Qurani-KƏRİMİN «NÜmunə» TƏFSİRİ Əsasinda 170 sual-cavab tərtib edən: Məhəmməd Azəri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/38
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#17867
1   2   3   4   5   6   7   8   9   ...   38

icrası  üçün  çalışmışlar.  İmam  həm  mənəvi  rəhbər,  həm 
təlimçi, həm də hakimdir.
Bütün  imtahanlardan  çıxmış  İbrahim  peyğəmbər  (ə) 
imamlıq  məqamı  ilə  mükafatlandırılır.  İmam,  öz  şəfəqləri 
ilə təbiət aləmini canlandıran günəşə bənzəyir.
Qeyd  edək  ki,  nübüvvət  və  risalət  məqamlı  bəzi 
peyğəmbərlərin imamət məqamı olmamışdır.
Sual 24:
 Allahı zikr etmək nə deməkdir?
Cavab:  
«Zikr»  ərəbcədən  tərcümədə  «yada  salmaq» 
deməkdir.  Allah-təala  Qur´anda  buyurur:   «
Məni  yada 
salın ki, mən də sizi yada salım
»
1

Sözsüz  ki,  Allahı  yada  salmaq,  təkcə  dilə  aid  deyildir. 
Dil  qəlbin  tərcüməçisidir.  Allahın  zikri  dedikdə,  insanın 
Onu bütün varlığı ilə yada salması nəzərdə tutulur. Bu elə 
bir zikrdir ki, insanı günahdan uzaqlaşdırır, onu itaətə sövq 
edir.
Həzrət  Peyğəmbər  (s)  buyurur: «
Bu  ümmətdə  üç  işi 
tam  yerinə  yetirməyə  qüvvə  çatmır:  var-dövlətdə  din 
qardaşı  ilə  bərabərlik,  ədalətli  mühakimə  ilə  xalqın 
hüququna  riayət,  Allahın  ardıcıl  zikri.  Zikr 
«sübhanallah»,   «əlhəmdu  lillah»,   «la  ilahə  illəllah», 
«əllahu  əkbər»  deyil.  Zikr  odur  ki,  qarşıya  haram  iş 
çıxdıqda ,Allahı yada salıb, bu işdən uzaq olasan
»
2

Amma  unutmaq  olmaz  ki,  öz  misilsiz  əzəmətinə 
baxmayaraq,  Allah-təala  «Məni  yada  salın  ki,  mən  də  sizi 
yada salım» buyurur. İnsanın bu məhdud və kiçik dünyada 
Allahı xatırlaması, onun hüdudsuz və əbədi axirət aləmində 
Allah tərəfindən xatırlanması ilə nəticələnir.
1
 «Bəqərə» surəsi, ayə 152.
2
 «Nurus-səqəleyn», 1-ci cild, səh. 140.
21


Sual  25:
  Ühüd  döyüşündə  müsəlmanlar  nə  üçün 
məğlub oldular? 
Cavab:
 İslam tarixindən məlumdur ki, Bədr döyüşündə 
müsəlmanlara  məğlub  olan  Qüreyş  tayfasından  70  nəfər 
öldürüldü. Əbu Süfyan qəzəbləri soyumasın, deyə qadınları 
ağlamağa  belə  qoymadı.  Qüreyş  «intiqam»  deyə  fəryad 
çəkirdi.
Həzrət  Peyğəmbərin  (s)  əmisi  Abbasdan  Qüreyşin 
növbəti  dəfə  Mədinəyə  hücumu  barədə  məktub  aldı. 
Peyğəmbər  (s)  Mədinə  əhlini  toplayıb,  onlarla 
məsləhətləşmə apardı. Müsəlmanlardan bir qrupu düşmən 
qoşununun  gücünü  nəzərə  alaraq,  şəhərdən  çölə 
çıxmamağı,  Qüreyşlə  Mədinənin  dar  küçələrində 
döyüşməyi  təklif  etdilər.  Amma  Səd  ibni  Məaz  da  daxil 
olmaqla,  döyüşgən  cavanlar  bunu  özlərinə  sığışdırmayıb, 
Mədinədən çıxmağı israrla təkid etdilər. Həzrət Peyğəmbər 
(s)  Mədinədən  çıxmağa  meyilli  olmasa  da,  çoxluğun 
təklifini qəbul etdi.
Döyüş  başladı  və  müsəlmanlar  bir  güclü  həmlə  ilə 
düşmən  qoşununu  geri  oturtdular.  Qüreyşin  tam  məğlub 
olduğunu  zənn  edən  müsəlmanlar,  yanılmışdılar. 
Müsəlmanların  arxayınlaşmasından  istifadə  edən  düşmən, 
əks hücuma keçərək, Ühüd döyüşündə qələbə qazandı.
Bu döyüşdə müsəlmanların məğlubiyyətinin dörd əsas 
səbəbi vardır:
1. İslamı təzə qəbul edənlərdən bir hissəsi Allahın qeybi 
yardımlarından  arxayınlaşaraq,  lazımı  döyüş  hazırlığı 
görməmişdilər.
2.  Həzrət  Peyğəmbərin  (s),  oxatanların  səngərdə 
qalmasına dair verdiyi əmrə itaətsizlik göstərildi.
3.  Müsəlmanlardan  bir  hissəsi  düşməni  təqib  etmək 
əvəzinə, silahı yerə qoyub, qənimət ardınca qaçdı.
22


4.  Əvvəlki  Bədr  döyüşündəki  qələbədən  arxayınlaşan 
müsəlmanlar, Ühüd döyüşündə düşmənin gücünü düzgün 
qiymətləndirməmişdilər.
Sual 26:
 Günah olan məclisdə oturmaq olarmı?
Cavab:
  Ənam  surəsinin  68-ci  ayəsində  buyurulur: 
«
Ayələrimizə  istehza  edənləri  gördüyün  zaman  onlar 
söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan 
bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa 
ilə  oturma
».  Uyğun  əmrə  itaət  etməyənlərə  xəbərdarlıq 
olunur: «
Belə məclislərdə iştirak etsəniz, siz də onların 
tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız
»
1

Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır:
1. Günah məclisində iştirak, günahda iştirak kimidir; 
2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını 
almalı, ya da həmin məclisi tərk etməlidir;
3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların 
cəzası qədərdir;
4.  Günaha  yol  verilməyən  məclislərdə  kafirlərlə 
oturmaq olar;
5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. 
Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə 
rahat dayana bilməz.
Sual 27:
 Təvəssül nədir?
Cavab:
  «Təvəssül»  ərəbcədən  tərcümədə  «müəyyən 
vasitə  ilə  məqsədə  yaxınlaşmaq  istəyi»  mənasını  verir. 
«Maidə»  surəsinin  35-ci  ayəsində  buyurulur:   «
Ey  iman 
gətirənlər,  Allahdan  qorxun.  Ona  yaxınlaşmaq  üçün 
vasitə axtarın
» («vəbtəğu iləyhil-vəsilə»).
1
 «Nisa» surəsi, ayə 140.
23


Uyğun  ayədəki  «vəsilə»  sözünün  mənası  çox  genişdir. 
İnsanı Allaha yaxınlaşdıran bütün şeylər ‒ Allaha və Onun 
Rəsuluna (s) iman, cihad, namaz, zəkat, oruc, həcc, sədəqə 
və sair xeyir işlər bu yaxınlıq üçün vəsilədir.
Qeyd  etdik  ki,  təvəssül  vasitə  axtarmaqdır. 
Peyğəmbərlərin,  imamların,  saleh  bəndələrin  şəfaəti  də 
təvəssülə  aiddir.  Hətta  Allahı  peyğəmbərlər,  imamlar  və 
salehlərin  məqamına  and  vermək,  bu  geniş  mənaya 
daxildir.
Peyğəmbər və imamlara təvəssül, yəni onlar vasitəsi ilə 
Allaha  yaxınlaşmaq  o  demək  deyildir  ki,  insan  insana 
ibadət edir, şirkə düçar olur. Yuxarıda qeyd olunduğu kimi, 
təvəssül nəinki Qurana zidd deyil, hətta ayələrlə təsdiqlənir. 
«Nisa»  surəsinin  64-cü  ayəsində  oxuyuruq:   «
(Ya 
peyğəmbər)  Onlar  özlərinə  zülm  etdikləri  zaman, 
dərhal  sənin  yanına  gəlib  Allahdan  bağışlanmaq 
diləsəydilər və peyğəmbər də onlar üçün əfv istəsəydi, 
əlbətdə,  Allahın  tövbələri  qəbul  edən  və  mərhəmətli 
olduğunu bilərdilər
».
Sual 28:
 Çoxluq həmişə haqlıdırmı?
Cavab:
 Bəzən eşidirik: əgər spirtli içki pisdirsə, nə üçün 
dünyada böyük əksəriyyət ondan istifadə edir? 
«Maidə» surəsinin 100-cü ayəsində Allah-təala buyurur: 
«
Ya  peyğəmbər,  de  ki,  murdar  şeyin  çoxluğu  səni 
heyrətə gətirsə belə, murdarla pak bir ola bilməz
».
Bəşər  tarixi  boyu  mübahisəsiz  qəbul  olunan 
məsələlərdən  biri  də,  kəmiyyət  və  keyfiyyət  anlayışlarının 
bir-birindən asılı olmamasıdır. Bununla belə, cahil insanlar 
öz batil fikirini sübuta yetirmək üçün çoxluğu dəlil gətirir. 
Bu  nadan  dəstənin  fikirincə,  əgər  çoxluq  spirtli  içki  içərsə, 
demək  spirtli  içkilər  pis  deyil  və  sən  də  içə  bilərsən;  əgər 
24


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə