  nə  üçün, 
adətən,  ya  öz  vətənlərindən  didərgin  düşmüş,  ya  da 
zindanlarda  əzab-əziyyətə  düçar  edilmişlər?   «Nəml» 
surəsinin 56-cı ayəsində buyurulur: «
Lut tayfasının cavabı, 
yalnız  bu  olmuşdu:   «Lutun  ailəsini  yurdunuzdan 
qovub  çıxardın.  Çünki  onlar  təmiz  qalmaq  istəyən 
insanlardır
».
Dünyanın  bir  çox  ölkələrində  hökm  sürən  zorakı 
rejimlər,  adətən,  bir  qrup  mənsəbpərəst  rüşvətxordan 
ibarətdir. Pak insanlar millətlərin çəkdiyi zülm və sitəmlərlə 
barışmayıb  hər  zaman  qiyam  arzusunda  olduqlarından, 
belə cəmiyyətlərdə onlara yer olmur.
Şərqdə geniş yayılmış «Dabbağ və ətir» hekayəsi uyğun 
mövzuda  gözəl  misaldır:  Daim  üfunətli  dərilər  arasında 
işləyən Dabbağ bir gün təsadüfən əttarlar küçəsindən keçir. 
Ətirlərin  qoxusundan  bihuş  olmuş  dabbağ,  ölümcül 
vəziyyətə  gəlir.  Onu  müayinə  edən  təbib,  Dabbağın  təcili 
üfunətli  dabbağxanaya  aparılmasını  məsləhət  görür. 
Dərilərin  qoxusu  dabbağın  burnuna  dəydikcə,  o  özünə 
qayıdır.
Bəli,  bəşər  tarixi  boyunca  günahkarlığa  rəvac  verilmiş 
cəmiyyətlərdə  paklıq,  vicdan,  dindarlıq  nöqsan  hesab 
olunmuşdur. Belə cəmiyyətlərdə spirtli içki içməyən, haram 
tikə yeməyən, yalan danışmayan insanlara yer olmamış və 
olmayacaqdır.
Sual 142:
 «Muztərr» kimdir? 
131


Cavab:
  «Muztərr»  ərəbcədən  tərcümədə,   «əli  hər 
yerdən  üzülmüş»  mənasını  verir.  «Nəml»  surəsinin  62-ci 
ayəsində  oxuyuruq:  
«(Bütlər  yaxşıdır)  Yoxsa  əli  hər 
yerdən  üzülüb  darda  qalan  kimsənin  duasını  qəbul 
edən,  şəri  sovuşduran,  sizi  yer  üzünün  varisləri  təyin 
edən Kəs?!
».
Sözsüz  ki,  Allah-təala  bütün  ilkin  şərtlərə  əməl  edən 
insanın  duasını  qəbul  edir.  Lakin  yuxarıdakı  ayədə  zikr 
olunan  çarəsizlik  halı  duanın  qəbul  olunmasının  başlıca 
şərtlərindəndir.  Bu  hala  düşmüş  insan,  öz  müşkülünün 
həllində  yalnız  Allahı  təsirli  bilir  və  Ondan  başqa  heç  bir 
kimsədən yardım gözləmir.
Ayədən  belə  bir  nəticə  çıxarmaq  olmaz  ki,  mömin 
bəndə əlini yanına salıb, hərəkətsiz bir halda Allahdan çarə 
gözləməlidir.  O,  sadəcə  çalışdığı  zaman  hər  şeyin  Allah 
iradəsindən asılı olduğunu unutmamalıdır. İmam Sadiq (ə) 
buyurur: «
Bu ayə Məhəmməd (s) ailəsindən olan imam 
Mehdi  (ə)  haqqındadır.  And  olsun  Allaha  «müztərr» 
Odur.  O,  İbrahim  məqamında  durub,  əllərini  Allah 
dərgahına  qaldırar  və  dua  edər.  Allah-təala  onun 
duasını  qəbul  edib,  bütün  narahatçılıqları  aradan 
qaldırar və onu yer üzünə xəlifə təyin edər
»
1
.
Əlbəttə ki, ayə təkcə  əsrin  imamı  Mehdiyə  (ə)  şamil 
olunmur.  Sadəcə,  ayənin  məfhumunun  aydınlaşması 
üçün imam Mehdi (ə) ən gözəl nümunədir. Həzrətin (ə) 
zühurundan öncə dünyanı zülm-sitəm bürüyəcəyi, əksər 
insanların  əlinin  hər  yerdən  üzüləcəyini  bilirik.  Həmin 
dövrdə  dünyanın  müxtəlif  nöqtələrində  çarəsiz  insanlar 
Allah dərgahına əl açıb, qurtuluş istəyəcəkdir. Allahın bu 
1
 «Təfsiri Nurus-səqəleyn», 4-cü cild, səh. 94.
132


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə