Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri


O  arıların  qarınlarından  insanlar  üçün  şəfa  olan



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   20   21   22   23   24   25   26   27   ...   38

«
O  arıların  qarınlarından  insanlar  üçün  şəfa  olan 
müxtəlif rəngli bal çıxar
»
1
.
Maraqlıdır  ki,  istəklər  təkcə  bal  arısı  yox,  bütün 
heyvanlara ilha olunduğu halda, nə üçün ayədə yalnız bal 
arısının  adı  çəkilir?  Hal-hazırda  bal  arısının  həyatının 
alimlər  tərəfindən  ətraflı  şəkildə  öyrənilməsi  belə  bir 
nəticəyə  gəlməyə  əsas  verir:  bal  arısının  ailəsindəki 
mədəniyyət  və  ictimai  nizam,  bəşəriyyət  üçün  bir 
nümunədir.
Bal  arısının  altı  guşəli  xanalardan  ibarət  qurduğu  ev, 
hələ  də  mühəndisləri  heyran  edir.  Uyğun  mənzili  təşkil 
edən  xanaların  altı  guşəli  olması  ona  xüsusi  möhkəmlik 
verir.  Bal  arısı  ailəsində  çox  ciddi  əmək  intizamı  hökm 
sürür.  Öhdəsində  olan  işi  yerinə  yetirə  bilməyən  üzv 
yuvanın  qapısındakı  nəzarətçilər  tərəfindən  geri  qaytarılır. 
Bəs bu ciddi intizamın nəticəsi nədir? Həzrət Peyğəmbər (s) 
buyurur: «
Hər  kəs  ayda  bir  dəfə  bal  yeyib,  Allahdan 
Quranın vəd etdiyi şəfanı istəsə, Allah-təala onu 77 növ 
xəstəlikdən qoruyar
»
2

Ciddi  nizamın  və  ağır  zəhmətin  nəticəsi  olan  bal,  heç 
vaxt keyfiyyətini itirib zay olmur. Alimlərin fikirincə bunun 
səbəbi,  balın  tərkibində  güclü  mikroböldürücü  kalsiumun 
çoxluğudur. Bal ürək ağrısından tutmuş mədə yarasınadək, 
əksər xəstəliklərin dərmanıdır. 
Bal  arısı  və  onun  istehsal  etdiyi  bal  o  qədər 
əsrarəngizdir  ki,  bu  mövzunun  dərinliyinə  getmək  kitabın 
imkanlarından xaricdir.
Sual 98:
 İnsana həqiqəti anlamaqda mane olan nədir?
1
 «Nəhl» surəsi, ayə 69.
2
 «Səfinətül-bihar», 2-ci cild, səh. 190.
89


Cavab:  
Həqiqət  nə  qədər  aşkar  görünsə  də,  onu  kor 
gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun 
aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o 
qədər  ehtiyac  vardır.  Axı  kor,  günəşin  işığını  necə  görə 
bilər?!
İnsanın  həqiqəti  tanımasına  mane  olan  yanlış 
mühakimələr,  nəfs  istəklərinə  tabeçilik,  kor-koranə 
tərəfbazlıq, təkəbbür və bu kimi başqa mənfi təzahürlərdir. 
Ruh çirkləndikcə, həqiqəti dərk etmək də çətinləşir. 
Bir hədisdə buyurulduğuna görə, əgər şeytanlar Adəm 
övladının  qəlbini  dövrəyə  almasaydılar,  insanlar  fəzanın 
dərinliklərini  seyr  edə  bilərdilər.  Bəs  şeytanlardan  necə 
qurtulmalı? Qurani-kərimdə buyurulur: «
Həqiqətən iman 
gətirib, yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində 
şeytanın heç bir hökmü yoxdur. Şeytanın hökmü yalnız 
ona itaət edib, Allaha şərik qoşanlar üzərindədir
»
1

Demək,  doğru  yol  yolçuları  üçün  ilkin  şərt,  nəfsin 
paklandırılması  və  təqvadır.  Qurani-kərim  doğru  yol 
göstərən  ilahi  kitab  olduğu  halda,  nəfsinə  uyan  insanlar 
hətta Qurandan da öz yanlış mühakimələrinin sübutu üçün 
istifadə  edirlər.  Ona  görə  də,   «Bəqərə»  surəsinin  2-ci 
ayəsində buyurulur: «
Bu heç bir şəkk-şübhə olmayan və 
müttəqilərə doğru yol göstərən kitabdır
».
Sual 99:
 Müsəlman yalan danışa bilərmi?
Cavab:
  İstər  müsəlman,  istərsə  də  qeyri-müsəlmanlar 
arasında  yalan  ən  çirkin  sifətlərdən  hesab  olunur.  Qurani-
kərimdə  bu  barədə  buyurulur:   «
Yalanı,  ancaq  Allahın 
ayələrinə  inanmayanlar  uydururlar.  Onlar  əsil 
yalançıdırlar
»
2

1
 «Nəhl» surəsi, ayə 99-100.
2
 «Nəhl» surəsi, ayə 105.
90


İmam  Sadiq  (ə)  buyurur:   «
İnsanların  rüku  və 
səcdələrinin  uzunluğuna  baxmayın.  Bu  adət  üzündən 
də ola bilər. Amma onların düzlüyü və etibarına diqqət 
edin
»
1
.
İmam  Baqir  (ə)  buyurur:   «Allah  bütün  pislikləri 
qıfıllayıb  və  şərab  qıfılların  açarıdır.  Yalan  isə, 
şərabdan da pisdir
»
2
.
Yalanla  günah  arasında  əsaslı  rabitə  vardır.  Günahkar 
insan  doğru  danışarsa,  rüsvay  olar.  O  öz  günahını  örtmək 
üçün yalana əl atmağa məcburdur.
Bir  şəxs  həzrət  Peyğəmbərin  (s)  hüzuruna  gəlib,  ərz 
etdi: «Ya  Rəsullullah!  Həm  namaz  qılmıram,  həm  günaha 
yol  verirəm,  həm  də  yalan  danışıram.  Bunlardan  hansını 
birinci  tərk  edim?».  Həzrət  Peyğəmbər  (s)  ona  məsləhət 
gördü  ki,  əvvəlcə  yalanı  atsın.  Peyğəmbərin  (s)  yanından 
çıxan  həmin  şəxs,  bir  az  sonra  günah  etmək  istədikdə 
yadına düşdü ki, Həzrətə doğru cavab verməlidir və doğru 
cavab  verməsə,  cəzalanacaq.  Ona  görə  də  bütün 
günahlarına tövbə etdi.
Başqa bir vaxt isə həzrət Peyğəmbərdən (s) soruşdular: 
- Müsəlman qorxaq ola bilərmi?
Həzrət (s) buyurdu
- Mümkündür. 
- Müsəlman paxıl ola bilərmi?
O həzrət mümkün olduğunu bildirdi.
- Müsəlman yalan danışa bilərmi?
Həzrət  (s)   «müsəlman  yalan  danışa  bilməz»-  deyə 
buyurdu.
Sual 100:
 Mürtəd kimdir?
1
 «Səfinətül-bihar», {mənbə kamil deyil}.
2
 «Üsuli-kafi,» 2-ci cild, səh. 254.
91


Cavab:
  İslam  dinində  iman  gətirdikdən  sonra  küfr 
edən insana mürtəd deyilir. Kitab əhlinə bir o qədər də sərt 
münasibət göstərməyən İslam, İslamı qəbul etdikdən sonra 
atan  mürtədə  olduqca  kəskin  yanaşır.  Çünki  bu  böyük 
günah bütün İslam dünyasına qarşı qaldırılmış qiyamdır və 
cəmiyyəti parçalayır. 
Müsəlman ata və müsəlman anadan doğulmuş bir şəxs 
dindən çıxarsa, onun tövbəsi zahirən qəbul deyildir. Amma 
valideynləri  müsəlman  olmayan  bir  şəxs  dini  qəbul  edib 
sonra dindən çıxarsa, tövbəsi qəbuldur.
Görəsən, bu iki şəxs arasında nə üçün fərq qoyulur? 
Əvvəlcə onu qeyd edək ki, İslam dini məntiq əsasında 
qəbul  olunmalıdır.  Müsəlman  ailədə  doğulmuş  şəxs  İslam 
dininin  əsaslarından  xəbərdar  olduğu  üçün  onun  dindən 
çıxması  məlumatsızlıq  yox,  xəyanət  hesab  olunur.  Amma 
dini  sonradan  qəbul  etmiş  şəxs,  bilməməzlik  ucbatından 
səhv edə bilər.
Sözsüz  ki,  təzyiq  altında  dindən  çıxdığını  deyən  şəxs, 
qəlbən dinindən dönməyibsə, mürtəd hesab olunmur.
Sual 101:
 Təbii fəlakətlərin səbəbi nədir? 
Cavab:
  Son  dövrlər  planetimizi  bürümüş  təbii 
fəlakətlərin  səbəbi  hamını  maraqlandırır.  Əslində  isə,  bu 
sualın cavabı olduqca sadədir. Allah-təala buyurur: «
Allah 
bir  şəhəri  misal  gətirir.  O  şəhər  əmin-amanlıq  və 
arxayınlıq  içində  idi.  Ruzisi  də  hər  yerdən  bol-bol 
gəlirdi. Lakin əhalisi Allahın nemətini inkar etdi. Allah 
da  həmin  şəhərin  sakinlərinə  etdikləri  əməllərə  görə, 
aclıq və qorxu bəlası daddırdı
»
1
.
Qurani-kərimdə  Nuhu  inkar  edənlərin  selə  qərq 
olduğu,  Ad  və  Səmud  tayfalarının  günahkarlıqları 
1
 «Nəhl» surəsi, ayə 112.
92


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə