Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

Amma  misilsiz  bəlalar  qarşısında  Əyyub  son  nəfəsədək 
şükründən əl çəkmədi. Beləcə, «Əyyub səbri» zərbi-məsələ 
çevrildi.
Sual 114:
 Həddi aşmış ümməti tərk etmək olarmı?
Cavab:
 «Ənkəbut» surəsinin 56-cı ayəsində buyurulur: 
«
Ey  iman  gətirmiş  bəndələrim,   (sizi  incidib,  əziyyət 
verilərsə,  hicrət  edə  bilərsiniz)  şübhəsiz  ki,  mənim 
yerim genişdir. Buna görə də, yalnız mənə ibadət edin
». 
Ayədən məlum olur ki, həddi aşmış ümmətin təzyiqləri dini 
vəzifələrin icrasına mane olursa, başqa bir yerə hicrət etmək 
lazımdır. 
Amma 
unutmaq 
olmaz 
ki,
 adi 
insanlarla 
peyğəmbərlərin  vəzifələri  arasında  fərqlər  mövcuddur. 
Peyğəmbərlər yalnız vəhy əsasında hicrət edir və bir yerdən 
başqa yerə köçməklə, ilahi buyuruğa əməl edirlər. İbrahim 
(ə),  Musa  (ə)  və  həzrət  Məhəmmədin  (s)  hicrəti  bu 
qəbildəndir.
Lakin  həddi  aşmış  ümmətini  tərk  edən  Yunis 
peyğəmbər  haqqında  belə  buyurulur:   «
Bir  zaman  o 
qəzəblənərək  çıxıb  getmiş  və  onu  möhnətə  düçar 
etməyəcəyimizi  güman  etmişdi
»
1
.  Ayədə  zikr  olunmuş 
macəra nə ilə nəticələnir?
İraqın Neynəva məntəqəsində uzun illər qövmünü tək 
Allaha itaətə çağıran Yunis peyğəmbər, onların etinasızlığı 
ilə  qarşılaşır.  Bu  qövmün  inadkarlığından  bezərək, 
məntəqəni  tərk  edir.  Yunisin  süvar  olduğu  gəmi  yolda 
tufana  düşür.  Gəminin  kapitanı  bu  hadisəni  gəmidə  fərari 
olması  ilə  əlaqələndirib,  bir  neçə  dəfə  püşk  atır.  Hər  dəfə 
püşk  Yunisə  düşdüyündən,  onun  fərari  olması  kimsədə 
şübhə doğurmur. Nəhayət, bəladan qurtulmaq üçün Yunis 
1
 «Ənbiya» surəsi, ayə 87.
105


dənizə  atılır.  Böyük  dəniz  nəhənginin  udduğu  Yunis, 
Allahın  möcüzəsi  ilə  sağ  qalır.  Allahın  qəzəbinə  səbəb 
olduğunu anlayan Yunisin duası qəbul olur.
Bu hadisə bir daha sübut edir ki, adi insanlar üçün xəta 
hesab  olunmayan  bir  iş,  peyğəmbərləri  çətinliyə  sala  bilər. 
Nə  Adəm,  nə  də  Yunis  peyğəmbər  heç  bir  günaha  yol 
verməmişdilər. Sadəcə, daha xeyirli əməli tərk etmişdilər.
Sual 115:
 Bütün anaların öz övladlarını unudacağı gün 
hansı gündür?
Cavab:
  Allah-təala  dünya  həyatının  sona  yetməsi  ilə 
bərpa  olacaq  qiyamət  günü  haqqında  buyurur:   «
Ey 
insanlar,  Rəbbinizdən  qorxun!  Həqiqətən,  qiyamət 
gününün  zəlzələsi  dəhşətli  şeydir.  Onu  görəcəyiniz 
gün, hər bir əmzikli ana südəmər körpəsini unudar, hər 
bir  hamilə  qadın  bari-həmlini  yerə  qoyar.  İnsanları 
məst görərsən. Hansı ki, onlar məst deyil, Allahın əzabı 
şiddətlidir
»
1

Bəziləri  Allah  qorxusu  ilə  adi  həyat  hadisələrindən 
qorxuya eyni səviyyədə yanaşır və Allah qorxusunu, insan 
şəxsiyyəti üçün nöqsan hesab edirlər. Həqiqətən də, insanın 
gecənin  qaranlığından,  ölümündən  qorxması  onun 
şəxsiyyəti  üçün  qəbahətdir.  Lakin  insanın  Allahdan 
qorxması  onun  şəxsiyyətinə  nöqsan  yox,  ucalıq  gətirir. 
Zalım  bir  hakimdən  qorxu  insanı  xəyanətə,  ədalətsizliyə 
sövq etdiyi halda, Allah qorxusu insanda yalnız müqəddəs 
hisslər  doğurur.  Ölümdən  qorxan  insan,  dünyanı  əldən 
verməmək  üçün  vətənini  də  satmağa  hazır  olduğu  halda, 
Allahdan  qorxan  insan,  Onun  qəzəbinə  düçar  olmamaq 
üçün dünya həyatını qurban verir. 
1
 «Həcc» surəsi, ayə 1-2.
106


İnsan  xarakterinin  malik  olduğu  bütün  hisslər,  iki 
istiqamətdə  işlənir.  Qorxu  da  xarakterin  malik  olduğu 
hisslərdəndir.  Onun  işlənməsi  qeyri-mümkündür.  Sual 
olunur:  Əgər  Allahdan  qorxmaq  qəbahətdirsə,  bəs  nədən 
qorxmaq fəzilətlidir?!
İnsanda  qorxu  hissi  mövcuddur  və  yalnız  Allah 
qorxusu  fəzilət  hesab  oluna  bilər.  Bəs  dəhşətli  qiyamət 
zəlzələsi  zamanı  qorxmamaq  mümkündürmü?  Bu  qorxu 
fəzilətdir, yoxsa qəbahət?
Bu  suala  cavab  vermək  üçün  dünya  həyatımızda  baş 
verən  zəlzələləri  xatırlamaq  lazım  gəlir.  Qorxunu  qəbahət 
hesab edənlər bu zəlzələlər zamanı özünü necə aparır? 
Bir sözlə, qorxu mövcuddur və insanda müsbət hisslər 
aşılayan,  onu  Allaha  yaxınlaşdıran,  günahın  qarşısını  alan 
qorxu qəbahət deyildir. Qorxunun məhz müsbət təsirlərini 
düşünərək, qiyamət gününü ‒ dəhşətli zəlzələlərlə müşayiət 
olunan  günü  unutmamağımız  zəruridir.  Bir  gün  ki,  bütün 
əmzikli analar südəmər körpəsini unudacaq!
Sual 116:
 İnsan həyatı hansı mərhələlərdən ibarətdir?
Cavab:
  «Həcc»  surəsinin  5-ci  ayəsində  buyurulur: 
«
Həqiqətən,  biz  sizi  torpaqdan,  sonra  nütfədən,  sonra 
laxtalanmış  qandan,  sonra  tam  şəklə  düşmüş  və  ya 
düşməmiş  «muzğə»dən  (çeynənmiş  ətə  oxşar  şey) 
yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində bir 
müddət  saxlar,  sonra  uşaq  şəklində  doğurarıq.  Sonra 
məqsəd  yetkinlik  həddinə  çatmağınızdadır.  Bu  arada 
kimi  ölər,  kimi  də  ömrün  elə  rəzil  həddinə  çatar  ki, 
bildiklərini unudar
».
Ayədən  göründüyü  kimi,  insan  həyatı  yeddi 
mərhələdən ibarətdir:
107


1.  Torpaq  mərhələsi  –  yalnız  Adəm  yox,  bütün 
insanların  ilki  topaqdır.  Ata-ananın  qidalandığı  bütün 
nemətlər  torpaqdan  yaranır  və  ana  bətnində  nütfə  şəklinə 
düşür.
2.  Nütfə  mərhələsi  –  nütfə  torpağın  qidalarla  ata-ana 
orqanizminə ötürdüyü mikrocanlı qatqıdır.
3.  Ələqə  mərhələsi  -  ələqə,  növbəti  laxtalanmış  qan 
mərhələsidir.
4.  Muzğə  mərhələsi  –  laxtalanmış  qanın  əvvəlcə 
çeynənmiş  ətə  oxşar  formaya  düşməsi  və  qəfildə  əzaların 
formalaşması.
5. Uşaqlıq mərhələsi.
6. Yetkinlik mərhələsi.
7. Qocalıq mərhələsi.
Sual 117:
 «Ərzəlil-umur» nədir?
Cavab:
  «Ərzəlil-umur»  deməklə,  Qurani-kərimdə 
ömrün ən rəzil dövrü nəzərdə tutulur. Bu, qocalığın elə bir 
dövrüdür  ki,  insan  bütün  biliklərini  yaddan  çıxarır.  Onun 
biliyi,  qarşıya  çıxan  işlərdə  tədbiri  eynən  uşağı  xatırladır. 
Uşaq  kimi  xırda  bir  məsələyə  görə  narahat  olur,  bir  anda 
həm  sevinir,  həm  hövsələdən  çıxır.  Hətta  hərəkətləri  də 
uşaq  hərəkətlərinə  bənzəyir.  Hansı  ki,  uşaqdan  heç  nə 
gözləməyənlər ondan çox şey gözləyir. Uşaq yaşa dolduqca 
dəyişiləcəyinə ümid olduğu halda, qocadan belə bir intizar 
yoxdur.  Uşaqla  qoca  arasındakı  fərqlərdən  biri  budur  ki, 
uşağın itiriləsi bir şeyi olmadığı halda, qoca ömrünün bütün 
sərmayəsini  əldən  vermişdir.  Bütün  bu  xüsusiyyətləri 
nəzərə  alanda  uşağa  nisbətən  qocanın  halı  daha  acınacaqlı 
görünür.
108


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə