Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

Allahın iradəsinə tabedir. Allahın iradəsi ilə od iman nuru 
qarşısında acizdir.
Cəhənnəmə  daxil  olan  möminlərin  iman  nuru  odu 
təsirsizləşdirər  və  kimsəyə  zərər  toxunmaz.  Həzrət 
Peyğəmbər  (s)  buyurmuşdur:   «
Bütün  əməlisalehlər  və 
günahkarlar  cəhənnəmə  daxil  olar.  Alov  İbrahimin 
qarşısında  hərarətdən  düşdüyü  kimi,  möminlərin  də 
qarşısında hərarətini itirər
»
1

Bəs  möminlərin  cəhənnəmə  daxil  olmasının  hikməti 
nədir? Cəhənnəmi müşahidə etdikdən sonra behiştə qədəm 
qoyan  möminlər,  onun  nemətlərindən  əsl  ləzzət 
aparacaqlar.  Həzrət  Peyğəmbər  (s)  buyurur:   «
İnsanlar 
cəhənnəmə  daxil  olduqdan  sonra  əməlləri  nəzərə 
alınmaqla,  oradan  bayıra  çıxacaqlar.  Bəziləri  şimşək 
tək, bəziləri külək kimi, bəziləri iti qaçaraq, bəziləri iti 
yerişlə, bəziləri də adi yerişlə
»
2
.
Möminlərin cəhənnəmdə qalmayacaqları ayələrdə də 
təsdiq olunur: «Sonra biz Allahdan qorxub pis əməldən 
çəkinənlərə  nicat  verəcək,  zalımları  isə,  orada  diz  üstə 
çökmüş halda saxlayacağıq
»
3
.
Sual 106:
 Sehr xürafatdır, yoxsa həqiqət?
Cavab:
  «Sehr»  kəlməsinin  lüğəti  mənası,   «mənbəyi 
bilinməyən,  gizli  qalan  hadisə»  deməkdir.  Amma  hal-
hazırda sehr dedikdə, qeyri-adi bir iş başa düşülür.
Gözbağlayıcılıq,  təlqin,  yalnız  mütəxəssislərə  məlum 
fiziki  və  kimyəvi  proseslər,  cindarlıq  vasitəsi  ilə  nümayiş 
etdirilən hadisələr sehr kimi qəbul olunur. 
1
 «Nurus-səqəleyn», 3-cü cild səh. 353.
2
 «Nurus-səqəleyn», 3-cü cild, səh.353.
3
 «Məryəm» surəsi, ayə 72.
97


Sehrbazlıq həzrət Musanın (ə) dövründə çox güclü idi. 
Amma  hal-hazırda  da  sirk  tamaşalarında  sehrbazlıqla  tez-
tez qarşılaşırıq.
Sehrbazlıqa aid yazılmış kitablarda, sehrbazların bir çox 
sehrləri açıqlanmışdır. Məsələn, sehrbazın əlindən hər hansı 
bir  predmetin  uçması  indiki  dövrdə,  çətin  ki,  kimsəni 
təəcübləndirsin.  Çünki  insanların  əksəriyyəti  kimyadan 
xəbərdardır  və  bir  çox  maddələrin  havadan  yüngül 
olduğunu  bilir.  Bu  maddədən  hər  hansı  bir  cismdə 
yerləşdirməklə, onu hərəkətə gətirmək olar. 
Yuxarıda  deyilənlərdən  məlum  olur  ki,  sehr  inkar 
ediləsi  xürafat  deyil.  Amma  bu  iş,  adətən,  insanların 
aldadılması  üçün  istifadə  olunduğundan,  İslam  dinində 
qadağandır və böyük günahlardan hesab olunur.
Sual 107:
 Həzrət Peyğəmbərdən (s) sonra ümmət səhvə 
düçar olmuşdusa, həzrət Əli (ə) nə üçün susurdu?
Cavab:
  Həzrət  Əlinin  (ə)  ilahi  məqamına  şübhə  edib, 
onu Peyğəmbərdən (s) sonrakı üç xəlifə ilə eyniləşdirənlər, 
həmin  xəlifələrin  müdafiəsinə  qalxaraq  deyirlər: «Əvvəlki 
üç xəlifənin doğru yoldan azdığını bilərək, həzrət Əli (ə) nə 
üçün susurdu?».
İstər  sünni,  istər  şiə  mənbələrindən  ətraflı  məlumata 
malik  insanlar,  Əlinin  (ə)  həmin  dövrdə  açıq-aşkar  şəkildə 
öz  mövqeyini  bəyan  etməsindən  xəbərdardırlar.  Əmin 
olmaq üçün «Nəhcül-bəlağə»nin 3, 87, 94, 97, 147 və 154-cü 
xütbələrinə nəzər salmaq kifayətdir. Həzrət Peyğəmbərin (s) 
vəfatından  sonra  münafiqlər  İslama  zərbə  vurmaq  üçün 
məqam  gözləyirdilər.  Bütpərəstliyin  kök  atdığı  bir  ölkədə 
kiçik bir qatışıqlıq, dövlət sütunları kövrək olan İslam üçün 
çox  təhlükəli  idi.  Həzrət  Əli  (ə)  yalnız  İslamı  qorumaq 
xatirinə  səbir  edirdi.  Əli  (ə)  öz  səbri  ilə  müsəlmanların 
98


birliyini  qorumağa  çalışmasına  baxmayaraq,  Əbu  Bəkrə 
qarşı qiyama qalxdı. Ömər və Osman isə, qətlə yetirildi.
Sual 108:
 Çoxallahlıq hansı dəlillərlə inkar olunur?
Cavab:
  İslam  çoxallahlığın  bariz  nümunəsi  olan 
bütpərəstlik mühitində zühur etdi. İnsanların zaman-zaman 
etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, 
yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq 
və dəlillərlə bu inamı yarada bildi.
Qurani-kərimdə  buyurulur:   «
Əgər  yerdə  və  göydə 
Allahdan  başqa  tanrılar  olsaydı,  onların  ikisi  də 
pozulardı
»
1
. Dünyanın obyektiv nizamlı quruluşu, Allahın 
birliyinə ən yetərli dəlillərdəndir.
Müşriklər  bu  dəlil  qarşısında  «tanrılar  bir-birinə  zidd 
olmasa, dünyanın nizamı pozulmaz», dedilər. İslam onlara 
belə  cavab  verdi:  fərq  və  ziddiyyəti  doğuran  çoxluqdur. 
Fərdlərin  oxşarlığı  eyniyyət  deyil  və  oxşarlıq  ziddiyyəti 
azaltsa da, tam aradan qaldıra bilməz.
Bir kafir imam Sadiqdən (ə) soruşdu: «Allah necədir?». 
İmam  (ə)  buyurdu:   «Bir  halda  ki,  yaranış  nizamlıdır, 
ulduzlar  səmada  öz  yolu  ilə  gedir,  bu  həmahənglik 
yaradanın birliyinə dəlildir»
2

Qurani-kərim  tərslik  edib  kainatın  nizamını  Allahın 
birliyinə dəlil qəbul etməyənlərə «
dəlilinizi gətirin
»
3
 deyir. 
Əhli-beyt  (ə)  hədislərində  məntiqə  əsaslanan  belə  bir 
cavabla da rastlaşırıq: «
Allahdan başqa tanrı olsaydı, o da 
öz  peyğəmbərlərini  göndərərdi.  Hansı  ki,  bütün 
peyğəmbərlər  bir  Allah  tərəfindən  göndərildiklərini 
bildirmişlər
».
1
 «Ənbiya» surəsi, ayə 22.
2
 «Tövhidi-Səduq».
3
 «Ənbiya» surəsi, ayə 24.
99


Sual 109:
 İnsan «tələskənlikdən» yaradılıb?
Cavab:
  «Ənbiya»  surəsinin  37-ci  ayəsində  buyurulur: 
«
İnsan  tələskənlikdən  yaradılıb
».  Bu  ayənin  «insan 
tələskən  yaradılıb»  kimi  tərcümə  edilməsi  doğru  deyildir. 
Ayə ərəbcə belə ifadə olunur: «xuliqəl-insanu min əcəlin».
Təfsirçilər  uyğun  ayənin  heç  də  hamıya  şamil 
olunmadığını bildirirlər. Ayədə ilahi yoldan azmış zalım və 
ya  cahil  insanlar  nəzərdə  tutulur.  Bu  ayə  bir  növ  təkiddir. 
Yəni insan elə tələsir ki, sanki tələskənlikdən yaradılıb. 
Ətrafınıza  diqqətlə  nəzər  salın.  Əksər  adi  insanlar 
tələsir.  İstər  xeyir  iş  olsun,  istərsə  də  şər  iş,  onlarda 
hövsələsizlik  müşahidə  olunur.  Hətta  günaha  batmış 
insanlara  «Allahın  qəzəbinə  gələrsən»  deyəndə,   «bəs  bu 
əzab  nə  üçün  gecikir»-deyə  soruşurlar.  Onların  cavabında 
Allah-təala buyurur: «
Ayələrimi sizə göstərəcəyəm, Məni 
tələsdirməyin
»
1
.  Burada  ayə  əzab,  bəla  mənasında 
işlənmişdir.
Tələskənlik  insan  talehi  üçün  o  qədər  təhlükəlidir  ki, 
hətta  onu  əbədi  axirət  səadətindən  məhrum  edə  bilər. 
Tələsən insan daim zərərdədir. Sürücü ötmə əməliyyatında 
tələsməklə  həyatını  əldən  verir,  əkinçi  toxumu  vaxtından 
əvvəl  səpməklə,  məhsuldan  məhrum  olur,  insan  özünə 
həyat  yoldaşı  seçərkən  tələsməklə,  ailə  həyatını  zəhərə 
döndərir,  oruc  tutan  insan  azanın  vaxtını  gözləməkdə 
tələsməklə,  gün  uzunu  çəkdiyi  zəhməti  bada  verir.  Ona 
görə  də,  İslam  dini öz ardıcıllarını  səbrə dəvət  edir.  Əksər 
ayələrdə səbir və namaz kəlmələri qoşa işlənir.
Sual 110:
 Bütü sındırmaq günahdırmı?
1
 «Ənbiya» surəsi, ayə 37.
100


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə