Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


verdiyimiz  əyan-əşrəfi  dedilər: «Bu  sizin  kimi  adi  bir



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   26   27   28   29   30   31   32   33   ...   38

verdiyimiz  əyan-əşrəfi  dedilər: «Bu  sizin  kimi  adi  bir 
insandır...
».
Bər-bəzəkli  gün-güzəran  qurmaq,  başqalarının  haqqını 
qəsb etmədən mümkün olmur. Dünyada böyük var-dövlət 
qazanmaq  üçün  əksər  hallarda  peyğəmbərləri  və  onların 
buyuruqlarını  inkar  etməkdən  başqa  yol  yoxdur.  Baxın 
ətrafa.  Kübar  həyat  tərzi  keçirənləri  necə  görürsünüz? 
Cəmiyyətdə spirtli içkiləri, əxlaqsızlığı, sələmçiliyi və başqa 
min bir fəsadı törədən həmin təbəqə deyilmi?!
Sual  122:
  Nə  üçün  insanların  əksəriyyəti  həqiqəti 
xoşlamır?
Cavab:
 Ola bilsin ki, bu mövqeyə etiraz edənlər tapıla. 
Axı ən qəddar cinayətkarlar da, həqiqəti sevdiklərini iddia 
edirlər. Burada iki mühüm nöqtəni qeyd etmək zəruridir.
Əvvəla,  həqiqəti dildə, başqa sözlə sözdə qəbul  etmək 
hələ  həqiqəti  sevmək  deyildir.  Həqiqətə  bağlılıq  əməldə 
sübut  olunmalıdır.  Həqiqəti  sevən  insan,  bu  həqiqət  onun 
zərərinə  olsa  belə,  etiraz  etməz.  Amma  sözdə  həqiqətdən 
dəm  vuranlar,  həqiqət  onlara  qarşı  olduqda  bəhanəyə  əl 
atarlar. 
İkincisi,  bəziləri  elə  güman  edirlər  ki,  həqiqət  nisbi 
anlayışdır. Amma əslində Allah bir olduğu kimi, həqiqət də 
birdir. Əgər bir tayfa müsəlman, o biri tayfa bütpərəstdirsə, 
bu o demək deyil ki, həqiqi din ikidir. Əgər nəzərə alsaq ki, 
dünyada  yalnız  bir  həqiqi  din  mövcuddur,  aydınlaşar  ki, 
bəşəriyyətin  böyük  bir  hissəsi  həqiqətdən  uzaqdır.  Bu 
barədə Qur´anda belə buyurulur:
113


«
...Peyğəmbər  onlara  haqq  olan  Quranla  gəldi. 
Lakin onların əksəriyyəti haqqı xoşlamır
»
1
.
«
İnsanların əksəriyyəti şükr edən deyil
»
2
.
«
İnsanların əksəri iman gətirməz
»
3
.
«
İnsanların əksəri bilməz
»
4
.
Bu ayələr uyğun məsələyə Quranın münasibətini açıq-
aşkar  bəyan  edir.  Bəs  nə  üçün  əksəriyyət  haqqı  xoşlamır? 
Cavab  olduqca  sadədir:  Allahdan  çəkinməyib,  dünya 
istəklərinə  uyan  insan,  həqiqətə  təslim  olmaq  iqtidarında 
deyildir!
Sual 123:
 Hal-hazırda ölənlərin məskəni haradadır?
Cavab:
  Qiyamət  günü  Adəmdən  bu  yana  bütün 
ölənlərin  dirilib,  qiyamət  sorğusuna  çəkiləcəyini,  kiminin 
behiştə,  kimininsə  cəhənnəmə  sakin  olacağını  bilirik.  Bəs, 
hal-hazırda dünyadan köçənlər qiyamət gününədək harada 
gözləyir?  Qurani-kərimdə  buyurulur:   «
(Ölənlər  geri 
qayıda  bilməz)  onların  qarşısındakı  qaldırılacaq 
günədək aralıq (bərzəx) vardır
»
5
.
Qiyamət qopan anadək ölənlərin müvəqqəti yerləşdiyi 
məskən  ərəbcə  «bərzəx»  adlandırılmışdır.  Bu  sözün  lüğəti 
mənası,   «iki  şey  arasında  yerləşən»dir.  Ayə  və  hədislər 
dünya  və  axirət  arasında  belə  bir  aləmin  olduğunu  təsdiq 
edir.
İmam  Sadiq  (ə)  buyurur:   «
Bərzəx,  dünya  və  axirət 
arasında  mükafat  və  cəza  verilən  qəbr  aləmidir.  And 
1
 «Möminun» surəsi, ayə 70.
2
 «Bəqərə» surəsi, ayə 243.
3
 «Hud» surəsi, ayə 17.
4
 «Əraf» surəsi, ayə 187.
5
 «Möminun» surəsi, ayə 100.
114


olsun  Allaha,  yalnız  sizin  bərzəx  dünyanız  üçün 
qorxuruq
»
1
.
Bəzi  rəvayətlərdə  insanlar  xalis  mömin,  xalis  kafir  və 
orta  vəziyyətdə  olmaqla,  üç  qrupa  bölünürlər.  Xalis 
möminlər  bərzəx  behiştinə,  xalis  kafirlər  bərzəx 
cəhənnəminə  gedirsə,  üçüncü  qrup  mənsub  insanlar 
bərzəxdən qəflət içində keçirlər. 
Sual  124:
  Qiyamət  sorğusunda  peyğəmbər  nəslindən 
olmağın faydası varmı?
Cavab:
  İslam  peyğəmbəri  həzrət  Məhəmmədin  (s) 
layiqli  nəvəsi  dördüncü  imam  Zeynəl-Abidin  (ə)  buyurur: 
«
Allah-təala  behişti,  Həbəşi  qul  da  olmuş  olsa,  Ona 
itaət  edən  saleh  əməl  sahibləri  üçün  yaradıb. 
Cəhənnəmi  isə,  Qüreyş  övladı  da  olmuş  olsa,  Ona 
itaətdən boyun qaçıranlar üçün xəlq edib
»
2

«Möminun» surəsinin 101-ci ayəsində buyurulur: «
Sur 
çalındığı gün, artıq onların arasında heç bir qohumluq 
əlaqəsi qalmaz və bir-birlərindən kömək istəməzlər
».
Ravilərdən  biri  belə  nəql  edir: «Aylı  bir  gecədə  Allah 
evini  təvaf  edərkən,  könül  oxşayan  gözəl  və  qəmli  bir  səs 
eşitdim.  Göz  gəzdirəndə  üzündən  nur  yağan  bir  gəncin 
Kəbə  pərdəsindən  tutub,  dua  etdiyini  gördüm.  O,  deyirdi: 
«Ey  mənim  böyüyüm,  ey  mənim  ağam!  Bəndələrinin 
gözünü  yuxu  aparıb,  ulduzlar  bir-birinin  ardınca  məğrib 
üfüqlərində  gözdən  itir.  Sən  isə  oyaqsan,  ətrafında  heç 
zaman  yuxu  dolanmaz.  Bu  gecə  yarısı  padşahlar  qapısını 
bağlamış,  dostlar  bir-birindən  ayrılmışdır.  Ehtiyaclıların 
üzünə  açıq  qalan  bircə  sənin  qapındır.  Qapına  gəlmişəm, 
xətakaram. Bağışlanmağa ümidlə gəlmişəm! Lütf nəzərinin 
1
 «Təfsiri Nurus-səqəleyn», 2-ci cild, səh. 553.
2
 «Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 564.
115


istəyi  ilə  gəlmişəm!».  Onu  tanıdım.  Bu,  imam  Zeynəl-
Abidin (ə) idi.
Yaxınlaşıb  dedim:   «Ey  peyğəmbər  balası,  sizin 
haqqınızda  təthir  ayəsi  nazil  olub.  Bu  göz  yaşları  nədir?». 
İmam  (ə)  buyurdu: «Allah-təala  behişti  itəaətkar  bəndələr, 
cəhənnəmi  isə  asilər  üçün  yaradıb.  Qiyamət  sorğusunda 
Həbəşi qul, ya Qüreyş başçısı olmağın heç bir fərqi yoxdur».
Sual 125:
 Yer üzündə neçə il qaldınız? 
Cavab:
  Allah-təala  qiyamət  günü  kafirlərdən  soruşar: 
«
Yer üzündə neçə il qaldınız?» Onlar cavab verər: «Bir 
gün, yaxud bir gündən də az
»
1

Həqiqətən,  axirət  həyatı  ilə  müqayisədə  dünya  həyatı 
olduqca qısadır. Lakin nəfs istəklərinə uyub, dünyanın bər-
bəzəyinə  baş  qatan  insan,  bu  dünyada  əbədi  yaşayacağını 
zənn  edir.  Agah  və  imanlı  insanlar  isə,  heç  zaman  belə 
düşünmür.
Həzrət  Peyğəmbər  (s)  buyurur: «
Dünyanın  şirinliyi 
axirətin  acılığı,  dünyanın  acılığı  axirətin  şirinliyidir
». 
Başqa bir hədisdə buyurulur: «
Bütün xətaların başlanğıcı 
dünya sevgisidir
».
Həzrət  Əli  (ə)  buyurur: «
Qəlbini  dünya  məhəbbəti 
tutmuş şəxs, Allah sevgisində iddialı ola bilməz
».
Başqa  bir  hədisdə  belə  buyurur: «
Ən  böyük  günah, 
dünya sevgisidir
».
70 illik bir ömrün cəmi 614880 saatdır olduğunu nəzərə 
alsaq,  dünya  həyatını  əyləcədə  keçirməyin  nəticəsi  aydın 
olar:  qiyamət  günündə  üzücü  təəssüf  və  gecikmiş 
yalvarışlar!:   «
Ey  Rəbbimiz,  bizi  cəhənnəm  odundan 
1
 «Möminun» surəsi, ayə 112-113.
116


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə