Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   30   31   32   33   34   35   36   37   38

3. Heyvanlar cəmiyyət üçün həmişə faydalıdırlar;
4.  Heyvanlar  nə  qədər  vəhşi  olsalar  da,  müharibə 
törətmək qüdrətində deyillər;
5. İnsan, əqlini nəfsinə qurban verdiyi halda, heyvanlar 
öz təbii xüsusiyyətlərindən ‒ instinkdən kənara çıxmır;
6.  Heyvanlar  öz  pis  işini  yaxşı  qələmə  vermir,  necə 
varsa, elə də görünürlər.
Sual 135:
 Şirin su şor suya qatışmadan dura bilərmi?
Cavab:
  «Fürqan»  surəsinin  53-cü  ayəsində  buyurulur: 
«
Birinin suyu çox şirin, digərininki isə olduqca şor olan 
iki  dənizi  qovuşduran,  aralarında  sədd  qoyan  Odur
». 
Ayədə Allah-təala əzəmətinin dəlili olan yaranış nizamının 
incəliklərindən danışılır.
Maraqlıdır,  şirin  və  şor  su  arasında  qoyulan 
gözəgörünməz 
sədd 
nədir?
 Elmin 
bu 
günkü 
naliyyətlərindən  istifadə  edərək,  həmin  «gözəgörünməz 
sədd»in qatılıqlar arasındakı fərqdən ibarət olduğunu deyə 
bilərik.  Başqa  sözlə,  şirin  suyun  qatılığı  şor  suyun 
qatılığından  fərqlənir  və  bu  fərq,  sanki  onlar  arasında 
çəkilmiş pərdə rolunu oynayır.
Bəs,  bir-birinə  qovuşmuş,  biri  şirin  o  biri  isə  şor  iki 
dəniz  haradadır?  Cavab  belədir  ki,  bütün  böyük  çayların 
dənizə töküldüyü yerdə şirin su kütləsi yaranır və bu kütlə 
uzun  müddət  qorunur.  Təyyarə  vasitəsilə  uyğun  su 
kütlələrinin  üzərindən  uçduqda,  şirin  su  ilə  şor  su 
arasındakı sərhəd aydın görünür.
Sual 136:
 Günah savabla əvəz oluna bilərmi?
Cavab:
  «Fürqan»  surəsinin  70-ci  ayəsində  oxuyuruq: 
«(Günahkarlar  əzaba  düçar  olarlar)  Ancaq  tövbə  edib 
125


iman  gətirən  və  yaxşı  işlər  görənlərdən  başqa.  Allah 
onların pis əməllərini yaxşı əməllərə çevirər
».
Sevimli  səhabə  Əbuzər  Peyğəmbərdən  (s)  belə  nəql 
edir: «
Qiyamət günü Allah-təala bəzi insanların böyük 
günahlarının üstünün açılmaması barədə göstəriş verər. 
Kiçik  günahları  haqqında  sorğuya  çəkilən  bu  insanlar 
həmin  günahları  etiraf  edərkən,  öz  böyük  günahları 
haqqında  düşünüb,  qorxarlar.  Bu  zaman  Allah-təala 
istədiyi  bəndələrin  hər  bir  günahı  əvəzində  bir  savab 
verilməsini  buyurar.  İnsan  heyrət  içində  böyük 
günahlarını axtara-axtara qalar
»
1

Lakin  ayə  və  hədisdə  deyilənlər,  yalnız  həqiqi  tövbə 
edənləri  nəzərdə  tutur.  Həqiqi  tövbə  isə  günahın 
çirkinliyinə, ondan gələn zərər-ziyana görə olmalıdır. Əgər 
bir  insan  yalnız  orqanizmə  zərərinə  görə  spirtli  içkiləri 
atırsa,  bu  həqiqi  tövbə  deyildir.  Həqiqi  tövbə  Allahın 
yoluna  qayıdış,  Allahı  razı  salmaq  niyyəti  ilə  həyata 
keçirilməlidir.
Sual 137:
 Güc çatmayan məsələni necə həll etmək olar?
Cavab:  
«Fürqan»  surəsinin  son  ayəsində  buyurulur: 
«
De  ki,  duanız  olmasa,  Rəbbimin  yanında  heç  bir 
dəyəriniz yoxdur
».
Ayə və rəvayətlərdə duanın əhəmiyyətinə kifayət qədər 
işarə  olunmuşdur.  Nəfsini  paklandırmaq,  kamil  bir  insan 
olmaq  qərarına  gəlmiş  insan  üçün  ilk  yardımçı  duadır. 
İnsan  qüdrətindən  xaric  olan  bütün  işlər  həqiqi  dua  ilə 
həyata keçir. Sadə bir misal: Min dörd yüz ildir ki, İslama 
ümid  yeri,  sığınacaq  kimi  baxan  cəmiyyətlərdə  «Allahdan 
yağış  istəmək»  kimi  bir  ənənə  vardır.  Quraqlıqdan  məhv 
olma təhlükəsi ilə üzləşmiş əkin sahələrini xilas etmək üçün 
1
 «Nurus-səqəleyn», 4-cü cild, səh. 33.
126


insanlar çiyin-çiyinə dayanıb, namaz qılır və Allahdan yağış 
istəyirlər.  Belə  duaların  haradasa  qəbul  olunmamasına 
təsadüf olunmayıb. 
Lakin  duanın  şərtləri  vardır.  İlkin  şərt  dua  zamanı 
çağırdığın  Allahı  tanımaqdır.  Dua  məqamında  ruhun 
paklığı,  onun  hazırlığı  ikinci  şərtdir.  Duanın  üçüncü  şərti, 
Allahı  razı  salmaqdır.  Əgər  Allah-təala  bir  insandan 
narazıdırsa,  çətin  ki,  onun  duasını  qəbul  edə.  Dua  zamanı 
bütün  diqqətin  Allaha  yönəldilməsi,  duanın  dördüncü 
şərtidir.
İslam Peyğəmbəri (s) buyurur: «
Dua möminin silahı, 
dinin sütunu, yerin və göyün nurudur
»
1
.
Sual 138:
 İslamda şerə və şairə münasibət necədir?
Cavab:
  İslamın  «insan  azadlıqlarını  məhdudlaşdıran» 
bir  ideologiya  kimi  təqdim  olunmasında  maraqlı  olanlar, 
Quranın  bir  ayəsini  ayrıca  götürərək,  manevr  edirlər.  Belə 
ayələrdən  biri  «Şüəra»  surəsinin  224-cü  ayəsidir.  Ayədə 
buyurulur:   «
Şairlərə  gəlincə,  onlara  yalnız  azğınlar 
uyar
».  İlk  baxışdan  belə  görünə  bilər  ki,  İslam  dini  şer  və 
şairlə  müxalifdir.  Hansı  ki,  uyğun  surənin  227-ci  ayəsində 
qeyd  olunur:   «
Ancaq  iman  gətirib  yaxşı  işlər  görən, 
Allahı  çox  zikr  edən,  zülmə  uğradıqdan  sonra 
intiqamını alanlardan başqa!
». 
Ayədə açıq-aşkar şəkildə həqiqətə «boyun əyən» şerlər 
və şairlər istisna olunur.Əksər sənət sahələrinə diqqət etsək, 
mənfi  və  müsbət  olmaqla,  iki  istiqamətlə  rastlaşırıq. 
Götürək  rəssamlığı.  Əgər  rəssam  öz  istedadını  zülm  və 
əxlaqsızlığın təbliğinə sərf edirsə, Əlbəttə ki, onun fəaliyyəti 
zərərlidir. Olsun musiqi. Musiqi insanları əyyaşlığa, kazino 
1
 «Üsuli-kafi», 2-ci cild.
127


və barlara səslədiyi kimi, döyüş meydanlarına da haraylaya 
bilər. Şer də belədir. Ədaləti, həqiqəti, vətən sevgisini təbliğ 
edən  şer  nəinki  pis  deyil,  olduqca  təqdirəlayiqdir.  Həzrət 
Məhəmməd (s) buyurur: «
Şerin bəzisi hikmət, bəzisi isə 
sehrdir
»
1

Müasir  dünyamızda  eyş-işrətin  təbliği  o  qədər 
güclənmişdir  ki,  əksər  sənət  sahələri  onun  inhisarına 
düşmüşdür.  Bu  gün  həqiqəti,  yoxsa  rəzaləti  təbliğ  edən 
şerlər  çoxdur?  Ümumiyyətlə,  Nizami,  Füzuli  kimi  şairlər 
yetirmiş xalq şer haqqında nə düşünür? Düşünək! 
Sual  139:
  Süleyman  peyğəmbərin  macəraları  bizə  nə 
öyrədir?
Cavab:
  Qurani-kərim  «Nəml»  surəsinin  16-43-ca 
ayələrində Süleyman haqqında buyurur: 
«
Biz Davuda və Süleymana elm verdik...
».
«
Süleyman  Davuda  vərəsə  oldu  və  dedi:   «Ey 
insanlar bizə quş dili öyrədildi...
».
«
Süleyman  insan,  cin  və  quşlardan  ibarət  qoşun 
topladı...
»
«
Sonra  Süleyman  quşları  yoxlayıb,  dedi:   «Hüd-
hüdü niyə görmürəm?...
».
«
And  olsun  ki,  aşkar  bir  dəlil  gətirməsə,  ona 
şiddətli əzab verərəm...
».
«
Hüd-hüd  gəlib  dedi:   «Sənin  bilmədiyin  bir  şey 
öyrəndim. Sənə Səbadan doğru xəbər gətirmişəm
».
«
Mən onlara padşahlıq edən bir qadın gördüm...
».
«
Mən  onun  və  tayfasının  Allahı  qoyub,  günəşə 
sitayiş etdiklərini gördüm...
».
1
 «Əl-ğədir», 2-ci cild, səh.9.
128


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə