Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   ...   21   22   23   24   25   26   27   28   ...   38

müqabilində  dəhşətli  sarsıntıya  bürünərək  diz  üstə  düşüb 
qaldıqları,  qadınları  qoyub,  kişilərə  şəhvətlə  yanaşan  Lut 
tayfasının  əzab  yağışına  düçar  olduğu  və  başqa  ibrətamiz 
əhvalatlar  rəvayət  olunur.  Hər  bir  millət  Allaha  etiqadı 
müqabilində  üç  böyük  nemətlə  mükafatlandırılır:  əmin-
amanlıq, gələcəyə inam, gen-bol ruzi.
İmam  Sadiq  (ə)  buyurur: «
Bəni-İsraildən  bir  tayfa  o 
qədər  gen-bolluq,  rifah  içində  yaşayırdı  ki,  hətta 
uşaqlarının  oyuncaqları  da  qida  maddələrindən 
hazırlanmışdı.  Amma  bu  tayfa  axırda  bir  günə  düşdü 
ki, həmin oyuncaqları yeməyə məcbur oldu
»
1

Demək,  bütün  bəlaların,  eləcə  də,  təbii  fəlakətlərin 
səbəbi,   «
İnsanların 
dünyanı 
axirətdən 
üstün 
tutmasıdır
»
2
.
Sual 102:
 Müxaliflərlə necə rəftar etməli?
Cavab:
  İnsanları  doğru  yola  dəvət  edib  günahdan 
çəkindirmək,  hər  bir  müsəlman  üçün  vacib  olan  dini 
vəzifələrdəndir.  Cəmiyyətdə  müəyyən  mövqe  seçmiş 
insanlar,  təbii  olaraq  müxaliflərlə  üzləşir.  Bu  müxaliflər 
sülhsevər  və  təcavüzkar  olmaqla,  iki  qrupa  bölünürlər. 
Birinci  qrup  müxalifətlə  məntiq  və  əxlaqla  rəftar  etmək 
olduqca  t
əsirlidir.  
«
Nəhl
»
  surəsinin  125-ci  ayəsi  uyğun 
mövzudan  bəhs  edir.  Qurani-kərimin  bir  sıra  başqa 
ayələrinə də istinad edərək, müxaliflərlə rəftar üsullarını 
aşağıdakı ardıcıllıqla proqramlaşdırmaq olar:
1. Allahın yoluna hikmətlə dəvət et;
Hikmət  dedikdə  elm,  məntiq,  dəlillər  nəzərdə  tutulur. 
Bu üsulla yatmış düşüncələri oyatmaq mümkündür.
2. Gözəl öyüd-nəsihətlə dəvət et;
1
 «Təfsire Nurus-səqəleyn» 3-cü cild, səh. 91.
2
 «Nəhl» surəsi, ayə 107.
93


İnsanlar  xaraktercə  gözəlliyə  meyilli  olduqlarından, 
kobud şəkildə ifadə olunmuş həqiqətə maraq göstərmirlər.
3. Ən gözəl şəkildə, şirin dil və mehribanlıqla dəvət et;
4.  Təcavüzkar  müxaliflərlə  rəftarda  ədalətli  ol.  Artıq 
cəza, zülm və günahdır;
5.  Sizə  cəza  vermiş  müxalifəti  səbir  edib  bağışlasanız, 
daha yaxşıdır; 
Ühüd  döyüşündə  kafirlər  Peyğəmbərin  (s)  əmisi 
Həmzəni  öldürməklə  kifayətlənməyib,  ciyərini  və  ürəyini 
çıxarmış,  burnunu  və  qulağını  kəsmişdilər.  Həzrət 
Peyğəmbər  (s)  düşməndən  intiqam  almaq  haqqında 
düşünərkən, ayə nazil oldu: «
Əgər səbir etsəniz, bu, daha 
xeyirlidir
»
1
.  Peyğəmbər  (s)  ərz  etdi:   «
Səbir  edirəm, 
Xudaya
».
6. Düşmənin əzabı qarşısında səbir etmək yalnız Allaha 
xatir olduqda, faydalıdır; 
Əslində,  Allahın  yardımı  olmadan  vəhşiliyə  səbir 
etmək, qeyri-mümkündür.
7. Dəvət qəbul olunmadığı təqdirdə, kədərlənmə; 
Çünki sən öz vəzifəni yerinə yetirmisən
8.  Düşmən  hiyləsi  qarşısında  sıxılıb,  meydanı  boş 
buraxma; 
Sənin sığındığın Allah, bütün hiylələri puça çıxarmağa 
qadirdir
9. Pis əməllərdən çəkin;
10. Xeyir əməl üçün çalış. 
Sual  103:
  Yəhya  peyğəmbərin  başı  kimə  hədiyyə 
verildi?
Cavab:
  Allah-təala  Zəkəriyya  peyğəmbəri  qoca 
yaşlarında  övladla  müjdələdi.   «Məryəm»  surəsinin  7-ci 
1
 «Nəhl» surəsi, ayə 126.
94


ayəsində  buyurulur:   «
Ey  Zəkəriyya,  sənə  bir  oğulla 
müjdə veririk ki, onun adı Yəhyadır. Biz bu adı əvvəllər 
heç  kəsə  verməmişik
».  Uyğun  surənin  12-ci  ayəsi 
Yəhyanın kimliyini bəyan edir: «
Ey Yəhya, kitabdan bərk 
yapış! Biz, uşaq ikən ona hikmət verdik
».
Yəhya peyğəmbərin ölümü də təvəllüdü kimi qeyri-adi 
oldu. Məsihi və müsəlman tarixçiləri bu şəhadəti belə təsvir 
edir:  Yəhyanın  yaşadığı  dövrdə  Fələstin  padşahı  nəfsinə 
uymuş zalım bir şəxs idi. O, öz qardaşı qızının gözəlliyinə 
vurulub,  bu  qızla  evlənmək  qərarına  gəlmişdi.  Əmisi  kimi 
şeytana uymuş qız da, bu izdivaca çalışırdı. Bu xəbər Yəhya 
peyğəmbərə  çatdı.  Belə  bir  izdivacın  ilahi  qanunlara  zidd 
olduğunu elan edən Yəhya, Fələstin padşahı ilə mübarizəyə 
başladı. Yəhyanın müxalifətçiliyindən xəbər tutan günahkar 
qız əmisinə dedi: «Yəhya bizim adımızı dillərə saldı. Bütün 
xalq  bizdən  danışır.  Mən  onun  başından  başqa  hədiyyə 
istəmirəm».
Qızın  eşqindən  dəli-divanə  olmuş  padşahın  gözləri 
tutuldu və Yəhyanın boynunu vurdurub, qıza hədiyyə etdi.
Hədislərə  əsasən  imam  Hüseyn  (ə)  buyurmuşdur: 
«Dünyanın pisliyinə bax! Zalımlar Zəkəriyya oğlu Yəhyanın 
başını  Bəni-İsraildən  olan  günahkar  bir  qadına  hədiyyə 
etdilər».
Sual 104:
 Məryəm nə üçün Allahdan ölüm istədi?
Cavab:
  Bəşəriyyət  tarixində  bir  insan  əli  toxunmadan, 
bakirə ikən hamilə olmuş yeganə qadın İsa peyğəmbərin (ə) 
anası Məryəmdir.
Cahil  insanların  dedi-qodusundan  qorxan  Məryəm 
haqqında Qurani-kərimdə belə buyurulur: «
Doğum sancısı 
onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur 
etdi.  Məryəm  dedi: «Kaş  ki,  mən  bundan  əvvəl  ölüb 
95


qurtaraydım  və  ya  tamamilə  unudulub  getmiş 
olaydım
»
1
.
Həmin qısa müddətdə üzücü çətinliklərlə üzbəüz gələn 
Məryəm üçün həyat zəhərə dönmüşdü. Şərəf və ləyaqətini 
qorumaq  onun  üçün  heç  də  asan  deyildi.  Məryəm  elə 
düşünürdü  ki,  bu  uşaq  doğulan  kimi  cəmiyyət  qarşısında 
rüsvay  olacaq.  Hansı  ki,  Məryəm  üçün  paklıq  həyatından 
üstün idi. Allahdan ölüm istəmək batil bir iş olduğu halda, 
Məryəmin  öz  iffətini  qorumağa  xatir  atdığı  bu  addım 
bağışlana bilərdi. 
Öz sevimli bəndəsini çətinliklərlə sınağa çəkən Allahın 
bu  bəndə  üçün  qarşıda  hansı  açılışlar  hazırladığını  ağlına 
gətirməyən insan, bəzən dözümsüzlük göstərir.
Bəziləri  Məryəmin  başına  gələnlərə  şübhə  edib, 
«Möcüzə  yalnız  peyğəmbərlərə  və  imamlara  aiddir», 
deyirlər.  Onlar  unudur  ki,  Məryəmin  başına  gələnlər, 
bilavasitə  İsa  peyğəmbərlə  (s)  bağlı  idi.  Bundan  əlavə, 
möcüzədən başqa «kəramət» deyilən bir qeyri-adilik də var. 
Allah-təala 
istədiyi 
mömin 
bəndəni 
bu 
sifətlə 
mükafatlandırır.
Sual 105:
 Möminlər cəhənnəmi görəcəkmi?
Cavab:
  Allah-təala  buyurur:   «
Sizdən  elə  bir  kəs 
olmaz  ki,  cəhənnəmə  varid  olmasın.  Bu  Rəbbinin 
buyurduğu  vacib  bir  hökmdür
»
2
.  Əksər  təfsirçilərin 
fikirincə,  bütün  insanlar  istisnasız  olaraq  cəhənnəmə  daxil 
olacaqlar.
Amma  bu  o  demək  deyildir  ki,  bütün  insanlar 
cəhənnəm  odunda  yanacaqdır.  Nəmrudun  İbrahim 
peyğəmbəri  oda  atdığını  xatırlayaq.  Od  yandırıcı  olsa  da, 
1
 «Məryəm» surəsi, ayə 23.
2
 «Məryəm» surəsi, ayə 71.
96


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə