Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   2   3   4   5   6   7   8   9   ...   38

həyat  milyonlarla  il  bundan  əvvəl  başlamışdır.  Hansı  ki, 
Adəmin,  yaranışından  elə  də  böyük  zaman  keçməmişdir. 
Təbii  ki,  həmin  nəsil  Adəmin  yaranış  zamanında  öz  son 
günlərini  yaşayırdı.  Adəmin  övladlarının  həmin  insanlarla 
evlənməsi tam məntiqə uyğundur. 
Sual  5:
  Dəstamaz  və  ya  qüsl  əvəzinə  əlləri  torpağa 
vurub alın və əllərin üstünə çəkməyin faydası nədir?
Cavab:
  Yəqin  ki,  söhbətin  təyəmmümdən  getdiyini 
anladınız.
Təyəmmümün  ilkin  faydası  odur  ki,  ibadət  üçün 
dəstəmaz almağa və ya qüsl verməyə imkanı olmayan şəxs, 
ibadətini təxirə salmır. İnsanın alnı, onun ən şərafətli bədən 
nahiyələrindəndir.  İnsan  öz  kiçikliyini  etiraf  edir.  Demək, 
təyəmmüm özü bir ibadətdir.
Artıq  elmi  dəlillərlə  sübuta  yetirilib  ki,  torpaq  güclü 
parçalama  xüsusiyyətinə  malikdir.  Məhz  bu  xüsusiyyətinə 
görə,  insan  və  heyvan  cəsədləri  torpaqda  dəfn  olunur. 
İstənilən  başqa  mühitdə  qorxulu  keçici  xəstəliklər  törədə 
biləcək  cəsədlər,  qısa  bir  müddətdət  torpağın  təsiri  ilə 
parçalanır və zərərsizləşdirilir. Buradan belə nəticə çıxır ki, 
torpaq  da,  su  kimi  özünəməxsus  təmizləyici  keyfiyyətlərə 
malikdir.  Tibbi  nöqteyi-nəzərdən  təmiz  və  günəşli  hava 
altında  olan  torpaq  təyəmmüm  üçün  daha  da  yararlıdır. 
«Maidə»  surəsinin  6-cı  ayəsində  buyurulur:   «
...Su 
tapmasanız,  pak  torpaqla  təyəmmüm  edin,  ondan 
üzünüzə və əllərinizə çəkin. Allah sizi çətinliyə salmaq 
istəməz.  Lakin  o  sizi  pak  etmək,  sizə  olan  nemətini 
tamamlamaq istəyir ki, bəlkə şükr edəsiniz
». 
Sual 6:
 Zalımı bağışlamaq olarmı?
Cavab:
 Qur´anda bu barədə belə buyurulur: 
6


«
Nə zülm edin, nə də zülmə baş əyin
»
1
.
«
Bağışlamağınız müttəqiliyə daha yaxındır
»
2
.
«
Bağışlasınlar!
 Allahın 
sizi 
bağışlamağını 
istəmirsiniz?
»
3
.
Həzrəti Əli (ə) «Nəhcül-bəlağə»də buyurur: «Allahın 
hökmünə baş əyəcəkləri ana qədər zalımlarla vuruşun
». 
İlk baxımdan belə görünə bilər ki, bəzən «vuruş», bəzən 
isə  «bağışla»  deməklə,  yuxarıdakı  göstərişlər  arasında 
ziddiyyət vardır. Qeyd edək ki, bağışlamağın şəraiti vardır. 
O  zaman  bağışlamaq  olar  ki,  bağışlanan  tərəf  sui-istifadə 
edib,  öz  zülmünü  artırmasın.  Başqa  bir  tərəfdən,  düşmən 
yalnız  son  və  qəti  qələbədən  sonra  bağışlana  bilər.  Çünki 
tam  məğlub  edilməmiş  düşməndən  yeni  təhlükələr 
gözlənilir.
Həzrət Əli (ə) buyurur: «
Düşmənə qalib gələndə, bu 
qələbənin zəkatı olaraq onu bağışla
»
4

Amma gücdən düşməmiş düşməni bağışlamaqla, insan 
zülmə razı olanlardan hesab edilə bilər.
Sual 7:
 Allah öz bəndəsini daş ürəkli edərmi?
Cavab:
 Allah-təala Quranın bəzi ayələrində kimlərinsə 
qəlbini  daşa  döndərdiyini  xəbər  verir.  Bir  halda  ki,  bu  iş 
Allah  tərəfindən  baş  verir,  insan  nə  üçün  günahkar 
sayılmalıdır? 
Diqqət  etsək,  görərik  ki,  ürəyin  daşa  dönməsi  Allah 
tərəfindən bir cəzadır. Demək, insan Allahın qəzəbinə səbəb 
olacaq günahlara yol verir və daşürəkliliklə cəzanlandırılır. 
Məsələn, «Tövbə» surəsinin 77-ci ayəsində belə buyurulur: 
1
 «Bəqərə» surəsi, ayə 279.
2
 «Bəqərə» surəsi, ayə 237.
3
 «Nur» surəsi, ayə 22.
4
 «Nəhcül-bəlağə».
7


«
Allaha verdikləri vədə xilaf çıxdıqlarına görə, Allah da 
onların ürəklərinə qovuşacaqları qiyamət gününə qədər 
nifaq  saldı
». «İbrahim»  surəsinin  27-ci  ayəsində  isə  belə 
deyilir:   «
Allah  iman  gətirənləri  dünyada  və  axirətdə 
möhkəm  bir  sözlə  sabit  qədəm  edər.  Allah  zalımları 
yolundan azdırar
».
İnsanın öz əməlindən doğan bu pis nəticə, onun iradə 
azadlığına qətiyyən zidd deyildir. Məsələn, spirtli içki içən 
insan anlamalıdır ki, ağlı başından çıxacaq və üzünə cinayət 
qapıları açılacaq. Məsələn, adam öldürəcək. Bu şəxs sərxoş 
olduğunu  bəhanə  gətirib,  adam  öldürmək  fikirində 
olmadığını iddia etsə də, məsuliyyətdən qaça bilməz.
Allah-təalanın  bir  insanı  doğru  yola  yönəldib,  o  birini 
zəlalətə  salmasının  əsil  səbəbi,  həmin  insanların  əvvəlki 
xeyir və ya şər əməllərində axtarılmalıdır.
Sual 8:
 Nə üçün insanlar fərqli doğulur?
Cavab:
 Əgər Allah ədalətlidirsə, nə üçün biri istedadlı, 
o biri isə istedadsız, biri gözəl, o biri isə çirkin doğulur?
İnsanların  fərqli  doğulmasının  bir  səbəbi,  ictimai  və 
fərdi  çatışmamazlıqlarıdır.  Məsələn,  var-dövlətli  insanların 
övladları  fəqirlərin  övladlarına  nisbətən  sağlam,  gözəl  və 
istedadlı olurlar. Cəmiyyəti varlı və kasıba bölən isə, Allah 
deyildir.  Amma  insanlar  arasındakı  fərqlərin  bir  hissəsi 
yaranış 
qanunlarından 
doğur.
 Əgər 
insanlar 
fərqləndirilməsəydilər,  bir  zavodun  istehsal  etdiyi  məhsul 
kimi  bir-birlərinə  oxşayar  və  həyat  maraqsız  olardı. 
Dünyada iki tam eyni insanın olmaması gözəllik deyilmi?! 
Bir şeyi də qeyd edək ki, cəmiyyət də insan orqanizmi 
kimi  müxtəlif  əzalara  ehtiyaclıdır.  Kamil  insanın  gözə, 
qulağa,  dilə  ehtiyacı  olduğu  kimi,  kamil  cəmiyyət  də 
müxtəlif  sahələrdə  zövqlü  və  istedadlı  insanlara 
8


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə